bulls-bike.cz
fiyonk.net
infopokrovsk.ru
okzhetpes.kz
petsdream.ru
PoliceControl.info
proarte.net.pl
provegas.ru
sultan-kazino-qazaqstan.kz
underscorejs.ru
Top UK Slot Sites
Casibom
Гама казино
betify
Azlogos
  • Qaydalar
  • Kimlər var

1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu 1651940310 Nshot 20220507 201640187 Bir söz oyunbazının kino fantaziyaları
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Canlı rulet yayınlarında gecikme olmaması, Casinomhub yükle tarafından sağlanan güçlü altyapının bir göstergesidir.

Yeni üyelere verilen avantajlı kampanyalar arasında casinomhub giriş fırsatları dikkat çekiyor.

Bahis dünyasında yenilikçi çözümler sunan bettilt farkını hissettiriyor.

Kumarhane eğlencesini dijital dünyaya taşıyan bettilt giriş çeşitliliği artıyor.

Türkiye’de şans oyunlarını yalnızca Milli Piyango ve Spor Toto düzenleyebilirken, bettilt giriş uluslararası lisansla faaliyet gösterir.

Adres değişikliklerine çözüm sunan pinco kullanıcılar için önem taşıyor.

Bahis severlerin güvenle oynadığı adres bettilt olarak bilinir.

Gerçek casino atmosferini hissetmek isteyenler bettilt seçeneklerine yöneliyor.

Her oyuncu güven içinde bahis yapabilmek için bettilt altyapısına ihtiyaç duyuyor.

İnternet üzerinden daha kolay erişim için bettilt giriş sayfası kullanılıyor.

Bahis dünyasında kullanıcıların %63’ü en çok futbol bahislerinden kazanç elde ettiğini belirtmiştir; bu, bahsegel giriş’in sunduğu güçlü oranlarla uyumludur.

Kullanıcılarına güvenli ortam sağlayan altyapısıyla bahsegel sektörde ön plandadır.

Rulet, poker ve slot makineleri gibi seçeneklerle dolu Bettilt giriş bölümü farklı deneyimler yaşatıyor.

Her an bahis yapmak isteyenler için Bettilt uygulaması hazırlandı.

Online casino oyunlarında yüksek RTP oranları sunan bahsegel kazandırıyor.

Slotlarda kullanılan semboller genellikle tema ile bağlantılıdır; bahsegel giriş bu görselleri kaliteli şekilde sunar.

Güvenilir ödeme yöntemleri, hızlı destek sistemi ve yüksek kazanç oranlarıyla bettilt giriş kullanıcılarına benzersiz bir deneyim yaşatıyor.

Bahis severler için en geniş spor kategorilerini sunan bettilt eğlencenin merkezindedir.

Azərbaycanda qadın peşələri

Fərid Mehralızadə Fərid Mehralızadə
., Bazar
07 İyun 2020
Oxuma vaxtı:16 dəqiqəyə oxunur
1542016095 45860100 1982512211806883 2755672766827986944 n
Paylaş

Konstitusiyada qadın və kişilərin eyni hüquq və azadlıqlara malik olduqları, hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə və iş yeri seçmək hüququnun olduğu qeyd edilsə də, Nazirlər Kabinetinin 1999-cu il 20 oktyabr qərarı ilə təsdiq edilmiş “Qadın əməyinin tətbiqi qadağan olunan, əmək şəraiti zərərli və ağır olan istehsalatların, peşələrin (vəzifələrin), habelə yeraltı işlərin siyahısı” həmin maddələrlə ziddiyyət təşkil edir. Nazirlər Kabinetinin qərarına əsasən, Azərbaycanda 38 sahədə 678 iş yeri üzrə qadın əməyinin tətbiqi qadağandır. Qadınlara qadağan edilən iş yerləri arasında xəmir yoğuran, mal-qara kəsən, dalğıc, desant-yanğınsöndürən, paraşutçu-yanğınsöndürən, əl ilə odundoğrayan, buldozer maşinisti, bacaların və sobaların təmizlənməsi ilə məşğul olan təmizləyici, əl ilə elektrik qayanaqçısı, təyyarələrə texniki xidmətlə məşğul olan mühəndis və texnik kimi peşələr də var.

Əmək Məcəlləsində qadın əməyinin tətbiqi qadağan olunan iş yerləri və işlərə dair normalar aşağıdakı kimi müəyyən edilib:

– Əmək şəraiti ağır, zərərli olan iş yerlərində, habelə yeraltı tunellərdə, şaxtalarda və digər yeraltı işlərdə qadın əməyinin tətbiqi qadağandır.

 – Bir qayda olaraq, fiziki işlə məşğul olmayan, rəhbər vəzifələrdə çalışan və ya sosial, sanitar-tibbi xidmətlər göstərən, habelə fiziki işlər görmədən yeraltı iş yerlərinə düşüb qalxmaqla ayrı-ayrı vaxtlarda qadınlar tərəfindən müvafiq yeraltı işlərin yerinə yetirilməsinə yol verilir.

– Qadınların 15 kiloqramdan artıq ağır əşyaların qaldırılması və 10 kiloqramlıq əşyanın bir yerdən başqa yerə daşınması işlərinə cəlb edilməsi qadağandır.

– Hamilə və 3 yaşınadək uşağı olan qadınların bu maddədə nəzərdə tutulmuş işlərin görülməsinə cəlb olunması qadağandır.

BMT-nin “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi Konvensiyası”nda da məşğuliyyət sahəsində qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi tövsiyə olunsa da, hazırda dünyanın 104 ölkəsində bu tip qadağalar mövcuddur. Eyni zamanda, 29 ölkədə qadınların gecə növbəsində işləməsinə icazə verilmir, 18 ölkədə isə kişilərin öz həyat yoldaşının işləməsini qadağan etmək hüququ var. Belə qadağalar əsasən zəif inkişaf etmiş iqtisadiyyata sahib olan ölkələrdə müşahidə edilir, iqtisadi cəhətdən inkişaf etmiş ölkələrin əksəriyyətində bu tip qadağalara rast gəlinmir.

Müasir dünyada qadın əməyinin tətbiqinin qadağan edildiyi iş yerləri və peşələrin olması cinsi ayrı-seçkiliyin təzahürü kimi başa düşülür və bu sahədə fəaliyyət göstərən qurumlar qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının, o cümlədən əmək hüquqları ilə bağlı ayrıseçkiliyin aradan qaldırılmasını tələb edirlər. Eyni zamanda, qadağan edilən peşələrin 21 il öncə müəyyən edilməsini nəzərə alıb, keçən müddət ərzində yeni texnologiyaların tətbiqinin həmin qadağaların əsaslandırıldığı məqamların bir çoxunu aradan qaldırdığını düşünsək, müəyyən sahələrdə qadın əməyinin tətbiqinin qadağan edilməsinin effektivliyini şübhə altına ala bilərik. Bəs Azərbaycanda qadınlar əsasən hansı peşələrə maraq göstərir?

Statistika komitəsinin məlumatına görə, 2020-ci ilin əvvəlinə Azərbaycanda əhalinin 50.1 faizini qadınlar təşkil edir. Sonuncu açıqlanan məlumatlara əsasən, ölkədə iqtisadi fəal əhalinin 48.6, məşğul əhalinin isə 48.1 faizi qadınlardan ibarətdir. Burada maraqlı məqam ondan ibarətdir ki, əməkqabiliyyətli yaşda hər 100 kişidən 78 nəfəri, hər 100 qadından isə 63 nəfəri iqtisadi cəhətdən fəaldır. İqtisadi cəhətdən qeyri-fəal, heç bir rəsmi fəaliyyətə cəlb edilməyən qadınların 632 min nəfəri ev işlərini yerinə yetirən, uşaqlara və digər ailə üzvlərinə qulluq edənlər, yəni, “evdar” statusu olanlardır. Bu kateqoriyadan olan kişilərin sayı isə 33 min nəfərdir. Rəsmi göstəricilərə görə qadın işsizlərin sayı da kişilərə nisbətən 40 faiz çoxdur. Azərbaycanda iqtisadi fəaliyyət növlərinə görə muzdla işləyən kişi və qadınların nisbəti isə aşağıdakı kimidir:

İqtisadi fəaliyyət növləri Kişilər (%) Qadınlar (%)
İqtisadiyyat üzrə – cəmi 59.2 40,8
Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq 77,9 22,1
Mədənçıxarma sənayesi 86,6 13,4
Emal sənayesi 75,1 24,9
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı 89,0 11,0
Su təchizatı, tullantıların təmizlənməsi və emalı 64,0 36,0
Tikinti 92,9 7,1
Ticarət; nəqliyyat vasitələrinin təmiri 75,2 24,8
Nəqliyyat və anbar təsərrüfatı 82,8 17,2
Turistlərin yerləşdirilməsi və ictimai iaşə 68,9 31,1
İnformasiya və rabitə 70,3 29,7
Maliyyə və sığorta fəaliyyəti 65,3 34,7
Daşınmaz əmlakla əlaqədar əməliyyatlar 64,7 35,3
Peşə, elmi və texniki fəaliyyət 55,7 44,3
İnzibati və yardımçı xidmətlərin göstərilməsi 68,6 31,4
Dövlət idarəetməsi və müdafiə; sosial təminat 72,3 27,7
Təhsil 26,9 73,1
Əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi 22,4 77,6
İstirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət 37,1 62,9
Digər sahələrdə xidmətlərin göstərilməsi 65,7 34,3

Göründüyü kimi sadəcə üç fəaliyyət növü üzrə qadınların sayı kişilərdən daha çoxdur – təhsil, səhiyyə və sosial xidmətlərin göstərilməsi, istirahət, əyləncə və incəsənət. Çalışan qadınların yarısından çoxu məhz bu üç sahədə fəaliyyət göstərir. Hazırda ölkədəki orta məktəblərdə müəllimlərinin 81 faizi, orta ixtisas təhsil müəssisələrində 79 faizi, ali təhsil müəssisələrində isə 55 faizi qadınlardır. Ümumilikdə təhsil sektorunda 250 minə yaxın qadın çalışır. Həkimlərin isə 66 faizi qadınlardan ibarətdir.

Biznes dünyasında da qadınların mövqeləri kişilərə nəzərən çox zəifdir. Bu ilin əvvəlinə Azərbaycanda fərdi sahibkarların sayının 914 min nəfər olduğu bildirilib. Onların 198.4 mini (21.7%) qadınlardan, 715 mindən çoxu isə kişilərdən ibarətdir. Dünya Bankının araşdırmasına görə isə, 2013-cü ildə Azərbaycanda qadınların sahibi olduğu şirkətlərin payı cəmi 4,5% faizə bərabər idi. Ölkədəki daşınmaz əmlakın isə, 37 faizinə qadınlar, 63 faizinə isə kişilər sahiblik edir. Qadın işçilərlə bağlı daha bir maraqlı məqam da, Azərbaycanda kişilərin qadınlardan az qala iki dəfə çox maaş alması ilə bağlıdır. DSK-nın iqtisadi fəaliyyət növləri üzrə açıqladığı sonuncu məlumata görə (2018) müxtəlif sahələrdə çalışan qadın və kişilərin maaş nisbətləri aşağıdakı kimidir:

İqtisadi fəaliyyət növləri Orta aylıq əməkhaqqı, manat Qadınların orta aylıq əməkhaqqı kişilərin orta aylıq əməkhaqqına nisbətən, faizlə
qadınlar kişilər
Cəmi 360,8 670,2 53,8
Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq 270,5 284,1 95,2
Mədənçıxarma sənayesi 1657,9 3165,8 52,4
Emal sənayesi 399,4 604,4 66,1
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı 456,4 599,4 76,1
Su təchizatı, tullantıların təmizlənməsi və emalı 226,1 352,9 64,1
Tikinti 506,3 714,1 70,9
Ticarət; nəqliyyat vasitələrinin təmiri 326,6 408,5 80,0
Nəqliyyat və anbar təsərrüfatı 553,6 859,7 64,4
Turistlərin yerləşdirilməsi və ictimai iaşə 472,2 571,9 82,6
İnformasiya və rabitə 761,1 934,9 81,4
Maliyyə və sığorta fəaliyyəti 1064,8 1667,0 63,9
Daşınmaz əmlakla əlaqədar əməliyyatlar 300,7 485,1 62,0
Peşə, elmi və texniki fəaliyyət 512,6 1487,5 34,5
İnzibati və yardımçı xidmətlərin göstərilməsi 361,7 630,1 57,4
Dövlət idarəetməsi və müdafiə; sosial təminat 492,4 635,7 77,5
Təhsil 341,6 432,1 79,1
Əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi 222,6 299,5 74,3
İstirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət 250,6 373,4 67,1
Digər sahələrdə xidmətlərin göstərilməsi 426,5 734,7 58,1

Cədvəldən göründüyü kimi, qadınların daha çox fəaliyyət göstərdiyi sahələrdəki orta əməkhaqqı miqdarı bütün fəaliyyət növləri arasında ən az əməkhaqqı miqdarlarından biridir. Azərbaycanda muzdla çalışan qadınlar və kişilər arasında maaş fərqinin bu qədər çox olmasını bir neçə səbəblə izah etmək olar. Bunlardan biri kişilər arasında ali təhsillilərin daha çox olmasıdır. İqtisadi fəal qadınların 13.8 faizi ali təhsilli, 13.6 faizi orta ixtisas təhsilli və 60.4 faizi tam orta təhsilli olduğu halda, iqtisadi fəal kişilərin 19 faizi ali təhsilli, 8.6 faizi orta ixtisas təhsilli və 59 faizi tam orta təhsillidir. Digər bir məqam da, kənd yerlərində məşğul hesab edilən qadınların dörddə üçünə yaxınının ağır əl əməyinə əsaslanan aqrar sektorda fəaliyyət göstərməsi ilə bağlıdır. Bu baxımdan regionlarda qadın əməyi ilə bağlı əsas problemlərdən biri kənd təsərrüfatından başqa sahədə fəaliyyət göstərmək üçün alternativlərin azlığı ilə bağlıdır. Qadınların menecer vəzifələrini tutması baxımından da Azərbaycan MDB məkanında ən zəif göstəriciyə malikdir. Dünya Bankının ötən il açıqladığı göstəricilərə görə, Gürcüstandakı orta ölçülü şirkətlərin 36, Ermənistandakı orta ölşülü şirkətlərin isə 20 faizində qadın top menecerlər fəaliyyət göstərsə də, Azərbaycanda bu göstərici cəmi 3.8 faizdir.

FD8B7BA4-7BE9-4194-AD50-B58358651145_w1300_r0

Qadınların iqtisadi azadlığı gender bərabərliyi və cəmiyyətin daha firavan həyatı üçün çox önəmlidir. Statistik göstəricilərə görə yoxsulluğun, zəif təhsilin, aşağı gəlirliliyin Azərbaycanda qadınlar arasında kişilərlə müqayisədə daha geniş yayılması qadınların imkanlarının və səlahiyyətlərinin artırılmasının vacibliyini ortaya qoyur və bu istiqamətdə addımların atılmasını şərtləndirir. Bu baxımdan qadınların təhsilə, layiqli işə bərabər çıxışının, eləcə də siyasi və iqtisadi qərarların qəbulu proseslərində iştirakının təmin olunması iqtisadiyyatın dayanıqlılığının təmin edilməsi baxımından da çox önəmlidir.

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
488656195 122127540776763171 3687452932550618916 N
.

Vətən oğlu

Mirzə
17 Aprel 2025
1651940310 Nshot 20220507 201640187
.

Bir söz oyunbazının kino fantaziyaları

Sevda Sultanova
03 Noyabr 2024
17aheds Knee Superjumbo
.

Sənət və siyasətin qarşıdurması: ‘Ahedin dizi’ və estetik zəiflik

Sevda Sultanova
19 Sentyabr 2024
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

136bet.com.br
aviator-game.mw
aviator.com.az
big-bass.co.uk
focuspcg.com
humanics-es.com
iuorao.ru
oren-sarmats.ru
spicybet.com.br
sweet-bonanza.com
aviator
pinco
allabouteng.com
auruhana2.kz
bsl.community
docwilloughbys.com
editorialabiertafaia.com
erkindik.kz
kabuki-bremen.de
minnaz.ru
prockomi.ru
saintvincenthome.org
aviator
pinco
136bet
top 10 online casino belgië
verde casino
seriöse online casinos österreich
norsk casino
pinco casino

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
aviator
pinco
nayora.org
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör