Azlogos
  • Qaydalar
  • Kimlər var

IMG 20260326 WA0000 "Qəvvas". Zugzwang dövrünün sehrli teatrı WhatsApp Image 2026 05 25 at 14.36.43 SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib Başlıq Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair 1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Heykəllərə nə ehtiyac var?

Mirzə Mirzə
., Mövqe
07 İyun 2020
Oxuma vaxtı:4 dəqiqəyə oxunur
Maxresdefault
Paylaş

Robert Qrinin “Hakimiyyətin 48 qanunu” kitabında belə bir hekayə oxumuşdum: İtaliya şəhər dövlətlərinin birində bir adam qəhrəmanlıq edir, şəhəri düşmən şəhərin hücumundan qoruyur. Sonra şəhər əhalisi yığışaraq, qəhrəmanı necə mükafatlandıracaqlarını müzakirə edir. Hamı qəhrəmanın şərəfinə heykəl qoyulmasının tərəfdarı olur. Lakin bir əngəl vardı – qəhrəman hələ yaşayırdı. Get-gedə müzakirələr absurd hal alır və axırda belə qərara gəlirlər ki, əvvəl qəhrəmanı öldürək, sonra isə şərəfinə heykəl ucaldaq.

Bu hekayə kütlə və onun qəhrəmana tələbatı, kütlə-qəhrəman münasibətlərinin təbiəti haqda tam, mükəmməl bir şahəsərdir. Dəfələrlə təkrarlanmış, heç bir orijinallığı olmayan, hətta bayağı faktı bir saha səsləndirim: kütlə daima qəhrəman axtarışındadır. Özünün cəsarəti çatmadığı sözü desin, şəbəkədə postu yazsın, sistemlə dirəşsin, bir neçə il həbs ya işgəncə görüb, kütləyə ağlaşma üzərindən möhkəm və davamlı bir orqazm bəxş etsin.

Kütlə qəhrəmana, qəhrəman kütləyə qarşılıqlı qaz verə-verə, bir-birlərini ekstazın zirvəsinə çatdıra-çatdıra axırda saldırırlar qəhrəmanı qazamata. Ən maraqlısı bundan sonra başlayır – obıvatel öz rahat evində, Xırdalan pivəsindən içib, bir də siqaret yandırıb “yazıq, bu da belə getdi, neynədi özü-özünə elədi…” deyir, qəhrəman isə dəxlisiz yerə içəridə yatır. Qəribə münasibətdir. Ali təhsil ala bilməmiş və arzusunu oğlu vasitəsilə həyata keçirmək istəyən ataların kompleksini xatırladır. Oğul da yükün altında boğulur, beləcə ata da, oğul da bədbəxt olur. Amma mən yenə də bunları eyni kateqoriyada görmürəm, həqiqət naminə deyək ki, kütlə hər zaman 1-0 irəlidədir. Qəhrəman axırda həmişə “lox”lanır.

Kütlənin qəhrəmanda aradığı sifətlər, atributlar haqda da bir neçə söz. Kütlə əslində çox seçicidir, tələbkardır. İlk növbədə qəhrəman populist olmalı, kütləni yeri gələndə əyləndirməyi, yeri gələndə cuşə gətirməyi bacarmalıdır. Buna bariz nümunə kimi, facebookun əməkdar boomeri Altay Göyüşovun bayağı zarafatlarını göstərə bilərik. Təbii ki, kütlənin borcu da çəpik çalmaqdır.

Həqiqətən kədərlidir qəhrəmanın vəziyyəti. Yüklədikcə yükləyirlər onu ümid ilə, like ilə, pub məclislərində təriflər, mədhiyyələr ilə, “nətəhər dedi e!” bəh-bəhləri ilə. Artıq qəhrəmanımız əmindir ki, müqəddəs bir amala xidmət edir. Qəhrəmanımız hazırdır. Yəni “Девушка созрела”©

Bura qədər hər şey əladır, kimin nəyinə lazımdır kim kimə bağlanır, niyə bağlanır? Amma zəmanət də yoxdur ki, sabah kütlənin bu qəhrəman haqda “vallah biz onu belə tanımırdıq, biz hardan biləydik”, “biz prinsiplərə görə ona qəhrəman deyirdik, şəxsiyyətinə görə yox…” kimi uzun-uzadı, pis qoxulu bəhanələri olmayacaq. Qəhrəmanın bundan sonra düşdüyü ekzistensial böhranı da görməyə dəyər.  Sevinmək üçün yox, hər halda sinizmdə o mərtəbəyə çatmamışam. Qəhrəmanın çöküşünə sevinmək, kəndirbazın kəndirdən yıxılıb ölməsinə sevinməkdən fərqsizdir. Nəyinə sevinim?

İlqar Məmmədov həbsdən çıxdıqdan sonra bütün bu söhbətlərin fərqinə vardı. Kütlənin fantastik gözləntiləri puç olmuşdu və günahkar İlqar Məmmədov idi. Profillərində Elçibəy, Rəsulzadə, Che şəkli olan və İlqardan inqilab, qəhrəmanlıq gözləyən dəyərli azərbaycanlılar bilməsə də, İlqarın özü çox yaxşı bilirdi ki, kütlənin sifarişlərindən heç birini yerinə yetirə bilməyəcək. Deməli sağdan da, soldan da gələcək zərbələrə hazır olmalıdır. Bunları dərk etmək İlqar Məmmədovun 6 ilini aldı. Az müddət deyil. İlqar Məmmədovun bu 6 ildə qulaqlarını kütlənin bağırtılarına tıxıyaraq, daxilindəki pıçıltını eşitmək üçün kifayət qədər zamanı olmuşdu. Kinonun şairi Tarkovski də elə bu pıçıltını dinləməyin əsas olduğunu qeyd edirdi.

Kütlənin qurban olmaq istəməyən, ya da çəpik çalıb oynada bilmədiyi adamı görməyə gözü yoxdur. Kütlə belə anlarda gərgin olur, çünki əziyyət çəkir, orqazma çata bilmir. Əsəbin başlarına vurması da təbiidir.

Əziz yoldaşlar və gənclər. Bu oyun çox qəliz olsa da, düsturu sadədir: Kütlə qəhrəmanı tapır, əl çalır, öldürür, heykəl qoyur.

Heykəl – amaldır. Son hədəfdir. Sualımızı isə yenə də verək: Heykəllərə nə ehtiyac var?

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

IMG 20260326 WA0000
.

“Qəvvas”. Zugzwang dövrünün sehrli teatrı

Elmir Mirzəyev
16 İyun 2026
WhatsApp Image 2026 05 25 at 14.36.43
.

SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib

AzLogos
25 May 2026
Başlıq
.

Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair

Elmir Mirzəyev
25 Aprel 2026
1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör