bulls-bike.cz
fiyonk.net
infopokrovsk.ru
okzhetpes.kz
petsdream.ru
PoliceControl.info
proarte.net.pl
provegas.ru
sultan-kazino-qazaqstan.kz
underscorejs.ru
Top UK Slot Sites
Casibom
Гама казино
betify
Azlogos
  • Qaydalar
  • Kimlər var

1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu 1651940310 Nshot 20220507 201640187 Bir söz oyunbazının kino fantaziyaları
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Canlı rulet yayınlarında gecikme olmaması, Casinomhub yükle tarafından sağlanan güçlü altyapının bir göstergesidir.

Yeni üyelere verilen avantajlı kampanyalar arasında casinomhub giriş fırsatları dikkat çekiyor.

Bahis dünyasında yenilikçi çözümler sunan bettilt farkını hissettiriyor.

Kumarhane eğlencesini dijital dünyaya taşıyan bettilt giriş çeşitliliği artıyor.

Türkiye’de şans oyunlarını yalnızca Milli Piyango ve Spor Toto düzenleyebilirken, bettilt giriş uluslararası lisansla faaliyet gösterir.

Adres değişikliklerine çözüm sunan pinco kullanıcılar için önem taşıyor.

Bahis severlerin güvenle oynadığı adres bettilt olarak bilinir.

Gerçek casino atmosferini hissetmek isteyenler bettilt seçeneklerine yöneliyor.

Her oyuncu güven içinde bahis yapabilmek için bettilt altyapısına ihtiyaç duyuyor.

İnternet üzerinden daha kolay erişim için bettilt giriş sayfası kullanılıyor.

Bahis dünyasında kullanıcıların %63’ü en çok futbol bahislerinden kazanç elde ettiğini belirtmiştir; bu, bahsegel giriş’in sunduğu güçlü oranlarla uyumludur.

Kullanıcılarına güvenli ortam sağlayan altyapısıyla bahsegel sektörde ön plandadır.

Rulet, poker ve slot makineleri gibi seçeneklerle dolu Bettilt giriş bölümü farklı deneyimler yaşatıyor.

Her an bahis yapmak isteyenler için Bettilt uygulaması hazırlandı.

Online casino oyunlarında yüksek RTP oranları sunan bahsegel kazandırıyor.

Slotlarda kullanılan semboller genellikle tema ile bağlantılıdır; bahsegel giriş bu görselleri kaliteli şekilde sunar.

Güvenilir ödeme yöntemleri, hızlı destek sistemi ve yüksek kazanç oranlarıyla bettilt giriş kullanıcılarına benzersiz bir deneyim yaşatıyor.

Bahis severler için en geniş spor kategorilerini sunan bettilt eğlencenin merkezindedir.

Yeni neft müharibələri və Azərbaycan

Ayxan Abbaslı Ayxan Abbaslı
., Bazar
07 İyun 2020
Oxuma vaxtı:7 dəqiqəyə oxunur
Safe image
Paylaş

Qlobal bazarlar uzun illərdir görünməyən bir neft böhranı ilə qarşı-qarşıyadır. Koronavirusun iqtisadi artımı zəiflətməsi neftə tələbi azaldıb. Səudiyyə Ərəbistanının Rusiyanı hasilatın azaldılmasına dair OPEK+ razılaşmasına qaytarmaq üçün hasilatı artırmaq qərarı neftin qiymətini 34 faiz ucuzlaşdırmaqla, 1991-ci ilin Körfəz müharibəsindən bu yana neftin qiymətində ən böyük enişin qeydə alınmasına səbəb oldu. Bunun nəticəsində Şərqdən Qərbə doğru bütün dünya bazarında məzənnələr dalğalandı, bazarlar silkələndi. Səudiyyə Ərəbistanının aldığı bu qərar dünyaya, bölgəyə və Azərbaycana necə təsir edəcək? Bundan sonra nələr gözlənilir?

“Faynəşnl Tayms” qəzetində yayımlanan bir analizə görə, Səudiyyə Ərəbistanı koronavirusun neft qiymətlərinə mənfi təsirinin qarşısını almaq məqsədilə riskli addımlar atır. İqtisadiyyatı neftdən asılı olan “Körfəz Krallığı” neftin satış qiymətini aşağı çəkərək daha az xeyir qazanmasının müqabilində neft satışını artırmaq istəyir. Digər tərəfdən, Rusiya koronavirusun iqtisadi təsirlərini tam görmədən neftin qiymətini endirmək fikrindən uzaq durur, bununla belə, ABŞ-dakı şist neft istehsalçılarını bazardan sıxışdırıb çıxartmaqla dünyanın ən böyük neft ixracatçısı olan ABŞ-ı çətin vəziyyətdə qoymağı və nəticədə daha dayanıqlı və iqtisadi əsaslara söykənən qiymət (50-60 dollar arası) formalaşdırmağı planlaşdırır. Situasiyanın ən çox təsir edəcəyi ölkələrin isə BƏƏ, Qətər, ABŞ, Rusiya, İran kimi nəhəng neft istehsalçılarının olacağı proqnozlaşdırılır.

Neft bazarında baş verən hadisələrin nəticəsində ABŞ birjaları da enişə yenə enişlə qarşılıq verdi. VTI (West Texas Intermadiate) markalı yüngül neftin aprel fyuçerslərinin qiyməti bir barelə görə 21 faiz azalaraq 32,01 ABŞ dolları təşkil edib. ABŞ fond birjasında hərraclar mart ayının birinci hissəsində indekslərin azalması ilə başa çatıb. Amerikanın sənaye indeksi Doy Cons 1 245 bənd və ya 4,84 faiz azalaraq 24 535 bəndə düşüb. “S&P 500” indeksi 145 bənd və ya 4,90 faiz azalaraq 2970,522 bəndə, NASDAQ elektron birja indeksi 410 bənd və ya 4,82 faiz azalaraq 8093,25 bəndə düşüb. Birjalardakı kəskin enişlərin nəticəsində ABŞ-da bütün proseslər 15 dəqiqəliyinə dayandırılıb. Qeyri-sabitlik indeksi “The Cboe Volatility İndeks” 2008-in dekabrından bu yana ən yüksək səviyyəyə qalxıb.

Digər tərəfdən şist nefti hasilatıyla dünyanın ən böyük neft istehsalçısı olan ABŞ-da neft sektorunun çətin vəziyyətə düşməsi gözlənilir. Ekspertlər ilin ilk rübündə ölkənin ümumdaxili məhsulunun (ÜDM) 0,15-0,35 faiz bəndi aralığında azalacağını və bu müddətdə bir sıra iflasların, kredit defoltlarının, işsizlikdə artımın və kreditləşmədə zəifləmənin baş verə biləcəyini deyirlər. Bu, ABŞ prezidenti Tramp üçün də əlavə problemlərin yaranması deməkdir. Belə ki, seçkilərdə Trampın “səs bazası” olan Texas və Şimali Dakota əyalətlərinin iqtisadiyyatının neftdən asılı olması bu bölgələrdə də iqtisadi vəziyyətin pisləşəcəyini və beləliklə də Trampın bu bölgələrdəki səsinin azalacağını proqnozlaşdırmağa imkan verir. Buna baxmayaraq, prezidentin hadisələri sevinclə qarşılamağı təəccüb doğurur.

Səudiyyə Ərəbistanının neft hasilatında əsas qüvvə olmaq məqsədilə atdığı addımlar Rusiyada da qalmaqallara səbəb olub. Rusiya Maliyyə Nazirliyi bu cür situasiyalara 6-10 il müddətində dözə biləcəklərini bildirib. Heç şübhəsiz, 2014-cü ildəki oxşar böhran Rusiyaya da dərs olub və ölkəni bu cür situasiyalara qarşı hazır olmağa vadar edib. Bundan əlavə, “Blumberq”ə görə, Rusiyanın ən böyük neft şirkəti olan “Rosneft” də Səudiyyə Ərəbistanının bu həmləsinə eyniliklə qarşılıq verməyi hədəfləyir. Belə ki, OPEC və Rusiya arasında əvvəlcədən imzalanan saziş aprelin 1-də başa çatacaq və bu da “Rosneft”in apreldən etibarən neft hasilatını artırmağına imkan yaradacaq. Qeyd edək ki, ekspertlər “Rosneft”in istehsalatı bir həftə ərzində 300 000 barel/gün artıra biləcəyini qeyd edirlər.

“Qara Bazar Ertəsi”nin təsirləri Avropa bazarlarından da yan keçmədi. Kapitallardakı enişlər Avropadakı bir sıra fond indekslərini də sarsıdıb. İndekslərdə 20 faizi keçən itkilər qeydə alınıb. İtaliyadakı FTSE MIB 27 faizlə ən çox sarsılan indeks olub. Enerji ixracatçılarından Norveçdə isə pul vahidi kron 1985-dən bəri dollara qarşı ən böyük dəyər itkisinə məruz qalıb.

Şərqdə isə Yaponiyanın pul vahidi yen ABŞ dollarına qarşı dəyər qazanmaqla 2016-dan bəri ən yüksək səviyyəyə yüksəlib, beləliklə investorların “sığınacağı” olub. Türkiyəyə gəldikdə isə neft-qaz bazarındakı qiymət azalması bu məhsulların idxalçısı olan ölkə üçün mövcud vəziyyət əlverişlidir. Neftin qiymətinin aşağı düşməsiylə benzində 1 türk lirəsi civarında endirim, ümumilikdə isə neft və qaz idxal fakturasında azalma gözlənilir.

Hasilatı artırıb, qiymətləri aşağı yuvarlamaq qərarından Səudiyyə Ərəbistanı da öz nəsibini alıb. Ölkənin milli neft istehsalçısı “Saudi Aramco” bazar dəyərini təxminən 10 faizini itirib.

Başqa maraqlı məqam isə odur ki, OPEK+ çərçivəsindəki razılaşma pozulmazdan əvvəl Beynəlxalq Enerji Agentliyi IEA koronavirusun qlobal müstəvidə yayılmağa davam edəcəyi və beləliklə ötən il dünya neft tələbatındakı artımın 80 faizini təşkil edən Çinin tələbatının il ərzində enəcəyi, nəticədə 2009-cu ildən bəri davamlı artan dünya neft tələbatının azalacağını və 2020-ci ildə 730 000 barel/gün səviyyəsinə enəcəyini proqnozlaşdırmışdı.

“CNN Business” xəbər verir ki, agentlik analizində nəqliyyat, sənaye və ticarət fəaliyətlərindəki kəskin geriləmənin ilin ilk rübündə keçən illə müqayisədə qlobal neft tələbatını gündəlik 2.5 milyon barelə düşürəcəyini və bunun 1.8 milyon barelini Çinin təşkil edəcəyini qeyd etmişdi.

Bəs nəhəng neft isehsalçıları arasında baş verən qiymət müharibəsinin fonunda iqtisadiyyatı neftdən xeyli dərəcədə asılı olan Azərbaycanı nələr gözləyir? 2015-ci ildə bənzər bir situasiyanın manatın başına gətirdiyi “müsibətdən” sonra ölkəmiz indiki vəziyyətə nə dərəcədə hazırdır? Dövlət, ölkəni potensial böhrandan qorumaq və bu böhranın neqativ təsirlərini minimuma endirmək üçün hansı addımları atıb və atmalıdır?

“Vörldometers”in 2016-cı ildə yayımladığı məlumata əsasən neft istehsalında dünyada 24-cü yerdə dayanan ölkəmiz, şübhəsiz, neftin qiymətinin kəskin ucuzlaşmasından mənfi təsirlənəcək ölkələr arasındadır. Ekspertlərin fikrincə, bu mənfi təsirin dozası ucuz qiymətlərin nə qədər davam edəcəyindən asılıdır. Uzun müddətdə ölkə maddi dəyər itkisiylə qarşılaşa və banklar iqtisadi çətinliyə düşə bilər.

Azərbaycanın sabiq maliyyə naziri, professor Saleh Məmmədovun fikrincə, iqtisadiyyatı “qara qızıldan” asılı olan ölkələrin iqtisadiyyatı üçün ümumdünya böhranı artıq başlamış hesab olunur. O bildirir ki, manatın kursunu dəyişməyə, devalvasiya edilməsinə ehtiyac yoxdur, əksinə, manatın dəyəri qorunmalı və daha da gücləndirilməlidir.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban amerikaninsesi.org-a açıqlamasında deyib ki, ölkə iqtisadiyyatının 90 faizini təşkil edən neft bazarındakı panikaya baxmayaraq, Neft Fondundakı valyuta ehtiyatları yaxın iki ildə dövlət büdcəsinin formalaşdırılması üçün bəs edəcək.

Ekspertlər onu da qeyd edirlər ki, malik olduğu 6,4 milyard dollarlıq valyuta ehtiyatına baxmayaraq, Mərkəzi Bank və Maliyyə Sabitliyi Şurası tezliklə toplaşıb yaranmış vəziyyətlə bağlı həll planlarını özündə əks etdirən bəyanat verməlidir. Bundan əlavə, hökumətin və parlamentin toplanması və müzakirələrə başlaması lazımdır. Ayrıca, anti-böhran Şurasının yaradılması, ölkənin daxilindən və xarici ölkələrdən tanınmış iqtisadçılardan, proqnozistlərdən, proqramistlərdən, məsləhətçilərdən ibarət güclü bir işçi qrupunun formalaşdırılması da görülməli olan işlərdən biri hesab olunur.

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
488656195 122127540776763171 3687452932550618916 N
.

Vətən oğlu

Mirzə
17 Aprel 2025
1651940310 Nshot 20220507 201640187
.

Bir söz oyunbazının kino fantaziyaları

Sevda Sultanova
03 Noyabr 2024
17aheds Knee Superjumbo
.

Sənət və siyasətin qarşıdurması: ‘Ahedin dizi’ və estetik zəiflik

Sevda Sultanova
19 Sentyabr 2024
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

136bet.com.br
aviator-game.mw
aviator.com.az
big-bass.co.uk
focuspcg.com
humanics-es.com
iuorao.ru
oren-sarmats.ru
spicybet.com.br
sweet-bonanza.com
aviator
pinco
allabouteng.com
auruhana2.kz
bsl.community
docwilloughbys.com
editorialabiertafaia.com
erkindik.kz
kabuki-bremen.de
minnaz.ru
prockomi.ru
saintvincenthome.org
aviator
pinco
136bet
top 10 online casino belgië
verde casino
seriöse online casinos österreich
norsk casino
pinco casino

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
aviator
pinco
nayora.org
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör