bulls-bike.cz
fiyonk.net
infopokrovsk.ru
okzhetpes.kz
petsdream.ru
PoliceControl.info
proarte.net.pl
provegas.ru
sultan-kazino-qazaqstan.kz
underscorejs.ru
Top UK Slot Sites
Casibom
Гама казино
betify
Azlogos
  • Qaydalar
  • Kimlər var

1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu 1651940310 Nshot 20220507 201640187 Bir söz oyunbazının kino fantaziyaları
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Canlı rulet yayınlarında gecikme olmaması, Casinomhub yükle tarafından sağlanan güçlü altyapının bir göstergesidir.

Yeni üyelere verilen avantajlı kampanyalar arasında casinomhub giriş fırsatları dikkat çekiyor.

Bahis dünyasında yenilikçi çözümler sunan bettilt farkını hissettiriyor.

Kumarhane eğlencesini dijital dünyaya taşıyan bettilt giriş çeşitliliği artıyor.

Türkiye’de şans oyunlarını yalnızca Milli Piyango ve Spor Toto düzenleyebilirken, bettilt giriş uluslararası lisansla faaliyet gösterir.

Adres değişikliklerine çözüm sunan pinco kullanıcılar için önem taşıyor.

Bahis severlerin güvenle oynadığı adres bettilt olarak bilinir.

Gerçek casino atmosferini hissetmek isteyenler bettilt seçeneklerine yöneliyor.

Her oyuncu güven içinde bahis yapabilmek için bettilt altyapısına ihtiyaç duyuyor.

İnternet üzerinden daha kolay erişim için bettilt giriş sayfası kullanılıyor.

Bahis dünyasında kullanıcıların %63’ü en çok futbol bahislerinden kazanç elde ettiğini belirtmiştir; bu, bahsegel giriş’in sunduğu güçlü oranlarla uyumludur.

Kullanıcılarına güvenli ortam sağlayan altyapısıyla bahsegel sektörde ön plandadır.

Rulet, poker ve slot makineleri gibi seçeneklerle dolu Bettilt giriş bölümü farklı deneyimler yaşatıyor.

Her an bahis yapmak isteyenler için Bettilt uygulaması hazırlandı.

Online casino oyunlarında yüksek RTP oranları sunan bahsegel kazandırıyor.

Slotlarda kullanılan semboller genellikle tema ile bağlantılıdır; bahsegel giriş bu görselleri kaliteli şekilde sunar.

Güvenilir ödeme yöntemleri, hızlı destek sistemi ve yüksek kazanç oranlarıyla bettilt giriş kullanıcılarına benzersiz bir deneyim yaşatıyor.

Bahis severler için en geniş spor kategorilerini sunan bettilt eğlencenin merkezindedir.

Panik atak və “əsəbiləşmə” məsləhəti

Hacı Hacıyev Hacı Hacıyev
., Elm
22 Avqust 2020
Oxuma vaxtı:9 dəqiqəyə oxunur
7p kamera d
Paylaş

Panik pozğunluqlar necə yaranır, niyə panik atak zamanı bayılma baş vermir və ikincili qorxularla necə mübarizə aparmaq olar?

Panik atak – hər zaman somatik (yəni fiziki olaraq orqanizmə təsir edən) reaksiyalarla müşayiət olunan intensiv qorxu və panika tutmalarıdır. Bu zaman arterial təzyiqin yüksəlməsi, ürək ritminin artması, tərləmə, titrəmə, ağciyərlərin hiperventilyasiyası (insan mümkün qədər çox hava udmaq istəyərkən oksigen bolluğundan təngnəfəslik başlayır), bədənin müxtəlif nahiyələrinin keyiməsi, iynəbatma hissiyyatı və başgicəllənmə kimi somatik əlamətlər müşahidə oluna bilər.

Bəzən panik atak zamanı derealizasiya və depersonalizasiya vəziyyətləri də yarana bilər. Birinci halda ətraf dünya insana təhrifolunmuş, yad bir aləm kimi görünür. Depersonalizasiya zamanı isə insanın öz bədəni və/və ya yaşadığı psixi proseslər ona yad gəlir. Bu zaman insan onunla nə baş verdiyini dəqiq deyə bilmir. Sadəcə dərin yadlıq, özgəlik hissi yaşayır.

Panik atak zamanı insan huşunu itirməkdən, dəli olmaqdan, özü üzərində nəzarəti itirməkdən, qeyri-adekvat olmaqdan, başqalarının onu ruhi xəstə zənn edəcəyindən qorxmağa başlayır. Ölüm qorxusu yaranır. Somatik simptomlar o dərəcədə güclü ola bilir ki, pasiyent həmin dəqiqə öləcəyi qənaətinə gəlir: havası çatmır, ürəyi sanki yerindən çıxır və adama elə gəlir ki, növbəti anda onu infarkt və ya insult vuracaq. Bu əlamətlərə ikincili simptomlar deyilir.

Panik pozğunluqlar həmişə panik atakla nəticələnmir

Panik pozğunluğun inkişafında həlledici rolu ikincili qorxular oynayır. İnsan bir dəfə panik atak yaşayırsa, bu hələ o demək deyil ki, belə ataklar gələcəkdə müntəzəm olaraq təkrarlanacaq. Panik atakı insan həyatı boyu bir və ya iki dəfə də yaşamış ola bilər, amma panik pozğunluq (yəni müntəzəm panik tutmalar) yalnız davamlı ikincili qorxular olduqda yaranır.

Uzun müddət panik pozğunluq ayrıca diaqnoz kimi nəzərdən keçirilmirdi. Amma BXT-nin (Beynəlxalq Xəstəliklər Təsnifatı) sonuncu 10-cu nəşrində panik pozğunluq ayrıca klinik kateqoriya kimi yer alıb.

Uzun müddət ayrıca xəstəlik kimi nəzərdən keçirilməməsi nəticəsində müxtəlif ixtisaslı həkimlər, xüsusən də terapevtlər və kardioloqlar bu xəstəlik barədə az məlumatlıdırlar. Məsələn, nevroloqlar belə vəziyyətlərdə çox vaxt “vegetodamar distoniya” kimi mücərrəd diaqnozlar qoyurdular ki, bu da diaqnozdan daha çox müəyyən simptomlar məcmusudur. Dəqiq qoyulmayan diaqnoz təyin olunacaq müalicənin də effektini müvafiq olaraq aşağı salırdı.

hbarczyk_npr_anxiety_final2

Əvvəllər panik atak tutmaları hansısa xəstəliyin kəskinləşmə əlaməti kimi nəzərdən keçirilirdi. Belə xəstələrə təcili yardım çağırırdılar. Çağırışa gələn həkimlər təzyiqi ölçür, kardioqram çıxarıb hər şeyin qaydasında olduğunu görəndə narahatlığa əsasın olmadığını, amma hər ehtimala qarşı yoxlanmağı məsləhət görüb gedirdilər. Xəstələr dərdlərinə əlac tapmaq üçün müxtəlif mütəxəssislərə müraciət etməli olurdular. Nə baş verdiyini anlamadıqlarından daha da çox təşviş və qorxuya düşür və vəziyyətləri daha da pisləşirdi. Yalnız son illərdə bu cür halların psixiatr və psixoterapevtlərin kompetensiya sahəsi olduğu aydın olub. Hərçənd günümüzdə də bir çox panik pozğunluqlardan əziyyət çəkənlər üçün belə mütəxəssislərə müraciət etmək problem kimi görünür.

Panik atak zamanı nə üçün bayılma baş vermir?

Panik ataklar zamanı yaranan başqa bir qorxu – huşunu itirmək qorxusudur. Panik pozğunluqdan əziyyət çəkən insanlar elə bilir ki, küçədə yeriyərkən, ictimai nəqliyyatda hərəkət edərkən bayıla bilərlər. Amma bu iki psixosomatik vəziyyət bir-birinə tamamilə ziddiyyət təşkil edən fizioloji proseslərdir. Bayılma arterial təzyiqin azalması, damar tonusunun azalması, ümumi sedasiya (sakitləşmə) ilə müşayiət olunduğu halda panik vəziyyətlər isə bütün qorxular kimi, tam əksinə evalyusyon vur-qaç müdafiə mexanizmləri ilə təchiz olunmuş vəziyyətdir. Bu zaman orqanizmin bütün müdafiə mexanizmləri səfərbər olunur, damarların tonusu yüksəlir, təzyiq artır, tənəffüs tezliyi artır, baş-beynə daha çox qan və onunla bərabər oksigen gedir ki, o daha yaxşı işləsin. Bununla belə başgicəllənmə, ətrafların keyiməsi kimi əlamətlər panik ataklarda da müşahidə oluna bilər. Əslində bayılma qorxusunu yaradan əsas əlamətlər də elə bunlardır.

Bayılma yaşayan insanlar bilir ki, huşunu itirən ərəfədə adam tamam başqa hisslər keçirir, donur, arterial təzyiq o qədər aşağı olur ki, adam heç qorxu barədə düşünmür. Panik vəziyyətlərdə insan anlamalıdır ki, ona bu vəziyyətdə bayılma, ölüm və ya dəliolma təhlükəsi yoxdur.

Panik atakların səbəbləri nədir?

Panik atakları yaradan mexanizm milyon illər ərizində təkamülün formalaşdırdığı orqanizmin təhlükəyə verdiyi psixofiziki reaksiyadır. Bu zaman qana adrenalin ifraz olunur, simpatik sinir sistemi aktivləşir, daxili orqanlara qan axını güclənir, arterial təzyiq yüksəlir, artan tənəffüs tezliyi nəticəsində ağciyərlərin hiperventilyasiyası (oksigenlə zənginləşməsi) baş verir. Beləliklə, orqanizm xarici təhlükəyə qarşı özünü hazırlayır. Problem yalnız ondadır ki, bu vəziyyət heç bir xarici təhlükənin olmadığı şəraitdə də yaranır.

Bir qayda olaraq ilk panik atak, insanın yaşadığı fiziki və ya psixoloji şərtlərin dəyişməsi fonunda baş verir. Bu zaman simpatik sistemin aktivləşməsi baş verir və orqanizm mobilizasiya olunur. Bu hal ifrat fiziki yüklənmə, həmçinin idman zalında ağır məşqlərdən sonra, iş yerində həddən artıq yüklənmə səbəbindən baş verə bilər. Alkoqol və digər stimullaşdırıcı maddələrin sui-istifadəsi, hətta bəzi hallarda çay və qəhvə kimi ilk baxışdan zərərsiz içkilərin də çox istifadəsi panik atakların yaranmasını şərtləndirə bilər. Münasibətlərdə yaranan münaqişə və gərginliklər, uzun müddət davam edən stress vəziyyətləri də bir sıra hallarda əsas stimullaşdırıcı faktor kimi çıxış edir. Əvvəl insan özünü qəribə hiss edir (məsələn, ürəkdöyünməsinin artmasını hiss edir), daha sonra isə baş verənlərin faciəvi izahı kimi vəziyyət yaranır. Bu da təşviş hissini daha da artırır. Nəticədə insan müşahidə etdiyi bütün əlamətləri pisliyə yozmağa başlayır. Deyə bilərik ki, panik pozğunluq tutmalarının əsas psixoloji səbəbi xəstənin hiss etdiklərinin təhrifolunmuş interpretasiyasıdır. Psixoloji tədqiqatlar göstərir ki, neqativ emosiyalardan qaçış, öz emosiyalarını anlamanın zəifliyi və neqativ emosiyaların olduğunu qəbul etməmə, nəticədə panik pozğunluqlara meyli artırır.

İkincili qorxular gücləndikcə, panik atakların təkrarlanma ehtimalı da artır. Bu qorxular gərginlik formalaşdırır, insanı qapanmağa, passiv həyat tərzinə, evdən bayıra çıxmamağa sövq edir. Panik ataklara zamanla aqrofobiya (açıq məkanlardan qorxma) da qoşulur, çünki insana elə gəlir ki, evdən kənarda onun başına nəsə gəlsə, heç kim yardım etməyəcək. Belə hallarda panik pozğunluqlar xroniki formaya keçir. Belə insanlar işləyə və tam keyfiyyətli həyat yaşaya bilmirlər. Bu, bir növ psixoloji əlillik vəziyyətidir. Aydındır ki, məhdudiyyətlər təşviş və əzginlik hissini daha da artırır. Çünki bayıra çıxmaq qorxusu içində olan insan emosional kasadlıq yaşayır. Beləliklə qorxuların qüsurlu dövranı yaranır: insan panik tutmaların baş verəcəyində qorxaraq özünü evə həbs edir, nəticədə yaranmış aktiv həyatın azlığı isə öz növbəsində əzginliyin və qorxuların daha da artmasına səbəb olur.

UMH_C_PanicAnxiety@2x

Panik pozğunluqların yaranmasında genetik faktorun da rolu var. Əgər ailədə valideynlərdən birində və ya hər ikisində panik pozğunluqlar varsa, onların uşaqlarında da belə vəziyyətin yaranma ehtimalı daha yüksək olacaq.

Panik ataklar adətən çox erkən yaşlarda yaşanmağa başlayır. 50% xəstələrdə bu vəziyyətlər 24 yaşına qədərki dövrdə rast gəlinir. Qadınlar panik pozğunluqlardan kişilərə nisbətən iki dəfə daha çox əziyyət çəkirlər. Panik ataklar bir sıra hallarda depressiyalar, alkoqol və narkotik asılılıqlarla da müşayiət olunur.

Panik atakların qarşısını necə alaq?

Panik atakların qarşısını almaqda maarifləndirmənin rolu böyükdür. İnsanlara panik pozğunluqlarla panik atakların fərqini izah etmək lazımdır. Bundan başqa koqnitiv təhriflərlə, yəni insanın yaşadığı vəziyyətləri izahetmə üslubu ilə işləmək çox vacibdir. Təcrübə göstərir ki, yaşadıqlarının faciəvi yozumu ilə bacaran adamlar xroniki panik pozğunluqlardan daha az əziyyət çəkirlər.

Bundan başqa sağlam həyat tərzi də bu işdə çox vacibdir. Əvvəl də qeyd etdiyimiz kimi alkoqol və digər zərərli vərdişlərdən uzaq durma, fiziki və psixoloji gərginlik və yorğunluğa gətirən səbəblərin aradan qaldırılması, keyfiyyətli qidalanma, normal yuxu rejimi panik vəziyyətlərin qarşısını almaq üçün faydalıdır.

Bəzən belə hallarda yaxınlar, dostlar insana “əsəbləşmə, sinirlərini sakit tut” kimi məsləhətlər verirlər. Bu kimi məsləhətlər nəinki qeyri-peşəkar və yanlışdır, hətta panik pozğunluqdan əziyyət çəkən insan üçün ziyanlıdır da. Çünki bu vəziyyətləri yaşayan insan onsuz da qorxu və gərginlik içindədir. Ona əlavə olaraq “əsəbləşmə” demək, onun gərginliyini daha da artırır və vəziyyətini daha da pisləşdirir.

Belə hallarda ondansa insana həyat keyfiyyətini artıracaq aktivitetlər məsləhət görmək lazımdır.

Və sonda müalicə barədə bir neçə kəlmə

Əslində psixoloji əlillik vəziyyətinə düşən xəstələr müalicənin effektivliyinə və psixoterapiyanın gücünə inanmayan insanlardır. Onlar şüurlu şəkildə özlərini belə müalicədən təcrid edir və bununla da durumlarını pisləşdirirlər. Effektiv mütəxəssis müdaxiləsi isə bir çox hallarda çox yaxşı nəticə verir. Qorxuların öhdəsindən gəlməyi öyrənmiş insan heç də panik atakların təkrarlanmasından sığortalanmayıb, amma o, bu hallarda yaşayacağı gərginliyi doğru izah etməyi öyrənir. Başa düşür ki, bu qorxular onun sağlamlığı və həyatı üçün təhlükə təşkil eləmir. Beləliklə, təkrarlansalar belə panik tutmalar adətən çox yüngül keçirilir.

Təcrübəli mütəxəssis psixoterapevtik üsullarla yanaşı həm də adekvat dərman kursu da təyin edir. Bundan da çəkinməməkdə fayda var.

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
488656195 122127540776763171 3687452932550618916 N
.

Vətən oğlu

Mirzə
17 Aprel 2025
1651940310 Nshot 20220507 201640187
.

Bir söz oyunbazının kino fantaziyaları

Sevda Sultanova
03 Noyabr 2024
17aheds Knee Superjumbo
.

Sənət və siyasətin qarşıdurması: ‘Ahedin dizi’ və estetik zəiflik

Sevda Sultanova
19 Sentyabr 2024
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

136bet.com.br
aviator-game.mw
aviator.com.az
big-bass.co.uk
focuspcg.com
humanics-es.com
iuorao.ru
oren-sarmats.ru
spicybet.com.br
sweet-bonanza.com
aviator
pinco
allabouteng.com
auruhana2.kz
bsl.community
docwilloughbys.com
editorialabiertafaia.com
erkindik.kz
kabuki-bremen.de
minnaz.ru
prockomi.ru
saintvincenthome.org
aviator
pinco
136bet
top 10 online casino belgië
verde casino
seriöse online casinos österreich
norsk casino
pinco casino

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
aviator
pinco
nayora.org
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör