Azlogos
  • Qaydalar
  • Kimlər var

Başlıq Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair 1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Erməni və gürcülərin xristianlaşması

AzLogos AzLogos
Kültür
18 Aprel 2020
Oxuma vaxtı:7 dəqiqəyə oxunur
D99b2bcb12dc7f4b1f0d559e8e45d607
Paylaş

Yeni eranın başlanğıcındakı Cənubi Qafqaz tədqiqatlar üçün mürəkkəb sahə sayılır, çünki xristianlığaqədərki dövrə dair mənbələr azdır – əsasən, epiqrafik mənbələr, ellin və romalı coğrafiyaçılar Strabon və Polibidən cüzi materiallar qalıb. Digər tərəfdən gürcü və erməni müəlliflərin əsərlərində bu bölgənin Kiçik Asiyanın cənub-şərqi, Mesopotamiya və İranla əlaqələri haqqında böyük həcmdə məlumatlar var. Bu əlaqələr, Cənubi Qafqazın b.e.ə. III-II əsrlərdən başlayaraq iran mənşəli, lakin aramey dilli Parfiya dövlətinin təsir dairəsinə daxil olması sayəsində meydana çıxıb. Parfiyanın təsir dairəsinə daxil olan bölgələrin başında dayanan Arşakidlər sülaləsinin hökmdarları Cənubi Qafqazı da idarə edirdilər.

Yaxın Şərq ölkələrində xristianlığın yayılması

Araşdırmalara şimaldan başlasaq, onda sahil boyunda Qara dəniz-yunan mühitinin təsiri altında olan böyük ərazini – Əğrisi (Qərbi Gürcüstan, Lazika da adlanır) görəcəyik. Abxaziya və qalan sahiloyu bölgədə özünü güclü büruzə verən yunan təsiri Qərbi Gürcüstanın xalq (laz-meqreli) və Parfiyanın siyasi (İmereti bölgəsindən cənub-şərqə) təsiri ilə rəqabət aparırdı. Bu bölgü, Qərbi Gürcüstanda yunandilli təsirin güclü olmasını izah edir. Şərqi Gürcüstanda isə iranlılığı görə bilərik. Məsələn, məşhur ikidilli Armazi abidəsi və Kartlidəki zərdüştiliyə aid digər abidələr Şərqi Gürcüstanda aramey dilli və iran mahiyyətli təsiri əks etdirir. Kartlinin şərqində erməni təsiri də mövcud idi. Həmin dövrdə Şərqi Gürcüstan və Ermənistan birləşmiş bölgədən ibarət idi və xristianlıq da, məhz, bu bölgəyə “gəlmişdi”.

Xristianlığın Şərqi Gürcüstan və Ermənistana ilk gəlişini həvari Varfolomeyin moizəsi ilə əlaqələndirirlər. Ki, deyəsən, o qədər də böyük effekt yaratmamış və bölgədə xristianlığın yayılmasından bəhs edən materillarda simvolik akt kimi qalmışdı.

Qərbi Gürcüstanda – Əğris, Kolxida, Lazika – xristianlığın ilk addımları həvari Andreyin fəaliyyəti ilə bağlıdır, lakin bu barədə etibarlı məlumatlar çox azdır: sadəcə həvarinin həyatına dair folklor nümunələr var, buna görə də, onun moizələrinin izlərini araşdırmaq çətindir.

Xristianlığın Ermənistan və Gürcüstanın mərkəz bölgələrinə ilk gəlişi Maarifçi Qriqorinin şəxsiyyəti ilə bağlıdır. Bu, “Aqatanqelos” (yunanca: Agafangel) erməni adlı aqiorafik romanda öz əksini tapıb. Roman, öz hökmdarına qarşı sui-qəsddə iştirak etmiş və hökmdarın qətlindən sonra ölkədən qaçmış parfiyalı əyan Anakadan bəhs edir. Anakanın oğlu Qriqori Kiçik Asiyanın(!) ərazisində gizlənir, xristianlığı qəbul edir və Ermənistana xristian kimi qayıdır. Xristianlıq da Ermənistanda aramey və yunan dillərini bilən, erməni ənənəsinə uyğun olaraq Lusavoriç – Maarifçi – təxəllüsü qazanan erməni-parfiyalı Qriqori vasitəsilə yayılmağa başlayır.

“Agafangel”dən belə məlum olur ki, başlanğıcda Qriqorinin ideyaları uğur qazanmır, buna görə də, parfiyalı yerli hökmdar Tiridad (ermənicə: Trdat) onu dərin Xor Virap (sonralar zindanın yerində monastır qurulur) zindanına atdırır. Qriqori düz 17 il – hökmdar özü dinini dəyişib Ermənistanın xristianlaşdırılmasına başlayana qədər zindanda qalır.

Sözügedən hadisələrlə paralel olaraq xristianlıq Ermənistan vasitəsilə Kiçik Asiyadan keçib Gürcüstana çatır. Bu, erməni qadın vaizləri Ripsime və Qayanenin ardıcılları ilə əlaqəlidir. Onların arasında gənc bir qadın da vardı. Onun adı yalnız koptdilli (Misir dilləri ailəsininin son nümayəndəsi) sinaksarda (müqəddəslərin qısa tərcümeyi-hallarının toplusu) ərəb dilində – Feoqnosta (تاوغنوسطا), erməni, yunan və gürcü sənədlərində isə Nonna kimi qalıb. Latınca “rahibə” anlamını verən bu söz erməni dilində Nune, gürcü dilində isə Nino kimi oxunur.

Bu tərki-dünya qadın haqqında rəvayətləri Akvileyalı Rufin öz “Kilsə rəvayətləri” əsərində saxlayıb. Müəllif əsərində onu latın dilində əsir anlamını verən “captiva” adlandırır. Nino həqiqətən farsların əsiri ola bilərdi, amma, çox güman ki, Rufində bu təxəllüsün mənası fərqlidir. “Captiva” asketizmin, Ninonun seçdiyi növünü xarakterizə edən texniki termindir: açıq səma altında keçən həyat, otlar və bitkilərlə qidalanmaq, özündən vazkeçməni nəzərdə tutur. Nino Şərqi Gürcüstana gələndən sonra, sonralar Cvari (ჯუარი, “Xaç”) adlanın yerdə yaşamağa və orda xristianlığı təbliğ etməyə başlayır.

IV əsrdə baş vermiş bu hadisələrdən sonra kiçikasiya-kilikiya tipli xristianlıq (yunan və suriya komponentli) Kiçik Asiyadan Ermənistana, sonra isə Gürcüstana daxil olur. Bu, mahiyyətcə asketizmin suriya tipini həyata keçirən müqəddəs Qriqori ilə müqəddəs Ninonun sayəsində baş verir. Asketizmin bu növü ondan ibarətdir ki, insanlar şəhərləri tərk edir, təbiətdə yaşayır, hər şeydən əl çəkir, bitkilərlə qidalanır, zamanlarını oruc tutmağa və öz nəfsləri ilə mübarizəyə həsr edirlər. Ninonun əhvalatında bu həyat təbii xarakter daşıyırdı, o, bir yer tapır və üzüm budaqlarından hazırlanmış xaça dua edirdi. Qriqori Lusavoriç üçün moizəyə asketik hazırlıq onun Xor Virapda dustaq edilməsi ilə başlamışdı. Quyu-zindanda yaşamaq qəhrəmanlığını yunan dünyasında Sütunçu Simeon adlı ilə tanınan məşhur mar Şimeonun (yunanca Συμεών ὁ Στυλίτης; suriyalı xristian rahib, asketizmin yeni forması olan sütunçuluğun əsasını qoyub) fəaliyyəti ilə müqayisə etmək mümkündür. O, V əsrdə sütunun başına çıxmış və düz 14 il orda yaşayıb dua etmişdi.

Professor Syüzan Eşbruk Harvinin irəli sürdüyü maraqlı bir ideyaya görə, sütuna dırmaşmaqla dərin çuxura düşmək arasında elə də böyük fərq yoxdur, çünki hər iki halda bu, yer səthinə nəzərən şaquli hərəkətdir və asketin yer praqmatikasının sərhədlərindən qırağa çıxmasını simvolizə edir.

Nino adı ilə Gürcüstanda qalmış Nonna, Qriqori, Ripsime və Qayane (xristianlığın erkən dövrlərində yaşamış əzabkeş tövbəkarlar) kiçikasiya-antioxiya tipli xristianlığın Cənubi Qafqaz ərazilərinə daxil olmasının ən qədim sübutlarına çevriliblər. Bu missiyalardan əvvəl – daha erkən dövrlər haqqında hansısa fikir yürütmək çətindir, hərçənd müxtəlif sənədlərdə yepiskopların arasında erməni Merujan adına rast gəlmək mümkündür. Nino haqqındakı əsərlərdə deyildiyinə görə, (“Gürcüstanın xristianlaşdırılması”, “Ninonun həyatı”) xristianlığı qəbul edən gözətçi Lonqin (ლონგინოზ) və yoldaşları İsa çarmıxa çəkilərkən orda olublar və Gürcüstana qayıdarkən İsanın tikişsiz köynəyini özləriylə gətiriblər. Bütün bu aqioqrafik məlumatların tarixi faktlar olub-olmadığını isbatlamaq çətindir.

Xristianlığın izlərinin Cənubi Qafqaz ərazisinə IV əsrə qədərki gəlişi barədə böyük əminliklə fikir yürütmək olar, lakin o, heç bir iz qoymayıb.

Beləliklə, əlimizdə “sıfır” nöqtəsi var – xristianlığın Kiçik Asiyada, Ermənistanda və Gürcüstanda təbliği; həvarilər Andrey və Varfolomeyin adları ilə bağlıdır.

Daha sonra “bir” nöqtəsi gəlir – IV əsr, “Aqatanqelos”da, “Buzandaran” toplusunda və Movses Xorenatsidə təsvir olunmuş Qriqori Lusavoriç; və Rufinin “Kartlinin xristianlaşdırılması” (“Moksevay Kartlisay”), “Kartlinin həyatı” (“Kartlis tsxovreb”) əsərlərində təsvir olunmuş Nino. Bir də erməni qadın vaizləri Ripsime və Qayanenin adı ilə bağlı olan ripsimianlar silsiləsi var.

V-VI əsrlərdə artıq “iki” nöqtəsi başlayır – Kartli və Ermənistanın “ikinci incilləşdirilməsi”; əlifbanın kəşfi, Maştotsun fəaliyyəti, suriyalı rahiblərin yürüşü və suriya tipli xristianlığın Gürcüstanla Ermənistanın ərazilərinə daxil olması il bağlıdır.

Aleksey Muravyov

Tarix elmləri namizədi, “Ali İqtisadiyyat Məktəbi” Milli Araşdırmalar Universitetində şərqşünaslıq məktəbinin yaxın şərq qolunun rəhbəri

Postnauka

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
488656195 122127540776763171 3687452932550618916 N
.

Vətən oğlu

Mirzə
17 Aprel 2025
1651940310 Nshot 20220507 201640187
.

Bir söz oyunbazının kino fantaziyaları

Sevda Sultanova
03 Noyabr 2024
17aheds Knee Superjumbo
.

Sənət və siyasətin qarşıdurması: ‘Ahedin dizi’ və estetik zəiflik

Sevda Sultanova
19 Sentyabr 2024
Tenha insan
.

Tənha insanın monoloqu

Sevda Sultanova
21 Avqust 2024
Music art
.

Musiqi strategiyamıza dair

Firudin Allahverdi
13 Avqust 2024
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör