Azlogos
  • Qaydalar
  • Kimlər var

IMG 20260326 WA0000 "Qəvvas". Zugzwang dövrünün sehrli teatrı WhatsApp Image 2026 05 25 at 14.36.43 SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib Başlıq Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair 1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Əl çirki, yoxsa rüşvət və borc bataqlığı?

Nərmin Şahmarzadə Nərmin Şahmarzadə
., Bazar
29 İyul 2020
Oxuma vaxtı:6 dəqiqəyə oxunur
1591600263059 9RlnvfTH
Paylaş

Cəmiyyət olaraq bizim pula ictimai və şəxsi münasibətimiz fərqlidir. Mənə elə gəlir ki, cəmiyyətimizin adət-ənənələri pul haqqında bizim gözümüzdə daxilimizdəkindən fərqli təəssürat yaratmaq istəyir. Bu da çox zaman ziddiyyətlərə yol açır. Bu yazıda pulun həyatımızdakı rolu, ona şəxsi və sosial yanaşmadakı ziddiyyətlər barədə fikrlərimi bölüşmək istəyirəm.

Pul alqı-satqı zamanı qiymət ölçüsü kimi işlədilən metal və ya kağız parçası deməkdir (Azərbaycan dilinin izahlı lüğəti). İnsanın hazırdakı dünyada həyatının alqı-satqı-bazar sayəsində davam edə bildiyini nəzərə alsaq, bu prossesin vahidi olan pul çox əhəmiyyətli hala gəlir. Bazar sözünü işlətməkdə məqsədim həm də cəmiyyətimizdə zaman-zaman mənfi konnotasiya ilə ifadə edilən “bazar”, “bazar adamı”, “bazar açmaq” kimi ifadələrə diqqət çəkmək idi. Bazar istehsalçı və istehlakçıların qarşılıqlı fəaliyyətini təmin edən mexanizmdir. Yəni nəyisə verirəm ki, ala bilim. Yanılmıramsa, orta əsrlər dövründə alış-verişin ilkin forması olan natural təsərrüfat anlayışı mövcud idi. O zaman da insanlar sahib olduqları məhsullarını başqa məhsullarla dəyişirdilər və bu mübadilə bazarı yaradırdı. Daha sonra məhsulların birbaşa dəyişdirilməsi əvəzinə vasitəli dəyişdirilmə anlayışı yarandı. Bu vasitə də pul oldu. Bəlkə də pulu daha da qiymətli edən amillərdən biri də məhz budur: məhsulunla bağlı 1) dəyər-dəyməzi ilə əvəz etmək və ya 2) xarab olmasına, qiymətdən düşməsinə göz yummaq kimi məhdud variantlar arasında seçim etməyə məcbur olmursan. Məhsulunu o an ona ehtiyacı olan adama satıb əvəzində pul alırsan və o pulla istədiyin vaxt, qiymətinə uyğun istənilən şeyi ala bilirsən.

İstəyirəm ki, oxucu bu yazıda məhsul və bazar anlayışlarını təsəvvür etdikdə sadəcə meyvə-tərəvəz, pal-paltarı yox, eləcə də tədris, təhsil, səhiyyə, təmir və s. kimi xidmət sahələrini də nəzərdə tutsun. Belə təsəvvür etdikdə, əslində, pul qazanan hər kəsin bazar adamı olduğu həqiqəti ortaya çıxır. Bazar sadəcə müəyyən ərazilərdə açıq şəkildə alqı-satqı edilən yer deyil. Kafe-restoranlar, repetitorun evi, dil kursları, hətta bu yazını oxuduğunuz şəbəkənin özü də bazardır. Bunu ona görə vurğulayıram ki, cəmiyyətimizdə pulla açıq-aydın təmasda olan adamlarla, görünüşdə pulu ön planda tutmayan adamlar arasında sanki ayrıseçkilik edilir: bazar adamı (bazarda işləyən, açıq şəkildə qiymət deyən) və digərləri.

Oxuculardan kimsə düşünə bilər ki, bu ayrıseçkilik onların davranış üslubuna görə formalaşmış stereotipdir. Lakin hesab edirəm ki, bu, davranış formalarından daha çox pulla münasibətlərinin kəskinliyi ilə bağlıdır: filan qədər ödəməsən, məhsulu sənə satmayacam. Digər adamların da etdiyi budur, onlara da istədikləri məbləği ödəməsəniz, sizə xidmət göstərməyəcəklər. Lakin bu haqda açıq-aydın danışmırlar. Bunlardan bir qrupu sizə bəh-bəhlə xidmətlərini, peşəkarlıqlarını, sevimli, istiqanlı olmalarını təqdim edib sonra qiyməti deyir, digər qrupu olan müəllimlər, həkimlər də elə təəssürat yaradırlar ki, sanki onlar üçün xidmət etmək pul qazanmaqdan daha vacibdir; pul onlar üçün əl çirkidir.

“Pul əl çirkidir” məsəlimiz də digər məsəllərimiz kimi təsadüfi deyil, məsəllərin hər biri xalqın psixologiyasına dair nələrsə pıçıldayır. Bu məsəl xalqımızın pulla bağlı yanaşmasını pıçıldayır. Hətta deyərdim ki, buna aid ən yaxşı nümunə “Bizim Cəbiş Müəllim” filmidir. Müəllim obrazı kasıb olsa da, uşaqlarını dolandırmaqdan ötrü pul qazanmaq üçün alverçiliyə baş vurmayan adam kimi təsvir edilib. Nə “təsadüfdürsə”, film Sovet Sosialist Respublikası dövründə çəkilib, filmin adı “Cəbiş Müəllim” yox, “Bizim Cəbiş Müəllimdir”. Yəni acından ölsən də, bərabərlik uğruna edə biləcəklərindən imtina edib yaşa və “bizim” Cəbiş Müəllim ol.

Düşünürəm ki, pulla bağlı xalqımızın yanaşmasına ən ciddi təsiri bəlkə də Sovet İttifaqı edib. Sovetlər sosial ölkə olduğu üçün bu yanaşma anlaşılan ola bilərdi, lakin indi 21-ci əsrdə, kapitalizmin hökm sürdüyü dünyada bu, belə deyil. Amma hələ də insanımızın pula münasibəti “pul əl çirkidir” paradiqması çərçivəsindədir. Təbii ki, bunu sadəcə sözdə istifadə edən insanlar da var, lakin cəmiyyət olaraq hələ də Cəbiş müəllim kimi müəllimlər axtarırıq: vicdanlı, az pul alsa da, ailəsi acından ölsə də, geyimi nimdaş olsa da rüşvət almayan, bütün gün dəridən-qabıqdan çıxıb dərs keçən və s.

Bir anlıq bu romantikadan ayılıb orta səviyyədə dolanışıq üçün lazım olan pulu və müəllimin 300-500 manatlıq maaşını xatırlayıb utanmaq olar. Bu gün müəllimlərdən rüşvət almamaq, keyfiyyətli dərs, vicdan, şagird və tələbələrə qarşı diqqət tələb etməzdən öncə onlara dövlət tərəfindən ayırılan pulu da göz qabağına gətirmək lazımdır. Bu an anlamaq olur ki, ac ayı belə oynamır. Əgər keyfiyyətli dərs istəyirsənsə, Cəbiş müəllim yox, müəlliminə yaxşı maaş ayıran dövlət tələb etmək lazımdır.

Bu gün hələ də həkimə pul verəndə sanki ayıb olmasın, utanmasın deyə pulu cibinə basırıq. Dövlət xəstəxanasında aylıq 200-300 manat maaş alan həkim xəstədən pul götürdüyü üçün niyə utanmalıdır? Burada tək utanmalı olan o həkimə o maaşı təyin edənlər olmalıdır.

Bir çox repetitor hələ də abituriyentlərinə keçdiyi dərslərin pulunu valideynlərdən almaq üçün uşaqların yaxşı imtahan nəticələrini gözləyirlər: nəticə yaxşıdırsa, deməli uşağa yaxşı dərs keçmisən, pulunu verəcəm, pisdirsə, deməli, pis dərs keçmisən, vermirəm. Hər il qəbul imtahanları dövründə abituriyentlərindən pulunu almağa utanan minlərlə müəllim var. Bu müəllimlər də abır-həya edib zəhmət çəkərək keçdikləri dərslərin pulunu istəyə bilmirlər. Çünki beyinlərinə yeridilən Cəbiş müəllim obrazı və “bazar adamı olmamalıyam” düşüncəsi var. Lakin unutduğumuz çox incə bir məqam var ki, bu gün kartınızda 30 qəpik pul olmasa heç kəs sizi metroya, avtobusa buraxmayacaq, marketdən heç yavan çörək də ala bilməyəcəksiniz.

Hazırda bu problemin iki əsas kökü var:

1) Ölkəmizdə hər sahədə sağlam rəqabətə əsaslanan azad bazar mədəniyyəti formalaşmayıb və monopoliya bu bazarın formalaşmasını əngəlləməyə davam edir. Azad bazarın olmaması azad istehsalçı və istehlakçının olmamasına gətirib çıxarır. Yəni hətta sən yüksək bazar standartlarına uyğun səviyyədə olsan da, heç zaman bazarın əsas iştirakçısı ola bilmirsən və yeni şərtlərin təyin olmasında birbaşa iştirak edə bilmirsən.

2) Birinci variantın törəməsi olaraq bizim insanımızın çoxu göstərdiyi xidmətin haqqını adekvat təyin etməyə və qarşı tərəfdən bunu açıq-aydın tələb etməyə çəkinir. Sanki gözdən düşməkdən, pulgir hesab olunmaqdan qorxur. Ona görə də ya “şapka”, hörmət” kimi rüşvət növləri ortaya çıxır, ya da şişirdilmə xidmətə qeyri-adekvat yüksək məbləğ təyin edilir. Əgər hər kəs öz dəyərini açıq şəkildə adekvat təyin edib aidiyyatı qurumlardan tələb etsə, nə rüşvət olar, nə səfalət. Əks halda bizim kimi “pul əl çirkidir” deyib boğaza qədər ya rüşvətə, ya da borca batan insanlardan ibarət cəmiyyət yaranacaq.

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

IMG 20260326 WA0000
.

“Qəvvas”. Zugzwang dövrünün sehrli teatrı

Elmir Mirzəyev
16 İyun 2026
WhatsApp Image 2026 05 25 at 14.36.43
.

SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib

AzLogos
25 May 2026
Başlıq
.

Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair

Elmir Mirzəyev
25 Aprel 2026
1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör