Azlogos
  • Qaydalar
  • Kimlər var

IMG 20260326 WA0000 "Qəvvas". Zugzwang dövrünün sehrli teatrı WhatsApp Image 2026 05 25 at 14.36.43 SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib Başlıq Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair 1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

“Şuşanı vur” məsələsi

Elnur Astanbəyli Elnur Astanbəyli
., Mövqe
23 May 2020
Oxuma vaxtı:5 dəqiqəyə oxunur
DAF1253D A552 4030 A099 CC3BD2562136 cx0 cy6 cw65 w1080 h608
Paylaş

Mayın 21-də Şuşada separatçı rejimin qurduğu məlum “tamaşa”nın – “inaqurasiya” mərasiminin azərbaycanlılarda qəzəb oyatması qədər təbii heç nə yoxdur. Lakin bu qəzəb nə qədər səmimidir, bax o dartışılmağa dəyər.

Öncə bunu yazmaqda fayda var: təqvim XXI yüzili göstərərkən bir ölkənin ən azından beynəlxalq hüquqla tanınmış sərhədləri daxilində qondarma “respublika” yaratmaq, orada vaxtaşırı “seçki” farsları təşkil etmək utancvericidir. Terrorizmi siyasiləşdirmək, işğalı leqallaşdırmaq cəhdidir. Bu, Qafqaza və onun timsalında dünyaya yaxşı heç nə vəd etmir.

Ən tragikomiki odur ki, demokratik prinsipləri əlində bayraq edərək Ermənistanda hakimiyyətə gələn Paşinyan “papadan artıq katolik” çıxdı. Bəşəri dəyərləri əsas götürsək, ondan gözlənilən sələflərindən – Koçaryan və Serj Sarkisyandan fərqli olaraq başqa bir ölkənin ərazisini işğal faktına daha ədalətli yanaşma sərgiləmək və onillərdir davam edən ixtilafın beynəlxalq hüquq çərçivəsində həllinə kömək etməkdi.

acf9d6ccd512d2feb415facb541d8943

Lakin əvəzində Paşinyan lap başındanca kütlə psixologiyasına məğlub oldu və “odun üstünə benzinlə” getmək yolu tutdu, bununla da bir fərd kimi klişe erməni obrazından heç nə ilə fərqlənmədiyini ortaya qoydu. Belə məlum oldu ki, bir zamanlar inadla qarı çıxdığı Koçaryan və ya Sarkisyan zehniyyətindən onu sadəcə “forma” fərqləndirirmiş. Məzmun və məqsəd isə eyni olaraq qalır!

Uyğarlıq və işğalçılıq – bir əldə iki qarpız tutmaq kimidir. Ona görə də ikisindən birini başından rədd eləməlisən. Bu mənada, nə yazıq ki, Paşinyan birincini seçdi. Beləliklə, təkcə münaqişə edən tərəflər yox, bütövlükdə Qafqaz növbəti dəfə uduzdu.

İndi isə gələk öz dərdimizə…

Bəli, Dağlıq Qarabağdakı separatçı rejimin yenidən müasir dünyanın üzünə tüpürərək Şuşada təşkil etdiyi “andiçmə” tamaşasına bizim, azərbaycanlıların qəzəbi təbiidir. Lakin bu qəzəbi ifadə etmək tərzi yenə də yanlış, yenə də boşuna, yenə də effektsizdir.

Götürək elə sosial şəbəkələrdə açılan “Şuşanı vur” həştəqini… Məhz belə adda həştəq kimin ağlının məhsulu idi bilmirəm, ancaq şübhəsiz ki, populizmin son həddiydi! Qeyri-real olduğunu bilə-bilə Şuşadakı “andiçmə” mərasiminə qəzəbini, hiddətini bu şəkildə büruzə vermək bizim bir daha gerçəklikdən nə qədər qopduğumuzun isbatıdır. Ümumiyyətlə, Dağlıq Qarabağdakı terrorçu rejimin növbəti farsına görə Şuşa niyə “vurulmalı”, bombalanmalıdır? Bu gözəl şəhərin günahı nədir? O nə üçün hansısa separatçıya görə bədəl ödəməlidir, indiyəcən yerlə-yeksan olması azmış kimi yenidən xaraba qalmalıdır? Bacarırıq gedək onu işğaldan azad edək, separatçını vuraq. Daha Şuşanı niyə vururuq ki?!

İkincisi, mayın 21-də “Şuşanı vur” həştəqi açanların ertəsi gün artıq tamam fərqli gündəmi vardı. Separatçıların bir gün öncəki farsı tamamilə unudulmuş, sosial şəbəkələrin müzakirə mövzusu kökündən dəyişmişdi. Yenə bütün diqqətlər, məsələn, hansısa “bozbaş” müğənninin çılpaq bədəninə, ya da hansısa məmurun ana dilimizdə düz-əməlli danışa bilməməsinə yönəlmişdi; şadlıq evlərinin haçan açılacağı, toylara nə vaxt icazə veriləcəyi barədə dəxlisiz, geydirmə mübahisələr də öz yerində…

cad532d19922a2317dbc7035679312ee

Elə ona görə yuxarıda yazmışdım ki, Şuşadakı “andiçmə” ilə bağlı azərbaycanlıların qəzəbi təbiidir, anlaşılandır, başadüşüləndir; lakin uca millət, sevgili xalq bu qəzəbində nə qədər səmimidir, israrlıdır – bax onu dartışmağa dəyər!

Biz elə camaatıq ki, “zaman öz yeknəsəqliyində nəhəng təbəddülatların ecazkar sirrini daşıyır” kimi qəliz, mürəkkəb, mənasız cümlələrə başımızı yelləyir, “necə dahiyanə fikirdir!” deyə heyrətimizi bildirir, lakin ən adi, sadə həqiqətləri anlamağa çətinlik çəkirik. Məsələn unuduruq ki, Qarabağ təkcə işğaldakı torpağımız deyil, Qarabağ həm də: səsimizdir – saxtalaşdırılır, mətbuatımızdır – susdurulur, hüququmuzdur – pozulur, büdcəmizdir – oğurlanır, təhsilimizdir – batırılır, səhiyyəmizdir – çökdürülür, yaddaşımızdır – silinir, gəncliyimizdir – qandallanır.

Bəli, Qarabağ, onun timsalında isə bütün Qafqaz separatizmin caynağından qurtulmalıdır, ancaq tamada təfəkkürü ilə, xalq şairi ağlı ilə, Elman Nəsirov beyni, Az.TV ritorikası ilə olmaz bu iş! Pafoslu nitqlərlə, boyat şeirlərlə, saxta göz yaşları ilə, əttökən “yutub” nərələriylə, boğazdan yuxarı “Hanı mənim qoç Koroğlum”la-zadla qəti olmaz. Kafedə ofisianta şeşələnib, di gəl, allahın “jek” müdirini görəndə ilan dili çıxarmaqla heç olmaz.

Bu iş “Evdə balalarım var”la, “Əsas odu sabitlikdi” ilə, “Otur bir qismət çörəyini qazan, hamı necə sən də elə”ylə ümumiyyətlə olmaz. “Allah bilən məsləhətdi” ilə, “Bu günümüzə də şükür”lə, “Alnımıza nə yazılıbsa o da olacaq”la yerli-dibli olmaz.

Bu iş geosiyasəti “Kurtlar Vadisi-Pusu”dan, tarixi “Diriliş Ərtuğrul”dan öyrənməklə əsla olmaz.

Bu iş araqdan “düt” deyincə vurub gəyirə-gəyirə İsa bulağında kabab çəkməyi arzulamaqla, Cıdır düzündə “yallı” getməyi diləməklə ölənəcən olmaz.

Olmaz, əzizim, olmaz iki gözüm, ol-maz!

P.S. Bəs necə olar? Bu barədə növbəti yazıda…

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

IMG 20260326 WA0000
.

“Qəvvas”. Zugzwang dövrünün sehrli teatrı

Elmir Mirzəyev
16 İyun 2026
WhatsApp Image 2026 05 25 at 14.36.43
.

SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib

AzLogos
25 May 2026
Başlıq
.

Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair

Elmir Mirzəyev
25 Aprel 2026
1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör