bulls-bike.cz
fiyonk.net
infopokrovsk.ru
okzhetpes.kz
petsdream.ru
PoliceControl.info
proarte.net.pl
provegas.ru
sultan-kazino-qazaqstan.kz
underscorejs.ru
Top UK Slot Sites
Casibom
Гама казино
betify
Azlogos
  • Qaydalar
  • Kimlər var

1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu 1651940310 Nshot 20220507 201640187 Bir söz oyunbazının kino fantaziyaları
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Canlı rulet yayınlarında gecikme olmaması, Casinomhub yükle tarafından sağlanan güçlü altyapının bir göstergesidir.

Yeni üyelere verilen avantajlı kampanyalar arasında casinomhub giriş fırsatları dikkat çekiyor.

Bahis dünyasında yenilikçi çözümler sunan bettilt farkını hissettiriyor.

Kumarhane eğlencesini dijital dünyaya taşıyan bettilt giriş çeşitliliği artıyor.

Türkiye’de şans oyunlarını yalnızca Milli Piyango ve Spor Toto düzenleyebilirken, bettilt giriş uluslararası lisansla faaliyet gösterir.

Adres değişikliklerine çözüm sunan pinco kullanıcılar için önem taşıyor.

Bahis severlerin güvenle oynadığı adres bettilt olarak bilinir.

Gerçek casino atmosferini hissetmek isteyenler bettilt seçeneklerine yöneliyor.

Her oyuncu güven içinde bahis yapabilmek için bettilt altyapısına ihtiyaç duyuyor.

İnternet üzerinden daha kolay erişim için bettilt giriş sayfası kullanılıyor.

Bahis dünyasında kullanıcıların %63’ü en çok futbol bahislerinden kazanç elde ettiğini belirtmiştir; bu, bahsegel giriş’in sunduğu güçlü oranlarla uyumludur.

Kullanıcılarına güvenli ortam sağlayan altyapısıyla bahsegel sektörde ön plandadır.

Rulet, poker ve slot makineleri gibi seçeneklerle dolu Bettilt giriş bölümü farklı deneyimler yaşatıyor.

Her an bahis yapmak isteyenler için Bettilt uygulaması hazırlandı.

Online casino oyunlarında yüksek RTP oranları sunan bahsegel kazandırıyor.

Slotlarda kullanılan semboller genellikle tema ile bağlantılıdır; bahsegel giriş bu görselleri kaliteli şekilde sunar.

Güvenilir ödeme yöntemleri, hızlı destek sistemi ve yüksek kazanç oranlarıyla bettilt giriş kullanıcılarına benzersiz bir deneyim yaşatıyor.

Bahis severler için en geniş spor kategorilerini sunan bettilt eğlencenin merkezindedir.

İncəsənətdə təbiət mövzusuna dair qeydlər

Firudin Allahverdi Firudin Allahverdi
., Kültür
27 Mart 2020
Oxuma vaxtı:8 dəqiqəyə oxunur
300970 265896443441004 375072798 n
Paylaş

Böyük alman bəstəkarı Johann Sebastian Bach (1685-1750) Danzig (indiki Qdansk, Polşa) şəhərində çalışan keçmiş sinif yoldaşı Erdmana 1730-cu ildə yazdığı məktubunda yaşadığı Leipzig şəhərində “keçən il havaların yaxşı keçməsi”ndən şikayətlənir. Məktubun məzmunundan məlum olur ki, havaların yaxşı keçməsi vəfat edənlərin sayını azaltmış və beləliklə şəhərin baş kilsəsinin musiqi rəhbəri işləyən böyük bəstəkarın gəlirlərinə təxminən 100 taler məbləğində ziyan vurubmuş. O dövrdə 1 talerin təxminən 26 qram gümüşdən hazırlanmasını nəzərə alsaq, Google’un bu günə olan gümüş qiymətlərinə görə 100 taler 1500 ABŞ dollarına yaxın bir məbləğ edir. Bəstəkarın illik rəsmi maaşı isə 700 taler idi.

Almaniyanın şərqində yerləşən ticarət şəhəri Leipzigin əsas dini məbədi Foma Kilsəsi (Thomaskirche) şəhər həyatında, o cümlədən də bunun musiqi tərəfində mühüm rol oynayırdı. Şəhərdə baş verən əksər tədbirlərin, o cümlədən şəhər sakinlərinin bütün toy və yas mərasimlərinin təşkili və idarəsi də birbaşa və ya dolayısı ilə bu kilsənin rəhbərliyi tərəfindən həyata keçirilirdi. Adı çəkilən idarəçilik özündə həm də mərasimlərdə səslənəcək musiqinin bəstələnməsi və ifa edəcək musiqiçilərin təşkilini ehtiva edirdi. Bu işlə isə gələcək nəsillər tərəfindən növbəti əsrdə dahi bəstəkar olduğu aşkarlanacaq Johann Sebastian Bach məşğul olur; nisbətən aşağı təbəqələrin mərasimlərinə təcrübəli tələbələrindən birini başçı təyin etməklə musiqiçi dəstəsi yollayır, yuxarı təbəqələrin mərasimlərinə isə rəhbərliyi şəxsən özü edirdi

Təsəvvür etmək çox çətin və təəssüfləndiricidir: yaşadığı şəhərdə havaların yaxşı keçməsi, təbiətin insanlara gülümsəməsi gəlmiş-getmiş ən böyük sənət adamlarından birini dilxor edibmiş. Bu hələ o dövrlər idi ki, təbiət haqqında uca məfhum kimi danışılmır, o müqəddəsləşdirilmir, heç bəstəkarların ilham mənbəyi olmağa da layiq görülmürdü. Bəstəkarlar ilhamı hələ ki, başqa şeylərdən, amma əsasən o zamanlar hələ də aktuallığını saxlamaqda olan ilahi mövzulardan alırdı. Fəqət artıq o dövrün sonları idi; Bach, yaradıcılığının əsas leytmotivi ilahi mövzulardan ibarət olan sonuncu böyük bəstəkardı.

Bach’ın o illərdəki yaradıcılığı ilə bağlı təsəvvür oyatmaq üçün elə həmin şikayət etdiyi 1729-cu ildə əsas kilsə mərasimlərindən biri – İsanın çarmıxa çəkildiyi günün xatırlandığı, apreldə keçirilən Böyük Cümə günü üçün hazırladığı “Mattaya görə Əzablar” (Matthäus Passion) əsərinin final xoruna (əsərin özü bütövlükdə iki saatdan çox davam edir) tamaşa edə bilərik. Nəzərə almaq lazımdır ki, bu XVIII əsrin əvvəlində, Almaniyanın şərqində bir növ “şəbih mərasimi” üçün nəzərdə tutulmuş musiqi idi.

Əlbəttə, eyni dövrdə yaşayan italyan bəstəkarı, kilsə karyerasını yarımçıq qoymuş və bəlkə həm də buna görə dinləyiciləri müstəsna həyəcanlandıran musiqisini şeytanla əlbir yazdığı şayiələri dolaşan A. Vivaldinin yaradıcılığında “İlin fəsilləri” adlı konsert silsiləsi mövcuddur; amma bu hələ təbiətin vəsfi deyil, uzağı konstatasiyasıdır. Əslində Vivaldinin əsas məqsədi müasir dillə desək sadəcə konseptuallıq idi; böyük sənətkar eyni uğurla “Həftənin günləri”, ya da “İlin ayları” adlı konseptual silsilə də yarada bilərdi.

Amma artıq dünya dəyişir, elmi yeniliklər bir-birini əvəzlədikcə əvvəllər avropalıların həyatının mənası hesab olunan, eyni zamanda beşikdən qəbr evinəcən onu idarə edən xristianlıq öz mötəbərliyini itirir və dövrün azman fikir adamları, məsələn Voltaire (Volter) tərəfindən lağ obyektinə çevrilirdi. Həyatın mənşəyi barədə mülahizələr göylərdən yerə enir, təbiətin əvvəllər bilinməyən qanunları kəşf olunur, həmçinin insanın təbiətlə üzviliyinin əvvəl düşünüləndən daha dərin olduğu müşahidə edilirdi. 17-ci əsrin ikinci yarısında Britaniya adalarından başlayaraq tədricən kontinentə yayılan bu elm və fikir hərəkatını sonradan Maarifçilik dövrü adlandırcaqdılar. Beləliklə Maarifçilik dövrü Avropa intellektuallarının təbiətə münasibətini də dəyişir, ona yeni gözlə baxmağa səsləyirdi.

Bu dövr özü heç başa çatmamış, əsasən incəsənət və fəlsəfə sahələrində başqa bir fikir dalğası Romantizm başlayır. Bu dalğanın fikir adamları artıq Maarifçilik dövrünün elmi söhbətlərindən, abstrakt təriflərindən bezmiş kimi görünür və çıxış yolunu..yenə də təbiətdə görür. Voltaire’in gənc həmkarı fransız mütəfəkkir Russeau (Russo) insanı təbiətə, eyni zamanda həm də öz təbiətinə qayıtmağa səsləyir. Ümumiyyətlə XVIII əsr boyu Avropa intellektualları arasında deizmə (Tanrının dünyanı yaradıb, sonradan müdaxilə etməməsi), və panteizmə (içi insan qarışıq təbiətin özünün bütövlükdə yardıcı qüvvə, Tanrı hesab olunması) meyl artırdı.

Əsrin sonlarına doğru bu trendlər Avropanın almandilli ölkələrində də özünə yer etməyə başlayır: təbiət özü bir obraz, diqqətə layiq məfhum kimi şair Göte’nin, Natural fəlsəfənin böyük xadimlərindən Schelling’in, o cümlədən başqa sənət və fikir adamlarının yaradıcılığının ana xətlərindən birinə çevrilir. Mövzuya laqeyd qalmayanlardan biri də, indi yaşadığımız bu keşməkeşli ildə 250 illiyi bütün planet boyu qeyd edilməsi planlaşdırılan Ludvig van Beethoven idi.

O, təbiətə laqeyd, onun özündə müqəddəs və cəlbedici heç nə görməyən Bach’ın vəfatından 20 il sonra, özü də Almaniyanın o biri başında – qərbində, holland əsilli ailədə doğulmuşdu. Qərb fikir və mədəniyyət tarixinə böyük təsirləri olmuş, Maarifçilik dövrünün nəticəsi sayılan 1789-cu il Böyük Fransız İnqilabı ilkin gənclik illərinə təsadüf edən Beethoven artıq yeni dünyanın adamı idi. Onun yaradıcılığı əsasən Klassisizmə, Maarifçilik dövrünün ərsəyə gətirdiyi – nəzəriyyə və abstraktlığın hələ də ağır basdığı üsluba aid olsa da, yetkin yaşlarından başlayaraq özündə Romantizm dalğasının təsirini də göstərir. Bəstəkarlıq texnikalarına müstəsna yeniliklər gətirən, eyni zamanda həm abstrakt formaları sındıran, həm də yeni abstraksiyalar yaradan Beethoven nəinki təbiətə laqeyd deyildi və bir çox əsərində ya ondan ilhamlanmış, ya da əsas musiqi obrazlarının arasında istifadə etmişdi; onun həyatı boyu yazdığı 9 simfoniyadan biri – 6-cı Simfoniyası bütövlükdə təbiətin təsviri və vəsfinə həsr olunmuşdu.

Müəllif bu əsərində klassik simfoniyanın həm dörd hissəli formasından ilk dəfə olaraq imtina edərək hissələrin sayını beşə çatdırır, həm də əvvəllər özündə məzmun olaraq əsasən musiqi abstraktlığı və şərtilikləri ehtiva edən, buna görə də sadəcə sıra sayı ilə adlandırılan hissələrə proqramlı adlar verir:

I – Kəndə yetişməyin oyatdığı sevinc hissləri;

II – Çay kənarında səhnə;

III – Kəndlilərin şən yığıncağı;

IV – Şimşək. Tufan;

V – Çoban mahnısı. Tufan sonrası şükranlıq.

Simfoniyanın Youtube’da tapdığım ən yaxşı canlı ifalarından birini diqqətinizə təqdim edirəm:

https://www.youtube.com/watch?v=tpMAfTxE_og

Digər sənət növü olan rəssamlıqda da təbiətin yenidən qiymətləndirilməsi Maarifçilik dövrünə, amma onun lap əvvəllərinə təsadüf edir. Qotik dövrdən XVII əsrin sonuna qədər olan Avropa rəssamlıq tarixində Giotto’dan Rembrandt’a, Van Eick’dən Caravaggio’ya qədər heç bir rəssamın yaradıcılığında təbiət baş qəhrəmanlardan biri kimi təqdim olunmur. Onların qəhrəmanları dini müqəddəslər, mif qəhrəmanları və yuxarı cəmiyyətin üzvləridir. Əgər dahi Rafael hansısa tablosunda qəhrəman kimi bir ağacı ya bir mənzərəni seçsə idi bu ən azından böyük anlaşılmazlıqla qarşılanardı; hesab olunardı ki, böyük rəssam mənasız işlərlə məşğul olmağa başlayıb. Yalnız fransız rəssamı Claude Lorrain’in (1600-1682) mənzərə rəsmlərindən, ələlxüsus təbiətin vəsf edilərək təqdimatından sonra Avropa rəssamlığında təbiət mövzusu önə çıxmağa başlayır. Əlbəttə, dini və mifik mövzular onun yaradıcılığında nominal da olsa mövcud idi, amma tutaq ki, aşağıda nəzər yetirəcəyimiz tabloda rahatlıqla sezmək olur ki, rəssamın əsas qəhrəmanı insanlar və ya onların etdiyi deyil, təbiət özüdür.

Claude Lorrain “Misirə qaçış zamanı istirahət”

Böyük sənətşünas Ernst Gombrich özünün “İncəsənət tarixçəsi” (The Story of Art) kitabında Lorrain’in mənzərələrinin avropalıların düşüncəsində necə dəyişiklik etdiyini göstərmək üçün o dövrdə zadəganların, xüsusilə də ingilis zadəganlarının təbiətdə istirahət etməyə gedərkən məhz onun tablolarına uyğun mənzərəli ərazilər axtardıqlarını misal gətirir. Bununla da yetinməyən zadəganlar əvvəlcə öz malikanələrinin böyük həyətlərini, daha sonralar isə parkları o üslubda dizayn etməyə başlayıb. Bu üslub parkçılıq sənətində Mənzərəli İngilis Bağı (və ya İngilis parkı) adı qazanaraq özündən əvvəl yaranmış Fransız Formal Bağına rəqib olmuşdur. Əgər bu iki üslubu müqayisə etsək fransız üslubu ərazinin həndəsi xətlərdən istifadə ilə bölünməsi və bitkilərin müəyyən formalara salınması ilə bilikli insanın təbiət üzərində hökmranlığını simvolizə edirsə, ingilis üslubunda təbiətə xas qeyri-proporsionallıq, eniş-yoxuşlar saxlanılaraq, sadəcə səliqəyə salınmaqla dizayn edilir.

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
488656195 122127540776763171 3687452932550618916 N
.

Vətən oğlu

Mirzə
17 Aprel 2025
1651940310 Nshot 20220507 201640187
.

Bir söz oyunbazının kino fantaziyaları

Sevda Sultanova
03 Noyabr 2024
17aheds Knee Superjumbo
.

Sənət və siyasətin qarşıdurması: ‘Ahedin dizi’ və estetik zəiflik

Sevda Sultanova
19 Sentyabr 2024
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

136bet.com.br
aviator-game.mw
aviator.com.az
big-bass.co.uk
focuspcg.com
humanics-es.com
iuorao.ru
oren-sarmats.ru
spicybet.com.br
sweet-bonanza.com
aviator
pinco
allabouteng.com
auruhana2.kz
bsl.community
docwilloughbys.com
editorialabiertafaia.com
erkindik.kz
kabuki-bremen.de
minnaz.ru
prockomi.ru
saintvincenthome.org
aviator
pinco
136bet
top 10 online casino belgië
verde casino
seriöse online casinos österreich
norsk casino
pinco casino

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
aviator
pinco
nayora.org
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör