Azlogos
  • Qaydalar
  • Kimlər var

IMG 20260326 WA0000 "Qəvvas". Zugzwang dövrünün sehrli teatrı WhatsApp Image 2026 05 25 at 14.36.43 SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib Başlıq Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair 1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Niderland antitellərin müjdəsini verdi

AzLogos AzLogos
., Covid-19
06 May 2020
Oxuma vaxtı:2 dəqiqəyə oxunur
Ground breaking research uncovers antibody that could neutralise covid
Paylaş
SARS-CoV-2-yə (COVID-19-un törədicisi) qarşı antitel əldə edilib

Niderlandın Utrecht universitetində Berend-Jan Boschun rəhbərlik etdiyi alman və niderland mütəxəssisləri koronavirusa qarşı laborator şəraitdə uğurlu mübarizə aparan monoklonal antitel əldə ediblər. Bu barədə Nature elmi jurnalı xəbər verir.

Monoklonal antitellər normalda orqanizmin immun sistemi tərəfindən yaradılan antitellərə bənzər, amma laborator şəraitdə süni şəkildə yaradılan zülallardır. Onlar xəstəlik törədici hüceyrənin müəyyən hissəsini hədəf alaraq, onu sıradan çıxarır. Bununla da xəstəliyin gedişatını pozurlar.

ezgif.com-webp-to-jpg (1)

Utrecht universitetində əldə edilmiş antitel 47D11 adlandırılıb. O koronavirusun xarici səthini örtən qlükoprotein çıxıntılarını sıradan çıxarır. Qeyd edək ki, virus məhz bu çıxıntılar vasitəsilə hüceyrə ilə təmas yaradır. Qlükoprotein çıxıntılarını itirmiş virus isə hüceyrəni yoluxdura bilmədiyi üçün xəstəlik inkişaf edə bilmir.

Tədqiqatlar 47D11 antitelinin 2002-ci ildə yayılmış atipik pnevmoniyaya səbəb olan SARS virusuna qarşı da effektiv olduğunu göstərib.

Antiteli laboratoriyada genetik modifikasiya olunmuş siçanlar istehsal ediblər.

Bu tədqiqatlar böyük uğur olsa da sənaye miqyasında vaksin halına gəlmək üçün yalnız birinci mərhələdir. Növbəti mərhələlərdə 47D11 antiteli heyvanlar və insan üzərində də təkrarlanan, birmənalı müsbət nəticələr göstərməlidir.

Monoklonal antitellər əvvəllər xərçəngin bəzi növlərində də uğurla istifadə olunub. Merck & Co. və Roche Holding AG kimi iri əczaçılıq şirkətləri bu tərkibli preparatlardan geniş istifadə edirlər.

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

IMG 20260326 WA0000
.

“Qəvvas”. Zugzwang dövrünün sehrli teatrı

Elmir Mirzəyev
16 İyun 2026
WhatsApp Image 2026 05 25 at 14.36.43
.

SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib

AzLogos
25 May 2026
Başlıq
.

Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair

Elmir Mirzəyev
25 Aprel 2026
1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör