bulls-bike.cz
fiyonk.net
infopokrovsk.ru
okzhetpes.kz
petsdream.ru
PoliceControl.info
proarte.net.pl
provegas.ru
sultan-kazino-qazaqstan.kz
underscorejs.ru
Top UK Slot Sites
Casibom
Гама казино
betify
Azlogos
  • Qaydalar
  • Kimlər var

1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu 1651940310 Nshot 20220507 201640187 Bir söz oyunbazının kino fantaziyaları
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Canlı rulet yayınlarında gecikme olmaması, Casinomhub yükle tarafından sağlanan güçlü altyapının bir göstergesidir.

Yeni üyelere verilen avantajlı kampanyalar arasında casinomhub giriş fırsatları dikkat çekiyor.

Bahis dünyasında yenilikçi çözümler sunan bettilt farkını hissettiriyor.

Kumarhane eğlencesini dijital dünyaya taşıyan bettilt giriş çeşitliliği artıyor.

Türkiye’de şans oyunlarını yalnızca Milli Piyango ve Spor Toto düzenleyebilirken, bettilt giriş uluslararası lisansla faaliyet gösterir.

Adres değişikliklerine çözüm sunan pinco kullanıcılar için önem taşıyor.

Bahis severlerin güvenle oynadığı adres bettilt olarak bilinir.

Gerçek casino atmosferini hissetmek isteyenler bettilt seçeneklerine yöneliyor.

Her oyuncu güven içinde bahis yapabilmek için bettilt altyapısına ihtiyaç duyuyor.

İnternet üzerinden daha kolay erişim için bettilt giriş sayfası kullanılıyor.

Bahis dünyasında kullanıcıların %63’ü en çok futbol bahislerinden kazanç elde ettiğini belirtmiştir; bu, bahsegel giriş’in sunduğu güçlü oranlarla uyumludur.

Kullanıcılarına güvenli ortam sağlayan altyapısıyla bahsegel sektörde ön plandadır.

Rulet, poker ve slot makineleri gibi seçeneklerle dolu Bettilt giriş bölümü farklı deneyimler yaşatıyor.

Her an bahis yapmak isteyenler için Bettilt uygulaması hazırlandı.

Online casino oyunlarında yüksek RTP oranları sunan bahsegel kazandırıyor.

Slotlarda kullanılan semboller genellikle tema ile bağlantılıdır; bahsegel giriş bu görselleri kaliteli şekilde sunar.

Güvenilir ödeme yöntemleri, hızlı destek sistemi ve yüksek kazanç oranlarıyla bettilt giriş kullanıcılarına benzersiz bir deneyim yaşatıyor.

Bahis severler için en geniş spor kategorilerini sunan bettilt eğlencenin merkezindedir.

Mart qırğını olduğu kimi

Tural Həmid Tural Həmid
., Sərbəst
31 Mart 2020
Oxuma vaxtı:8 dəqiqəyə oxunur
Mart qırğını olduğu kimi
Paylaş

Çar Rusiyasının dağılması və davamında Rusiya Müvəqqəti Hökumətinin qurulması dönəmində bolşeviklərlə müsavatçıların münasibətləri çox yaxşı idi. Bolşeviklərin Rusiyada hakimiyyəti ələ keçirdiyi “Oktyabr inqilabı” dönəmində Rusiya müsəlmanlarına istədikləri müqəddərat təyinetmə hüququnu verəcəyini bildirdiyi üçün Müsavat bunu alqışlamışdı. Müsavat bundan başqa bolşeviklərin Rusiya parlamentini buraxmasını dəstəkləmiş, Rusiyanı müharibədən çıxardan Brest-Litovsk müqaviləsində ona dəstək verən yeganə partiya olmuşdu (Cornell, 2015 :21).

Müsavat və bolşeviklər arasındakı əməkdaşlıq yalnız taktiki xüsusiyyətə malik idi. Onların Qafqaz Azərbaycanı uğrunda daxili mübarizədə nə qədər əks cəbhədə olduqları zamanla ortaya çıxmağa başladı. Bolşeviklər “Bütün hakimiyyət Sovetlərə” şüarlarını səsləndirərkən Müsavat başqanı Rəsulzadə vurğuladı: «Müsavat Partiyası hakimiyyətin Sovetlərə verilməsi prinsipinə qarşı deyil, ancaq Bakı Sovetinin demokratik əsaslarla seçilməməsi və kəndlilər təmsil olunmadığı üçün Müsavat Partiyası hakimiyyəti Sovet İcraiyyə Komitəsinə verməkdən imtina edir və buna görə də Bakı Sovet İcraiyyə Komitəsinə daxil olmayacaqdır.» (Balayev, 1998 :117)

Şaumyan buna qarşı Bakı Fəhlələr, Əsgərlər və Dənizçilər Sovetinin Ümumrusiya Sovetlər Konqresinin əmrlərini yerinə yetirmək məcburiyyətində olduğunu qəbul edir və Mərkəzi İcraiyyə Komitəsinə uyğun tam olaraq fəaliyyət göstərdiyini söyləyir. Qeyd edilməlidir ki, bu dövrdə bolşeviklərin milli muxtariyyətlə bağlı tam dolğun konsepsiyası yox idi və Zaqafqaziyada xalqların tam bir vahid idarəçiliklə idarə edilməsi tərəfdarı idilər. Daşnak partiyası və Müsavat isə mərkəzləşməyə qarşı idi və muxtariyyət uğrunda mübarizə aparırdı (Tamrazova, 1972 :71). Sovet qüvvələri Müsavat və ya Daşnaksutyun qüvvələrindən qat-qat zəif idi. Daşnaklar cəbhəni tərk edən minlərlə rus əsgərindən çox sayda silah ala bildikləri üçün yaxşı silahlanmışdılar.

Müsavatın daha da güclənməsi Müsavat ilə Sovet arasındakı münasibətlərin pisləşməsinə səbəb oldu. 1917-ci ilin sonlarında Zaqafqaziya müsəlmanlarının konfransı keçirildi və azərbaycanlılarla birlikdə Qafqaz xalqlarının təsis məclisinin çağırılması qərara alındı. Bu addım Bakı Soveti ilə Müsavat arasında vəziyyəti gərginləşdirdi. Bakı Soveti bu dövrdə ehtiyatlı addımlar atmağa çalışırdı. Bu qurumda çox sayıda erməni və rus vardı. Onların Müsavata qarşı açıq tənqidi müsəlman kütlələrin Müsavat ətrafında daha çox sıxlaşmasına və özündən uzaqlaşmasına səbəb ola bilərdi. Buna görə ilk hədəf olaraq Daşnaksütyun seçildi.

«Bakinskiy Raboçiy» qəzetinin 1918-ci ilin 30 yanvar bölməsində bunlar deyilirdi: Hal-hazırda Bakı iki düşmən düşərgəsini təmsil edir, bu iki düşmən qarşı qarşıya duraraq bir-birinin üzərinə atılmağa hazırdır: Müsavat və Daşnaksütyun. Bunlar proletar kütlələrini təhrik edən, fəlakət hərəkatının dağıntıları altında öz çürük millətçi ideyalarını yaymaq istəyən silahlı əks-inqilabçılardır. Bir münaqişə qaçılmazdır. Bu millətçiliyə qarşı mübarizəyə başlamaq və bu dəstənin cinayətkar fəaliyyətinə son qoymaq lazımdır (Kazimzade, 2016 :92)

Bu yazıda həm Müsavat, həm də Daşnaksütyun hücuma məruz qalsa da, əsas hədəf Müsavat idi. Bakı Soveti eyni zamanda iki nəhəng düşmən üzərində qələbə qazana bilməzdi. 9 Mart 1918-ci ildə Azərbaycan Vəhşi Diviziyasının heyəti Bakıya gəldi. Bu diviziyanın komandiri general Talyinski Sovet tərəfindən həbs edildi. Müsəlman kütlələr məscidlərdə yığıncaqlar düzəltdi, bəzi şəxslər burda çıxış edərək xalqın Sovetə qarşı silahlı müqavimət göstərməsinin vacibliyini bildirdi. Şaumyan General Talışinski və şəxsi heyətin gəlişindən bir neçə gün əvvəl Lenindən teleqram almışdı. Lenin bu teleqramda Şaumyana ehtiyatlı olmağa və mübahisələri diplomatik yolla həll etməyə çağırırdı:

«Əziz yoldaş Şaumyan, məktuba görə çox sağ olun. Sizin qəti və qərarlı siyasətinizdən məmnunuq, həmişə şübhəsiz zəruri hala gələn mövqeyi və ən ehtiyatlı diplomatiyanı birləşdirsəz biz qalib gələcəyik. Çətinliklər sonsuzdur, imperialistlər ilə mübarizə sayəsində bu günə qədər sağ qaldıq. Bu mübahisələrdən istifadə etmək üçün indi diplomatik davranmaq lazımdır. Bütün dostlara ən xoş arzular və salamlar göndərirəm.» (Lenin ,1958 :350).

Talışinskinin azad edilməsi məsələni bağlaya bilərdi, ancaq martın 30-da sovet rəsmiləri tərəfindən Evelina gəmisinin müsəlman ekipajının silahlandığı və Sovet əleyhinə üsyan etmək üçün bir siqnal gözlədiyi barədə məlumat gəldi. Bakı Sovetinin etdiyi bu addıma cavab olaraq Bakı məscidlərindən birinin həyətində böyük bir izdiham toplandı və tüfənglərin geri qaytarılması tələbi ilə küçəyə çıxdılar. Silahların geri qaytarılmasını tələb edən Müsavat Bakıya müsəlmanlardan ibarət ikinci diviziyanı köməyə çağırdı. Bakının Rusiya ilə əlaqəsini təmin edən dəmiryolu xətti müsəlman diviziyasının əlinə keçdi (Balayev, 2008:35). Ertəsi gün bir müsəlman nümayəndə heyəti Sovetdən silahları qaytarmağı xahiş etdi. Bolşevik liderlərindən olan Caparidze bu tələbi yerinə yetirəcəyinə söz verdi.

Öz qüvvələrinin Müsavatla mübarizədə zəif olacağını bilən Bakı Soveti bir vətəndaş müharibəsinin yaxınlaşdığını görürdü və bunun üçün müttəfiqlər axtarmağa başladı. Bakı Menşeviklərinin lideri Qriqori Ayollo Sovetləri dəstəkləyəcəklərini söylədi. Eserler Müsavatın islami yönümünə qarşı olduğuna görə Bakı Soveti ilə Müsavata qarşı mübarizə aparacağına söz verdilər. Hətta kadetlər (sağçı liberallar) bolşevikləri Rusiyanın bölünməsinə qarşı vuruşduqları üçün dəstəklədilər (Balayev ,2008 :17). Müsavat mübarizədə tamamilə tək olduğunu gördü. Müsavatın nəşr orqanı olan “Açıq söz” qəzeti, bir il boyunca menşeviklərlə döyüşən bolşeviklərin indi kadetlər və daşnaklarla da ittifaq qurduğunu yazırdı.

Müsavat qəzetdə bolşeviklərin daşnaklarla ittifaqda olduğunu bildirsə də bolşeviklərə qarşı daşnaklarla ittifaq təklifini ilk olaraq Müsavat etmişdi. Daşnaksütyun partiyası müharibə olacağı təqdirdə heç bir tərəfdə vuruşmayacağını bildirdi. Şaumyan Müsavatı danışıqlara çağırdı. Nəriman Nərimanovun evində aparılan danışıqlarda Rəsulzadə silahların Bakı Sovetinə qarşı istifadə edilməyəcəyinə dair təminat verdi. Şaumyan isə öz növbəsində Rəsulzadəyə silahların geri qaytarılacağına söz verdi (Balayev,1998:169).

Razılaşma əldə olunmasına baxmayaraq küçələrdə atışmalar başlamışdı. İlk olaraq hansı tərəfin atəş açması indiyə qədər müəmma olaraq qalmaqdadır. Beləcə, 30 martdan etibarən Müsavat və bolşeviklər arasında hərbi münaqişə başlandı. Münaqişənin əvvəlində daşnaklar tərəfsizliyini elan etsə də, atışmalar başlayandan sonra onlar müsəlman yaşayan kvartallara daxil olaraq siyasi ideologiyasından asılı olmayaraq bütün müsəlmanları öldürməyə başladılar. Amerikalı tarixçi Maykl Smit bolşeviklərin müsəlman əhalini daşnakların hücumlarından qorumağa gücü çatmadığını yazırdı. Yalnız, Məşədi Əzizbəyov tərəfindən yaradılan müdafiə komitələri mindən çox insanı xilas etdi. Şaumyanın gücü isə uşaqlıq dostu olan Behbud xan Cavanşir və onun ailəsini öz evində gizlətməyə çatdı.

Qırğınlar adətən Müsavatın güclü dayaqları olduğu ərazilərdə gedirdi. Müsəlman əhalinin yaşadığı Balaxanı və Ramana kəndlərində heç bir qarət olmadı (Suny, 1972:221). İrandan Bakıya gələn azərbaycanlı fəhlələr heç bir tərəfdə vuruşmadılar. Hümmət partiyası isə bolşeviklərin tərəfində hərbi əməliyyatlarda iştirak edirdi. Daşnaklar yaxşı pul müqabilində Hacı Zeynalabdin Tağıyev və Musa Nağıyevi qorusalar da kasıb əhalinin yaşadığı kvartallar viran qoyulurdu (De Waal, 2010:62).

Müsavat sülhə çağırsa da, 3 aprelə qədər davam edən qarşıdurmalardan və qətliamdan sonra Müsavat məğlubiyyəti qəbul etdi və danışıqlar başlandı. Astoriya Otelində imzalanan müqavilə ilə vətəndaş müharibəsi qurtardı. Müsavat artıq apreldə qurulacaq Bakı kommunasını real hökümət olaraq tanımağa və Rusiya ilə bağlanan dəmiryolu xəttini açmağa məcbur oldu.

Şaumyanın o vaxt hesablamalarına görə, Mart hadisələrində hər iki tərəfdən 3 minə yaxın insan ölmüşdü (Kazimzade, 2016 :99). Əksər Qərb tarixçiləri bu rəqəmlə razılaşsalar da digər regionlarla birlikdə ölü sayısının 12 minə qədər çatdığını güman edirlər. Bu hadisələrdən 6 ay sonra Bakıya girən ADR və Osmanlı ordusu Mart qırğınının intiqamı olaraq şəhərdəki erməni kvartallarında qətliam törətdi. 9-15 min arası erməni bu hadisələrin qurbanı oldu.

9 ay sonra, Mart hadisələrində günahlandırılan Daşnaksütyun partiyası Azərbaycan Demokratik Respublikası parlamentində təmsil olundu. ADR-in səhiyyə naziri Abram Dastakyan və portfelsiz nazirlərindən biri Amaspür daşnak idi. Daşnaksütyun siyasi qüvvə kimi 1921-ci ildə Ermənistanın sovetləşməsindən sonra ləğv edildi.

İstifadə olunan ədəbiyyat

Svante E. Cornell, (2015), Azerbaijan Since Independence.

Айдын Балаев, (1998), Азербайджанское национальное движение в 1917-1918 гг

Изабелла Тамразова, (1972), Деятельность коммунистических организаций по интернациональному сплочению народов Закавказья: (1921-1928 гг.)

Firuz Kazımzade , (2016), Transkafkasya İçin Mücadele 1917-1921, Türkiye-İngiltere-Rusya

Владимир Ильич Ленин, (1958), Ленин о международной политике и международном праве

Айдын Балаев, (2008), Февральская революция и национальные окраины: мартовские события 1918 года в Азербайджан

Ronald Grigor Suny, (1972). The Baku Commune

De Waal, (2010), The Caucasus: An Introduction

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
488656195 122127540776763171 3687452932550618916 N
.

Vətən oğlu

Mirzə
17 Aprel 2025
1651940310 Nshot 20220507 201640187
.

Bir söz oyunbazının kino fantaziyaları

Sevda Sultanova
03 Noyabr 2024
17aheds Knee Superjumbo
.

Sənət və siyasətin qarşıdurması: ‘Ahedin dizi’ və estetik zəiflik

Sevda Sultanova
19 Sentyabr 2024
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

136bet.com.br
aviator-game.mw
aviator.com.az
big-bass.co.uk
focuspcg.com
humanics-es.com
iuorao.ru
oren-sarmats.ru
spicybet.com.br
sweet-bonanza.com
aviator
pinco
allabouteng.com
auruhana2.kz
bsl.community
docwilloughbys.com
editorialabiertafaia.com
erkindik.kz
kabuki-bremen.de
minnaz.ru
prockomi.ru
saintvincenthome.org
aviator
pinco
136bet
top 10 online casino belgië
verde casino
seriöse online casinos österreich
norsk casino
pinco casino

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
aviator
pinco
nayora.org
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör