Azlogos
  • Qaydalar
  • Kimlər var

IMG 20260326 WA0000 "Qəvvas". Zugzwang dövrünün sehrli teatrı WhatsApp Image 2026 05 25 at 14.36.43 SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib Başlıq Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair 1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Bayrağa qarşı hörmətsizlik fonunda ifadə azadlığı

Bilal Əşrəfov Bilal Əşrəfov
., Sərbəst
29 Noyabr 2020
Oxuma vaxtı:5 dəqiqəyə oxunur
Natacha Pisarenko AP

Natacha Pisarenko, AP

Paylaş

“Azadlıq yoxa çıxanda ölkə yerində qalır, amma vətən artıq yoxdur.”

 François-René de Chateaubriand

Bayrağa qarşı hörmətsiz hərəkətlərin qanunla qadağan olunub-olunmaması barədə müzakirələr Qərbdə də tez-tez gündəmə gəlir. Bu baxımdan Amerika xüsusilə seçilir. Hətta orda belə müzakirələrin kifayət qədər uzun və təbii ki, qalmaqallı tarixi var.

Müzakirənin hüquqi müstəvisinə dair ən bilinən nümunələrdən biri 1980-ci illərdə Teksas ştatında baş verib. Prezident Reaganın təkrar seçkilərə hazırlaşdığı ərəfədə mövcud hökumətə etiraz məqsədilə siyasi nümayişlər keçirilirdi və bu iki hadisənin kəsişdiyi yer Teksas ştatının Dallas şəhəri idi. Siyasi nümayişdə iştirak edən İnqilabçı Kommunist Partiyasının üzvü, Gregory Lee Johnson adlı gənc aktivist ABŞ bayrağını yandırır və bu əməlinə görə 2 min dollar pul cəriməsi və 1 illik həbs cəzası alır.

Johnson bu qərara qarşı çıxır və Teksas Beşinci Apellyasiya Məhkəməsinə müraciət edir, amma məhkəmə qərarı qüvvədə saxlayır. Şikayətçi bu dəfə Cinayət Apellyasiya üzrə Teksas Məhkəməsinə üz tutur. Appelyasiya Məhkəməsi, bu əməlin “simvolik ifadə” olduğuna və ifadə azadlığı çərçivəsində həyata keçirildiyinə qərar verir. Beləcə, Johnsona kəsilən cəza hökmləri ləğv edilir.

Sözügedən hüquqi prosedurun kulminasiyası isə məsələyə ABŞ Ali Məhkəməsi tərəfindən baxılması tələbi ilə başlayır. Həmin dövrdə Ali Məhkəmə, 50 ştatın 48-də icra olunan bayrağa qarşı hörmətsizlik qadağalarını ləğv edən qərarı qəbul edir. Bu nəticə sayəsində Johnsonun appelyasiyası “mövcud qanunun təfsirini əhəmiyyətli dərəcədə dəyişdirən” əlamətdar məhkəmə qərarları arasında yerini tutur.

Keçən ilin yayında Trump, bayraq yandırılmasına dair qadağalar haqqında çıxışı ilə bu məsələni yenidən müzakirə mövzusuna çevirmişdi. Şübhəsiz ki, bayrağa qarşı hörmətsizlik, xüsusilə, bayraq yandırılması aktı həm də siyasi və mədəni tərəfləri olan bir məsələdir.

Odur ki, Trump-ın çıxışına etiraz edənlər arasında bir çox nüfuzlu mühafizəkarların da olması maraqlı haldır. Çünki belə hallar aktı deyil, prinsipi müdafiə edən fikrin mənimsənilməsinə daha çox kömək olur. Həmçinin bu, müəyyən dəyərlər arasında mütləq şəkildə ziddiyyət olmadığını anlamağa da vəsilə ola bilir. Məsələn, Katherine Timpf, “National Review” jurnalına yazdığı məqalədə çox səlis bir mövqe sərgiləyirdi. Sözügedən yazısında müəllif, həm vətənpərvərliklə azadlığın mümkün harmoniyasını vurğulayır, həm də belə halların azadlığın itirilməsinə gətirib çıxara biləcəyi barədə narahatlığını dilə gətirir:

“Normalda “sürüşkən yamac” arqumentinə nifrət edirəm, amma bu məsələdə yamacın məni hədsiz dərəcədə dəhşətə gətirən hal olduğunu etiraf etməliyəm. Özünüz fikirləşin: bayraq yandırmağı “vətənpərvərlik olmadığına” görə qadağan ediriksə, qadağan etmək üçün “vətənpərvərlik olmadığı” bəhanəsinin istifadə ediləcəyi növbəti akt nə ola bilər? Hökumətin qərarlarına etiraz etmək? Prezidentin əleyhinə danışmaq? Hansısa mövzuda danışmağa icazə verilib-verilmədiyi ilə bağlı “vətənpərvərlik əksikliyi”ni əsas kimi istifadə etməyə başlasaq, bayrağımızın ucaltmaq istədiyi azadlıqların faciəvi şəkildə itirildiyini görə bilərik.”

Amerika Vətəndaş Azadlıqları Birliyi, bayrağa qarşı hörmətsizliyin qanunla qadağan edilməsi məqsədilə təklif olunan qanun maddəsinə niyə qarşı çıxdığını izah etdiyi yazısında eyni səbəbi göstərir — ifadə azadlığı haqqının zəifləməsi.

Avropada da bayraq yandırmağın əleyhinə olan mövqeni əks etdirən müxtəlif nümunələr var (məsələn, Almaniyada AB bayrağı da daxil olmaqla xarici ölkələrin bayraqlarının yandırılması qadağan olunub). Amma bu həm də Amerika ilə Avropanı bir-birindən ayıran fundamental fərqlərdən biridir.

Bizim cəmiyyətdə bayrağa və ya rəsmi dildə deyildiyi kimi, “dövlət atributları”ndan birinə qarşı hörmətsizliyin həm qanunla cəzalandırılmasının, həm də cəmiyyət tərəfindən qəzəblə qarşılanmasının öz səbəbləri var. Ehtimal ki, bu aktın  (bayraq yandırmaq) xaricdəki düşmənlər tərəfindən də icra edilməsi görüntü baxımından səciyyəvi oynayır. Belə ki, bu hala refleksiv bir cavab olaraq içəridə bayrağa qarşı yüksək səviyyədə hörmətin –lazım gəlsə, qanun və ya zor gücünə – qorunub saxlanılması, hətta bunun üçün daha sərt qanunlar qəbul edilməsi barədə çağırışlar edilir. Belə olan halda bir sual doğur: bayraq nəyi təmsil edir – azadlığı, yoxsa qadağa ilə təmin olunan hörməti?

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

IMG 20260326 WA0000
.

“Qəvvas”. Zugzwang dövrünün sehrli teatrı

Elmir Mirzəyev
16 İyun 2026
WhatsApp Image 2026 05 25 at 14.36.43
.

SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib

AzLogos
25 May 2026
Başlıq
.

Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair

Elmir Mirzəyev
25 Aprel 2026
1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör