bulls-bike.cz
fiyonk.net
infopokrovsk.ru
okzhetpes.kz
petsdream.ru
PoliceControl.info
proarte.net.pl
provegas.ru
sultan-kazino-qazaqstan.kz
underscorejs.ru
Top UK Slot Sites
Casibom
Гама казино
betify
Azlogos
  • Qaydalar
  • Kimlər var

1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu 1651940310 Nshot 20220507 201640187 Bir söz oyunbazının kino fantaziyaları
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Canlı rulet yayınlarında gecikme olmaması, Casinomhub yükle tarafından sağlanan güçlü altyapının bir göstergesidir.

Yeni üyelere verilen avantajlı kampanyalar arasında casinomhub giriş fırsatları dikkat çekiyor.

Bahis dünyasında yenilikçi çözümler sunan bettilt farkını hissettiriyor.

Kumarhane eğlencesini dijital dünyaya taşıyan bettilt giriş çeşitliliği artıyor.

Türkiye’de şans oyunlarını yalnızca Milli Piyango ve Spor Toto düzenleyebilirken, bettilt giriş uluslararası lisansla faaliyet gösterir.

Adres değişikliklerine çözüm sunan pinco kullanıcılar için önem taşıyor.

Bahis severlerin güvenle oynadığı adres bettilt olarak bilinir.

Gerçek casino atmosferini hissetmek isteyenler bettilt seçeneklerine yöneliyor.

Her oyuncu güven içinde bahis yapabilmek için bettilt altyapısına ihtiyaç duyuyor.

İnternet üzerinden daha kolay erişim için bettilt giriş sayfası kullanılıyor.

Bahis dünyasında kullanıcıların %63’ü en çok futbol bahislerinden kazanç elde ettiğini belirtmiştir; bu, bahsegel giriş’in sunduğu güçlü oranlarla uyumludur.

Kullanıcılarına güvenli ortam sağlayan altyapısıyla bahsegel sektörde ön plandadır.

Rulet, poker ve slot makineleri gibi seçeneklerle dolu Bettilt giriş bölümü farklı deneyimler yaşatıyor.

Akıllı telefon kullanıcıları Bettilt ile daha hızlı işlem yapabiliyor.

Casino tutkunları için özel oyun odaları sunan Bahsegel eğlenceyi garanti ediyor.

Her an bahis yapmak isteyenler için Bettilt uygulaması hazırlandı.

Online casino oyunlarında yüksek RTP oranları sunan bahsegel kazandırıyor.

Slotlarda kullanılan semboller genellikle tema ile bağlantılıdır; bahsegel giriş bu görselleri kaliteli şekilde sunar.

Güvenilir ödeme yöntemleri, hızlı destek sistemi ve yüksek kazanç oranlarıyla bettilt giriş kullanıcılarına benzersiz bir deneyim yaşatıyor.

Bahis severler için en geniş spor kategorilerini sunan bettilt eğlencenin merkezindedir.

Mandat Erkin Qədirlinin nəyinə lazım idi?

Seymur Baycan Seymur Baycan
., Mövqe
11 Avqust 2020
Oxuma vaxtı:10 dəqiqəyə oxunur
Erkin Qedirli
Paylaş

Əlahəzrət, siz doğrudan da xoşbəxt hökmdarsınız. Sədaqətli təbəələriniz o qədər çoxdur ki, bəzən sizə xidmət göstərməyə can atdıqları zaman bir-birlərinə mane olurlar.

“Allah olmaq çətindir” əsərindən

Əgər Erkin Qədirli hansısa ağır dilemma, olduqca çətin bir sınaq qarşısında dayanaraq, dünən həvəslə dediklərini, dünən həvəslə təbliğ etdiklərini bu gün əlacsız şəkildə inkar etmək məcburiyyətində qalsaydı, onu hər vəchlə müdafiə edən adamlardan biri, bəlkə də elə lap birincisi mən olardım.

Əgər Erkin Qədirli tutaq ki, çörək, ac qalmaq imtahanı qarşısında dayanaraq, dünən dediyini bu gün əlacsız bir şəkildə inkar etsəydi, onun əməlinə hər vasitə ilə haqq qazandırmağa çalışardım. Bacardığım qədər onu başqalarının hücumlarından qoruyardım.

Belə hallar olub. Məsələn, 2003–cü il məlum oktyabr hadisələrindən sonra həbs olunmuş insanları efirə çıxardıb müxalifətçiləri söyməyə məcbur edirdilər. Onda “Bizi söyün” adlı yazı yazıb müxalifətçiləri efirdən söyən adamları bacardığım qədər qorumağa, bacardığım qədər onlara haqq qazandırmağa çalışmışdım. Çünki, onların niyə, necə efirə çıxmaqları bəlli idi və onları qınamaq olmazdı. İnsanın ağır dilemma qarşısında qalması kökündən yolverilməzdir. İnsan ümümiyyətlə ağır dilemma qarşısında qalmamalıdır. Ağır dilemma qarşısında qalmaq insan ləyaqətinin alçalması ilə nəticələnir. Ən əsası, bir insan əgər bütün ağır sınaqlardan keçmək əzmindədirsə, buna iradəsi, gücü çatırsa, bu heç də o demək deyil ki, bütün insanlar onun kimi bu ağır sınaqlardan mütləq keçməlidir. Bir insanın nümayiş etdirdiyi gücü, iradəni, dözümü hər kəsdən gözləmək olmaz.

Belə, bu kimi ağır vəziyyətlərdə mən insanın yanındayam. İnsanlığın, humanizmin dayaqları çox kövrəkdir. Bir az çətinlik yarananda bu dayaqlar sarsılır. Ona görə də ən yaxşısı odur ki, insan ümümiyyətlə ağır dilemma, çətin sınaq, çətin imtahan, xüsusən çörək imtahanı qarşısında qalmasın.

Lakin Erkin Qədirli ağır dilemma, olduqca çətin sınaq qarışısında qalmamışdı. Onu heç kim çörək imtahanına çəkməmişdi. Əgər gücü, iradəsi tükənmişdisə, nədənsə, kimdənsə qorxurdursa, sakitcə kənara çəkilərək, bir müddət dincəlib, istirahət edə bilərdi. Şübhəli, təbrizlilər demişkən şuluq yollarla mandat almaq, tələsən yerimiz yoxdur, yaxşı işlər yavaş-yavaş görülür deyə-deyə yüyürərək saxta parlamentə soxulmaq Erkin Qədirlinin könüllü seçimi idi.

Tələsən yerimiz yoxdur, yaxşı işlər yavaş-yavaş görülür deyə-deyə şübhəli, şuluq yollarla mandat alıb, qaça-qaça parlamentə soxulmağı azmış kimi hələ bir camaata minnət də qoymağa “özündə güc tapır”. Onun zaman-zaman “mən müsahibə verə bilmirəm, mən siyasətçi deyiləm, mən müəlliməm…” kimi sözlərdən istifadə etməsi dekadent hoqqabazlıqdan başqa bir şey deyil. Bu cür ucuz gedişlər, ara müğənnilərinin müxtəlif verlişlərdə keçmiş həyatlarının ağır anlarından ağlaya-ağlaya danışaraq adamlarda özlərinə qarşı mərhəmət hissi oyatmaq, sms almaq, toy, nişan tutmaq cəhdlərinə çox bənzəyir. Siyasətçi deyilsənsə parlamentdə nə işin var? Özünü siyasətçi kimi yox, müəllim kimi görürsənsə, get bu və ya digər formada müəllimliyini et. Kitab yaz. Məqalə yaz. Tərcümə et. Hər halda səni acından ölmək təhlükəsi gözləmirdi. Yeddi yetimlə bir dərədə qalmamışdın.

Erkin-Qedirli-2

Erkin Qədirlidə mənəvi tənəzzülün əlamətləri azı dörd il əvvəl özünü göstərməyə başlamışdı. Onun çox aşağı səviyyəli söz oyunlarını çətin də olsa birtəhər həzm etmək, uşaqlıq, kallıq, çiylik kimi qəbul etmək olardı. Amma Erkin Qədirli aşağı səviyyəli söz oyunları ilə məşğul olmaqla kifayətlənmədi. O, həm də gücə sitayiş etməyə, dolayı yollarla hakimiyyətə yaltaqlanmağa başladı və öz sitayişinə, yaltaqlığına dövlətçilik, Qarabağ, vətən, millət, vətəndaş millətçiliyi, islahat kimi təmtaraqlı adlar qoydu. Güc isə Eynşteynin təbirincə desək əxlaqı aşağı olan adamları özünə cəzb edir və üstəlik ötən illərin təcrübəsi onu göstərir ki, vətən, dövlətçilik, millət, Qarabağ, islahat adıyla hakimiyyətə dolayı yollarla yaltaqlanan adamlar, bir müddətdən sonra açıq-aşkar formada hakimiyyətin qulluğunda dayanırlar. Özü də hakimiyyətin qulluğunda əvvəldən dayanan adamlardan daha betər, daha qorxulu, nə bilim daha nə formada.

Bəs bu insanın axırı nə olacaq? Bu insanı nə gözləyir? Heç nə. Mənəvi tənəzzülün əvvəli var, sonu yoxdur. Batdıqca batırsan. Keçmişlərdə Erkin Qədirliyə oxşayan bir adam var idi. İndi özünü elə miskin bir vəziyyətə salıb, ruhi müvazinətini, simasını o dərəcədə itirib ki, onun heç adını belə çəkmək istəmirəm. Əslində onu bir çox cəhətlərdən Erkin Qədirlidən daha güclü adam saymaq olardı. Azərbaycan, rus, dünya ədəbiyyatını yaxşı bilirdi. Yoldaş Qədirlidən fərqli olaraq ölkəni də kifayət qədər yaxşı tanıyırdı. Publisistikası, nitqi də pis deyildi. O da “iki stulda oturmaq olmaz” prinsipini unudaraq iki stulda oturmağa, qurdla quyruq yeyib, çobanla ağlamağa çalışırdı. Elə bilirdi həm hökumətdən mandat alıb parlamentdə oturacaq, həm də narazı elektoratın arasında əvvəlki hörmətini, izzətini saxlayacaq. Əlbəttə alınmadı. Bir mandatın parıltısına aldanıb, nəfsinin qurbanına çevrilib, bioqrafiyasının üstündən özü öz əlləri ilə yekə və dərin bir qara xətt çəkdi. Halbuki, ölkənin ən perspektivli siyasətçilərindən biri olmaq üçün hər cür imkanı vardı. Ən azı sakitcə kənara çəkilib, azdan-çoxdan qazandığı hörməti saxlaya, qoruya bilərdi. İnanın heç bunun özü də az iş deyil.

Sveyq deyirdi ki, azad insan məhsuldar düşünür.

Getdiyi mübarək yol insana güc, enerji verir. İnsan bəzən illüziyalara qapılır, yolun verdiyi gücü, enerjini öz gücü, öz enerjisi hesab etməyə başlayır. Elə zənn edir ki, yoldan çıxsa yolun verdiyi güc, enerji onda qalacaq, yenə hər şey əvvəlki kimi olacaq, yenə hər şey əvvəlki kimi davam edəcək. Beləliklə, yumşaq desək qudurur, getdiyi yola kəllə, təpik atır. Yoldan çıxır və yolun verdiyi gücdən, enerjidən məhrum olur. Bu fani həyatda bir neçə belə adam görmüşəm. Yoldan çıxıb güclərini itiriblər. Vəziyyətin belə acınacaqlı hal almasına mat qalıblar. Ən pisi də odur ki, düşdükləri vəziyyətlə razılaşmayıb yolu, yolla gedənləri gözdən salmağa çalışıblar. Buna isə heç bir halda haqq qazandırmaq mümkün deyil.

Ümumiyyətlə, vicdan, ədalətsizlikləri görmək və dərk etmək əzabı, Allahınmı deyək, təbiətinmi deyək (problem yoxdur, kim necə istəyir elə də adlandırsın) insana bəxş etdiyi ən ali hisslərdən biridir və insanın müxtəlif səbəblər üzündən, xüsusən, maddiyyata, medala, ordenə, rütbəyə, vəzifəyə, inzibati şan-şöhrətə görə vicdanını boğması, vicdanının üstünü betonlaması onun özünün özünə qarşı etdiyi böyük, bağışlanılmaz cinayətdir. Vicdan hissi insana nə qədər çətinliklər yaratsa da, insan vicdanlı olduğu, vicdan hissi ona bəxş edildiyi üçün daima Allaha, təbiətə minnətdarlığını bildirməlidir. Minnətdarlıq etməlidir ki, təbiət, Allah ona çox qiymətli bir hiss bəxş edib. Bacardıqca bu ali hissin qeydinə qalmaq, onu bəsləmək, qorumaq, hətta artırıb çoxaltmaq lazımdır. Təəssüflər olsun ki, bəzən insanlar bu lütfün, vicdan hissinin nə qədər qiymətli olduğunu dərk etməyərək, bəzən isə zəiflik göstərərək, nəfslərinə hakim olmayaraq könüllü şəkildə onu gəldi-gedər, xırda-xuruş şeylərə, dünya malına, ordenə, medala, deputat mandatına, maşına, mebelə, kresloya dəyiş-düyüş edirlər. Ürəklərini bir növ valyuta dəyişmə məntəqəsinə çevirirlər və yaxud ürəklərinin valyuta dəyişmə məntəqəsinə çevrilməsinə icazə verirlər, bunun baş verməməsi üçün heç bir müqavimət göstərmirlər. Nəticədə, orden, medal, əməkdar jurnalist, deputat mandatı, vəzifə, pul, maşın, mebel qazansalar da, məhz bir insan kimi, bir insan olaraq daha çox itirirlər.

Bəli, sözün həqiqi mənasında, həyatın elə anları var ki, insan əldə etdikləri ilə deyil, imtina etdikləri ilə daha çox qazanır, daha çox böyüyür. Bu barədə “Tolstoyun vida məktubu” adlı yazıda daha geniş yazmışam. Son illərdə yazdığım ən güclü yazılardan biridir. Həvəsi olanlar, mövzuyla daha dərindən maraqlananlar buyurub o əzəmətli, o möhtəşəm yazını oxuya bilərlər.

Hə, indi belə yekə-yekə danışıram qıraqdan elə başa düşülməsin ki, həqiqətə çatmışam, bu dərin məsələləri, bu dərin mövzuları öz şəxsimdə artıq həll etmişəm. Belə mövzularda yazı yazmaq hər şeydən əvvəl özüm üçün meditasiyadır. Bir növ özüm özümü xəbardar edirəm ki, həyat yolu heç də hamar deyil. Bu yolun dağı, dərəsi, təpəsi, daşı, kəsəyi, kolluğu, tikanlığı, batağlığı, qumluğu, ilanı, qurbağası, əqrəbi, çəyirtkə sürüsü, ağcaqanadı, mığmığası, ditdilisi var. Belə mövzularda yazı yazmaqla hər şeydən əvvəl özüm öz boynuma yük qoyuram. Nə etməli, lənətə gəlmiş tamahımız Dəməşq qılıncından itidir. Havayı yerə qədim kitabələrdə tamah haqqında o qədər şeylər yazılmayıb.

İlkin yeniyetməlik dövrümdən bu və ya digər formada ictimai-siyasi proseslərin içindəyəm. Bu uzun illər ərzində xeyli sərt dönmələrin şahidi olmuşam. Əvvəllər sərt dönmələri çox ağrılı qəbul edirdim. Gənc idim, özümü bu sərt dönmələrə görə alçaldılmış və təhqir olunmuş sayırdım. Həm də sərt dönmələrə, səngər dəyişənlərə görə onun, bunun, dərisi beş qəpiyə dəyməyənlərin kinayə ilə dedikləri “gördün?” sözünü eşitməkdən bezmişdim, yorulmuşdum, əldən düşmüşdüm. Başqalarına görə adamın üzü nə qədər danlanar? Başqalarına görə adam nə qədər utanar? Nədir mənim günahım? Başqasına inanmaqdan savayı heç nə. Sonralar, xüsusən neft pulları ölkəyə axandan sonra sərt dönmələrin, səngər dəyişənlərin sayı daha da artdı və elə bil məndə bu sərt dönmələrə qarşı dözüm, bəlkə də alışqanlıq yarandı. Ola bilsin yaş da öz təsirini göstərməkdədir. Getdikcə formasını itirən başım bu mənada çox bəlalar çəkib. Saqqalım dəyirmanda ağarmayıb. Yəni Erkin Qədirli nümunəsi mənim üçün heç də faciə deyil. Artıq yüngülvari dilxorçuluqdur. Sadəcə hər dəfə sərt dönmələrin şahidi olduqda istər –istəməz, özümdən asılı olmadan bəzi suallara cavab tapmaq istəyirəm: görəsən bu insanlar niyə özlərinə, bioqrafiyalarına hörmət etmirlər? Onlar əvvəldən belə idilər, mən onları tanımamışam, yoxsa onlar sonradan pozuldular?

Müxtəlif illərdə baş verən sərt dönmələri xatırlayaraq bu suallar ətrafında dərin düşüncələrə qərq oluram. Açığı konkret, qəti bir nəticəyə gələ bilmirəm. Axırda əlacsızlıqdan bu ehtimalın üstündə dayanmağa məcbur oluram. Görünür doğrudan da bəzi şeylər, zövq, gözütoxluq, mərhəmət, həmçinin döyüşkənlik insanın fitrətində olmalıdır. Zorla deyil ki, görünür doğrudan da quyuya su tökməklə quyuda su olmur və qarğa yumurtasından heç cür bülbül çıxmır. Görünür doğrudan da alma ağacından alma düşür, armud ağacından armud. Görünür onlar, sərt dönüşlər edənlər, doğrudan da başa düşmürlər ki, axına qarşı üzən balıq əjdahaya çevrilə bilər… 

6011149142Bacardığım qədər yumşaq yazmağa çalışdığım bu kiçik həcmli yazının sonunda isə Erkin müəllimə Tomas Mannın “Doktor Faustus” əsərini oxumağı məsləhət görürəm. Düzdür, Erkin müəllim mənim dairəmin deputatı deyil, amma yenə də, münasibətimiz olub, iki-üç dəfə çörək kəsmişik. Erkin müəllim “Doktor Faustus” əsərini diqqətlə, düşünə-düşünə oxusun. Bəlkə nəsə ona çatdı. Bəlkə Erkin müəllim “Doktor Faustus” əsərini oxuduqdan sonra başa düşər ki, əyri ağaca tısbağa da dırmaşar.

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
488656195 122127540776763171 3687452932550618916 N
.

Vətən oğlu

Mirzə
17 Aprel 2025
1651940310 Nshot 20220507 201640187
.

Bir söz oyunbazının kino fantaziyaları

Sevda Sultanova
03 Noyabr 2024
17aheds Knee Superjumbo
.

Sənət və siyasətin qarşıdurması: ‘Ahedin dizi’ və estetik zəiflik

Sevda Sultanova
19 Sentyabr 2024
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

136bet.com.br
aviator-game.mw
aviator.com.az
big-bass.co.uk
focuspcg.com
humanics-es.com
iuorao.ru
oren-sarmats.ru
spicybet.com.br
sweet-bonanza.com
aviator
pinco
allabouteng.com
auruhana2.kz
bsl.community
docwilloughbys.com
editorialabiertafaia.com
erkindik.kz
kabuki-bremen.de
minnaz.ru
prockomi.ru
saintvincenthome.org
aviator
pinco
136bet
top 10 online casino belgië
verde casino
seriöse online casinos österreich
norsk casino
pinco casino

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
aviator
pinco
nayora.org
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör