bulls-bike.cz
fiyonk.net
infopokrovsk.ru
okzhetpes.kz
petsdream.ru
PoliceControl.info
proarte.net.pl
provegas.ru
sultan-kazino-qazaqstan.kz
underscorejs.ru
Top UK Slot Sites
Casibom
Гама казино
betify
Azlogos
  • Qaydalar
  • Kimlər var

1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu 1651940310 Nshot 20220507 201640187 Bir söz oyunbazının kino fantaziyaları
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Canlı rulet yayınlarında gecikme olmaması, Casinomhub yükle tarafından sağlanan güçlü altyapının bir göstergesidir.

Yeni üyelere verilen avantajlı kampanyalar arasında casinomhub giriş fırsatları dikkat çekiyor.

Bahis dünyasında yenilikçi çözümler sunan bettilt farkını hissettiriyor.

Kumarhane eğlencesini dijital dünyaya taşıyan bettilt giriş çeşitliliği artıyor.

Türkiye’de şans oyunlarını yalnızca Milli Piyango ve Spor Toto düzenleyebilirken, bettilt giriş uluslararası lisansla faaliyet gösterir.

Adres değişikliklerine çözüm sunan pinco kullanıcılar için önem taşıyor.

Bahis severlerin güvenle oynadığı adres bettilt olarak bilinir.

Gerçek casino atmosferini hissetmek isteyenler bettilt seçeneklerine yöneliyor.

Her oyuncu güven içinde bahis yapabilmek için bettilt altyapısına ihtiyaç duyuyor.

İnternet üzerinden daha kolay erişim için bettilt giriş sayfası kullanılıyor.

Bahis dünyasında kullanıcıların %63’ü en çok futbol bahislerinden kazanç elde ettiğini belirtmiştir; bu, bahsegel giriş’in sunduğu güçlü oranlarla uyumludur.

Kullanıcılarına güvenli ortam sağlayan altyapısıyla bahsegel sektörde ön plandadır.

Rulet, poker ve slot makineleri gibi seçeneklerle dolu Bettilt giriş bölümü farklı deneyimler yaşatıyor.

Her an bahis yapmak isteyenler için Bettilt uygulaması hazırlandı.

Online casino oyunlarında yüksek RTP oranları sunan bahsegel kazandırıyor.

Slotlarda kullanılan semboller genellikle tema ile bağlantılıdır; bahsegel giriş bu görselleri kaliteli şekilde sunar.

Güvenilir ödeme yöntemleri, hızlı destek sistemi ve yüksek kazanç oranlarıyla bettilt giriş kullanıcılarına benzersiz bir deneyim yaşatıyor.

Bahis severler için en geniş spor kategorilerini sunan bettilt eğlencenin merkezindedir.

Uluğbəy Bakirov: “Elə bilirdik Qərb Kərimovu cəzalandıracaq”

AzLogos AzLogos
., İntervü
01 İyul 2020
Oxuma vaxtı:19 dəqiqəyə oxunur
105394028 592171871702122 6989119601402839083 n

Uluğbəy Bakirov

Paylaş

Kərimovun saxta bioqrafiyası, özbək mühacirlərin Bişkekdəki “Kasablanka”sı, Gülnarə Kərimovanın müəmma dolu həbsi, ölkədə gedən əsl islahatlar…

Özbəkistan sirləri özbək jurnalist Uluğbəy Bakirovun dilindən…

İstər region, istər milli köklər, istər dil və ya din, istərsə də tarixi doğmalıq baxımından bizə ən yaxın ölkələrdən biri Özbəkistandır. Bu ölkə barədə nələr bilirik? Ümumi bildiklərimiz – Sovetlərin pambıq ölkəsi, Kərimov diktaturası, gözəl mətbəx, konservləşdirilmiş qədim şəhərlər…siyahını uzatmaq da olar, amma etiraf edək ki, bu ölkənin müasir tarixini yaxından tanımağımıza ehtiyac var. İslam Kərimov öz qızı Gülnarə Kərimovanı niyə həbsə atmışdı? Kərimovun ölümündən sonra hakimiyyətə gələn Mirzioyev kimdir? Özbəkistan Kərimovdan sonra necə dəyişdi? Ölkədə gedən islahatlar mifdir ya gerçək? İllər əvvəl Özbəkistanı tərk edən özbək mühacirlərin həyatı necə keçir? Bu və onlarla sualın cavabı biz Özbəkistanlı jurnalist, yazıçı Uluğbəy Bakirovdan alacağıq.

Uluğbəy Bakirov (Uluğbəy Bakir) 1980-ci ildə Özbəkistanın Əndican vilayətində doğulub. Ixtisasca filoloqdur. 2005-ci ilə insan haqları profilli Ezgülik (Yaxşılıq) təşkilatında fəaliyyət göstərib. Əndican qiyamından sonra vətənini tərk etməyə məcbur olub. Bir il müddətində Qırğısıztan paytaxtı Bişkekdə özü kimi siyasi mühacirlərlə birlikdə ictimai fəaliyyətinə davam edib, mühacirətdə işıq üzü görən “Hicrət sarvanı” qəzetində redaktor işləyib.

2007-ci ildə Norveçdə siyasi sığınacaq alıb. Bu illər ərzində özbəkdilli və xarici mətbuat üçün jurnalist kimi fəaliyyət göstərib. Özbəkistanın keçmiş prezidenti İslam Kərimovun qardaşı oğlundan aldığı silsilə müsahibələrdən sonra, bu söhbətlərin əsasında Kərimovun naməlum bioqrafiyasını yazmağa qərar verib. “Özbəkistanın bəlası” adlı bu roman yaxın zamanlarda işıq üzü görəcək.

105394028_592171871702122_6989119601402839083_n
Uluğbəy Bakirov

“Əndican hadisələrindən sonra ailəmin həyatı cəhənnəmə çevrildi…”

Uluğbəy, gəlin ondan başlayaq ki, sizin Norveçə gəlməyiniz necə baş verdi?

Bu olduqca uzun hekayətdir. Qarışıqlıq olmasın deyə, əvvəldən başlamaq istərdim. 2002-ci ildə İslam Kərimov Amerikaya səfər edərək, o zamankı USA prezidenti Corc Buşla görüşdü. Bu səfərdən sonra ölkədə bir balaca demokratiya nəfəsliyi açıldı. Müxtəlif beynəlxalq təşkilatlar Özbəkistanda aktiv fəaliyyətə başladı. Vətəndaş cəmiyyəti Amerika səfirliyi ilə, Freedom House ilə aktiv əməkdaşlıq edirdi. Eyni zamanda, yerli QHT-lər yarandı. Əslində, əvvəl də insan haqları profilli təşkilatlar vardı, amma qeyri-rəsmi idi, qeydiyyata düşə bilmirdi. 2003-cü ildə biz Daşkənddə insan haqlarını müdafiə edən Ezgilik (Yaxşılıq) adlı QHT qeydiyyatdan keçirdik. Bu, Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş ilk QHT idi. Mən Əndican vilayətindəki ofislərdən birinin rəhbəri kimi fəaliyyət göstərirdim. Eyni zamanda müxalifət partiyası olan Birlik partiyasında da fəaliyyət göstərirdim. Əslində, bu doğru deyil, amma Özbəkistanda narazı kəsim o qədər az idi, və səsini çıxarmaqdan hamı qorxurdu deyə, anlayışlar bir az qarışırdı, azad düşünən insanlar profillərinə baxmayaraq, bir ocağa yığışır, əməkdaşlıq edirdilər. 2005-ci ilin Əndican hadisələrinə qədər həbslər, döyülmələr, qorxutmalar olsa da, necəsə fəaliyyət göstərmək mümkün idi. Seminarlar keçirmək, otellərdə konfrans zalları kirayələmək mümkün olurdu. Şəhərin mərkəzində öz ofisimiz vardı. Yəni, ölkədə tam deyil, nisbi azadlıq vardı.

Bütün bunlar nə zaman bitdi?

2005-ci ildə Əndican üsyanı baş verdi və silahlı qüvvələr tərəfindən yatırıldı. Yeri gəlmişkən, bu il may ayında Əndican hadisələrinin on beşinci ildönümü idi. Hakimiyyət hər vəchlə çalışır ki, bu hadisələr unudulsun, buna görə də, heç bir ildönümündə mətbuat bu hadisələr barədə heç bir xəbər, xatırlatma vermir. Əndican faciəsini yaddan çıxmağa qoymayan təkcə xaricdəki özbək mühacirlər, mühacirətdəki özbək mediasıdır. Hadisələrə qayıdaq. Hakimiyyət əməliyyat zamanı cəmi 200 nəfərin həlak olduğunu desə də, bu rəqəm ağ yalan idi. O hadisələr zamanı mindən çox insan həlak olmuşdu. Özü də, hakimiyyətin dediyi kimi, təkcə qiyamçılar deyil, dinc sakinlər, qadınlar, uşaqlar, qocalar belə qətlə yetirilmişdi. Qeyd edim ki, o hadisələrdən həmən sonra hakimiyyət xarici beynəlxalq təşkilatları ölkədə çaxnaşma yaratmaqda ittiham etdi. Bəzi beynəlxalq təşkilatlar ölkədən qovuldu, bəziləri özləri Özbəkistanı tərk etdilər. Azadlıq Radiosunun Daşkənd ofisi, BBC-nin nümayəndəliyi və s. beynəlxalq media orqanları Qırğızıstana köçdülər.

Bəs, sizin təşkilata nə oldu?

Bizi rəsmi olaraq, bağlamasalar da, izləməyə başladılar. Çünki biz hakimiyyətin üsyanda həlak olanlar barədə verdiyi məlumatı araşdırmağa başlamışdıq. Həlak olanların ailələrindən müsahibə alır, morqlara gedib, orda üzərində yara, güllə, işkəncə izi olan meyidlərin fotosunu çəkir, beynəlxalq mediaya məlumatlar ötürürdük. Hakimiyyət nə etdiyimizi bildiyi üçün bizi izləməyə aldı. Telefonlarımız dinlənirdi, özümüzü izləyir, provokasiyaya çəkmək istəyirdilər. Həlak olanların yaxınlarından müsahibə alan, məsələni araşdıran başqa jurnalistlər də vardı. Kiminin evinə, maşınına anaşa atıb, həbs edir, kiminin ailəsini təhdid edirdilər. Hətta yollarda qəsdən qəza törədib, öldürülən jurnalistlər də vardı. Bütün günü izləndiyimizi hiss edirdik. Küçədə, kafedə o qədər izləmə olurdu ki, izləyənləri görəndə zarafata salırdıq ki, “cangüdənlərimiz gəldi”. Şəxsən mənin ailəmin həyatı cəhənnəmə çevrildi. Məni, bacımı izləyir, təhdir edirdilər, neçə dəfə anamın yanına Milli Təhlükəsizlik Xidmətindən adamlar gəlib, təhdid etdilər. Artıq neçə ay idi ki, təhdid edilən jurnalistlər, hüquq müdafiəçiləri ölkədən qaçmağa məcbur olurdular. Ölkədə demək olar ki, müstəqil jurnalist qalmamışdı. Müxtəlif səfirliklər mənimlə əlaqə saxlayaraq, ölkədən getməli olduğumu deyirdilər. Mənimlə eyni təşkilatda işləyən xalam oğlu belə ölkəni tərk etmişdi. Moskvaya getmişdi, orda gözləyirdi.

“Elə bilirdik ki, Qərb Kərimovu cəzalandıracaq…”

Nə gözləyirdi?

Təkcə o deyil, çoxları gözləyirdi ki, Qərb Kərimovu bu hadisələrə görə cəzalandıracaq. Biz beynəlxalq səviyyədə hadisələrin araşdırılmağını gözləyirdik. Ağlımıza gəlməzdi ki, bu böyüklükdə cinayət cəzasız, səssiz ötüşə bilər. Kərimovun sonunun gəldiyini düşünürdük. Buna görə də, hamı elə bilirdi, lazım olan tək şey, təhlükəsiz bir yerə çəkilib, orda gözləməkdir. Çoxları qonşu ölkələrə gedirdi, Rusiyaya gedən mühacirlər xüsusilə çox idi. Dil məsələsi var, iş tapmaq olur, hardan biləydik ki, Rusiya mühacirət üçün ən təhlükəli ölkələrdən biri olacaq, özbək mühacirləri tutub Özbəkistana təhvil verəcək, ölümün ağzına atacaqlar. Xalam oğlunu orda həbs edib, Rusiyanın şimalına altı aylıq sürgünə göndərdilər. Biz bütün bunları hələ bilmirdik. Amma ölkədə çevrəmdən daha heç kim qalmamışdı. Mənsə dirəşmişdim, getmək istəmirdim.

Təhlükəni hiss etdiyiniz halda, niyə getmək istəmirdiniz ki?

Bilirisniz, əvvəla, mən evin tək oğluyam. Atam da mən uşaq ikən vəfat edib. Anam və bacılarım tək qoymaq istəmirdim. Təbii, patriotluq məsələsi də vardı. Gənc idim, dirəşmişdim ki, vətənimi tərk etməyəcəm.

“Üzümə su vuranda, ətrafa su yerinə qan sıçradı…”

Bəs, necə oldu ki, getməyə qərar verdiniz?

Səhv etmirəmsə, 2005-cı ilin sentyabr ayı idi. Əynimdə şortik-mayka, əlimdə çanta Daşkəndə gedən taksilərdən birinə mindim. Arxada üç adam oturmuşdu, onlar da Daşkəndə gedən müştərilər idi. Mən bəzi sənədləri Daşkəndə çatdırıb, ordan da Varşavaya, tədbirə uçmalı idim. Taksi yerindən tərpənəndən bir müddət sonra, mülki geyimli adamlar maşını saxladı. Maşın dayanan kimi, mən oturan yerdən qapını açıb, qışqırmağa başladılar: “Oğru, quldur, camaatın pullarını oğurlayıb qaçırsan?” Məni maşından çıxarıb, döyməyə başladılar. Nə sürücü, nə arxada oturanlar kömək etmədi, görünür, onlar mənim oğru olduğuma inanmışdılar. Təsəvvür edin, şortikli bir adam (yəqin ki, sizdə də şortik geyinənlərə isti baxmırlar), əlində çanta, döyənlər də mülki geyimdə. Kifayət qədər inandırıcı səhnədir. Taksi getdi, adamlar isə məni yarım saat möhkəm döyüb, yaxınlıqdakı arxa atıb, çıxıb getdilər. Birtəhər özümə gəlib, yaxınlıqdakı köşkə qədər güclə yeridim. Su istədim. Köşk sahibi dəhşətlə üzümə baxırdı, mənsə onun niyə baxdığını anlamıram, öz üzümü görmürəm axı. Su alıb içdim, üz-gözümə çırpanda ətrafa su yerinə qan sıçrandığını gördüm. Həmin gün reanimasiyaya düşdüm. Azadlıq Radisou, BBC-də və bir neçə beynəlxalq mediada mənim döyülməyim barədə xəbərlər getdi. Şikayət etsəm də, polis təbii ki, döyənləri “tapmadı”. Bu hadisədən sonra anam dedi ki, sən getməlisən. Xaricdə, bilərəm ki, uzaqdasan amma təhlükəsizlikdəsən. Burda həbsə düşsən, ya səni öldürsələr, infarkt olacam. Nəhayət, anamın israrından sonra ölkəni tərk etməyə qərar verdim. Özbəkistan-Qırğızıstan sərhəddini qeyri-leqal olaraq, keçib, Bişkekə, bizim “Asiyanın demokratiya adası”na getdim. Bişkekdə BMT-nin nümayəndələri ilə görüşdüm. Qırğızıstan bizimkilərə siyasi sığınacağı tez verirdi, problem etmirdilər.

105355305_708712616570843_1837722183120875287_n
Özbək mühacirlər Bişkekdə.

Bişkekdə nə qədər qaldınız?

Təxminən bir ildən bir az artıq.

Tək idiniz orda?

Yoox, siz nə danışırsınız? Elə Bişkekə çatdığım gün görüşümə 30 nəfərə yaxın özbək jurnalist, hüquq müdafiəçisi, yaradıcı insanlar gəldi. Hamısı ölkədən qaçmağa məcbur olmuş azad düşüncəli adamlar. Özbəkistanda informasiya blokadası yaranmışdı, sosial şəbəkələr hələ yox idi deyə, bu adamlar ölkədən gedəndən sonra, taleləri barədə məlumatımız yox idi. Elə bilirdik, hamısı Avropadadır. Sən demə, ölkədən qaçan adamların böyük qismi uzağa getməyib, Qırğızıstanda qalıb, müqəddəratlarını gözləyirdilər. Beləliklə, Qırğızıstanda özbək cəmiyyətimizi qurduq. Öz qəzetimizi yaratdıq, xarici təşkilatların ofisləri ilə əməkdaşlığa başladıq. Toplantılar, şeir, sənət gecələri keçirirdik. İndi xatırlayanda o günlər mənə necə də romantik gəlir… Maraqlı dövr idi… Çox idik orda, aktiv həyat tərzi keçirirdik. Qırğızıstan demokratik ölkə idi, həyatımızda ilk dəfə demokratik şəraitdə jurnalistika ilə məşğul olurduq, necə də maraqlı gəlirdi bizə bu təcrübə! Küçədə aksiyalar görürdük, polisin etiraz aksiyalarını dağıtmadığını, insanlara şiddət göstərmədiyini görürdük…

Dediniz ki, orda tək deyildiniz, bir icmanız vardı. Bəs, sirr deyilsə, nə ilə dolanırdınız?

Qırğızıstandakı BMT, bəzi yerli insan haqları profilli təşkilatlar ərzaq almaq üçün az miqdarda yardım edirdi. Jurnalistlər xarici mətbuatla əməkdaşlıqdan bir az qazanırdılar. Öz ehtiyatımız vardı, Avropada yaşayan özbək mühacirlər də maddi dəstək verirdilər. Mənim kimi adamlara nə vardı ki, subay idik, bizə asan idi. Amma ailəli, uşaqlı mühacirlər vardı, onlara çətin olurdu. Buna görə də, biz bir-birimizə mümkün qədər kömək edirdik. Aramızda bir birlik vardı, çətin vəziyyətdə olanı başa düşürdük.

“Köhnə müxalifətçi Xaldarovu Bişkekdən oğurlayıb, Əndicana apardılar…”

Maraqlıdır, Qırğızıstanda sizə təhlükə var idimi?

Bilirsiniz, bəxtimizdən, İslam Kərimovun bütün Mərkəzi Asiya ölkələri ilə münasibəti olduqca pis idi. Buna görə də, sığınacaq, oturum kimi şeyləri problem etmirdilər. Amma təhlükəsizlik xidmətləri hər yerdə eynidir, daima öz kolleqaları ilə əməkdaşlıq edirlər. Qırğızlar da həmçinin. Elə mən Bişkekə çatan gün BMT-dən, sonra da Qırğızıstandakı təcrübəli müxalifətçilərdən biri dedi ki, şəhərdə tək gəzməyin. Ən azı iki nəfər, mümkünsə daha çox adamla gəzin, tək qalmayın. Elə mən orda olanda Bişkekdən köhnə özbək müxalifətçilərdən İsrail Xaldarov yoxa çıxdı. Bir neçə aydan sonra məlum oldu ki, o adam Əndican həbsxanasında yatır. Onu Kərimov dövründə həbs etmişdilər, sonra Mirzioyevin dövründə əfvə düşdü. Əlbəttə, özümüzü təhlükəsizlikdə hiss etmirdik, izləmədən şübhələnir, oğurlanmaqdan qorxurduq. Həmçinin, Bişkekə tanımadığımız, yeni özbək mühacir gələndə, biz onun hakimiyyətin agenti olmasından şübhələnirdik. Əsəbərimiz pozulmuşdu, paranoik olub getmişdik.

Yeri gəlmişkən, Qırğızıstanda hansı dildə danışırdınız yerli əhali ilə?

Adətən, rusca.

Niyə Norveçə gəlmək qərarını verdiniz?

Əslində, Bişkekdə bizimkilərdən heç kim daimi qalmaq fikri ilə yaşamırdı. Hamı oturub, öz müqəddəratını gözləyirdi. Avropa, Amerika birdən-birə viza, oturum vermir axı. Hamı orda gözləyirdi. Bişkek, bir növ özbəklərin ordakı “Kasablanka”sı idi. 2007-ci ilin noyabrında BMT xətti ilə Norveçdən oturum aldım və bura köçdüm. On üç ildir ki, burda özbəkdilli və xarici mətbuat üçün yazıram və demək olar ki, ancaq Özbəkistan gündəmi ilə yaşayıram. Özbəkistanlı siyasi mühacirlər kifayət qədər aktivdir, tez-tez Avropanın müxətlif şəhərlərində konfranslar təşkil edirik, sürgündə fəaliyyət göstərən mediamız var. Ömrümüz maraqlı keçir.

“Özbəkistan Kərimova yas tutduğu gün biz demokratlar zəng edib, bir-birimizi təbrik edirdik…”

2016-cı ildə İslam Kərimov vəfat etdi. Bu xəbəri eşidəndə nə hiss etdiniz?

Biz, demokratik insanlar ancaq onun ölümünə ümid edə bilərdik. İllərdi ki, bizə qalan ancaq bu idi – Kərimovun ölümünü gözləmək. Kərimov elə diktatorlardan idi ki, onun hakimiyyətdən başqa yolla getməsi, sadəcə mümkün deyildi. Qəribə bir ortamda aldım bu xəbəri. Afrikada, 500 nəfərlik bir kongresdə idik. Böyük oteldə qalırdıq. Otelin foyesində Özbəkistan guşəsi düzəltdim, bayrağı asdım, siyasi məhbusların şəkillərini asdım, Özbəkistandakı hadisələrə diqqət çəkməyə çalışdım. Bu xəbər müxtəlif saytlara gedirdi və dostlarım mənə bu barədə linklər atırdı. Linklərin birini açanda, gördüyüm xəbərdən şoka düşdüm: “Özbəkistan prezidenti İslam Kərimovun halı pisləşib”…Bu xəbər artıq mənim üçün onun ölümündən xəbər verirdi. Çünki son 27 il ərzində onun səhhəti barədə bircə dəfə də mətbuatda xəbər getməmişdi. Belə bir xəbər vardısa, deməli, İslam Kərimov öləcəkdi. Qışqırdım, hamı dönüb, mənə baxdı, qışqırdım ki: “Dostlar! Kərmiov tezliklə öləcək!” Sonra iki gün səfərim oldu, Afrikadan Norveçə gəldim. Mən Norveçə çatanda İslam Kərimov artıq vəfat etmişdi. Bu xəbər bizi sevindirdi desək, az şey demiş olarıq. Azad düşüncəli, demokratik insanlar bir-birinə zəng edib, İslam Kərimovun ölümü münasibətilə təbrik edirdilər. Biz bir-birimizi təbrik etdiyimiz günlərdə Özbəkistanda rəsmi “matəm” elan olunmuşdu.

“Xalq Mirzioyevi cəllad kimi tanıyırdı, amma o, islahatçı çıxdı…”

Mirzioyevin hakimiyyətə gəlişi gözlənilən idimi? Ondan hansı gözləntiləriniz var idi?

Mirzioyev on üç il idi ki, ölkənin baş naziri idi. Özbəkistanda belə idi ki, bütün nazirlər xalq üçün kifayət qədər naməlum fiqurlar idi. Bizdə televiziya, mətbuat ancaq prezidentdən yazmalıydı. Nazirlər, baş nazirlər televiziyada görünmür, müsahibə vermir, tədbirlərdə də İslam Kərimovun kölgəsində qalırdılar. Bütün ölkədə, bütün məmurlar belə olmalı idi, boz, naməlum. Biz onların ancaq adını bilirdik ki, filan şəhərin meri filankəsdir, filan nazirin adı belədir. Vəssalam. Nazirlərin demək olar ki, heç birin xalq üzdən tanımırdı. Mirzioyevi şəxsən mən ancaq bir dəfə, Əndican hadisələrindən sonra, hakimiyyət nümayəndələri ora gələndə görmüşdüm. Onun xalq arasındakı imici kifayət qədər pis idi, deyirdilər, cəlladın biridir. Hakimiyyətə gəlsə, Kərimovdan betər qaniçən olacaq. Amma belə olmadı. Mirzioyev hakimiyyətə gələndən sonra ölkədə vəziyyət dəyişdi. Gözə görünən islahatlar başladı. İndi ölkədə internet azaddır. Hər ikinci vətəndaş bloggerdir. Çoxlu müstəqil saytlar açılıb. Ölkə 27 illik tarixində ilk dəfə əfv elan edildi, siyasi məhbuslar azadlığa buraxıldı. Dini səbəblərə görə insanların təqib olunması söhbəti bitdi. Yeni QHT-lər qeydiyyatdan keçirilir. Artıq nazirlər, şəhər rəhbərləri mətbuata müsahibə verir. BBC-nin Daşkənd ofisi qayıdıb. Turizm çiçəklənmə dövrünü yaşayır. İslam Kərimovun kadrları bir-bir ya istefaya ya da həbsə göndərilir. Kərimovun dövründən iki ya üç nazir qalıb ki, onları birdən-birə yıxmaq mümkün deyil. Türkdilli ölkələr, xüsusilə də Türkiyə ilə diplomatik münasibətlər yaxşılaşıb.

Ciddi islahatlar gedir ki…Xoşunuza gəlməyən nədir?

Sözün düzü, biz hələ islahatlardan razı deyilik. Bir az məyusluq var. Biz daha çox gözləyirdik. Ölkəni tərk edən insanlara qarşı münasibətin dəyişməyini gözləyirdik. Amma ölkədə demokratik islahatlar getdiyi halda, bizim kimilər hələ də “xalq düşməni” statusundadır. Bizə, siyasi mühacirlərə qarşı münasibət dəyişməyib.

“Kərimov 11 il idi ki, qardaşı oğlunu həbsdə saxlayırdı…”

Uluğbəy, kitabınız barədə danışa bilərsinizmi? Necə oldu, belə bir kitab yazmaq qərarına gəldiniz, orda nələr var, danışa bilərsinizmi?

–Qeyd etdiyim kimi, Mirzioyevin əfvindən sonra xeyli siyasi məhbuslar azadlığa çıxdı. Azadlığa çıxan siyasi məhbuslar arasında İslam Kərimovun qardaşı oğlu Cəmşid Kərimov da vardı. Rusdilli jurnalist, ziyalı, İslam Kərimovun böyük qardaşı Aslan Kərimovun oğlu. İ. Kərimov on bir il idi ki, qardaşı oğlunu ruhi xəstəxanada saxlayırdı. Yəni qeyri-rəsmi həbsdə. Kərimovun dövründə ona işkəncələr vermiş, müxtəlif provokasiyalara məruz qoymuşdular. Cəmşid Kərimov qeyri-rəsmi həbsdən çıxandan sonra, mən onunla əlaqə saxladım. Uzun-uzadı söhbətlərdən sonra müsahibə verməyə razı oldu. Bu müsahibə üst-üstə altı saat çəkdi. Cəmşid Kərimov mənə elə sirlər açdı, elə şeylər danışdı ki, bunları bir müsahibəyə sığışdırmaq mümkün deyildi, müsahibə silsilə şəklində mətbata çıxdı. Onunla söhbətdən məlum oldu ki, İslam Kərimov özünə saxta bioqrafiya düzəldib.

Islam-Karimov-molodoj-s-druzyami
İslam Kərimov (soldan ikinci). Şəxsi arxiv.

Bəzi qardaşlarını sadəcə “yox” edib, gizləyib, atası barədə bildiyimiz şeylər yalandır. C. Kərimov Gülnarə Kərimova barədə faktlar verdi, xaricdə hansı Kərimovların nələri var, hamısını danışdı. Bütün bunların yalan olduğunu da düşünmək olardı, amma bu silsilə müsahibələr mətbuatda dərc edildiyi zaman, diktatorun qızı kiçik qızı Lola Kərimova sosial şəbəkələrdəki səhifələrində ailələrinin arxivini paylaşmağa başladı. Ordakı fotoların çoxu müsahibədəki məlumatları təsdiqləyirdi. Bilmirəm, bunu mənim müsahibələrim üçün edirdi, ya təsadüfən. Təsadüf olması inandırıcı deyil. Çoxları dedi ki, Lola Kərimova bunu qəsdən edir. Müsahibə Norveç, İrlandiya, Fransa, Türkiyə, Amerika kimi ölkələrdə yayınlandı. Böyük rezonans doğurdu. Azadlıq Radiosu özbək xidməti məndən geniş müsahibə aldı bu barədə. Saysız məktublar, zənglər aldım. Daha sonra həmkarım, Parisdəki “Odlu Ürəklər Klubu” Beynəlxalq Hüquq Müdafiəçiləri Assosiasiyasının rəhbəri, məşhur hüquq müdafiəçisi Mötəbər Tocibeyova mənə məsləhət gördü ki, bunu kitab şəklində hazırlayım. Kitaba həmçinin, Özbəkistanda tanınmış qırx nəfər siyasətçi, sənətçi, ictimai xadimlə Kərimov dövrü ilə bağlı qısa müsahibələr də yer alıb. Təəssüf ki, maddi çətinliklər hələ ki, kitabın Avropada çap olunmasına imkan vermir. Özbəkistanda isə, çapı, hələ ki, mümkün deyil, orda bunu edəcək nəşriyyat, Özbəkistanda sadəcə olaraq, yoxdu.

105769081_3132617823472150_4537357808040948100_n

“Kərimov öz qızını həbs etdirməyə məcbur idi…”

Bu, ona görədir ki, hələ də Özbəkistanda İslam Kərimovun qoyduğu qaydalar hökm sürür?

Dediyim kimi, islahatlar gedir. Dörd ildir, ölkə yavaş-yavaş da olsa, dəyişir. İslam Kərimovun kultunu dağılması prosesi, ləng də olsa, baş tutur. Amma bu kultu birdən-birə məhv etmək mümkün deyil. Hələ də ölkədə onun heykəli var. Onun doğum, ölüm günlərində Mirzioyev Kərimovun mavzoleyə baş çəkir, gül qoyur. Amma məsələn, çıxışlarında daha İslam Kərimov barədə danışmır. Onun yavaş-yavaş unudulmasına çalışır.

Uluğbəy, bizim üçün ən qaranlıq məqamlardan biri də, Gülnarə Kərimovanın həbsidir. Kərimov öz qızını niyə həbs etdirmişdi?

Kərimov Gülnarəni həbs etdirməyə məcbur oldu. Gülnarə əməlli-başlı vəhşiləşmişdi. Ölkədə böyük-kiçik, bütün bizneslərə əl qoymuşdu. Ölkədəki bütün fondlar, bizneslər onun idi. O qədər tamahkar idi ki, ölkədəki balaca benzindoldurma məntəqələrinə belə əl qoymuşdu. Amma məsələ o zaman böyüdü ki, dünya çapında TeleSonera İsveç şirkəti ilə bağlı skandal üzə çıxdı. İsveç jurnalistləri ofşor zonalarda Gülnarənin hesablarını, bizneslərini, villarını üzə çıxardılar. On ölkədə onun milyardlarla sərvəti üzə çıxdı. Bu pulları ölkəyə qaytarmaq lazım idi. Yol isə ancaq Gülnarənin Özbəkistanda həbs olunmasından keçirdi. Kərimov Gülnarəni Özbəkistanda həbs etdirməsəydi, onu xaricdə həbs edəcəkdilər. Onun ətrafındakı bir neçə nəfər – koməkçiləri, menecerləri və s. artıq həbs edilmişdi.

daughter.getty
Gülnarə Kərimova / Getty Images

Özbək mətbuatı belə bir “gerçəklik” yaratdı ki, guya İslam Kərimov Gülnarənin korrupsioner, cinayətkar olduğundan xəbərsiz imiş. Belə bir oyun qurdular ki, pulları ölkəyə qaytarmağa cəhd etsinlər. İslam Kərimov öləndə Gulnarə həbsxanada divarları döyüb, qışqırırmış ki, atamla vidalaşmağa icazə verin. Amma nə onu, nə də Gülnarənin xaricdəki övladlarını Mirzioyev İslam Kərimovun dəfninə buraxmadı. İndi isə Mirzioyev Gülnarəni həbsdə saxlamağa maraqlıdır. Çünki onu azad etsələr, xaricə gedib, orda nə danışacağı məlum deyil. Biz güman edirik ki, hazırda hakimiyyətlə Gülnarə və onu ailəsi barədə “bazarlıq” gedir. Nəticəsi necə olacaq, bilmirik. Bu yerdə taleyin ironiyasına diqqət çəkmək istərdim. Biz – ölkədəki repressiyalardan, həbslərdən, təqiblərdən qaçan özbək mühacirlər xarici ölkələrdən siyasi sığınacaq alanda, İslam Kərimov bizi “xalq düşməni”, “satqın” adlandırırdı. Tale elə gətirdi ki, 2018-ci ilin yanvar ayının 30-da İslam Kərimovun 80 illik yubileyi idi. Xalq həbsdə olan Gülnarə Kərimovanın, ABŞ-da faktiki sürgündə olan Lola Kərimovanın atasının yubileyini qeyd edirdi. Elə həmin gün, Gülnarənin oğlu, “balaca” İslam Kərimov BBC-yə verdiyi müsahibədə siyasi sığınacaq üçün Britaniya hökumətinə müraciət etdiyini deyirdi. Babası İslam Kərimov bizə siyasi sığınacaq aldığımız üçün “xain” demişdi, öz adını daşıyan nəvəsi, diktatorun yubileyi günü Britaniyaya sığınacaq üçün yalvarırdı. Maraqlıdır, eləmi?

Həm maraqlıdır, həm də kədərlidir…Uluğbəy, belə dolğun, detallı, uzun söhbətə görə sizə təşəkkür edirik.

AzLogos

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
488656195 122127540776763171 3687452932550618916 N
.

Vətən oğlu

Mirzə
17 Aprel 2025
1651940310 Nshot 20220507 201640187
.

Bir söz oyunbazının kino fantaziyaları

Sevda Sultanova
03 Noyabr 2024
17aheds Knee Superjumbo
.

Sənət və siyasətin qarşıdurması: ‘Ahedin dizi’ və estetik zəiflik

Sevda Sultanova
19 Sentyabr 2024
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

136bet.com.br
aviator-game.mw
aviator.com.az
big-bass.co.uk
focuspcg.com
humanics-es.com
iuorao.ru
oren-sarmats.ru
spicybet.com.br
sweet-bonanza.com
aviator
pinco
allabouteng.com
auruhana2.kz
bsl.community
docwilloughbys.com
editorialabiertafaia.com
erkindik.kz
kabuki-bremen.de
minnaz.ru
prockomi.ru
saintvincenthome.org
aviator
pinco
136bet
top 10 online casino belgië
verde casino
seriöse online casinos österreich
norsk casino
pinco casino

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
aviator
pinco
nayora.org
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör