Azlogos
  • Qaydalar
  • Kimlər var

WhatsApp Image 2026 05 25 at 14.36.43 SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib Başlıq Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair 1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Pandemiya tədbirləri və psixi sağlamlıq

Bilal Əşrəfov Bilal Əşrəfov
., Covid-19
03 Avqust 2020
Oxuma vaxtı:5 dəqiqəyə oxunur
Pandemic depression boy
Paylaş

Pandemiya dövründə tətbiq olunan karantin tədbirləri ilə əlaqədar ən çox narahatlıq doğuran məqamlardan biri intihar tendensiyasında artım olacağı ehtimalıdır. Müxtəlif ölkələrdə tibb mütəxəssisləri pandemiyanın yeni psixi sağlamlıq problemlərinə – depressiya, travmasonrası stress və hətta intihar- səbəb ola biləcəyindən xəbər verir.

Qeyd edək ki, pandemiyanın doğura biləcəyi psixoloji pozuntular özünü qısa müddətdə də müəyyən qədər göstərməsinə baxmayaraq, əksər problemlər uzunmüddətli nəticələrdir. Hazırda içində olduğumuz şərtləri — yoluxma və ölüm xəbərləri, doğmalardan uzaq qalmaq və s.— nəzərə alanda insanların psixoloji təsir altına düşəcəyi ehtimalını irəli sürmək üçün əldə yetərli qədər səbəb var.

Belə hal ilə ilk dəfə üz-üzə qalındığına görə, onunla necə mübarizə aparılmalı olduğuna dair təcrübə də azdır və bu, vəziyyəti daha da çətinləşdirir. Harvard Universitetinin psixologiya üzrə professoru Matthew Nock məsələni belə açıqlayır:

“Bu, bir növ təbii təcrübədir. Məsələ sadəcə təşvişin (Anxiety) artması deyil, daha vacib məqam sosial təcriddir. Heç vaxt belə bir şey olmayıb  və bilirik ki, sosial təcrid intiharla əlaqəlidir.”

Mövzu ilə bağlı Amerikan Tibb Birliyi Jurnalı (JAMA) tərəfindən dərc olunan bir məqalədə koronavirus pandemiyası ərzində görülən tədbirlərlə həmin dövrdə baş verən və sonra baş verəcək intiharlar arasında necə bir əlaqənin olduğu araşdırılır.

Ümumən, intiharla bağlı tədqiqatlarda işsizliyin intiharla çox güclü əlaqəsi olduğu qeyd edilir. Pandemiya tədbirləri nəticəsində dünya iqtisadiyyatının üzləşdiyi resessiya ehtimalı işsizlik səviyyəsində artıma vəsilə olaraq, cəmiyyət üçün başda ictimai psixi sağlamlıq olmaqla çox ciddi təhlükə yaradır. Habelə, hətta həkimlərin də virus nəticəsində vəfatına dair xəbərlər ümumxalq təşvişini gücləndirir.

Digər yandan, fiziki məsafə saxlanması və bunun nəticəsi olan sosial izolasiya kimi tədbirlərin insan təbiətinə ciddi psixoloji zərbələr vura biləcəyini təxmin etmək o qədər də çətin deyil.

Qeyd elədiyim iki tədbirdən psixoloji baxımdan ən çox zərər çəkənlər, rayonlara gediş-gəliş yasaqlandığı üçün Bakıda “sıxışıb qalan”, bu çətin dövrdə həm ailəsindən uzaq düşən, həm də öz yaşıdları olan dostları ilə görüşə bilməyən gənc tələbələrdir.

Tibbi nöqteyi-nəzərdən virusun özü gənclər üçün nisbətən daha az təhlükəli olsa da, ümumən, yaranan psixoloji təzyiqdən ən çox zərər çəkənlərin gənclər olduğu aşkardır. Xüsusilə, bu il ali məktəbləri qeyri-müəyyənlik, uzaqdan təhsil kimi çox çətin şərtlər altında bitirən, məzunluğu motivasiyasız, hansısa mərasimlə qeyd eləmədən baş tutan tələbələrin bəziləri həyatın növbəti mərhələsi olan iş həyatına, karantin tədbirləri nəticəsində daha da problemli hala gəlmiş iş bazarına stresli şəkildə daxil olacaqlar.

Həmçinin gənclərin psixoloji sağlamlıqlarında pandemiyadan qaynaqlanmayan potensial ciddi pozuntular ola biləcəyi barədə daha əvvəl də yazmışdım. Eyni məsələ sözügedən mövzuya dair xarici mediada çıxan yazılarda da qeyd olunur:

“Gənclər arasında intiharlar […] pandemiya başlamazdan əvvəl artıq artmışdı. İndi isə ekspertlər vəziyyətin daha da pisləşəcəyindən qorxurlar.”

Xülasə, əgər karantin tədbirləri insanların həyatını xilas etmək üçün tətbiq edilirsə, bu vəziyyətin insan itkisi mənasına gələn intiharlar ilə nəticələnə biləcək uzunmüddətli psixoloji əks-təsirləri də nəzərə alınmalıdır.

Bununla bağlı səfərbərlik üçün hər nə qədər gec qalınsa da, nəhayət, bugünlərdə Operativ Qərargaha psixoloqların cəlb edilməsi müzakirə olunmağa başlayıb.

Koronavirusla mübarizədə dünya üçün nümunəvi ölkə olan Yeni Zellandiyanın belə, virus üzərində nisbi qələbədən sonra indi də gələcəyə dair qeyri-müəyyənlikdən yaranan təşviş kimi yeni psixoloji problemlə qarşı-qarşıya qalması bütün cəmiyyətləri karantinsonrası dövrlə bağlı dərindən maraqlandıran ictimai bir məsələdir. Həm bu nümunə, həm də karantin tədbirlərinin Azərbaycanda daha uzun çəkməsi bu məsələ ilə bağlı hətta karantinsonrası dövrü də əhatə edən daha ətraflı bir yanaşmanı zəruri  edir.

İSTİFADƏ OLUNAN MƏNBƏ:

Reger, M. A., Stanley, I. H., & Joiner, T. E. (2020). Suicide mortality and coronavirus disease 2019 — a perfect storm?. JAMA psychiatry.

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

WhatsApp Image 2026 05 25 at 14.36.43
.

SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib

AzLogos
25 May 2026
Başlıq
.

Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair

Elmir Mirzəyev
25 Aprel 2026
1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
488656195 122127540776763171 3687452932550618916 N
.

Vətən oğlu

Mirzə
17 Aprel 2025
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör