bulls-bike.cz
fiyonk.net
infopokrovsk.ru
okzhetpes.kz
petsdream.ru
PoliceControl.info
proarte.net.pl
provegas.ru
sultan-kazino-qazaqstan.kz
underscorejs.ru
Top UK Slot Sites
Casibom
Гама казино
betify
Azlogos
  • Qaydalar
  • Kimlər var

1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu 1651940310 Nshot 20220507 201640187 Bir söz oyunbazının kino fantaziyaları
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Canlı rulet yayınlarında gecikme olmaması, Casinomhub yükle tarafından sağlanan güçlü altyapının bir göstergesidir.

Yeni üyelere verilen avantajlı kampanyalar arasında casinomhub giriş fırsatları dikkat çekiyor.

Bahis dünyasında yenilikçi çözümler sunan bettilt farkını hissettiriyor.

Kumarhane eğlencesini dijital dünyaya taşıyan bettilt giriş çeşitliliği artıyor.

Türkiye’de şans oyunlarını yalnızca Milli Piyango ve Spor Toto düzenleyebilirken, bettilt giriş uluslararası lisansla faaliyet gösterir.

Adres değişikliklerine çözüm sunan pinco kullanıcılar için önem taşıyor.

Bahis severlerin güvenle oynadığı adres bettilt olarak bilinir.

Gerçek casino atmosferini hissetmek isteyenler bettilt seçeneklerine yöneliyor.

Her oyuncu güven içinde bahis yapabilmek için bettilt altyapısına ihtiyaç duyuyor.

İnternet üzerinden daha kolay erişim için bettilt giriş sayfası kullanılıyor.

Bahis dünyasında kullanıcıların %63’ü en çok futbol bahislerinden kazanç elde ettiğini belirtmiştir; bu, bahsegel giriş’in sunduğu güçlü oranlarla uyumludur.

Kullanıcılarına güvenli ortam sağlayan altyapısıyla bahsegel sektörde ön plandadır.

Rulet, poker ve slot makineleri gibi seçeneklerle dolu Bettilt giriş bölümü farklı deneyimler yaşatıyor.

Her an bahis yapmak isteyenler için Bettilt uygulaması hazırlandı.

Online casino oyunlarında yüksek RTP oranları sunan bahsegel kazandırıyor.

Slotlarda kullanılan semboller genellikle tema ile bağlantılıdır; bahsegel giriş bu görselleri kaliteli şekilde sunar.

Güvenilir ödeme yöntemleri, hızlı destek sistemi ve yüksek kazanç oranlarıyla bettilt giriş kullanıcılarına benzersiz bir deneyim yaşatıyor.

Bahis severler için en geniş spor kategorilerini sunan bettilt eğlencenin merkezindedir.

Zərdabi ilə Nəriman Nərimanov niyə “qırğına çıxmışdılar”?

Elnur Astanbəyli Elnur Astanbəyli
., Kültür
07 İyun 2020
Oxuma vaxtı:10 dəqiqəyə oxunur
MyCollages (1)
Paylaş

“Polemikalar tariximizdən” III yazı

“Qori seminariyasının Gürсüstanın Xalq Maarifi Muzeyindә qorunub saxlanan arxiv sәnәdlәrindәn aydın olur ki, seminariyanın son kursunda pedaqoji tәсrübә zamanı Hacıbəyov rus dilindәn sınaq dәrsi demişdir. Maraqlı fakt burasındadır ki, Hacıbəyov dәrsi o zaman mәktәblәrdә һökm sürәn “lal üsul” la deyil, “tәbii üsul” la aparmışdır. Bu, sinif rәһbәrinin diqqәtini cәlb etmişdir. Sinif rәһbәri V. Polevski 1904 ildә Hacıbəyovun bu orijinallığını o qәdәr tәqdir etmәsә dә, onun gәlәсәkdә baсarıqlı, ağıllı vә bәnzәrsiz müәllim olaсağını etiraf etmәyә mәсbur olmuşdu”. Bu sətirlər Azərbaycanın böyük aydını – bəstəkar və publisist Üzeyir Hacıbəyli haqqında ensiklopediyadandır.

Həmin sətirləri oxuyunca diqqətimi öncə “lal üsul” çəkdi. Qulağımı hardan cırmaqlayır bu ifadə?

Azacıq düşündükdən sonra yadıma nəsə düşür və şəxsi kitabxanamdakı kitablar arasından Abdulla Şaiqin “Xatirələrim”i axtarır, tapır və səhifələməyə başlayıram.

Bəli, yanılmamışam: “lal üsul” ifadəsinə ilk dəfə Şaiqin memuarında rastlamışdım! Tədricən yaddaşım çözülür və Üzeyir bəyin “Lal qaydası” məqaləsini xatırlayıram.

Həmin üsuldan uşaqlara ruscanın öyrədilməsində istiafədə olunurdu.

A.Şaiq “lal üsul” barədə “Xatirələrim”də belə yazır: “Bu üsul həm Azərbaycan uşaqlarına, həm də ruscanı təlim edən Azərbaycan müəllimlərinə çox çətinlik törədirdi. Məsələn, bir müəllim uşaqlara “it hürür”, “pişik miyoldayır” cümlələrini rusca öyrətmək istəsəydi, o cümlələri rusca söyləməməli, yalnız səs və hərəkət ilə anlatmalı idi. Yəni müəllim uşaqların qarşısında it kimi hürməli, pişik kimi miyoldamalı idi”.

Sözügedən üsulla bağlı ikili mövqe vardı. Bir çoxları qəti şəkildə “lal üsul”un ləğvi tərəfdardarıydı; elə ona görə də 1906-cı ildə Bakıda Azərbaycan müəllimlərinin qurultayı zamanı əməlli-başlı fikir ayrılığı yaşanmışdı.

Ən maraqlısı odur ki, həmin qurultayın sədri, görkəmli aydın, milli mətbuatımızın qurucusu Həsən bəy Zərdabi, müavini isə o zamanlar yazıçı-publisist kimi tanınan, sonralar Azəbaycan Cümhuriyyətinin devrilməsində və rus-bolşevik işğalının gerçəkləşməsində önəmli rol oynayan Nəriman Nərimanov idi.

Bəs bu məqamı maraqlı edən nədir? Məsələ ondadır ki, “lal üsul”la bağlı müzakirələr Zərdabi ilə Nərimanovu üz-üzə qoyacaqdı. Necə? Bu haqda bir qədər sonra.

Hələliksə kiçik (və önəmli!) bir sözarası: Azərbaycan müəllimlərinin ilk qurultayı 15 avqust 1906-cı ildə başlayıb, 13 gün ərzində və gündə iki iclas olmaqla davam edib. Zərdabi və Nərimanovla yanaşı, Üzeyir Hacıbəyli, Mahmud bəy Mahmudbəyov, Süleyman Sani Axundov, Abdulla Şaiq, Firudin bəy Köçərli, Fərhad Ağazad, Bəhram bəy Axundzadə, Əli İsgəndər Cəfərzadə kimi dövrünün irəligörüşlü insanlarının qızğın müdafiə və ya yaxından iştirak etdiyi həmin qurultayda üçillik ibtidai məktəb həcmində ümumi icbari təhsilin həyata keçirilməsi; kişilərlə bərabər qadınlara da təhsil hüququnun verilməsi; tədrisin hər bir xalqın öz ana dilində aparılması; maddi vəziyyətini yaxşılaşdırmaqla xalq müəllimləri hazırlığının təkmilləşdirilməsi və s. kimi mütərəqqi tələblər irəli sürülmüşdü.

Qurultayda orta məktəblərin sayının artırılması, müəllim hazırlığının yaxşılaşdırılması, yaşlılar üçün axşam məktəbləri yaradılması problemləri kimi məsələlər də müzakirə olunmuşdu.

***

“Lal üsul”la bağlı Zərdabi ilə Nərimanov arasındakı kəskin atışmaya qayıdacağıq. Lakin öncə bu üsulla bağlı bəzi önəmli bilgilərə də ehtiyac var.

Cənubi Qafqaz müsəlmanları nümayəndələrinin 1905-ci ildə çar hökumətinə təqdim etdikləri “Qafqaz müsəlmanlarının xahişnaməsi”ndə deyilirdi: “Xalq təhsili sahəsində indiyə qədər Qafqaz müsəlmanları üçün heç bir iş görülməmişdir. Müsəlman əhalisi arasındakı mövcud xalq məktəbləri şagirdlərin savad və bilik almağa olan-qalan maraqlarını da öldürür. Çünki təhsildə tətbiq edilən metod – Levitskinin lal üsulu öz mahiyyəti və əhatə dairəsi etibarı ilə Qafqaz tatarının (azərbaycanlılar nəzərdə tutulur – E.A) və dağlının təbiətinə tamamilə yaddır. Ana dili bütün tədris müəssisələrindən o dərəcədə sıxışdırılıb çıxarılmışdır ki, hətta doğma dildə kitab oxumaq da cinayət sayılır”.

(Yuxarıdakı sətirlərin yer aldığı xahişnamə (petisiya) haqqında qısa arayış: 1905-ci il Rusiyadakı inqilabi hadisələrdən sonra neft milyonçusu Hacı Zeynalabdın Tağıyevin evində Azərbaycanın o dövrdəki görkəmli aydınları – Əlimərdan bəy Topçubaşov, Əhməd bəy Ağaoğlu, Adil xan Ziyadxan və başqaları toplaşaraq Qafqaz, o cümlədən Azərbaycan müsəlmanlarının siyasi-iqtisadi, mədəni-humanitar durumu barədə fikir mübadiləsi aparmış və bu müzakirələrin nəticəsi olaraq da çar hökumətinə ünvanlanmış petisiya hazırlamışdılar…)

Müraciətdə vurğulanırdı ki, ana dilinin, milli ədəbiyyat və tarixin tədrisi haqqında ümumiyyətlə söhbət gedə bilməz. Çünki müsəlman cəmiyyətinin nümayəndələri təlim-tərbiyə və tədris məsələlərindən tamamilə uzaqlaşdırılıblar; mədəniyyət və maarifin mühüm vasitələri olan qəzet, jurnal və kitabların yoxluğu xüsusən kəskin hiss edilir. İstər orijinal, istərsə də tərcümə kitablarının nəşrinə qoyulmuş qarşısıalınmaz qadağalar əslində bu gün həmin sahənin müsəlmanlar arasında ümumiyyətlə mövcud olmadığını söyləməyə əsas verir. Aydın məsələdir ki, belə şəraitdə qiraətxanalar, kitabxanalar, müxtəlif xalq təhsili kursları və maarifçi səciyyəsi ilə seçilən digər müəssisələr də fəaliyyət göstərmir. Bütün bunlar azmış kimi Qafqaz müsəlmanları uzun illərdən bəri hətta xeyriyyə cəmiyyəti təsis etmək hüququ da qazana bilmirlər.

Bəs azərbaycanlıların “təbiətinə yad olaraq” qiymətləndirilən “Levitskinin lal üsulu”nun mahiyyəti nə idi? Bu üsulun әsası rus pedaqoqu Levitski tәrәfindәn qoyulmuşdu və mexaniki әzbәrlәmә әsasında tәhsil verməyi nəzərdə tutan pedaqoji metod idi. Yuxarıdakı xahişnamədə haqqında danışdığımız metoda xüsusi yer ayrılması və “doğma dil” məsələsinin özəlliklə vurğulanmasına səbəb isə o idi ki, həmin üsul milli məktəb üçün tam yararsız sayılırdı; çünki rus dilinin tədrisi zamanı ana dildə izahat vermək… olmazdı!

Bu da Azərbaycanın sözügedən dövrdəki aydınlarının, pedaqoqlarının (həm də haqlı şəkildə!) ciddi etirazı, kəskin tənqidi ilə qarşılanırdı. Onlar “Levitskinin lal üsulu”nu birmənalı olaraq rədd edirdilər. Məsələn, Üzeyir bəy əvvəldə xatırlatdığım məqaləsində yazırdı:

“”Lal qaydası” bax bu cürdür:

Uçitel daxil olur otağa vә istәyir ki, dәrs desin, özü dә gәrәk müsәlmanca bir söz danışmasın, baxır Levitskinin kitabına, görür yazılıbdır ki: “Ya rıdayu”, yәni mәn hönkürüb ağlayıram. Uçitel istәyir bu sözlәri uşaqlara qandırsın, özü dә gәrәk müsәlmanca bir söz danışmasın, ona görә uçitel cibindәn bir dәsmal çıxardıb başlayır ağlamağa vә uşaqlardan rusca soruşur: “İşto ya delayu?”

Uşaqlar qalır mәәttәl vә bilmirlәr ki, uçitel nә soruşur, ona nә olubdur, ölәn kimdir. Uçitel yenә ağlayır vә yenә uşaqlardan soruşur ki, işto ya delayu? Özü dә gәrәk müsәlmanca bir söz danışmasın. Uşaqlar yenә qalırlar belә, bilmirlәr ki, uçitelin kimi ölübdür, tәqsir kimdәdir? Uçitel dә bu tәrәfdәn qısnayıbdır ki: “İşto ya delayu?” Yәni mәn nә qayırıram. Özü dә gәrәk müsәlmanca bir söz demәsin. Axırda uşağın biri barmağını qalxızır, uçitel sevinir vә rusca deyir ki, “Nuka, işto ya delayu?” Uşaq durur ayağa vә müsәlmanca deyir ki, Mirzә qarnım ağrıyır, qoy çıxım çölә!

Uçitelin bәrk acığı tutur, özü dә gәrәk müsәlmanca bir söz danışmasın, tüpürür yerә vә o baş-bu başa gәzinib, uşaqlara rusca deyir ki, “Ya rıdayu!”, yәni mәn hönkürürәm. Uşaqlar da deyir ki, “Ya rıdayu”. Amma, uçitel buna razı olmur, çünki uşaqlar kәrәk desinlәr ki, “Tı rıdayeş”, yәni sәn hönkürürsәn. Uşaqlar da bunu bilmirlәr vә uçitel dә gәrәk müsәlmanca bir söz danışmasın, vaxt keçir, uçitel çığırır, uşaqlar qanmır, dәrs qalır…

Axırda uçitel deyir: “Tı rıdayeş”, yәni sәn ağlayırsan, uşaqlar da bunu deyir, uçitelin bir az keyfi açılır. Dәsmalı gözünә bir dә tәzәdәn tutub hönkürür vә rusca soruşur ki, mәn nә qayırıram? Uşaqlar da deyir: Mәn nә qayırıram? Uçitel yenә qalır belә, uşaqlar da qalırlar belә.

Uçitel deyir ki, sәn ağlayırsan, uşaqlar da deyir ki, sәn ağlayırsan; uçitel soruşur ki, mәn nә qayırıram? Uşaqlar da deyirlәr ki, mәn nә qayırıram? Uçitel deyir ki, sәn hönkürürsәn, uşaqlar da deyir ki, sәn hönkürürsәn? Uçitel çox bikef olur, özü dә gәrәk müsәlmanca bir söz demәsin. Bu vaxt şkol zәngi çalınır, uşaqlar durub otaqdan elә qaçırlar ki, guya bunları tutub tәlәyә salmışdın. Vә sonra evlәrinә gedib, analarına deyirlәr ki, bu gün şkolda ağlaşma vardı. Anaları soruşur ki, bir zad yox idi ki? Deyirlәr yox. Deyirlәr bir dә olsa bizә dә xәbәr verin, gedәk biz dә ağlayaq, savabdır. Onlar da deyirlәr ki, yaxşı…”

Bir sözlə, “lal üsul”un nəticəsi – tam nəticəsizlik!

 ***

Qayıdaq müəllimlərimizin ilk qurultayında həmin metodla bağlı müzakirələrə…

Abdulla Şaiqin təbirincə desək, Azərbaycan müəllimlərinin rus dilinin tədrisi zamanı “it kimi hürüb pişik kimi miyoldamasına” yol açan bu üsulun ləğvi barədə Zərdabinin təklifini qurultay iştirakçıları “bir səslə” – yekdilliklə dəstəkləyirlər.

Yenə Şaiqin yazdığına görə, Həsən bəy qəbul olunan qərarı həyata keçirmək üçün qurultay tərəfindən Qafqaz valisinə (canişininə – E.A.) teleqram göndərilməsi və ondan “lal üsul”un Azərbaycan məktəblərində ləğvinə dair əmr verilməsininin xahiş edilməsi barədə təklif irəli sürür.

Nəriman Nərimanov həmin təklifə etirazını bildirir: o deyir ki, “bu vaxta qədər biz çox xahiş etmişik, bütün xahişlərimiz kağız üzərində qalıb. Ona görə də indi xahiş yox, tələb etməliyik. Teleqramda yazmalıyıq ki, müəllimlər qurultayı bu üsulun aradan qaldırılmasını tələb edir!”

Qurultay Nərimanovun istəyinə uyğun davranır.

Belədə bu dəfə Zərdabi özündən çıxır. O, Nərimanova bu sözlərlə səslənir: “Sən nə ilə tələb edirsən? Topun-tüfəngin var, yoxsa ordun var? Bəlkə bir-birinin canına daraşmış qoçulara güvənirsən?”.

Beləliklə, mübahisə yenidən alovlanır və xeyli uzanır. Ancaq sonda qurultay iştirakçılarının çoxu Nərimanovun tərəfini tutur.

“Həsən bəy onlara “Siz gəncsiniz, təcrübəniz azdır, güc ilə iş aşmaz” dedikdə doktor Seyidov “Ağıl yaşda deyil, başdadır” deyə ağır cavab verdi. Bu cür cavablardan sonra Həsən bəy qurultayı tərk etməyə məcbur olmuşdu” – Şaiq belə yazır. Daha sonra əlavə ki, Zərdabi qurultaya bir daha gəlmədi.

***

“Lal üsul”u ilə bağlı yuxarıdakı mübahisədə haqlı çıxan, əslində, Həsən bəy oldu.

Milli məktəblər üçün qətiyyən yaramayan bu metodun aradan qaldırılmasını xeyli gözləmək lazım gəldi…

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
488656195 122127540776763171 3687452932550618916 N
.

Vətən oğlu

Mirzə
17 Aprel 2025
1651940310 Nshot 20220507 201640187
.

Bir söz oyunbazının kino fantaziyaları

Sevda Sultanova
03 Noyabr 2024
17aheds Knee Superjumbo
.

Sənət və siyasətin qarşıdurması: ‘Ahedin dizi’ və estetik zəiflik

Sevda Sultanova
19 Sentyabr 2024
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

136bet.com.br
aviator-game.mw
aviator.com.az
big-bass.co.uk
focuspcg.com
humanics-es.com
iuorao.ru
oren-sarmats.ru
spicybet.com.br
sweet-bonanza.com
aviator
pinco
allabouteng.com
auruhana2.kz
bsl.community
docwilloughbys.com
editorialabiertafaia.com
erkindik.kz
kabuki-bremen.de
minnaz.ru
prockomi.ru
saintvincenthome.org
aviator
pinco
136bet
top 10 online casino belgië
verde casino
seriöse online casinos österreich
norsk casino
pinco casino

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
aviator
pinco
nayora.org
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör