Azlogos
  • Qaydalar
  • Kimlər var

IMG 20260326 WA0000 "Qəvvas". Zugzwang dövrünün sehrli teatrı WhatsApp Image 2026 05 25 at 14.36.43 SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib Başlıq Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair 1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

İntellektualların kapitalizm nazı

Bilal Əşrəfov Bilal Əşrəfov
., Bazar
22 Avqust 2020
Oxuma vaxtı:6 dəqiqəyə oxunur
Rise of anti capitalism 1280x720
Paylaş

Liberalizmə və onun bilavasitə təşviq etdiyi iqtisadi sistem olan kapitalizmə müsbət yanaşmağa başladığım ilk dövrlərdən etibarən, məni ən çox maraqlandıran məsələlərdən biri də o idi ki, niyə intellektuallar kapitalizmin əleyhinə çıxmağa bu qədər meyillidirlər?

Müzakirələrdə haqlı hesab edilən mövqenin fəlsəfi baxımdan əsaslandırılması nə qədər vacib olsa da, bu məsələdə müzakirədə iştirak edən tərəflərin şəxsiyyəti də müəyyən rol oynayır. Ateizm-teizm müzakirələrində dilə gətirilən “alimlərin əksəriyyəti ateistdir” məsəli buna ən uyğun nümunələrdən biridir.

Digər yandan, cəmiyyətin yüksək dəyərləndirdiyi fərdlər tərəfindən son bir neçə əsr, xüsusilə də, son onilliklərdə bütün dünyanı cənginə almış kapitalizm kimi bir sistemə bu səviyyədə qarşı çıxılması istər-istəməz sözügedən tendensiyanın arxasında hansı mexanizmin dayandığı sualını yaradır.

Bu məsələyə aydınlıq gətirmək, əsasən, kapitalizm tərəfdarı olmaqları ilə tanınan liberal-libertarian akademiklərin üzərinə düşürdü.

John Rawls-un “Ədalətin nəzəriyyəsi” (“A Theory of Justice”) əsərinə cavab olaraq yazdığı “Anarxiya, Dövlət və Utopiya” (“Anarchy, State, and Utopia”) kitabı ilə XX əsr siyasət fəlsəfəsinə unudulmaz töhfə verən Robert Nozick, bu məsələyə açıqlıq gətirməyə çalışıb. O, Cato Institute üçün yazdığı məqaləsində müzakirə mühitində müşahidə edilən bu fenomeni araşdırıb.

Robert Nozick
Harvard Universitetinin nüfuzlu professorlarından olan filosof Robert Nozick (1938–2002) həmçinin bir müddət Amerika Fəlsəfə Assosiasiyasının prezidenti vəzifəsini icra edib.

Cato Institute üçün yazdığı məqalədə Nozick əvvəlcə intellektuallar arasında bu halın-kapitalizm əleyhdarlığı səviyyəsinin “anomaliya” olduğunu bildirir. O, buna səbəb kimi cəmiyyətin digər qruplarına nəzərən sözügedən ictimai qrupda bu tendensiyanın daha güclü, hətta nəzərə çarpan mütənasiblik dinamikasına malik olduğunu göstərir:

“Əslində, müəyyən göstəricilər sübut edir ki, intellektual nə qədər firavan və uğurludursa, kapitalizmə o qədər qarşı çıxır.”

Onu da qeyd etmək lazımdır ki, Nozick “intellektual” deyəndə “söz xiridarları” (wordsmiths) adlandırdığı, daha çox akademiya və mətbuat kimi sahələrdə rastlanan professorlar, jurnalistlər və ədəbiyyatçılardan ibarət ictimai fiqur qrupunu nəzərdə tutur.

Filosof, bu fenomenin arxasında duran başlıca motivasiyanın, intellektualın pozisiyası ilə mövcud kapitalist cəmiyyətdəki yeri arasında əlaqə olduğuna diqqət çəkir. Nozisk, bütün fikir tarixi boyunca insanlara intellektualın cəmiyyətdə ən dəyərli işi yerinə yetirən şəxs olduğu öyrədildiyinə istinad edərək bildirir ki, müasir cəmiyyətdə bu zehniyyət məktəblər vasitəsilə hər dəfə yenidən və daha güclü şəkildə kök salır:

“İntellektuallarda üstünlük hissinin meydana gəlməsinin səbəbi nədir? Diqqəti xüsusilə bir instituta yönəltmək istəyirəm: məktəblər. Məktəblər, ailənin xaricində gənclərin münasibətini formalaşdıran əsas institutlardan birinə çevrilib və demək olar ki, cəmiyyətin intellektual saydığı hər kəs bu yoldan keçib”.

Nozickə görə, intellektualların bazar iqtisadiyyatına – kapitalizmə qarşı çıxmaq istəyini alovlandıran ən vacib nüans, onların özlərini ən rahat hiss etdikləri məktəblərlə bazarlar arasında paylayıcı ədalət baxımından müxtəlif dinamikaların olmasıdır. Belə ki, intellektuallar özlərini cəmiyyətin ən ləyaqətli nümayəndələri hesab edirlər, çünki (müşahidələrə əsasən, Qərbdəki) məktəb sistemində önə çıxan , müəllimlərdən diqqət və rəğbət görən şagirdlər, adətən, humanitar fənlərdə yaxşı nəticələr göstərirlər. “Söz xiridarı” təsnifindəki intellektualların, əsasən, humanitar fənlərdən çıxdığını nəzərə alanda bu hal ona gətirib çıxarır ki, öz növbəsində onlar da cəmiyyətdən eyni münasibəti (diqqət və rəğbət) gözləyirlər. Nozick yazır ki, intellektuallar bu mexanizmə — dəyərləndirmənin məktəbdə onlara rəğbət göstərən müəllim kimi mərkəzi fiqur tərəfindən edilməsinə həsəd aparırlar və bu motiv onlarda cəmiyyətin, ən azından, müəyyən qədər “məktəbləşdirilməsinə” ehtiyac olduğu qənaəti yaradır:

“İntellektual istəyir ki, bütün cəmiyyət onun uğurlu olduğu və yüksək qiymətləndirildiyi mühit olan məktəbə çevrilsin”.

Filosof əlavə edir ki, bu, intellektualları niyə liberalizmin təbiətindəki öz-özünə nizamın (spontaneous order) yox, sosialist metod olan mərkəzi planlamanın bu qədər cəlb etdiyini açıqlayır:

“Buna görə də təəccüblü deyil ki, intellektuallar, məhsulların və mükafatların mərkəzləşdirilmiş şəkildə paylandığı mexanizmi bazarların “anarxiya və xaos” vəziyyətindən daha məqsədəuyğun hesab edirlər.

Nozick yenə istehzalı təəccüblə bu perspektivi tənqid etməyi də unutmur:

“İctimai müstəvidə müvafiq libaslar geyindirilmiş olsa da, sadaladıqları səbəblərin kafi olmadığı sübuta yetirilsə də, məktəbli intellektualların kapitalist cəmiyyətə qarşı hiss etdikləri dərin və tutqun nifrətin yenə də davam etməsi təəccüblü deyilmi?”

Digər tərəfdən intellektualların kapitalist cəmiyyətə müxalifətində ən çox diqqət çəkən nüanslardan biri də sözügedən cəmiyyətdə münasibətlərin daha çox iqtisadi müstəvidə qurulmasıdır. Bazarlarla məktəblər arasındakı başlıca fərqlərdən biri də elə budur — bazar fərdi şəxsi dəyərinə görə yox, cəmiyyətə verdiyi iqtisadi töhfəyə uyğun şəkildə mükafatlandırır. Nozick hesab edir ki, intellektuallar məhz bu fərqdən yola çıxırlar və ideal cəmiyyətin kapitalist iqtisadi münasibətlərdən uzaq, məktəbdəki mühitə mümkün qədər yaxın bir model olduğunu düşünürlər.

Nozickin, haqqında danışdığımız sosial fenomeni açıqlamaq məqsədilə irəli sürdüyü, bəlkə də, ən vacib hipotez odur ki, sözügedən fenomeni müəyyən mənada test etmək mümkündür. Bu hal açıqlamanın emprik şəkildə də əsaslandırılmasına imkan verir.

Nozick’in Cato Institute üçün yazdığı məqalənin dərcindən, təxminən, 20 il sonra, nəhayət, mövzu ilə bağlı araşdırma aparılıb. Sol siyasətin daha güclü olduğu Fransız akademiyasından 1500 professorun iştirakı ilə baş tutan araşdırmanın nəticələri intellektuallar və kapitalizm arasındakı münaqişənin təxmin edildiyi kimi, bazar və məktəb arasındakı mexanizm fərqi ilə əlaqəli olduğu fikrinə güclü dəstək verir. Belə ki, akademiya da bazardan daha yaxşı nəticə əldə edən bu iki institutun nəzdində formalaşan iyerarxiyalar arasındakı əlaqənin itdiyini düşünür. Bu hissi yaşayanlar məktəbdən qaynaqlanan ədalət nəzəriyyəsini daha çox mənimsəyirlər. Beləcə, Noziskin hipotezi də öz təsdiq tapmış olur.

 

İSTİFADƏ OLUNAN MƏNBƏLƏR:

Nozick, R. (1998). Why do intellectuals oppose capitalism?. CATO Online Policy Report, 20(1), 8–11.

Magni-Berton, R., & Ríos, D. (2019). Why do academics oppose the market? A test of Nozick’s hypothesis. Current Sociology, 67(6), 856–878.

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

IMG 20260326 WA0000
.

“Qəvvas”. Zugzwang dövrünün sehrli teatrı

Elmir Mirzəyev
16 İyun 2026
WhatsApp Image 2026 05 25 at 14.36.43
.

SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib

AzLogos
25 May 2026
Başlıq
.

Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair

Elmir Mirzəyev
25 Aprel 2026
1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör