bulls-bike.cz
fiyonk.net
infopokrovsk.ru
okzhetpes.kz
petsdream.ru
PoliceControl.info
proarte.net.pl
provegas.ru
sultan-kazino-qazaqstan.kz
underscorejs.ru
Top UK Slot Sites
Casibom
Гама казино
betify
Azlogos
  • Qaydalar
  • Kimlər var

1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu 1651940310 Nshot 20220507 201640187 Bir söz oyunbazının kino fantaziyaları
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Canlı rulet yayınlarında gecikme olmaması, Casinomhub yükle tarafından sağlanan güçlü altyapının bir göstergesidir.

Yeni üyelere verilen avantajlı kampanyalar arasında casinomhub giriş fırsatları dikkat çekiyor.

Bahis dünyasında yenilikçi çözümler sunan bettilt farkını hissettiriyor.

Kumarhane eğlencesini dijital dünyaya taşıyan bettilt giriş çeşitliliği artıyor.

Türkiye’de şans oyunlarını yalnızca Milli Piyango ve Spor Toto düzenleyebilirken, bettilt giriş uluslararası lisansla faaliyet gösterir.

Adres değişikliklerine çözüm sunan pinco kullanıcılar için önem taşıyor.

Bahis severlerin güvenle oynadığı adres bettilt olarak bilinir.

Gerçek casino atmosferini hissetmek isteyenler bettilt seçeneklerine yöneliyor.

Her oyuncu güven içinde bahis yapabilmek için bettilt altyapısına ihtiyaç duyuyor.

İnternet üzerinden daha kolay erişim için bettilt giriş sayfası kullanılıyor.

Bahis dünyasında kullanıcıların %63’ü en çok futbol bahislerinden kazanç elde ettiğini belirtmiştir; bu, bahsegel giriş’in sunduğu güçlü oranlarla uyumludur.

Kullanıcılarına güvenli ortam sağlayan altyapısıyla bahsegel sektörde ön plandadır.

Rulet, poker ve slot makineleri gibi seçeneklerle dolu Bettilt giriş bölümü farklı deneyimler yaşatıyor.

Her an bahis yapmak isteyenler için Bettilt uygulaması hazırlandı.

Online casino oyunlarında yüksek RTP oranları sunan bahsegel kazandırıyor.

Slotlarda kullanılan semboller genellikle tema ile bağlantılıdır; bahsegel giriş bu görselleri kaliteli şekilde sunar.

Güvenilir ödeme yöntemleri, hızlı destek sistemi ve yüksek kazanç oranlarıyla bettilt giriş kullanıcılarına benzersiz bir deneyim yaşatıyor.

Bahis severler için en geniş spor kategorilerini sunan bettilt eğlencenin merkezindedir.

Ulduz falı

Yalçın İslamzadə Yalçın İslamzadə
., Sərbəst
21 May 2020
Oxuma vaxtı:9 dəqiqəyə oxunur
Astrologiya nauka
Paylaş

Fransız bir astroloq, astrologiyanın dəqiqliyini yoxlamaq məqsədiylə verdiyi ünvana anadan olduğu yeri və tarixi göndərənlərin bürclərinə görə pulsuz xarakter təhlillərini edəcəyini bildirən elan verir. Ona yazan 150 nəfərin hər birinə eyni “bürcə görə xarakter təhlilini” və təhlilin nə qədər doğru olduğunu bildirmələri üçün bir anket göndərir. Respondentlərin 94%-i analizin onları müxtəlif dərəcələrdə xarakterizə etdiyini bildirirlər. Əslində bu təhlil qatil Dr. Petiotun xarakter təhlilidir. Bir ulduz falçısı müştəriləri ilə görüşmədiyi halda bu qədər irəli gedə bilirsə, detallara diqqət edə bilən təcrübəli bir falçının müştərilərini hansı dərəcəyə qədər təsiri altına alacağını düşününmək çətin deyil.

Aşağıda “hazır profil” deyilən və hərkəsin özünə asanlıqla aid edə biləcəyi, ulduz falı mətbuatında rast gəlinən “bürcə görə xarakter təhlili” var:

“Bəzən açıq, incə və sosial, bəzən qapalı, təmkinli və uzaqsınız. Başqalarına sirr vermənin doğru olmadığını düşünürsünüz. Dəyişiklik və müxtəlifliyi sevir, məhdudlaşdırmalarla qarşılaşmağı sevmirsiniz. Kənardan disiplinli və kontrollu görünsəniz də daxilən narahatsınız. Xarakterinizin zəif tərəfləri olsa da bunları kompensasiya etməyi bacarırsınız. Öz xeyrinizə istifadə etmədiyiniz böyük bir potensiyalınız var. Özünütənqidə meyillisiniz. Digər insanların sizdən xoşlanmalarına və sizə heyranlıq duymalarına ehtiyacınız var”. Ayrılıqda hər bir insan bu xüsusiyyətlərin onun bürcünə aid olduğunu asanlıqla düşünər, çünkü bunlar bütün insanların bölüşdüyü ortaq xüsusiyyətlərdir. Ulduzlara astrolojik olarak inananlar, ulduzların həm onların xarakterini müəyyən etdiklərinə həm də həyatları boyunca onların həyatlarını istiqamətləndirdiyinə inanırlar.

Ölkəmizdə ulduz falı ilə bir peşə olaraq məşğul olan xeyli insan və onların çoxsaylı müştəriləri var, ulduz falı qəzetləri və kitabçaları çap olunur, gündəlik, aylıq və rüblük ulduz falları yayınlanır, avtonom ulduz falı mətbuatı formalaşır. Bir çox insan qəzetlərin təkcə son səhifəsinə, sadəcə ulduz falı oxumaq üçün baxır, qəzetlər ulduz falından istifadə edib insanlara xəbər oxutmağa çalışırlar.

Ulduz falına inananlar bir insanın anadan olduğu tarixə görə ona müxtəlif ulduz topluluqlarının (bürclərin) müxtəlif təsirlər göstərdiyinə və bu təsirin ömür boyu davam etdiynə-bir növ bürc determinizminə- inanırlar. Bizə ən yaxın ulduzlar Alfa Centauri sistemindəkilərdir. Bu ulduzlar Günəşə 4.27 işıq ili məsafədədir (bir işıq ili, saniyədə 300,000 km yol qət edən işiğın bir ildə getdiyi yoldur, Alfa Centauridən bizə olan məsafə 40,000,000,000,000 km-dir). Bu qədər uzaqda olan bir ulduz insana hansı mexanizmlə təsir edə bilər? Ulduz falından danışılırsa, özü də bir ulduz olan günəşin təsirlərindən niyə bəhs edilmir? Mars və Saturn kimi planetlərin təsirindən danışılırsa niyə ulduz falı deyilir? Bürcləri tərtib edənlər ulduzla planetin fərqini anlamamışdılar. Çünkü qədim dövrdə sadəcə astronomiya inkişaf etmişdi, ulduzla planetin fərqini anlamaq üçünsə astrofizika bilmək vacib idi. Astrofizika yoxkən astronomik müşahidələri astrologiyanın xidmətinə vermək nisbətən asan idi.

all_all_big-t1542032831-r1w768h425q90zc1

İnsanları doğum tarixinə görə müxtəlif bürclərə böldükdə təbiətin insanın yaratdığı təqvimdən xəbəri olmadığını yaddan çıxarmamaq lazımdır, insanların yaratdığı müxtəlif təqvimlər vardır və bunlar şərtidirlər. Bürclər insan xarakterini müəyyən etsəydi cəmi 12 tip insan olardı və onları idarə etmək üçün bu qədər dinlər və siyasi sistemlər icad edilməzdi, insanı anlamaq üçün humanitar elmlər bu qədər müxtəlif nəzəriyyələr ortaya atmazdılar, sosyal elmlərdə insanın davranışını hansı dərəcədə təbiətin, hansı dərəcədə sosial mühitin müəyyən etdiyi mübahisələri aparılmazdı. İnsan tamamən təbiətin əsəri olaraq qəbul edilərdi. Əgər 12 tip insan olsaydı onda 7 milyard insanın gündəlik həyatı 12 müxtəliflik göstərərdi, məsələn 600 milyona yaxın insan eyni gündə “ziyarətə getmək” məsləhətinə əməl etməli olardılar.

Ulduzların teleskop kəşf olunmamışdan əvvəl müxtəlif bürclərdə toplanması da dəqiq sinifləndirmə deyildi, çünkü daha parlaq və uzaq olan ulduz daha yaxın və sönük olan ulduzdan daha yaxın görünür. Bürclərə görə ulduz falı hələ astronomiyanın astrologiyadan ayrılmadığı vaxtlarda yaranıb və müasir biliklər əsasında ulduz qruplarının insanlara təsiri mümkün hesab edilmir. Astrologiyanın elmiliyi aparılmış müxtəlif sınaqlarla rədd edilir (Carlson eksperimenti, Dean və Kelly testləri, Silverman anketləri). Əslində iddialarına özləri inansalar, falçılar üçün böyük bir fürsət mövcuddur, bunun üçün testə cəsarət etmək lazımdır. Amerikadakı “James Randi” Fondu müstəqil müşahidəçilər qarşısında hər hansı paranormal bacarıq (münəccimlik, telepatiya, telekinezi, astral səyahət, levitasiya vs.) yaxud hadisə nümayiş etdirən şəxsə 1 milyon dollar mükafat vəd edir. Özünə güvənən falçılar bu testdə iştirak edə və asanlıqla zəngin ola bilərlər. Konkret ulduz falçısı isə əks istiqamətdə-bəzi xarakteristik xüsusiyyətlərinə görə insanın doğum tarixini dəqiq bildirərək bu mükafatı qazana bilərlər. Ulduz falçıları insanların hər gün üzləşdiyi qayğıları-mübahisələr, sağlamlıq problemləri və maddi çətinliklər-hər dəfə fərqli bürcün ayağına yazaraq və sanki öncədən xəbər verirmişlər kimi insanların onlara inanmalarını təmin edirlər. İstənilən adam “yolda diqqətli ol”, “sağlamlığına diqqət et”, “pulu az xərclə” məsləhətini öz üstünə götürər. Yenə də nəzərə alaq ki yerin spin oxu hər 26,000 ildə bir dəfə tam dövr edir, bu rəqəmi 12-yə böldükdə təxminən 2 min ildən biraz artıq zamanda bürclərin yeri bir bürc qədər sürüşür. Deməli biz öz bürcümüzü oxuyarkən yanılırıq, əslində bir əvvəlki və ya sonrakı bürcü oxumalıyıq.

Ulduz falına inanmaq insanın zehni olaraq mifolojik dövrdə yaşamasının bir təzahürüdür, insanın hələ elmi düşüncəni kəşf etmədən əvvəlki zehniyyətdə olduğunun göstəricisidir. Elmsiz cəmiyyətlərdə (daha doğrusu icmalar), həmçinin Şərq xalqlarında qismət anlayışı geniş yayılıb, ona görə də Afrika kimi Şərqin də xəritəsi Qərbin əlindəki xətkeşlə çəkilir. Şərq ökələri həmişə problemi özlərindən kənarda görür, konspitariv gücləri ittiham edirlər. Ancaq etdikləri sadəcə ittiham olduğu üçün yenə də fərqli güclərin, amma bu dəfə real olan və fərqinə varmadıqları güclərin əlində oyuncaq olurlar. Bir “amor fati” məktəbi olan Stoaçıların tanınmış nümayəndəsi Epiktet ayağını maşa ilə buran ağasına etiraz etməmiş, ağası ayağını sındırdıqdan sonra sakitcə “ayağımı sındırdın” demişdi. Bir çox hallarda insanlar ayaqlarının sındırıldığının belə fərqinə varmırlar.

Bütün şərq xalqları kimi Azərbaycanda da qədər və qismət anlayışı geniş yayılıb. Ulduz falçısı, falçı, pir, cindar, molla yanına gedənlərin, yuxuyozmalarına, dua və ulduz falına ümid bağlayanların sayı olduqca çoxdur. Bu insanlar talelərinin təbiətüstü güclərin kaprizləri istiqamətində sürükləndiyini düşünürlər. Qismət anlayışı bir çox insan və qurumlar tərəfindən ən müxtəlif mənfəət və təsəlli səbəbiylə dəstəklənir.

5dbc428db27200.95286631

Azərbaycanın ən çox sevilən şairlərindən olan Ramiz Rövşənin bir “amor fati”, genetik determinizm fonunda fatalist şair olması təsadüf deyil. Fatalist mühitdə Ramiz Rövşən çox sevilir və o da öz növbəsində fatalizmi təbliğ edərək sevənlərinin gözləntilərini doğruldur. Bir cəmiyyət müəyyən istedada sahib fərdi seçərək irəli çıxarır, o da öz növbəsində geriyə, cəmiyyətə təsir edir. Yaz gecəsində ölmək istəyən, göy üzünün daş saxlamadığını böyük bir hikmətmiş kimi anladan, qara paltarlı qadın arzulayan, ilan balasının böyüyüb ilan olacağını faciə kimi görən, ay işığının ümidlərini doğrultmayan, qəbri daman bu şairin peotikasının mərkəzi anlayışı təslimçilikdir. Şairin şerləri insanın həyat eşqini öldürür, ona pessimiz, qaramat aşılayır, taleyi lənətləməkdən başqa yol göstərmir, əlini və həvəsini həyatdan soyudur (hətta “bilsək dünyaya gəlməzdik, analar aldatdı bizi”). Pessimist olsa da heç şübhəsiz Ramiz Rövşən uğur qazanmış şairdir, ancaq şairin bədii atmosferi animist bir psixoloji sferada qurulub. Demək olar ki burada təbiətdən qoparaq dövləti və elmi kəşf etmiş, vətəndaşlıq bağı ətrafında cəmiyyət qurmuş müasir insanın duyğuları yoxdur. Əslində yaradıcılığı fatalizmə həsr olunmuş sənətkarlarımız çoxdur. Ən çox sevilən musiqiçilərimizin kədərli və pessimist solo ifaçıları olduqları təəccüblü deyil. Hətta digər populyar və gənc şairlərin belə göyüzü, ölüm, Əzrayıl, kəfən, edam temalı yerlə-göylə əlləşən şeirləri də fatalizmə qarşı deyinmələrdir ki sonunda təslimçilik ruhundadır, baş əymiş insanın mızıltılarıdır. Dəyişilməz bioloji sona qarşı mənasız poetik “üsyan” əsrlərdir şərq insanını mürgülədir. Dəyişməz təbiət qanunları ilə dəyişdirə biləcəyi insani vəziyyət arasında ayrım edə bilməmək də zehni acizliyin bir təzahürüdür. Nəticədə isə həyatdan qorxduğu üçün həyat təcrübəsi olmayan xeyli kədərli “müdrik” insan var. Ən çox kədərləndirən ən çox hörmət ediləndir.

Ancaq insan mədəniləşməklə, yazılı mədəniyyət qurmaqla, sənaye öncəsi toplum olmaqdan sənayeləşmiş topluma keçməyə başlamaqla təbiəti kontrol etmək üçün elmi, insanları institutlarda qruplaşdırıb vahid məqsədə xidmət etmək və kontrol etmək üçün dövləti yaradıb. Loto ilə kimsə zəngin ola bilər, ancaq bütün ölkə loto ilə zənginləşə bilməz, iqtisadi qurumlar düzgün təşkil olunmalı, insanlar harada ola biləcəklərini görə bilməli və sosyal hərəkətlilik imkanlarına sahib olmalıdırlar. Elmin və dövlətin yaranması, dinə öz yerinin göstərilməsi həm də insanın öz taleyinə sahib çıxmasıdır. Həyatda dəyişdirilə biləcək və dəyişdirilə bilməyəcək gerçəkləri fərq etmək, ölüm kimi dəyişməz olayı təbii qəbul etmək, həyat yolu kimi dəyişdirilə biləni isə sivil yollarla dəyişdirmək lazımdır. Ən önəmlisi bu fürsətin və fərqi görən ağılın olmasıdır. Respublikadan dini dövlətə çağırış edənləri də insanları talelərini başqalarına əmanət etməyə çağıranlar kimi qəbul etmək olar. Təriqətlərin şəxslərə bağlı olması və şəxslərin də başqa şəxslərə bağlı olması bilinən həqiqətdir. Dövlət dindən sonrakı mərhələdir, göydən ümidini üzən insanların yaratdığı qarşılıqlı dayanışma qurumudur. İnkişaf etmiş cəmiyyətlər də əvvəl sehrə, sonra duaya ümid etmişdilər, nəhayət doğru yolun dövlət və elm olduğunu anladılar. 

Şəhərin kirli havasında ulduzlar daha az parıldayır, şəhərdə yaşayıb ulduz görmək istəyənlər bunu nəzərə almalıdırlar. Şekspir demişkən “Qəbahət insanlarındır, ulduzların deyil”.

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
488656195 122127540776763171 3687452932550618916 N
.

Vətən oğlu

Mirzə
17 Aprel 2025
1651940310 Nshot 20220507 201640187
.

Bir söz oyunbazının kino fantaziyaları

Sevda Sultanova
03 Noyabr 2024
17aheds Knee Superjumbo
.

Sənət və siyasətin qarşıdurması: ‘Ahedin dizi’ və estetik zəiflik

Sevda Sultanova
19 Sentyabr 2024
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

136bet.com.br
aviator-game.mw
aviator.com.az
big-bass.co.uk
focuspcg.com
humanics-es.com
iuorao.ru
oren-sarmats.ru
spicybet.com.br
sweet-bonanza.com
aviator
pinco
allabouteng.com
auruhana2.kz
bsl.community
docwilloughbys.com
editorialabiertafaia.com
erkindik.kz
kabuki-bremen.de
minnaz.ru
prockomi.ru
saintvincenthome.org
aviator
pinco
136bet
top 10 online casino belgië
verde casino
seriöse online casinos österreich
norsk casino
pinco casino

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
aviator
pinco
nayora.org
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör