bulls-bike.cz
fiyonk.net
infopokrovsk.ru
okzhetpes.kz
petsdream.ru
PoliceControl.info
proarte.net.pl
provegas.ru
sultan-kazino-qazaqstan.kz
underscorejs.ru
Top UK Slot Sites
Casibom
Гама казино
betify
Azlogos
  • Qaydalar
  • Kimlər var

1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu 1651940310 Nshot 20220507 201640187 Bir söz oyunbazının kino fantaziyaları
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Canlı rulet yayınlarında gecikme olmaması, Casinomhub yükle tarafından sağlanan güçlü altyapının bir göstergesidir.

Yeni üyelere verilen avantajlı kampanyalar arasında casinomhub giriş fırsatları dikkat çekiyor.

Bahis dünyasında yenilikçi çözümler sunan bettilt farkını hissettiriyor.

Kumarhane eğlencesini dijital dünyaya taşıyan bettilt giriş çeşitliliği artıyor.

Türkiye’de şans oyunlarını yalnızca Milli Piyango ve Spor Toto düzenleyebilirken, bettilt giriş uluslararası lisansla faaliyet gösterir.

Adres değişikliklerine çözüm sunan pinco kullanıcılar için önem taşıyor.

Bahis severlerin güvenle oynadığı adres bettilt olarak bilinir.

Gerçek casino atmosferini hissetmek isteyenler bettilt seçeneklerine yöneliyor.

Her oyuncu güven içinde bahis yapabilmek için bettilt altyapısına ihtiyaç duyuyor.

İnternet üzerinden daha kolay erişim için bettilt giriş sayfası kullanılıyor.

Bahis dünyasında kullanıcıların %63’ü en çok futbol bahislerinden kazanç elde ettiğini belirtmiştir; bu, bahsegel giriş’in sunduğu güçlü oranlarla uyumludur.

Kullanıcılarına güvenli ortam sağlayan altyapısıyla bahsegel sektörde ön plandadır.

Rulet, poker ve slot makineleri gibi seçeneklerle dolu Bettilt giriş bölümü farklı deneyimler yaşatıyor.

Her an bahis yapmak isteyenler için Bettilt uygulaması hazırlandı.

Online casino oyunlarında yüksek RTP oranları sunan bahsegel kazandırıyor.

Slotlarda kullanılan semboller genellikle tema ile bağlantılıdır; bahsegel giriş bu görselleri kaliteli şekilde sunar.

Güvenilir ödeme yöntemleri, hızlı destek sistemi ve yüksek kazanç oranlarıyla bettilt giriş kullanıcılarına benzersiz bir deneyim yaşatıyor.

Bahis severler için en geniş spor kategorilerini sunan bettilt eğlencenin merkezindedir.

COVID-19-un yeni mutasiyası – panikaya gərək varmı?

Hacı Hacıyev Hacı Hacıyev
., Covid-19
23 Dekabr 2020
Oxuma vaxtı:8 dəqiqəyə oxunur
Apoptotik cell
Paylaş

COVİD-19-un Böyük Britaniyada aşkarlanmış yeni versiyasının yayılma sürəti daha itidir. Bəs, mutasiya etmiş yeni virusun öldürücülük təhlükəsi nə qədədir? Virus mutasiya edibsə, bu, o deməkdir ki, uzun zamandır işlənib hazırlanmış COVİD-19 vaksinləri artıq effektsizdir? Yeni vəziyyət nə qədər qorxuludur? Bu suallara detallı və ciddi araşdırmalara söykənən cavablar verməyə çalışaq.

Məsələ haradan başladı?

Virusun yeni, mutasiya etmiş versiyası ilk dəfə bu ilin sentyabrında qeydə alınıb. Artıq noyabr ayında Londonda qeydə alınmış dörd halda söhbət virusun yeni variantından gedirdi. Dekabrın əvvəlində isə hər üç yoluxmadan ikisi artıq mutasiya etmiş versiya idi.

Böyük Britaniyanın baş naziri Boris Consonun verdiyi rəqəmlərə görə, mutasiya etmiş versiya əvvəlkinə nisbətən 70 faiz daha sürətlə yayılır. Ötən beşinci gün Londondakı İmperial Kollecin doktoru Erik Voltsun təqdimatında da bu 70 fazi məsələsi vardı. Doktor öz çıxışında demişdi: «Bu barədə danışmaq hələ tezdir. Amma göründüyü qədərilə, o çox sürətlə yayılır, əvvəlki variantdan çox daha sürətlə çoxalır və buna nəzarət etmək vacibdir…”

Mutasiya etmiş versiya haralara qədər yayılıb?

Şimali İrlandiyanı çıxmaq şərti ilə, virusun yeni versiyası demək olar ki, bütün Böyük Britaniya ərazisində yayılıb. Mutasiya etmiş versiyanın sıx rast gəlindiyi yerlər isə London və İngiltərənin cənub-şərqi ilə şərqi əraziləridir. Göründüyü qədərilə, başqa regionlarda sürətli yayılma müşahidə olunmayıb. Virus nümunələrində genetik kodları izləyən Nextstrain şirkəti ehtimal edir ki, Böyük Britanıyada qeydə alınmış yeni virus Danimarka və Avstraliyada da qeydə alınıb. Niderland da, həmçinin, ölkədə yeni virusun qeydə alındığını bildirib. Cənubi Afrikada peyda olan oxşar variant isə, oxşar mutasiyalara sahib olsa da, göründüyü qədərilə, ortaya yeni çıxan versiya ilə əlaqəli deyil.

uk

Berlindəki “Şarite” klinikasının virusoloqu Kristian Drostenin sözlərinə görə, heç bir təcritetmə tədbirlərinə baxmayaraq, virusun yeni versiyası artıq çoxdan kontinental Avropada və dünyanın başqa yerlərində yayılıb. Onun ehtimallarına görə, Britaniyada bu mutasiya artıq sentyabrın sonlarından varmış: «Biz bilirik ki, yeni versiya İtaliyada, Niderlandda, Belçikada, Danimarkada, hətta Avstraliyada da yayılıb. Almaniyada niyə olmasın ki?»

Virusun yeni, mutasiya etmiş və daha sürətlə yayılan versiyası məsələsini eşidər-eşitməz, kontinental Avropa qapılarını bağlayaraq, özünü təcrid elədi. İlk baxışdan, doğrudan da qorxulu xəbərdir: Britaniya hökumətinin verdiyi rəsmi xəbər görə, virusun yeni variantı əvvəlkindən 70 faiz daha yoluxucudur. Hökümət xəbər verir ki, London və İngiltərənin cənub-şərqində virus görünməmiş bir sürətlə yayılır. Bu xəbərdən sonra ölkədən giriş-çıxış kifayət qədər məhdudlaşdırıldı.

Ümumiyyətlə, mutasiya haradan çıxdı?

Başlayaq pis xəbərdən. Virus doğrudan da, çox güclü mutasiyaya uğrayıb. Səbəbini izah edən versiyalardan ən ağlabatanı budur ki, virus immun sistemi həddən artıq zəif olan, virusa qalib gələ bilməyən pasientin bədənində mutasiya edib. Orqanizm virusa qalib gəlmək əvəzinə, onun mutasiyası üçün münbit bir ortama çevrilib. Amma COVID-19-un Böyük Britaniyadakı yeni, mutasiya etmiş versiyası barədə tam məlumat hələ ki, yoxdur.

Rahat nəfəs almaq üçün səbəb bundan ibarətdir ki, virusun mutasiya etməsində nəinki qəribə, heç yeni bir şey də yoxdur. Yəni bu, eyniadlı virusun ilk mutasiyası deyil. Virus ilk dəfə 2019-cu ilin sonunda, Çində aşkarlanandan cəmi altı ay sonra mutasiyaya uğramışdı və artıq fevral ayında bütün Avropanı bürümüş ən qlobal, dominant versiya o idi (D614G). 2020-in yayında İspaniya və bütün Avropanın yarısını bürümüş versiya da virusun növbəti mutasiyası idi (A222V) və insanların yay tətili ilə əlaqədar, sürətlə yayılırdı.

Mutasiyalar necə baş verir?

İnsan bədəni hər hansı bir virusa qarşı antitellər “istehsal” etməyə başlayanda, virus antitellərin və immun hüceyrələrinin onu tanımaması üçün öz cildini dəyişməlidir. Beləliklə, virus öz xarici zülal çıxıntılarını dəyişməli və yeni ştammlar (növ) yaratmalıdır.

DNT-in tikinti materialları A (adenin), C (sitozin), G (quanin), və T (timin) hərfləri ilə, yaşıl rəng və müxtəlif kombinasilayarla müəyyənləşdirilib. Onların arasında qırmızı hərflər – səhvi ehtiva edir. Hər dəfə virusun özünü çoxaltması zamanı səhvlər yaranır və genetik kod dəyişilir.

error

Çoxalmaq üçün viruslar yoluxmuş insanın sahib-huceyrəsini istifadə edir. Viruslar bu sahib-hüceyrəni yoluxduranda, öz nüvələrindəki genetik informasiyanı bu sahib-hüceyrəyə yerləşdirirlər. Beləliklə, orqanizmin hüceyrələri virusun milyonlarla yeni kopiyasını yaradır. Lakin hər çoxalma zamanı kopyalama səhvləri baş verir ki, bu da virusun genetik kodunu dəyişir. Bu – mutasiyadır.

Orqanizm mutasiyaya necə reaksiya verir?

Normalda, insan bədəni özünü qorumağa qadirdir. Bədən daim onu virus hücumlarından qoruyacaq və patogenlərə (törədicilərə) qarşı immunitet yaradacaq antitellər “istehsal” edir. Bu antitellər törədiciyə qarşı immuncavab reaksiyasını həyata keçirərək, onları məhv edir. İmmun prosesləri çox mürəkkəb və kompleks proseslərdir. Burada aşırı immuncavab reaksiyası da, zəif immuncavab reaksiyası da orqanizm üçün təhlükəli ola bilər. Virus mutasiya etsə də, etməsə də, bədənə düşdüyü zaman immun sistemi onu təyin edir, tanıyır və ona qarşı immuncavab reaksiyası formalaşdırır.

Ümumiyyətlə, viruslar daim mutasiya edir və bir çox halda, bu mutasiyaların ya orqanizmə heç bir effekti olmur, ya da effekt olduqca minimaldır.

Mutasiya məsələsi ilə bağlı birinci ürəkaçan məsələ budur ki, rəsmi xəbərlər ancaq mutasiya etmiş virusun daha sürətlə yayıldığını iddia edir. Mutasiyaya uğramış yeni variantın daha ağır fiziki nəticələrə səbəb olması və ya öldürücülüyün daha yüksək olması barədə isə heç bir xəbər yoxdur. Yəni, mutasiya etmiş virusun insan orqanizmi üçün əvvəlkindən daha təhlükəli olduğu barədə hələ ki, heç nə deyilməyib, heç nə sübut edilməyib.

Mutasiya ilə bağlı ən qorxulu ehtimal, hələ ki, sürətli yayılma ilə əlaqəlidir. Çünki yoluxan və tibbi yardıma ehtiyacı olan pasientlərin sayı stasionar xidmət göstərə biləcək limiti aşsa, vəziyyət doğrudan da, qorxulu ola bilər.

Yeni versiya niyə daha sürətlə yayılır?

SARS-CoV-2 virusu, yəni COVID-19-a cavabdeh virus, bütün koronoviruslar kimi, ayda bir dəfə mutasiyaya uğraya bilir. Bu fərqli mutasiyalar da müxtəlif coğrafiyalardakı müxtəlif vəziyyətləri, virusa yoluxanların xəstəliyi niyə fərqli keçirməsini izah edir.

Mutasiyalar adətən virusun xarici zülal çıxıntılarında baş tutur. Böyük Britaniyada qeydə alınmış yeni versiyanın zülal çıxıntılarında bir neçə mutasiya var. Yeni növdə iki amin turşusu çatışmır ki, bu da virusun daha asan yayılmasını şərtləndirə bilər. Belə bir hal yayda Şərqi Asiyada müşahidə edilmişdi. Amma orda mutasiya etmiş SARS-CoV-2 daha asan infeksiyalara səbəb olurdu və göründüyü qədərilə, koronovirusu zəiflədirdi.

Yeni vaksinlər artıq effektsizdirmi?

Qərbi Avropada geniş miqyaslı vaksinasiyanı başladan ilk ölkə Böyük Britaniya oldu. Bəs indi, virus mutasiya etdikdən sonra, bu vaksinlər efektiz olacaqmı? Virusoloq Kristian Drostenin dediyinə görə, bu vaksinlər koronovirusun zülal çıxıntısındakı infrormasiyanı elə kodlaşdırır ki, mutasiyaya baxmayaraq, immun sistemini stimulyasiya edə bilir. Xoşbəxtlikdən, bu immun müdafiəsindən yan keçə bilmək üçün, virusun bir neçə deyil, bir xeyli mutasiya prosesinə ehtiyacı var.

Bununla belə, biz qripp virusundan bilirik ki, o çox sürətlə mutasiya edir. Hər qripp mövsümündə qrip vaksinləri effektli olsun deyə, bu vaksinləri hər dəfə korrektə etmək vacibdir.

mutation-covid-19

Nəticədə, COVID-19-a qarşı vaksinə də, görünür, sonradan korrektələr etmək lazım olacaq. Amma pandemiya zamanı toplanan informasiya, bu informasiyalar üzərində qurulmuş möhtəşəm iş isə yaxın aylarda əlçatan vaksinlərlə təmin olunmamıza kömək edəcək.

Mütəxəssislər iddia edir ki, COVID-19-a qarşı artıq hazırlanmış vaksin virusun yeni versiyasına qarşı da effektli olacaq. Amma patogen artıq mutasiya edibsə, antiellər daha az effektli olacaq. Lakin panikaya gərək yoxdur. Virus mutasiyadan sonra daha təhlükəli olub deyə bir informasiya yoxdur. Hətta faktiki olaraq, bəzi mutasiyalar virusları gücləndirmək yerinə, zəif salır.

Uzun sözün qısası, vaksin yeni versiyaya təsir edəcək, ya yox?

Demək olar ki, bəli. Hər halda, hələ ki, təsir edəcək.

Hazırlanmış hər üç aparıcı vaksin artıq mövcud olan spayka qarşı immuncavab reaksiyası hazırlayır. Vaksinlər immun sistemini virusun bir neçə müxtəlif hissələrinə hücum etməyi öyrədir. Buna görə də, spaykın bir hissəsi mutasiyaya uğramış olsa belə, vaksinlər effektli olmaqda davam edəcək.

Kembric universitetinin professoru Ravi Qupta deyir ki: «Virusa bir neçə dəfə mutasiya etməyə imkan versək, narahatlığa əsas olacaq».

Qlazqo Universitetinin professoru David Robertson iddia edir ki, virus mutasiya etməkdə davam edəcək və onun növbəti versiyaları vaksinin təsirlərindən yayına biləcək. Bu, virusla bağlı ən təhlükəli xəbərdir. Bununla belə, panikaya yenə də ehtiyac yoxdur. Əlimizdə olan vaksinlərə qrip vaksinlərində olduğu kimi, düzəlişlər etmək mümkündür. Ki, bu düzəlişlər vaksinlərin yeni mutantlara qarşı effektli olmasına zəmin yaradacaq.

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
488656195 122127540776763171 3687452932550618916 N
.

Vətən oğlu

Mirzə
17 Aprel 2025
1651940310 Nshot 20220507 201640187
.

Bir söz oyunbazının kino fantaziyaları

Sevda Sultanova
03 Noyabr 2024
17aheds Knee Superjumbo
.

Sənət və siyasətin qarşıdurması: ‘Ahedin dizi’ və estetik zəiflik

Sevda Sultanova
19 Sentyabr 2024
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

136bet.com.br
aviator-game.mw
aviator.com.az
big-bass.co.uk
focuspcg.com
humanics-es.com
iuorao.ru
oren-sarmats.ru
spicybet.com.br
sweet-bonanza.com
aviator
pinco
allabouteng.com
auruhana2.kz
bsl.community
docwilloughbys.com
editorialabiertafaia.com
erkindik.kz
kabuki-bremen.de
minnaz.ru
prockomi.ru
saintvincenthome.org
aviator
pinco
136bet
top 10 online casino belgië
verde casino
seriöse online casinos österreich
norsk casino
pinco casino

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
aviator
pinco
nayora.org
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör