bulls-bike.cz
fiyonk.net
infopokrovsk.ru
okzhetpes.kz
petsdream.ru
PoliceControl.info
proarte.net.pl
provegas.ru
sultan-kazino-qazaqstan.kz
underscorejs.ru
Top UK Slot Sites
Casibom
Гама казино
betify
Azlogos
  • Qaydalar
  • Kimlər var

1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu 1651940310 Nshot 20220507 201640187 Bir söz oyunbazının kino fantaziyaları
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Canlı rulet yayınlarında gecikme olmaması, Casinomhub yükle tarafından sağlanan güçlü altyapının bir göstergesidir.

Yeni üyelere verilen avantajlı kampanyalar arasında casinomhub giriş fırsatları dikkat çekiyor.

Bahis dünyasında yenilikçi çözümler sunan bettilt farkını hissettiriyor.

Kumarhane eğlencesini dijital dünyaya taşıyan bettilt giriş çeşitliliği artıyor.

Türkiye’de şans oyunlarını yalnızca Milli Piyango ve Spor Toto düzenleyebilirken, bettilt giriş uluslararası lisansla faaliyet gösterir.

Adres değişikliklerine çözüm sunan pinco kullanıcılar için önem taşıyor.

Bahis severlerin güvenle oynadığı adres bettilt olarak bilinir.

Gerçek casino atmosferini hissetmek isteyenler bettilt seçeneklerine yöneliyor.

Her oyuncu güven içinde bahis yapabilmek için bettilt altyapısına ihtiyaç duyuyor.

İnternet üzerinden daha kolay erişim için bettilt giriş sayfası kullanılıyor.

Bahis dünyasında kullanıcıların %63’ü en çok futbol bahislerinden kazanç elde ettiğini belirtmiştir; bu, bahsegel giriş’in sunduğu güçlü oranlarla uyumludur.

Kullanıcılarına güvenli ortam sağlayan altyapısıyla bahsegel sektörde ön plandadır.

Rulet, poker ve slot makineleri gibi seçeneklerle dolu Bettilt giriş bölümü farklı deneyimler yaşatıyor.

Her an bahis yapmak isteyenler için Bettilt uygulaması hazırlandı.

Online casino oyunlarında yüksek RTP oranları sunan bahsegel kazandırıyor.

Slotlarda kullanılan semboller genellikle tema ile bağlantılıdır; bahsegel giriş bu görselleri kaliteli şekilde sunar.

Güvenilir ödeme yöntemleri, hızlı destek sistemi ve yüksek kazanç oranlarıyla bettilt giriş kullanıcılarına benzersiz bir deneyim yaşatıyor.

Bahis severler için en geniş spor kategorilerini sunan bettilt eğlencenin merkezindedir.

Operativ Qərargah və Kampanella

Toğrul Maşallı Toğrul Maşallı
., Mövqe
10 Aprel 2020
Oxuma vaxtı:9 dəqiqəyə oxunur
1586353474 9651610f e888 4cf7 80c3 fe794e8a860d (1)
Paylaş

Azərbaycan hansı sistemə aiddir? Adətən bu sual çox hallarda əsaslı mübahisələrə səbəb olur. Bəziləri deyir bizdə monarxiyadır, başqaları totalitarizm ya da avtoritarizm tərəfini müdafiə edir. Hətta iqtisadi sistem cəhətindən belə vahid qərara gələ bilmirik: bazar iqtisadiyyatıdır ya dövlətin bazar üzərində inhisarı? Amma indiki vəziyyətdə birinci suala müəyyən qədər cavab verə bilərik – Azərbaycan operativ ölkədir. Daha doğrusu Azərbaycan Operativ Qərargah tərəfindən idarə olunur. Artıq Operativ Qərargah özü-özlüyündə nədir – bu başqa sualdır və fikrimcə bu suala cavab tapmaq mümkün deyil. Əsasən də bu vəziyyətin heç bir qanunda təsvir olunanmamasına görə mümkün deyil.

İqtisadçı kimi mənə daha çox bizim iqtisadi sistem maraqlıdır. Sağ olsun, Operativ Qərargah bu suala da cavab verdi. Belə ki, bu yaxınlarda növbəti mətbuat konfranslarının birində Operativ Qərargah adından çıxış edən Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov (biz onu vaxtilə AzTV-də görməyə öyrəşmişdik) iqtisadi sistemləri müqayisə etdi və Azərbaycanda mövcud olan iqtisadi münasibətlərə dair konkret cavab verdi.

Bu çox vacib məqamdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının “İqtisadi inkişaf və dövlət” adlanan 15-ci maddəsinə görə “Azərbaycan dövləti bazar münasibətləri əsasında sosial yönümlü iqtisadiyyatın inkişafına şərait yaradır”. Başqa sözlə Azərbaycan sosial yönümlü iqtisadiyyatdır. Başqa tərəfdən vaxtilə Konstitusiya üçün əsas kimi çıxış edən Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya aktının 23-cü maddəsinə görə, “Azərbaycan Respublikasında hər cür iqtisadi fəaliyyət bazar münasibətlərinə və sahibkarlıq azadlığına əsaslanır”. Yəni vaxtilə Azərbaycan tipik bazar iqtisadiyyatı kimi planlaşdırılırdı, amma sonradan bu məsələyə sosial sözü əlavə olundu. Bəs yaxşı, sosial siyasətin heç də effektiv olmadığı indiki Azərbaycanda bunun mənası nədir?

Məhz bu məsələyə İbrahim Məmmədov bu dəfə konkret cavab verdi. Mətbuat konfransındakı çıxışı zamanı o, kreditlər ilə bağlı məsələni şərh edərkən, qeyd etdi ki, “Dövlət real sektorun kreditləşməsini dəstəkləyir. Ona görə burada da həm sosial müdafiə var, həm liberal yanaşma var”.

Liberal yanaşmanın nə olduğunu biz bilirik. Bura əsasən azad sahibkarlıq prinsipi və xüsusi mülkiyyət aiddir. Bəs sosial müdaifə altında İ. Məmmədov nəyi başa düşür? Düzdür o adətən hökumətin işsizlərə verəcəyi 190-manatlıq köməyi və eyni zamanda zərər görmüş sahələrdə çalışan işçilərin ixtisar olunmaması üçün onların əməkhaqqısının ödənilməsini nəzərdə tutduğunu qeyd edirdi. Amma indiki Azərbaycan reallığında hətta 190 manat heç sosial müdafiəyə oxşamır. Hətta rəsmi məlumatlara görə, 190 manat ölkə üzrə orta aylıq istehlak minimumudur. Amma işsizlərə bu yardım ayrılırsa o zaman əmək qabiliyyətli insanlar üçün istehlak minimumu qəbul olunmalıdır. Onun həcmi isə 201 manatdır. Yəni əməkqabiliyyətli insan ən azı 11 manatdan məhrum olacaq. Başqa tərəfdən bu kömək yalnız 1 ailə üçündür. Yəni rəsmi dövlət sənədlərində bu vəsaitin 1 nəfər üçün qeyd olunmasına baxmayaraq, böhran vaxtı hökumət bu vəsaiti bir ailə üçün nəzərdə tutub. Buna sosial müdafiə adlandırmaq çətindir. Ona görə, İ. Məmmədov qeyd edir ki, “Dövlət çalışır ki, sahibkara, şirkətlərə dəstək göstərsin ki, həm iqtisadiyyat genişlənsin, həm bunun içərisində sosial müdafiə də var”.

Başqa sözlə indiki dövlətin sosial müdafiəsi – sahibkara və şirkətə maliyyə dəstəyi həyata keçirməkdir. Yəni məqsədi əhalinin sosial təminatını təmin etmək deyil. Öz fikirini genişləndirərək, əlavə edir ki, “Dövlət çalışır ki, həm iqtisadiyyat dəstəklənsin, yəni burada liberal prinsiplər olsun, ona görə ki, iqtisadiyyatın inkişafı üçün liberal prinsiplər vacibdir. Yəni şirkətləri, bankları sosial öhdəliklər ilə yükləmək iqtisadiyyatı çökdürmək deməkdir”.

Beləliklə, bizim dövlətimiz iqtisadiyyatı insanların sosial vəziyyətinin yaxşılaşdırılması vasitəsilə yox, şirkətlərin dəstəklənməsi vasitəsilə dəstəkləyir. Bu isə tam başqa yanaşmadır. Bu heç də, sonradan əlavə etdiyi “sosial müdafiə ilə liberal yanaşmanın sintezi” deyil. Çünki əgər hökumət birbaşa insanları dəstəkləsəydi, o zaman vəsaitləri məhz vətəndaşlar arasında bölməli olacaq idi. Bu halda insanların sosial vəziyyəti şirkətlərin iqtisadi vəziyyəti ilə müqayisədə daha yaxşı olacaq idi. İndiki halda insanlara minimal yardım göstərməklə, hökumət bazarda olan əməkhaqqı səviyyəsinin qaldırılmamasına kömək edir. Yəni 190 manat kömək alan insan 250 manatlıq əməkhaqqına tez bir zamanda razılaşar. Eyni zamanda şirkətlərin bu dövrü problemsiz keçməsi üçün onlara 1,5 milyardlıq dəstək paketi də təqdim edilir. Böhrandan sonra şirkətlər kifayət qədər vəsaitlə (şirkətlərin böyük hissəsi maaşı onsuzda dövlət hesabına ödəyəcək), sıravi insanlar isə “oboy yeyən” vəziyyətdə qalacaqlar. Bu kimə sərf edir? Əlbəttə ki, liberal prinsiplərin əsasında duran bazar iqtisadiyyatına. Bundan başqa, İ. Məmmədov öz çıxışında kommunizmin ünvanına da söz atdı. Onun sözlərinə görə:

“Bəzi təkliflər oxudum ki, dövlət investisiya layihələrini ixtisara salsın və oradan qalan pulları insanlara sadəcə bir bəxşiş kimi versin. Amma investisiya layihələri, infrastruktura qoyulan investisiya layihələri məşğulluğu artırır. Əgər o investisiya layihələrinə qoyulan pullar sadəcə insanlara kommunizmdəki kimi, yəni Tomazo Kampanellanın “Günəş şəhəri” əsərində var belə elementlər, adamlara pul paylasaq, onda daha çox adam işsiz qalacaq. Ona görə də dövlət çalışır ki, həm şirkətlər uduzmasın, həm də sosial müdafiə olsun. Bax bu çox prinsipial bir yanaşmadır. Hələ ki, bu tətbiq olunur”.

Yeri gəlmişkən, investisiya vəsaitlərini sosial müdafiəyə (real olaraq başa düşdüyümüz sosial müdafiəyə) yönəldilməsini məhz biz təklif etmişdik. Görünür buna görə də o kommunizmə söz atır. Amma burada bir neçə məqamı qeyd etmək lazımdır. İlk əvvəl təəccüblü gəlir ki, Sovet dövründə orta təhsilini almış şəxs kommunizm ilə bağlı ən azı 2 məqamı bilmir. Kommunizmdə dövlət və pul yoxdur.

Qısa desək, kommunizm istehsal vasitələrinin üzərində ictimai mülkiyyətə əsaslanan ictimai-iqtisadi formasiyadır. Kommunizmin məqsədi xüsusi mülkiyyətdən imtina və insanlar arasında bərabərliyin təmin edilməsidir. K. Marks və F. Engelsin müəllif olduğu “Kommunist partiyasının Manifest”-inə görə, kommunizm cəmiyyətində toplanmış əmək ancaq fəhlələrin həyat prosesini genişləndirmək, zənginləşdirmək, yüngülləşdirmək vasitəsidir. Pula gəldikdə isə kommunizmdə xüsusi mülkiyyətin olmaması və tam başqa mübadilə münasibətlərin formalaşmasına görə pula ehtiyac qalmayacaq. F. Engels “Kommunizm prinsipləri”-də qeyd edib ki, “Nəhayət, bütün kapital, bütün istehsal, bütün mübadilə dövlətin əlində toplaşanda, xüsusi mülkiyyət öz-özünə aradan qalxacaq, pul gərəksiz olacaq və istehsal o dərəcədə artacaq və adamlar o qədər dəyişəcəcəklər ki, köhnə cəmiyyətin son münasibət formaları da aradan qalxa biləcəkdir” (qeyd etmək lazımdır ki, originalda bu mətndə iki cümlə var və cümlələrdən dövlət-millət münasibətlərini başa düşmək olur. Amma Azərbaycan dilinə tərcümədə fikir bir cümlədə ifadə olunub və millət sözü itib).

Dövlətə gəldikdə isə, Qota proqramının tənqidində K. Marks qeyd edib ki, kommunizmə keçid mərhələsi olan sosializm ictimai quruluşunda dövlət öz-özünə buraxılır və yox olur. Başqa sözlə kommunizmə əsas nəzəri baxışları formalaşdıran şəxslər qeyd edirlər ki, bu ictimai-siyasi formasıyada nə pul, nə də dövlət yoxdur. Ona görə heç Tomazo Kampanellaya müraciət etmək lazım da deyildi. Sadəcə vaxtilə Marks və Engels ilə tanış olmaq kifayətdir.

Tomazo Kampanellanın “Günəş şəhəri” əsərinə gəldikdə, qeyd etmək lazımdır ki, birincisi o kommunizmə ümumiyyətlə aid deyil. Onu utopik sosializmə aid etmək olar. Ən azı 17-ci əsrin şəraitində kommunizm ideyalarının yaranmasına dair danışmaq çətindir, amma utopik sosializm ideyaları çox geniş yayılmışdı. Eyni zamanda utopik sosializm ideyaları bir çox hallarda müvafiq dövrün “mənəviyyat” qaydaları ilə bağlı idi. 17-ci əsrdə isə pulun mənəviyyata pis təsir etdiyini fikirləşdiyindən, utopik dövlətdə də pulun təsəvvür edilməsi çətin məsələ idi. Məhz T. Kampanellanın əsərində Günəş şəhərinin sakinləri ümumiyyətlə puldan istifadə etmirlər, onlar pulu yalnız öz səfirləri, kəşfiyyatçı və xarici ticarət üçün istehsal edirlər. Hətta o şəhərdə gənclər pulun mahiyyətini başa düşmürlər, qocalar isə onun mümkün olan istifadəsini ona görə məhdudlaşdırırlar ki, pul insanların əxlaqına pis təsir göstərə bilər. Yəni hətta Kampanellada belə pul paylamaq məsələsi yoxdur.

Qaldı ki, infrastruktur layihələrinin iş yerləri açmağına, birincisi, layihələrin böyük hissəsi ya avtomobil, ya da dəmir yolu ilə bağlıdır. Tikinti vaxtı əlbəttə ki, onlar iş yerləri açacaqlar, amma bu müvəqqəti iş yerləridir. Daimi olaraq tikinti işçilərini saxlamaq mümkün deyil. Bir çox hallarda isə bu vəsaitlər artıq mövcud olan qurum və ya qurğuların təmirinə yönəlir. Əlbəttə ki, heç kim demir ki, avtomobil yolunun tikintisi, ya məktəbin təmiri lazım deyil. Amma nəyə görə müvafiq yollar elə tikilir ki, hökumət onları daim təmir etmək məcburiyyəti qarşısında qalır? Ya da heç bir iqtisadi məna daşımayan ikinci Bakı-Rusiya sərhədi yolunun tikintisi nəyə xidmət edir? Dəmir yoluna milyardlarla vəsait ayrılır, amma sərnişindaşımada sürət hələ də çox aşağıdır. Yəni bu vəsaitlər çox qeyri-effektiv xərclənir. Belə olduğu halda, sadəcə effektivliyin artırılması hesabına kifayət qədər vəsaitə qənaət etmək olar. Müvafiq vəsaiti isə sosial müdafiəyə yönəltmək ilə daha yaxşı gələcəyə yiyələnmək mümkündür.

İstifadə olunmuş ədəbiyyat

Azərbaycan Respublikası Konstitusiyası. URL: http://www.e-qanun.az/framework/897

Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı. URL: http://www.e-qanun.az/framework/6693

Engels F. Kommunizmin prinsipləri. URL: https://praksis01.wordpress.com/2018/09/19/fridrix-engels-kommunizmin-prinsipl%C9%99ri/

Marks K., Engels F. Kommunist partiyasının manifesti. URL: https://praksis01.files.wordpress.com/2018/09/kitabyurdu-org-1477682199_kommunist-partiyasinin-manifesti.pdf

Marks K. Qota proqramının tənqidi. Marks K., Engels F. Seçilmiş əsərlər. Üç cilddə. Cild 3. Bakı, 1980. URL: https://praksis01.files.wordpress.com/2018/11/marks-engels-cild-iii.pdf

Operativ Qərargahın brifinqi. URL: https://www.realtv.az/news/az/43690/operativ-qerargahin-brifinqi-video

Кампанелла Т. Город Солнца. URL: http://lib.ru/INOOLD/KAMPANELLA/suntown.txt

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
488656195 122127540776763171 3687452932550618916 N
.

Vətən oğlu

Mirzə
17 Aprel 2025
1651940310 Nshot 20220507 201640187
.

Bir söz oyunbazının kino fantaziyaları

Sevda Sultanova
03 Noyabr 2024
17aheds Knee Superjumbo
.

Sənət və siyasətin qarşıdurması: ‘Ahedin dizi’ və estetik zəiflik

Sevda Sultanova
19 Sentyabr 2024
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

136bet.com.br
aviator-game.mw
aviator.com.az
big-bass.co.uk
focuspcg.com
humanics-es.com
iuorao.ru
oren-sarmats.ru
spicybet.com.br
sweet-bonanza.com
aviator
pinco
allabouteng.com
auruhana2.kz
bsl.community
docwilloughbys.com
editorialabiertafaia.com
erkindik.kz
kabuki-bremen.de
minnaz.ru
prockomi.ru
saintvincenthome.org
aviator
pinco
136bet
top 10 online casino belgië
verde casino
seriöse online casinos österreich
norsk casino
pinco casino

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
aviator
pinco
nayora.org
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör