bulls-bike.cz
fiyonk.net
infopokrovsk.ru
okzhetpes.kz
petsdream.ru
PoliceControl.info
proarte.net.pl
provegas.ru
sultan-kazino-qazaqstan.kz
underscorejs.ru
Top UK Slot Sites
Casibom
Гама казино
betify
Azlogos
  • Qaydalar
  • Kimlər var

1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu 1651940310 Nshot 20220507 201640187 Bir söz oyunbazının kino fantaziyaları
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Canlı rulet yayınlarında gecikme olmaması, Casinomhub yükle tarafından sağlanan güçlü altyapının bir göstergesidir.

Yeni üyelere verilen avantajlı kampanyalar arasında casinomhub giriş fırsatları dikkat çekiyor.

Bahis dünyasında yenilikçi çözümler sunan bettilt farkını hissettiriyor.

Kumarhane eğlencesini dijital dünyaya taşıyan bettilt giriş çeşitliliği artıyor.

Türkiye’de şans oyunlarını yalnızca Milli Piyango ve Spor Toto düzenleyebilirken, bettilt giriş uluslararası lisansla faaliyet gösterir.

Adres değişikliklerine çözüm sunan pinco kullanıcılar için önem taşıyor.

Bahis severlerin güvenle oynadığı adres bettilt olarak bilinir.

Gerçek casino atmosferini hissetmek isteyenler bettilt seçeneklerine yöneliyor.

Her oyuncu güven içinde bahis yapabilmek için bettilt altyapısına ihtiyaç duyuyor.

İnternet üzerinden daha kolay erişim için bettilt giriş sayfası kullanılıyor.

Bahis dünyasında kullanıcıların %63’ü en çok futbol bahislerinden kazanç elde ettiğini belirtmiştir; bu, bahsegel giriş’in sunduğu güçlü oranlarla uyumludur.

Kullanıcılarına güvenli ortam sağlayan altyapısıyla bahsegel sektörde ön plandadır.

Rulet, poker ve slot makineleri gibi seçeneklerle dolu Bettilt giriş bölümü farklı deneyimler yaşatıyor.

Her an bahis yapmak isteyenler için Bettilt uygulaması hazırlandı.

Online casino oyunlarında yüksek RTP oranları sunan bahsegel kazandırıyor.

Slotlarda kullanılan semboller genellikle tema ile bağlantılıdır; bahsegel giriş bu görselleri kaliteli şekilde sunar.

Güvenilir ödeme yöntemleri, hızlı destek sistemi ve yüksek kazanç oranlarıyla bettilt giriş kullanıcılarına benzersiz bir deneyim yaşatıyor.

Bahis severler için en geniş spor kategorilerini sunan bettilt eğlencenin merkezindedir.

Bakı və Vaşinqtonun ortaq dərdi

Fərid Mehralızadə Fərid Mehralızadə
., Sərbəst
17 İyul 2020
Oxuma vaxtı:9 dəqiqəyə oxunur
Shutterstock 226727896 777x390
Paylaş

Bu günlərdə Amerika Birləşmiş Ştatlarının Nümayəndələr Palatasında ölkədə yeni – 51-ci ştatın yaradılması ilə bağlı qərar qəbul edildi. Nə qədər qəribə səslənsə də, buna səbəb paytaxt sakinlərinin səsvermə hüququnun olmamasıdır.

Belə ki, ABŞ-da paytaxtın daxil olduğu Kolumbiya dairəsi heç bir ştatın ərazisinə aid olmadığı üçün burada yaşayanlar səs verə bilmirlər. Daha doğrusu, prezident seçkilərində iştirak edirlər, ancaq ştat olmadıqları üçün öz təmsilçilərini konqresə göndərə bilmirlər və konqresdəki seçkilərdə səsvermə hüquqları yoxdur. Bununla bağlı qərar Nümayəndələr Palatasından keçsə də, qərarın Konqresdən keçməsi gözlənilmir, çünki, Konqresdə üstünlükdə olan respublikaçılar düşünür ki, bu, demokratlara əlavə üstünlük qazandıra bilər. Vaşinqtonun ştat statusu alması üçünsə hər iki palata səs verməli, sonra isə prezident bunu dəstəkləməlidir.

ezgif.com-webp-to-jpg (1)
Vaşinqton. Capitolium.

Bu baxımdan, Vaşinqton və Bakı qardaşlaşmış şəhərlər ola bilərlər. Buna səbəb vaşinqtonlular kimi Bakı sakinlərinin də səsvermə hüququnun olmamasıdır. Belə ki, Bakı Avropa Şurasında təmsil olunan 47 ölkə arasında seçkili mer institutu olmayan yeganə paytaxt şəhəridir. Digər ölkələrdən fərqli olaraq Bakı seçki ilə formalaşan şəhər şurası tərəfindən yox, təyin olunan icra başçısı tərəfindən idarə olunur.

Bəs, mer instututu nədir və onun tətbiq edilməsinin hansı üstünlükləri var?

Bu sahədəki beynəlxalq təcrübəyə görə, paytaxt və iri şəhərlər bələdiyyələrin timsalında yerli özünüidarə hüququna və demokratik səsvermə ilə formalaşdırılmış yerli hakimiyyət tərəfindən həyata keçirilən dövlət səlahiyyətlərinə malik olmalıdır. Eyni zamanda, bu administrativ orqanların öz səlahiyyətlərini həyata keçirə bilmələri üçün onların zəruri maliyyə qaynaqları ilə təmin olunması da vacibdir. Bu sistemin effektiv qurulduğu şəraitdə şəhərin idarəedilməsi daha şəffaf, hesabatlı, çevik xarakter alır və şəhər sakinlərinin şəhərin idarəedilməsində iştirakçılığı təmin edilir ki, bunların vasitəsi ilə bir çox problemləri asanlıqla həll etmək imkanı qazanılır. Əslində seçkili orqan tərəfindən idarə olunmaq Bakı şəhəri üçün yeni təcrübə hesab olunmamalıdır. Çünki, hələ Çar Rusiyası zamanında, 1878-ci ildə Bakı Şəhər Dumasına seçkilər keçirilmişdi və dörd il müddətinə seçilən 72 nəfərdən ibarət şəhər duması formalaşdırılmışdı. Sovet hakimiyyəti illərində Bakı formal keçirilsə də seçkiylə formalaşan orqanlar – Bakı Şəhər Zəhmətkeş Deputatları Sovetinin İcraiyyə Komitəsi, sonralar isə Bakı şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsi tərəfindən idarə olunub.

Baku_State_Duma's_members_in_1910
Bakı şəhər dumasının üzvləri. XX əsrin əvvəli.

Seçkili mer institutunun vacibliyini əsaslandırmaq üçün dərinə getmədən, sadəcə son günlər Bakıda baş verən hadisələrin timsalında məsələyə yanaşıb bir çox məqamları aydınlaşdıra bilərik. Məsələn, bir neçə gün öncə Sobsan boya fabrikində partlayışlarla müşayiət olunan yanğın ölkənin əsas gündəminə çevrildi. Yanğınla bağlı sosial şəbəkə istifadəçiləri internetdə çoxlu sayda foto və videolar paylaşdı. Həmin paylaşımlarda ən diqqət çəkən məqam kimyəvi maddələrin istifadə edildiyi fabrikin yaşayış məntəqəsinin daxilində yerləşməsi ilə bağlı idi. Vətəndaşların iradəsini təmsil edən özünüidarəetmə orqanı olsaydı bu fabrikin insanların həyatına təhlükə törədə biləcək ərazidə tikilməsinə icazə verilərdimi? Yəqin ki, yox. Təyinatla formalaşan orqan tərəfindən idarə olunan şəhərdə qəbul edilən qərarlar məhz həmin bir qrup idarəçinin rəyinə əsaslanır və nə şəhər sakinlərinin, nə də ekspertlərin mövqeləri nəzərə alınmır. Elə olsaydı, bu tip müəssisələr həm təhlükəsizlik, həm də ekoloji səbəblərə görə şəhər kənarında, yaşayış məntəqəsindən uzaq ərazidə yerləşdirilməli idi.

Boya fabriki ilə bağlı məsələ sadəcə yanğınla bitmədi. Hadisədən bir neçə gün sonra Bakının müxtəlif hissələrində kəskin və xoşagəlməz qoxu hiss edilməyə başlandı. Məsələylə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilk olaraq qoxunun son günlər müşahidə edilən yüksək temperaturun və durğun hava şəraitinin üstünlük təşkil etməsi səbəbindən kanalizasiya sularının axıdıldığı Böyük Şor gölündən yayıldığının ehtimal edildiyini açıqladı, ancaq göldən götürülən nümunələrin analizi məlum olduqdan sonra, nazirlik daha bir açıqlama yayaraq məsələnin Sobsan fabrikində baş vermiş yanğın zamanı yaranmış tullantıların da Böyük Şor gölünə axıdılması ilə bağlı ola biləcəyinin ehtimal edildiyini açıqladı. Analizin nəticəsində suda ionların sayının 12 dəfəyədək artdığı ortaya çıxdı. Bu isə həmin göldə yaşayan canlıların məhv olması ilə yanaşı, həm də vətəndaşların xəstələnməsinə səbəb ola bilər. 21-ci əsrdə modern şəhər adına iddialı olan şəhərdə kanalizasiya və ekoloji problemin yaşanması nə qədər normaldır?

Hazırda Azərbaycanda ekologiya ilə bağlı problemlər cəmiyyət tərəfindən bir o qədər də prioritet hesab edilməsə də, görünən odur ki, yaxın gələcəkdə bu məsələylə bağlı ciddi sınaqlarla üz-üzə qalacağıq. Son dövrlər Kürün suyunun böyük bir ərazidə quruması, Xəzərin suyunun Kürə axması, on minlərlə insanın yaşadığı ərazilərdə suyun tapılmaması yəqin ki, “jurnal”dır, “kino” isə hələ qabaqdadır. Bunu təsdiqləyən digər bir fakt bu günlərdə Yale Universitetinin 2020-ci il üzrə açıqladığı Ekoloji Performans İndeksində üzə çıxdı. Belə ki, indeksə görə, havada uzun müddət asılı qala bilən kiçik toz hissəciklər ilə havanın çirkliliyinə məruz qalmasına görə Azərbaycan 180 ölkə arasında ən pis göstəriciyə malik olan 10 ölkədən biridir. Maraqlıdır ki, ilk onluqda olan digər ölkələr Misir, Özbəkistan, Səudiyyə Ərəbistanı, Oman, Türkmənistan kimi səhra iqliminə malik olan ölkələrdir. İşin qorxulu tərəfi ondan ibarətdir ki, həmin toz hissəciklərinin təsirinə uzun müddət məruz qalmaq astma və xroniki bronxit kimi tənəffüs problemlərinə səbəb ola bilər.

106989593_275495906886291_2828201604066324631_n
Böyükşor gölü.

Məsələylə bağlı statistika komitəsinin göstəricilərindən də aydın olur ki, Bakıda əhalinin hər 10.000 nəfərinə düşən tənəffüs orqanları xəstəlikləri diaqnozu qoyulan xəstələrin sayı 2011-2018-ci illər arasında 7 faiz artıb. Ölkə üzrə 14-29 yaşlı gənclər arasında tənəffüs orqanları xəstələrinin sayı isə 2007-2018-ci illər arasında 70%-dən çox artıb. Rəsmi rəqəmlərə görə Bakıda havanın tərkibində tozun faktiki orta sutkalıq qatılığı icazə verilən normadan 33 faiz, “azot oksid”in isə faktiki orta sutkalıq qatılığı icazə verilən normadan 75 faiz yüksək olduğunu, “kükürd anhidrid”in orta sutkalıq qatılığının 2013-2018-ci illərdə 190 faiz artdığını, Bakı şəhərində adambaşına düşən yaşıllıq sahəsinin 1991-ci ildə 21.1 kvadrat metrdən, hazırda 6 kvadrat metrə qədər azaldığını da nəzərə alsaq Bakının ekoloji mənzərəsi ilə bağlı təsəvvür yarada bilərik. Üstəgəl nəzərə almaq lazımdır ki, adambaşına düşən göstərici Bakının rəsmi əhalisi (2.3 milyon nəfər) nəzərə alınaraq hesablanıb. Real əhali sayının daha çox olduğunu nəzərə alsaq bu göstərici daha da aşağıdır. Nazirlər Kabinetinin təsdiq etdiyi “Yaşayış məntəqələrinin yaşıllıqla təmin edilməsi Normaları”na görə isə əhalisi 1 milyondan çox olan şəhərlərdə adambaşına düşən yaşıllıq sahəsi 10 kvadrat metrdən çox olmalıdır. Beynəlxalq praktikada isə həm müəyyən edilən normalar, həm də real rəqəmlər Bakı ilə müqayisədə bir neçə dəfə çoxdur. Bakı yaşıllıq sarıdan həmişə korluq çəksə də, son illərdə tikinti məqsədi ilə çox sayda yaşıllıq ərazinin qırılması vəziyyəti daha da kritikləşdirib və bu faktın özü də xalqın iradəsini təmsil edən şəhər idarəçiliyinin önəmini göstərən digər bir məqamdır.

Qeyri-peşəkar şəhər planlaması da bir çox çatışmazlıqların yaranmasına səbəb olur. Bunu Bakının həm mərkəzi və tarixi hissəsində uyğunsuz ərazilərdə yöndəmsiz tikililərin tikilməsində, həm də nisbətən son dövrlərdə formalaşan yaşayış məntəqələrində görmək olar. Bu sahədə müsbət təcrübələrə malik olan ölkələrdə yeni məskunlaşılan ərazilərdə yaşayacaq əhali sayına uyğun olaraq infrastruktur tələbləri – təhsil, səhiyyə və digər sosial obyektlərin sayı, ictimai nəqliyyat, yollar, parklanma, adambaşına düşən yaşıllıq və bu kimi bütün istiqamətlərdə normalar müəyyən edilir və bu normalara əməl olunur. Xüsusilə şəhər mərkəzindən nisbətən kənar ərazilərdə formalaşan yaşayış məntəqələri üçün nəzərdə tutulmuş yol infrastrukturunun orada yaşayan əhalinin sayına adekvat olmaması bu ərazilərdə uzun tıxacların və vaxt itikisinin yaranmasına səbəb olur.

Ümumiyyətlə Bakı sakinlərinin hazırda ən çox şikayət etdiyi məsələlərdən biri yollar və ictimai nəqliyyatla bağlıdır. Məsələnin rahatlığı qədər, təhlükəsizliklə bağlı olan hissəsində də problemlər var. Belə ki, rəsmi rəqəmlərə görə Azərbaycanda ötən il hər 100 min avtomobilə yol nəqliyyat hadisələrində ölənlərin sayı 59 nəfərdir. Eyni göstərici Türkiyədə 44, Gürcüstanda 35, Rusiyada 32, ABŞ-da 13, İsveçdə 5 nəfərdir. Yəni, bu istiqamət üzrə göstəricilər Azərbaycanda həm region, həm də qərb ölkələrinə nəzərən çox yüksəkdir. Bütün bu problemləri həll etməyəcəyi təqdirdə şəhər sakinlərinin növbəti seçkilərdə səsini ala bilməyəcəyini başa düşən idarəçilərin bu tip problemlərin həllinə operativ yanaşmamaq şansı varmı? Yəqin ki, yox.

559598_n20ed9ek1u
İsmailliyə

Bugünlərdə Bakıyla bağlı geniş müzakirələrə səbəb olan digər bir məsələ də, hazırda Elmlər Akademiyasının Rəyasət Heyəti yerləşən məşhur “İsmailiyyə” binasının fasadındakı Kiril qrafikası ilə yazılmış “Azərbaycan SSR Elmlər Akademiyası” yazısının sökülməsi ilə bağlı idi. Bir qrup insan bu addımı sovet simvolikasından azad olmaq baxımından dəstəkləsə də, digərləri binanın tarixi memarlıq abidəsi olduğu üçün toxunulmaz olduğunu müdafiə edirdi. Maraqlıdır, görəsən bu yazının sölükməsiylə bağlı hər hansı müzakirə aparılıbmı və ya niyə məhz indi bu qərar alındı? Bu qərarlar bağlı qapılar arxasında qəbul edildiyi üçün bizim bununla bağlı heç bir cavabımız yoxdur.

Ancaq məlum olan bir şey varsa o da Bakının modern şəhər olmamasıdır. Çünki modern şəhər olmaq dəbdəbəli göydələnlərə və tikililərə sahib olmaqla bağlı deyil, modernliyin ilk şərti elə seçki ilə formalaşan, əhalini təmsil edən, iştirakçılığın təmin edildiyi qurum tərəfindən idarə olunmaqdır. Bu səbəbdən Bakı sakinlərinin əsas müzakirə mövzusu sonradan şəhərə köçənlərin və ya əvvəldən burada yaşayanların daha mədəni və şəhərli olması və ya 1 iyulun dünya bakılılar kimi qeyd edilməsinin düzgün yoxsa yanlış olması ilə bağlı yox, məhz onları təmsil edən mer institunun yaradılması məsələsi olmalıdır.

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
488656195 122127540776763171 3687452932550618916 N
.

Vətən oğlu

Mirzə
17 Aprel 2025
1651940310 Nshot 20220507 201640187
.

Bir söz oyunbazının kino fantaziyaları

Sevda Sultanova
03 Noyabr 2024
17aheds Knee Superjumbo
.

Sənət və siyasətin qarşıdurması: ‘Ahedin dizi’ və estetik zəiflik

Sevda Sultanova
19 Sentyabr 2024
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

136bet.com.br
aviator-game.mw
aviator.com.az
big-bass.co.uk
focuspcg.com
humanics-es.com
iuorao.ru
oren-sarmats.ru
spicybet.com.br
sweet-bonanza.com
aviator
pinco
allabouteng.com
auruhana2.kz
bsl.community
docwilloughbys.com
editorialabiertafaia.com
erkindik.kz
kabuki-bremen.de
minnaz.ru
prockomi.ru
saintvincenthome.org
aviator
pinco
136bet
top 10 online casino belgië
verde casino
seriöse online casinos österreich
norsk casino
pinco casino

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
aviator
pinco
nayora.org
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör