Azlogos
  • Qaydalar
  • Kimlər var

IMG 20260326 WA0000 "Qəvvas". Zugzwang dövrünün sehrli teatrı WhatsApp Image 2026 05 25 at 14.36.43 SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib Başlıq Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair 1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Mənasızlıqda məna yaratmaq

Emin Əliyev Emin Əliyev
., Kültür
02 Fevral 2021
Oxuma vaxtı:5 dəqiqəyə oxunur
Waiting for the barbarians
Paylaş

Hərbi xidmətdə olan zaman artıq uzun zamandan bəri ucqar rayonların birində xidmət aparan zabitlərdə tez-tez eyni halı müşahidə edirdim. Zabitlər özlərinə xəyali düşmən yaratmışdılar, bizi ara-sıra söhbətlərdə inandırmağa çalışırdılar ki, biz mənfur düşmənlə üz-üzəyik, hər an müharibə ola bilər.

Amma heç bir müharibə yox idi. Ümumiyyətlə, hansısa təhlükədən söhbət gedə bilməzdi. Sıra düzülür, böyük vəcdlə, enerji ilə qarşımızda söhbətlər gedir, sonra isə sıra dağılırdı və hamı öz həyatına dönürdü. Yavaş-yavaş anladım ki, belə adamların yaşamının mənası mübarizədir. Onlar özlərini həmişə mübarizəyə hazırlayırlar, istər bu həqiqi təhlükədə olan biri olsun, istər şəhərin mərkəzində, hansısa potensial döyüşdən uzaq yaşayan biri.

Həmin ərəfələrdə oxuduğum iki roman da mənə məsələni daha aydın edirdi.

Kutzenin “Barbarları gözləyərkən” və D.Bussatinin “Tatar çölü” romanları oxşar motiv üzərinə qurulub: insanın mənasızlıqda süni mübarizə yaratmaq cəhdləri. Oxşar situasiyaya düşən obrazlar insansız çöllükdə bir hərbçi olmalarını, həyatlarının bu cür sakit bitəcəyini həzm edə bilmirlər. Özlərinə düşmən yaradırlar.

“Barbarları gözləyərkən” romanının qəhrəmanı olan hakim uzun müddətdir ki, adı bilinməyən sərhəd bölgəsində xidmət edir. Bu bölgə deyilənə görə barbarların yaşayış ərazisi ilə həmsərhəddir. Lakin, hakim orada heç bir mübarizə, heç bir düşmən görmür. Həbsxanaya salınıb işgəncə verilən barbarları gördükdə isə həyata baxışı dəyişir. Günahsız barbarların rejimin qurbanı olduqlarını dərk edir. Reijmlə mübarizə aparmağa cəhd göstərdikdə isə onun özünü həbsxanaya salıb işgəncə verməyə başlayırlar. Roman elə bu cür də bitir. Hakim yenidən vəzifəsinə qayıdır, şəhərdə isə dəyişən heç nə olmur: Hələ də barbarlar onların düşmənidir, onların üzərlərinə ordu göndərilir və bölgədə müharibə vəziyyəti yaradılır.

Romanın adının Bekketin “Qodo intizarında” pyesinin adına bənzəməsi də düşünürəm təsadüfi deyil. Bekketin qəhrəmanları da Qodonu gözləyirlər. Onlar özlərini inandırıblar ki, Qodo var və o nə vaxtsa gəlib bu iki məzmunsuz qəhrəmanı bu boşluqdan xilas edəcək. Qodo gələndə onlar da gedəcəklər. Hələlik isə gözləməlidirlər.

Dino Bussatinin qəhrəmanı leytenant Droqo da bədbəxtdir. Lakin o reallıqla mübarizə aparmır. O reallığın birbaşa içindədir. Droqo özünü inandırır ki, uzaqlarda bir tatar çölü var və bir gün həmin çöldən bir ordu gələcək, tatarlarla müharibə başlayacaq. Ömrünü hərb dünyasına həsr edən Droqo 30 ilini bu bölgədə keçirir, lakin təhlükə ona yaxın gəlmir.

“Tatar” və “barbar” adı da oxucu üçün simvolik qoyulub. Tarix boyunca millətlər özlərinə yad olan qrupları, tayfaları bu adlarla çağırıblar. Bugünün dünyasında “barbarlar” ərəblərdir, afrikalılardır. Avropanın şərəfli müstəmləkə tarixi belə barbarlara qarşı mübarizələrlə doludur. İmperializm bizim təkcə tariximiz yox, həm də bugünümüz olub.

Bugün Amerika özünə yaratdığı xəyali düşmənlərlə mübarizə zamanı da yəqin ki, şərəfli amerikan ordusunun hərbçiləri əfqanları, ərəbləri özlərinə təhlükə kimi görürlər.

Əgər biz müharibələrə siyasi oyun, simulyasiya, böyüklərin maraqları uğrunda balacaların qırılması kimi yox, əsl vətən müharibəsi, xalqların taleyi kimi baxsaq onda bu söhbətlərin əlbəttə ki, mənası yoxdur. Amma belə olmadığına məni kim inandıra bilər ki.

Söhbəti təkcə müharibə meydanından salmıram. Bu gün problemsiz həyatda bizi mifik problemlər əhatə edir. Biz istəsək də problemsiz yaşaya bilmərik. Uğrunda mübarizə apardığımız dəyər, özümüzü həsr etdiyimiz bir xəta olmalıdır. Haradasa nəsə düz deyil.

Məsələn, 15 il əvvəl bizim üçün qorxu texnologiyanın sürətlə inkişafı idi.

20-30 il əvvələ qədər dünyanın bir çox yazarlarını əsas narahat edən mövzulardan biri televizorun yaranması, inkişafı, medianın bu qədər populyar olması idi. Bu inkişafın qorxulu nəticələrinə dair romanlar, fəlsəfi məqalələr, esselər yazılırdı. Çak Palanikin canında qorxu necə qalıbsa o bugün də evində televizor istifadə etmir. Amma bir gün iş başqa hal aldı. Mediadan narahat olan filosofların özləri də bu medianın içində yer aldılar, verilişlərdə çıxış etdilər. Yazıçıların senarilərinə filmlər, seriallar çəkildi. Bəs bugün əsrimizin 20-ci illiyində kimsə yenə TV-dən narazılıq edirmi? Düşünmürəm ki, bunun faizi çox olsun.

Dünyanın hər yerində də həyat təxminən bu cür ötüb gedir. “Axşam diskomfortu” romanına görə 2020-ci il “Beynəlxalq Buker” mükafatı alan holland yazıçı Marieke Lucas Rijneveld üçün də problemsizlikdə ən böyük problem, yəqin ki, ölkəsinin ucqar əyalətlərinin birində insanların dini basqıya məruz qalmaları idi.

Bu kontekstdə məni də hərdən düşündürür ki, bizdə, görəsən, doğrudanmı gender problemləri var?  Biz doğrudanmı qadınlara qarşı belə amansız, vəhşi kimi davranırıq ki, aksiyalar keçirilir, bu problemin həllinə dair qrantlar elan olunur? Nə bilim.

Görünür – istər mədəni, istər instinktiv – insan hələ uzun illər mübarizə aparmaq həsrətilə yaşayacaq.

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

IMG 20260326 WA0000
.

“Qəvvas”. Zugzwang dövrünün sehrli teatrı

Elmir Mirzəyev
16 İyun 2026
Unnamed
Kültür

Ramina Saadatxan beynəlxalq VIMA 2026 sərgisində

AzLogos
01 İyun 2026
WhatsApp Image 2026 05 25 at 14.36.43
.

SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib

AzLogos
25 May 2026
Başlıq
.

Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair

Elmir Mirzəyev
25 Aprel 2026
1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör