bulls-bike.cz
fiyonk.net
infopokrovsk.ru
okzhetpes.kz
petsdream.ru
PoliceControl.info
proarte.net.pl
provegas.ru
sultan-kazino-qazaqstan.kz
underscorejs.ru
Top UK Slot Sites
Casibom
Гама казино
betify
Azlogos
  • Qaydalar
  • Kimlər var

1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu 1651940310 Nshot 20220507 201640187 Bir söz oyunbazının kino fantaziyaları
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Canlı rulet yayınlarında gecikme olmaması, Casinomhub yükle tarafından sağlanan güçlü altyapının bir göstergesidir.

Yeni üyelere verilen avantajlı kampanyalar arasında casinomhub giriş fırsatları dikkat çekiyor.

Bahis dünyasında yenilikçi çözümler sunan bettilt farkını hissettiriyor.

Kumarhane eğlencesini dijital dünyaya taşıyan bettilt giriş çeşitliliği artıyor.

Türkiye’de şans oyunlarını yalnızca Milli Piyango ve Spor Toto düzenleyebilirken, bettilt giriş uluslararası lisansla faaliyet gösterir.

Adres değişikliklerine çözüm sunan pinco kullanıcılar için önem taşıyor.

Bahis severlerin güvenle oynadığı adres bettilt olarak bilinir.

Gerçek casino atmosferini hissetmek isteyenler bettilt seçeneklerine yöneliyor.

Her oyuncu güven içinde bahis yapabilmek için bettilt altyapısına ihtiyaç duyuyor.

İnternet üzerinden daha kolay erişim için bettilt giriş sayfası kullanılıyor.

Bahis dünyasında kullanıcıların %63’ü en çok futbol bahislerinden kazanç elde ettiğini belirtmiştir; bu, bahsegel giriş’in sunduğu güçlü oranlarla uyumludur.

Kullanıcılarına güvenli ortam sağlayan altyapısıyla bahsegel sektörde ön plandadır.

Rulet, poker ve slot makineleri gibi seçeneklerle dolu Bettilt giriş bölümü farklı deneyimler yaşatıyor.

Her an bahis yapmak isteyenler için Bettilt uygulaması hazırlandı.

Online casino oyunlarında yüksek RTP oranları sunan bahsegel kazandırıyor.

Slotlarda kullanılan semboller genellikle tema ile bağlantılıdır; bahsegel giriş bu görselleri kaliteli şekilde sunar.

Güvenilir ödeme yöntemleri, hızlı destek sistemi ve yüksek kazanç oranlarıyla bettilt giriş kullanıcılarına benzersiz bir deneyim yaşatıyor.

Bahis severler için en geniş spor kategorilerini sunan bettilt eğlencenin merkezindedir.

[vc_row vc_row_background=""][vc_column width="1/2"]

Sülh! Nəhayət.

Hacı Hacıyev Hacı Hacıyev
., Vətən müharibəsi
10 Noyabr 2020
[/vc_column][vc_column width="1/2"]
71084
[/vc_column][/vc_row][vc_row][vc_column]
Paylaş

2020-ci ilin noyabrın 9-dan 10-na keçən gecə nə baş verdi? Hər şey belə yaxşı gedərkən, nə üçün dayandıq? Bəs Xankəndi və yerdə qalan Qarabağ bizim olmayacaqmı? Rusların Azərbaycana gəlməsiylə sülhmü olar? Dayanacaqdıqsa, bu qədər şəhid niyə verirdik?

Bu suallar indi Azərbaycan cəmiyyətini düşündürən əsas suallardır. Anlaşılandır. İnsanlar ədalət, intiqam və həsrət hissiylə alışıb yanır. İlk baxışdan elə düşünmək olar ki, axıra qədər getsəydik, Qarabağı və qalan işğal altında olan rayonları tamamilə təmizləsəydik o zaman daha çox əldə etmiş olardıq. Bu fikir ilk baxışdan məntiqli görünsə də, praktikada qüsurludur. Niyə?

Gəlin əvvəl ondan başlayaq ki, tam və qeyd-şərtsiz kapitulyasiyalar adətən dünya müharibələrində baş verir. Çünki bu zaman qalib praktiki olaraq bütün dünya ölkələrinin konsensus şəkildə qəbul etdiyi maraqları təmsil edir, məğlub tərəf ölkələrinin isə bu qərara müqavimət göstərməyə gücü olmadığından ona boyun əyməyə məcbur edilir. Beləliklə də bütün dünya ölkələri (bu çox vacibdir) bu kapitulyasiya qərarını və ondan çıxan nəticələri qəbul etmiş olur.

Amma Qarabağ kimi lokal konfliktlərdə belə qərarın qəbulu çox çətin məsələdir. Gəlin situasiyanın təsəvvür edək. Biz, Ermənistan tərəfinin Minsk qrupu formatında qəbul olunmuş baza prinsiplərinə uyğun olaraq işğal etdiyi 7 rayondan çəkilməsini qəbul etməsindən sonra dayanmırıq və hərbi imkanlarımızı nəzərə alaraq sona qədər gedib bütün Qarabağı və ətraf rayonları işğaldan azad edirik. Bəs yaxşı sonra nə baş verəcək? Biz qazandığımız hərbi qələbəni leqallaşdıra biləcəyikmi? Dünya bunu tanıyacaqmı? Deyə bilərsiniz ki, Ermənistan 27 ildir ki, BMT-nin bu şərtləri diqtə edən qətnamələrini qəbul etmir nə olur ki? Deyim nə olur. 27 ildir ki, Ermənistanın döyüş meydanında əldə etdiyi qələbəni Ermənistanın özü daxil olmaqla heç bir dünya ölkəsi tanımır. Bunun nəticəsi isə həm Ermənistan, həm də Qarabağ üçün izolyasiya, səfalət və hər zaman artan müharibə təhlükəsi idi. Sonucda bu da baş verdi və onlar hərb yolu ilə əldə etdikləri torpaqların bir qismindən indi sülhlə çıxacaqlar.

Odur ki, hərb meydanında qazanılmış qələbə hələ məsələnin tam həlli deyil. Vacibdir ki, onu bütün beynəlxalq aləmin tanıyacağı diplomatik formata da gətirəsən.

Keçək sülhməramlılar məsələsinə. Əvvəla onu deyim ki, belə konfliktlər bitəndə, konflikt zonasına sülhməramlıların yeridilməsi beynəlxalq səviyyədə qəbul olunmuş prosedurdur və burada məqsəd bir-birinə hələ də düşmən kimi baxan tərəflər arasında mümkün ola biləcək konfliktlərin qarşısını almaqdır.

Bəs niyə görə bu sülhməramlılar ruslar olmalıdır?

Əvvəla, ruslar bu bölgədə olan ən böyük ölkədir. Rus dili həm Azərbaycan həm də Ermənistanda hamı tərəfindən başa düşülməsə də xeyli insan bu dili bilir. Türk dilinin belə bir imkanı yoxdur. Digər tərəfdən ermənilər türkləri münaqişənin birbaşa iştirakçısı kimi qəbul edir və ona görə də onların sülhməramlı missiyası, ermənilərlə kontaktlarda problemlər yarada, konfliktlərə səbəb ola bilər. Amma türklər sülhyaratmada yenə də iştirak edəcəklər. Onlar prosesə nəzarət edəcəklər. Amma bilavasitə Qarabağın ermənilər yaşayan hissələrində ən azı ilkin mərhələdə yerləşməyəcəklər. Bunu da təbii qarşılamaq lazımdır.

Bir də unutmayın ki, söhbət sadəcə 1960 nəfər yüngül silahlanmış sülhməramlıdan gedir. Özü də beş il müddətinəcən. Biz, ölkənin ən ağır və zəif dönəmində Rusiya hərbi bazasını ölkəmizdən çıxara bilmiş, Qəbələ RLS stansiyası ilə vidalaşmış ölkəyik. İndiki vəziyyətimizdə isə 1960 nəfər, Azərbaycan üçün heç bir təhlükə təşkil etmir.

BMT çətiri altında skandinaviya ölkələrindən olan sülhməramlılar daha yaxşı olmazdımı?

Ümumiyyətlə praktika göstərir ki, BMT sülhməramlılarının yeridildiyi bölgələrdə konfliktlər uzun müddət davam edir. BMT bütün dünya ölkələrinin ən azı BMT təhlükəsizlik şurasına daxil ölkələrin bu və ya digər məsələylə bağlı konsensus qərarını tələb edir ki, bu da məsələnin həllini uzadır. Bu baxımdan Qarabağa BMT deyil məhz Rusiya sülhməramlılarının yerləşdirilməsi birmənalı şəkildə Azərbaycan və Ermənistan üçün daha yaxşıdır. Çünki bu, məsələnin diplomatik yolla birdəfəlik həllini tezləşdirən faktordur. Özünüz düşünün, müxtəlif, çox vaxt bir-birinə zidd maraqları olan bir çox dünya ölkələrini hansısa qərarla razılaşmağa inandırmaq asandır, yoxsa bir ölkəni?

BMT və NATO-nun iştirakı ilə Balkanlarda yaradılmış sülh barədə bir-iki kəlmə desəm məsələ daha anlaşıqlı olar. Birinci Qarabağ müharibəsi ilə paralel keçmiş Yuqoslaviya ölkəsinin dağılması ilə bu ölkədə etnik müharibə başladı. Ölkə, metropoliya olan və pravoslavlardan ibarət Serbiyaya, müsəlman Bosniya və Herseqovinaya və katolik çoxluğun təmsil olunduğu Xorvatiyaya parçalandı. Serblər və xorvatlar boşnakların müstəqilliyini tanımadı və Bosniya uğrunda bu xalqlar arasında müharibə başladı. Çox təfərrüata getmədən deyim ki, 1992-ci ildə başlamış və 1995-ci ilin avqustuna kimi davam etmiş müharibə nəticəsində və demək olar bütün bu dövr ərizində Bosniya serbləri faktiki olaraq bu ölkənin paytaxtı Sarayevonu mühasirədə saxlayırdılar. Şəhərdə döyüşlər səngimirdi. Əslində demək olar ki, hərbi qələbə serblərin tərəfində idi. Amma beynəlxalq aləm bu qələbəni tanımırdı. Onlar serblərdən atəşi və şəhərin əsarətini dayandırmağı tələb edirdilər. Baxmıyaraq ki, Serbiya o zaman dağılmış Yuqoslaviyanın əsas ölkəsi idi. Paytaxt Belqrad məhz müasir Serbiya ərazisində yerləşirdi və yerləşir. Beləliklə, 1995-ci il 28 avqustda beynəlxalq aləmin atəşi dayandırmaq və Sarayevo ətrafından ağır silahları geri çəkmək tələbini yerinə yetirməyən serblərə qarşı NATO “Düşünülmüş güc” hərbi əməliyyatlarını başlayır və serb qüvvələri tamamilə darmadağın edilərək, tutduğu mövqelərdən geri atılır. Nəticədə NATO və AB vasitəçiliyi ilə ABŞ-ın Deyton şəhərində tərəflər arasında sülh sazişi imzalanır. Bölgədə sülh bərqərar olur amma konflikt bu günədək həll olunmamış qalır. Bosniya və Herseqovinanı bu günə kimi, eyni zamanda seçilmiş 3 əsas etnosun nümayəndəsi olan prezident idarə edir. Bosniya və Herseqovina ərazisində Serbiya Respublikası adında faktiki tam özünü idarə edən anklav mövcuddur. Bu ölkənin ərazi bütövlüyü məsələsi və normal idarə edilmə modeli isə hələ də qurulmayıb.

O zaman serblər öz hərbi qələbələrini beynəlxalq aləmdə tanıda bilmədilər və geri atıldılar. Nəticədə problem bu günədək həllini tapmamış qalır.

Azərbaycan, Ermənistan və Rusiya arasında qəbul edilmiş bəyanat isə Deyton sülhündən keyfiyyətli şəkildə fərqlənir. Əvvəla bu bəyanat müqavilə deyil. Orada bir çox detallar hələ gələcəkdə dəqiqləşdirəcək.

İkincisi atəşin dayandırılması haqqında Ermənistanın qəbul etdiyi şərtlər Azərbaycanın tam hərbi üstünlüyü şəraitində baş verib. Bu isə o deməkdir ki, gələcəkdə də bu faktor detalların dəqiqləşdirilməsində öz sözünü deyəcək.

Bəyanatda Qarabağın statusu barədə heç nə deyilmir. Deməli dəqiqləşdirilməli olacaq məsələlərdən ən vacibi də elə bu olacaq. Azərbaycan dəfələrlə bəyan edib ki, ərazi bütövlüyünün ziddinə olan heç bir həlli qəbul etməyəcək. Yəni Ermənistan sülhlə bağlı sənədi bu şərtləri gözə alaraq imzalamağa məcbur olub.

Bəs bu status necə olacaq?

Günümüzün perspektivindən görünən mənzərə belədir ki, ilkin mərhələdə söhbət münaqişə bölgəsinin yenidən qurulmasından, abadlaşdırılmasından və məcburi köçkünlərin Qarabağ daxil həmin ərazilərə geri qaytarılmasından gedir. Bu məskunlaşdırma başa çatandan sonra isə status məsələsi yəqin ki, referendum yolu ilə həll olunacaq. Bu günkü perspektivdən baxanda ilk baxışdan adama elə gələ bilər ki, bu, bizim ziyanımıza olacaq və Qarabağın itirilməsini şərtləndirəcək. Amma əslində belə deyil.

Bu illər ərizində məskunlaşdırılma ilə birgə sərhədlərin açılması və həqiqi sülhyaratma prossesinin də paralel olaraq aparılması mümkün olacaq ki, bu da insanlar arasında qarşılıqlı inamı bərpa edəcək. Bilirəm, bir çoxları üçün bu, indi utopik görünə bilər, amma serblərin 1995-ci ildə Srebrenitsada törətdikləri soyqırım bizim başımıza gəlməyib. Əlbəttə, Xocalıda baş verən faciə dəhşətli idi, amma bu hadisə şəhərin işğalı zamanı oradan qaçan 600-dən çox insanın öldürülməsi ilə baş vermişdisə, Srebrenitsada serblər, evlərində sakit oturmuş 5000 boşnak kişi və oğlanı seçici şəkildə gəlib evlərindən apararaq güllələmişdilər. Amma buna baxmayaraq serblər və boşnaklar bu gün istər Bosniya və Herseqovinada olsun, istərsə də Serbiyada bir-biri ilə sülh şəraitində yaşayırlar.

Əlbəttə ağırdır, əlbəttə o yaddaş hələ də sağdır, yaralar təzədir. Amma başqa cür olmur. Sülh üçün gərək bəzən içindəki kini və nifrəti boğasan.

Bir də unutmayın ki, ermənilər tərəfdən də bu müharibədə çox insan ölüb. Özü də ehtimal edirəm ki, son 40 gündə erməni tərəfinin verdiyi qurbanlar bizimkindən xeyli çoxdur. Onlar üçün sülhü qəbul etmək, heç də bizdən asan deyil. Sülhün bütün şərtlərini nəzərə alsaq hətta daha çətindir.

Bəziləri elə bilir ki, sülh lazımdır dedikdə, “tarixi unudaq, heç nə olmamış kimi hər şeyi təzədən başlayaq” nəzərdə tutulur.

Bu, belə deyil. Tarixi heç bir halda unutmaq olmaz. Biz öz tariximizi, xüsusən də son 30 ildə yaşadığımız faciəvi günlərimizi daim xatırlamalıyıq. Xatırlamalıyıq ki, bir daha təkrarlanmasın. Ermənilərlə sülh həm də ona görə vacibdir ki, biz onlarla bu mövzularda açıq, heç kimdən çəkinmədən danışa bilək. Onlara başa sala bilək ki, dünyada xristianlığı ilk qəbul etmiş xalq olmaq o demək deyil ki, qonşunun ərazisini zəbt edə bilərsən. Bəlkə onların da bizə başa salmaq istədikləri şeylər vardır. Qarşılıqlı düşmənçilik şəraitində nə bizim onlara dediklərimizi onlar, nə də onların bizə dediklərini biz eşitmək iqtidarındayıq. Amma məqsəd sülh və birgəyaşayız olduqdan sonra bu vəziyyət dəyişəcək.

Sülh, uzunmüddətli sülh vacibdir. Bunun üçün də baş vermiş bütün dəhşətlərə baxmayaraq ermənilərlə birgə yaşayış barədə düşünməli, özümüzü buna hazırlamalıyıq.

Qarşılıqlı inam və davamlı sülh, Qarabağın da gələcək birdəfəlik statusu məsələsinin həlli üçün çox vacib rol oynayacaq.

Son 40 günün müharibəsi göstərdi ki, biz xalq olaraq heç də əzik və məğlub xalq deyilik. Lazım olanda hər şeyi unudub birləşə də bilirik, alçaldılmış ləyaqətimizi bərpa da edə bilirik. İndi isə yenə də birləşərək həm də müdrik xalq olduğumuzu göstərməliyik.

Nəticə

Bu sülh nəticəsində biz, neçə-neçə insanımızın həyatını qurban vermədən Kəlbəcər, Laçın və Ağdamı tamamilə işğaldan azad edirik. Qoy, təkcə Kəlbəcərin bütün ərazisini döyüşərək azad etməyin bizə neçə cana başa gələ biləcəyini mən yox, mütəxəssislər proqnoz etsin. Bilən tanışlarınızdan xəbər alın, zəhmət olmasa.  

Qarabağın işğaldan azad edilmiş hissələrini, həmçinin Şuşanı tamamilə Azərbaycan yurisdiksiyasında saxlayırıq.

Məcburi köçkünləri Qarabağ və ətraf rayonlara qaytarırıq.

Ermənistanla sərhəd bölkələrdə atəşkəsin pozulması nəticəsində insan itkilərinin qarşısını alırıq.

Regionda mümkün ola biləcək terror təhlükəsinin qarşısını alırıq.

İndi olmasa da növbəti mərhələdə Qarabağın statusunun Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması ehtimalını artırmış oluruq.

Ermənistan və Azərbaycan xalqları arasında son 30 ildə hökm sürmüş düşmənçilik münasibətlərinə son qoyuruq.

Sülhməramlıları 5 ildən sonra bölgədən çıxarmaq hüququmuzu saxlayırıq.

Naxçıvanla kontinental Azərbaycan arasında qısa və təhlükəsiz əlaqə dəhlizi əldə edirik.

Və sadəcə başa düşməyə çalışırıq ki, hazırkı geopolitik konfiqurasiya bizim lehimizədir. “Parçala, hökm sür” siyasəti də Rusiyanın taleyi deyil, bunu əbədi qaçılmazlıq kimi qəbul etmək də, bir növ “savadsız dirəşmədir” və heç də sahibini xoş göstərən kateqoriklik deyil. Artıq, “parçala, hökm sür” siyasəti “güclü və ləyaqətli qonşularla möhkəm əməkdaşlıq qur” konsepti ilə əvəz olunur. Heç olmasa inanın ki, oluna bilər.

[/vc_column][/vc_row][vc_row][vc_column]
[vc_column_text]

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

[/vc_column_text][vc_separator color="peacoc" border_width="2"][vc_column_text]

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun. [mc4wp_form id="5451"]

[/vc_column_text][/vc_column][/vc_row][vc_row][vc_column]

Oxumağa dəyər

1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

31 Avqust 2025
488656195 122127540776763171 3687452932550618916 N
.

Vətən oğlu

17 Aprel 2025
1651940310 Nshot 20220507 201640187
.

Bir söz oyunbazının kino fantaziyaları

03 Noyabr 2024
[/vc_column][/vc_row]
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

136bet.com.br
aviator-game.mw
aviator.com.az
big-bass.co.uk
focuspcg.com
humanics-es.com
iuorao.ru
oren-sarmats.ru
spicybet.com.br
sweet-bonanza.com
aviator
pinco
allabouteng.com
auruhana2.kz
bsl.community
docwilloughbys.com
editorialabiertafaia.com
erkindik.kz
kabuki-bremen.de
minnaz.ru
prockomi.ru
saintvincenthome.org
aviator
pinco
136bet
top 10 online casino belgië
verde casino
seriöse online casinos österreich
norsk casino
pinco casino

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
aviator
pinco
nayora.org
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör