Azlogos
  • Qaydalar
  • Kimlər var

IMG 20260326 WA0000 "Qəvvas". Zugzwang dövrünün sehrli teatrı WhatsApp Image 2026 05 25 at 14.36.43 SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib Başlıq Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair 1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

İdeal insan axtarışında

Cavid Ramazanov Cavid Ramazanov
., Mövqe
06 May 2020
Oxuma vaxtı:5 dəqiqəyə oxunur
Cavid
Paylaş

Bizim cəmiyyətimizdə bir ideal insan obrazı, bir də bunun tam əksi olan pis insan obrazı var. Ənənəvi dini-əxlaqi doqmalardan irəli gələn bu yanaşmaya görə, bir insan ya yaxşıdır, ya da pis, ortası ola bilməz, ortası yoxdur. Bir insanın yaxşılığını görənlər onu ideallaşdırıb göylərə qaldırır, pisliyini görənlər isə onu yerin dibinə soxub murdar elan edirlər. Bu yanaşma tərzini xüsusilə tanınmış şəxslərə – siyasətçilərə, müğənnilərə, ictimai, mədəni xadimlərə və başqalarına münasibətdə daha qabarıq şəkildə görmək mümkündür.

Ədəbiyyatı basmaqəlib tərzdə cəmiyyətin güzgüsü adlandırsaq, Azərbaycanın klassik və müasir ədəbiyyatındakı qəhrəmanların da cəmiyyətin gözləntilərinə uyğun şəkildə yaradıldığını (və yaxud yerli sənətkarın cəmiyyətin klişe yanaşmalarından kənara çıxa bilmədiyini) görə bilərsiniz. Yerli ədəbiyyatdakı qəhrəmanlar konveyerdən çıxmışcasına bir-birlərinə bənzəyirlər: onlar ya çox yaxşı və pak, ya da çox pis və əclafdırlar. Bizim ədəbiyyatçıların hekayələrində ideal qəhrəman daxilən qüsursuz və sadəlövh insan olduğundan, tez-tez bədxahların tələsinə düşür, amma sonda onu qəlbindəki ucalıq xilas edir və o, maddi və ya mənəvi formada bədxahlara qalib gəlir. Doza müəyyən dərəcədə fərqli ola bilər, amma hələ də əksər hekayələrimizdə qəhrəman və mövzu seçimi oxşardır. Bu cür sadəlövh yanaşmalara görə də, Azərbaycanda yazılı ədəbi nümunələr roman, hekayə və film kimi Avropai qəliblərdə ifadə edilsələr də, mahiyyət etibarilə daha çox folklor təsiri bağışlayırlar, onlarda modern sənətkarlığın elementlərini görmək çətindir.

İnsana təkcə ideal və bədxah gözüylə baxmaqla təbii ki, onu heç vaxt tanıya bilməzsən, insanın ziddiyyətli varlıq olduğunu, yaxşı və pisləriylə birlikdə vəhdət tapdığını dərk edə bilməzsən. Avropa cəmiyyətlərinin digər cəmiyyətlərdən irəlidə olmasının əsas səbəblərindən biri də avropalıların “roman uşaqları” olmasından qaynaqlanır. İnsanın yaxşı və pis tərəfləriylə, bütün ziddiyyətləriylə birgə qələmə alındığı romanların sayəsində oxucu yetkinləşərək dərk edib ki, insanı təkcə ikiqütblü görmək, onun insaniyyətini inkar etmək deməkdir. Avropa romançılığının atalarından biri Qustav Floberin əxlaqsız adlandırılan qəhrəmanı Madam Bovarini məhkəmədə müdafiə etmək üçün “Madam Bovari mənəm!” deməsini xatırlayın.

Şərqlinin insana dar pəncərədən baxmasının qüsurlu nəticələrə gətirib çıxarmasının aktuallığındandır ki, modern şərq sənətkarları bu məsələyə tez-tez toxunurlar. İran kinorejissoru Əsgər Fərhadinin filmlərində məsələn, tamaşaçı filmin qəhrəmanları barədə dəfələrlə fikir dəyişdirir, film boyunca qəhrəmanlar onun gözünə gah ideal, gah da rəzil görünürlər, tamaşaçının başda müsbət hesab etdiyi qəhrəmanın filmin sonunda bir də görürsən, mənfi qəhrəman olduğu üzə çıxır. Türk kinorejissoru Nuri Bilge Ceylanın filmlərində isə qəhrəmanlar bütün ziddiyyətləriylə birgə boy göstərirlər, bir obrazın həm ideal tərəfləri, həm də rəzil tərəfləri ola bilir, Ceylanın bütün filmləri insan xarakterindəki ziddiyyətlərin toqquşmasının təsvirindən ibarətdir.

Orhan Pamuk bir essesində Türkiyədə (şərqdə) bioqrafiya janrının niyə özünə yer tapa bilməməsini sorğulayır və buna əsas səbəb kimi insana ikiqütbli münasibət kimi dar baxış bucağının mövcudluğunu göstərir:

“Biz insanları qəhrəman və müqəddəs, yaxud da tamam əksi, alçaq və əclaf olduqları üçün maraqlı hesab edirik. Halbuki bioqrafiya qəhrəmanlar və müqəddəslər, alçaqlar və əclaflar insandırlar deyə, maraqlı olduqları üçün yazılır. Bizim sevdiyimiz mənaqibnamələrdə (kimisə müqəddəsləşdirərək, ancaq yaxşı tərəflərdən təqdim etmə-C.R.) müqəddəslərin, ruhanilərin ucalıqlarından, müdrikliklərindən, cəsarət və hikmətlərindən bəhs edilir, onlar əlçatmaz bir dünyada ömür sürərkən isə, bioqrafiya daha demokrat, daha əlçatan bir insan obrazını təsvir edir.

Modern bioqrafiya Kleopatranın əslində qonşu qızı kimi bir şey olduğunu, modern ədəbiyyat isə qonşu qızın gizli bir Kleopatra olduğunu isbatlamağa çalışır. Bizlər isə Kleopatranın əlçatmaz Kleopatra olduğunu oxuyub onunla sehrlənmək istəyirik. Bizim üçün müqəddəs olan insan deyil, miflərimizdir. Bioqrafiya yaza bilmərik, dastan yazarıq. Modern ədəbiyyatda isə, məsələn, Coys sıravi bir insanın həyatının bir gününü 700 səhifəlik bir dastan kimi görür: Uliss”.

Eyni problemlər Azərbaycanda da çox yayğındır: bizdə insan bircə yaxşı əməliylə bu gün qəhrəman, bircə pis əməliylə isə o biri gün düşmən elan edilə bilər. Biz siyasətçiləri, sənətçiləri, ümumiyyətlə hər kəsi ideal, pak və qüsursuz görmək istəyirik, istəklərimiz doğrulmayanda isə, əsəbləşib özümüzdən çıxır, ittiham edir, lənətləyir, hətta söyüş söyürük. Səhnədə olanlar həmişə bunun fərqindədirlər, buna görə, istər-istəməz çoxlu yalan danışmaq, özlərini olduğu kimi göstərməmək, sünilik və “artistlik” etmək məcburiyyətində qalırlar. İnsanı tanımaq meyarları olmayan bir çoxları da bu yalanları asanlıqla yeyir, səmimiyyəti isə səhv başa düşürlər. Nəticədə zəhərli və saxta bir mühit ortaya çıxır.

İnsanı tanımadan, ona obyektiv qiymət verməyi bacarmadan, gözəl, demokratik, bərabərçi bir mühitin yaradılacağını zənn etmək, bizim cəmiyyətin sadəlövh inanclarından biridir.

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

IMG 20260326 WA0000
.

“Qəvvas”. Zugzwang dövrünün sehrli teatrı

Elmir Mirzəyev
16 İyun 2026
WhatsApp Image 2026 05 25 at 14.36.43
.

SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib

AzLogos
25 May 2026
Başlıq
.

Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair

Elmir Mirzəyev
25 Aprel 2026
1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör