Azlogos
  • Qaydalar
  • Kimlər var

IMG 20260326 WA0000 "Qəvvas". Zugzwang dövrünün sehrli teatrı WhatsApp Image 2026 05 25 at 14.36.43 SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib Başlıq Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair 1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Yefremov – cəmiyyətin mənəvi çöküşünün detektoru

Hacı Hacıyev Hacı Hacıyev
., Mövqe
15 İyun 2020
Oxuma vaxtı:3 dəqiqəyə oxunur
755918538372888
Paylaş

Ancaq bu yaxınlarda öyrəndim ki, sən demə, Azərbaycanda da övladların valideynlərini maddi olaraq himayə etməsi qanunla tənzimlənirmiş və övladlar imtina etdiyi təqdirdə məhkəməyə müraciət etmək mümkünmüş. Amma gerçəkdə, belə şey praktikada çox cüzidir, çünki şəxsən mən heç vaxt belə bir işə baxılması barədə eşitməmişdim.

Ümumiyyətlə, belə bir reallığın olduğunu mən dostluğumda olan ruslardan öyrəndim, çünki onlardan bir neçəsini valideynləri məhkəməyə vermişdi, alimentə görə. Bizdə belə söhbətlər daha çox mentalitetlə, ənənəvi cəmiyyətin qaydalarına uyğun həll edilir. Övlad 40 yaşına çatdığı halda, kasıbdırsa, dolana bilmirsə, yaşlı anası gedir tum satır, bazarda alver edir, kənddə bağ-bostan becərir, təqaüdünü bölüşür, amma nəvələrini birtəhər dolandırır. Və ya övladın əli gətirirsə, bol kisədən ata-anasına, əli gətirməyən bacı-qardaşlarına xərcləyir. Bu sistemə heç bir qanunun, maddənin, hüquq-mühafizə orqanlarının, məhkəmə sisteminin qoşulmasına ehtiyac yoxdur.

İçimdən bir şey mənə deyir ki, bu da normal deyil, yaşlı ana-ata öz rahatlığının qayğısına qalmalıdır, daha nəvə dolandırmaq onun işi olmamalıdır. Eyni zamanda, normal maaşı olan övladın boynuna da o qədər yük qoymaq olmaz, onun da öz arzuları var, resurslarını öz istəklərinə xərcləməlidir. Bir gənc niyə üç, dörd, beş bacının, qardaşının problemini üstlənsin ki?

Amma Rusiyada baş verənlərə baxanda, deyirəm, Söyün şükürlüdü e, bu lap dəlidi ki!

Ümumiyyətlə, Rusiyadan videolara, verilişlərə baxdıqca dəhşətə gəlirəm. Heç bir ölkədə bu qədər aqressiya, nifrət, natəmizlik, sərxoşluq, şiddət görə bilməzsiniz. Dəhşətdir sadəcə. Cəngəllik qanunları hökm sürür cəmiyyətdə. İnsanlar rəsmən didir bir-birini. Hər bir sahədə vəhşi bir rəqabət var. İntriqalar baş alıb gedir. Ev üstündə qohumlar, iş üstündə həmkarlar, şöhrət üstündə şəxsiyyətlər didişir. Yüzlərlə rus saytları ev üstündə didişən qohumların, övladlarını aliment üstündə məhkəməyə vermiş valideynlərin, yaşlı anasını aldadıb, evini öz adına keçirən övladların hekayətləri ilə doludur. Cəmiyyət beşbaşlı əjdaha kimi, beş ağzını nəhəng ayırıb, ora düşəcək qurbanı gözləyir. Gözləyir ki, linç etsin, palçığa bulasın, məhv eləsin, tapdasın. Bir qram rəhm, anlayış, solidarlıq deyilən şey yoxdur…

Bütün bunların son günlərdə ən sərrast ifadəsini məşhur aktyor Mixail Yefremovun başına gələn hadisədə görə bilərdik. Yefremovun içkili halda maşın sürməsi, məsuliyyətsizlik ucbatından bir insan həyatına son verməsinə münasibətim aydındır. Bu, nə zamansa olacaqdı, aktyorun içkü düşkünü olduğunu bilməyən yox idi. Adam özünü necəsə məhv edəcəkdi, amma mənəvi məhvetməsi fiziki məhvoluşundan daha əvvəl baş verdi bu hadisə nəticəsində.

Mənim diqqətimi daha çox çəkən bu hadisənin ətrafında baş verənlər oldu. Vəkillər, şoumenlər, aktyorlar, zərərçəkmişin qohumlarının bu faciədən maksimum uduşla çıxmağa cəhd etmələri… Hər kəs maksimum daha böyük parçanı qoparmaq istəyir. Qohumlar öz faciələrini daha baha satmaq, şoumenlər daha çox reytinq yığmaq, aktyorlar fürsətdən istifadə edib populyarlaşmaq üçün bir aktyoru məhv etməyə girişiblər. O aktyoru ki, onsuz da məhv olub, etdiyinin dəhşətini anlayıb, utancını yaşayır və özünü təmizə çıxarmağa çalışmır. Hər kəs bu hadisədən nəsə qoparmaq istəyir. Çünki bilirlər, belə fürsət bir də ələ düşməyə bilər. Fürsətdir, vaxtında dəyərləndirmək lazımdır, bir də olmayacaq. Neçə gündür ki, Rusiyada faciənin qəddar monetizasiyası gedir.

Bu, sadəcə dəhşətdir.

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

IMG 20260326 WA0000
.

“Qəvvas”. Zugzwang dövrünün sehrli teatrı

Elmir Mirzəyev
16 İyun 2026
WhatsApp Image 2026 05 25 at 14.36.43
.

SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib

AzLogos
25 May 2026
Başlıq
.

Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair

Elmir Mirzəyev
25 Aprel 2026
1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör