Azlogos
  • Qaydalar
  • Kimlər var

IMG 20260326 WA0000 "Qəvvas". Zugzwang dövrünün sehrli teatrı WhatsApp Image 2026 05 25 at 14.36.43 SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib Başlıq Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair 1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Palmirada kəsik baş və ya Çaplin Vaveydə

Abbas Atilay Abbas Atilay
., Foto-qrafika
09 Mart 2020
Oxuma vaxtı:6 dəqiqəyə oxunur
26 min
Paylaş

“Nemo vir est qui mundum non reddat meliorem” (Dünyanı daha gözəl etməyən insan insan deyil).

Latınca bir deyim

İŞİD 2015-ci ildə, indiki Suriya torpaqlarındakı qədim Palmiraya girəndə, bir neçə gün ərzində dörd min il yaşı olan şəhərdə sağ qalmış bütün tarixi abidələri dağıtdı. Həmçinin, Palmira açıqhava muzey kompleksinin rəhbəri Xalid Muhəmməd Əsəədi də əsir götürmüşdülər. 82 yaşlı alim Şama qaçıb xilas ola bilərdi, amma qaçmadı, ömrünün 50 ilini öyrənilməsinə sərf etdiyi Palmiranı tərk etmədi, onunla qalmağı seçdi.

İŞİD-çilər bir neçə həftə içində, bu kiçik şəhərdə 700-dən artıq abidəni, tarixi yaddaşı məhv etsə belə, bəzi yazılı abidə, monument, artefaktlar gizli qalmışdı, onların yerini isə təkcə Palmiranın keşikçisi Xalid Əsəəd bilirdi. Mənəvi təhqirlərə, fiziki işgəncələrə baxmayaraq qoca alim bəşəriyyətin dörd minillik mirasını gizlədi, yerini İŞİD-ə söyləmədi. Hər şeydən əli üzülən İŞİD-çilər onu edam edib başsız bədənini qollarından yol kənarındakı işıq dirəklərinin birindən asdılar. Dirəyin dibində isə alimin başı. Gözlərində də eynəyi…

***

Bir neçə gün əvvəl, nahar vaxtı, özündən razı, əsla güzəştə getməyən, yalnız özü üçün yaşayan, insanlığa zərrə qədər faydası olmayan, düşüncələrinin nüvəsini sırf pul təşkil edən almandilli iş yoldaşlarıma bu əhvalatı danışdım. Hətta hadisəni bildiyim halda, danışdıqca elə təsirləndim ki, deyəsən gözlərim doldu. Lakin onlara bu hekayə zərrə qədər təsir etmədi, bəlkə də heç nə anlamadılar. Naharboyu nə haqda danışırdılarsa, elə həmin mövzunu da davam etdirdilər: “Yunanstan sərhədini açsa suriyalılar Avropanı məhv edəcək”…


Halbuki, Avropanın dəyərinin, mirasınının qeydinə qalan qeyri-qitə avropalısı Dr. Xalid Əsəəd idi.

***

Bu yaxınlarda, ailəlikcə Çarli Çaplinin ömrünün son 24 ilini keçirdiyi evində olduq. Dünyanı daha gözəl etmək üçün ömrünün hər anını sərf edən bu dahinin evində olmaq həm zövqlü idi, həm də uşaqlarım qarşısında mənəvi öhdəliyimi yerinə yetirirdim. Dünyanı daha da yaxşılaşdırmağa çalışan adam olmaq üçün, tarixdə buna can atmış və nail olmuş insanları tanımaq lazımdır. Fikrimcə bu, hər bir kəs üçün mənəvi borcdur. İsaac Newton nə deyirdi? – “Çox uzağı görə bilməyim, çiyinlərinə çıxdığım nəhənglərin sayəsindədir.”

Çarlinin evi İsveçrənin fransızdilli Vaud kantonunda, Vevey şəhərində kiçik bir qəsəbədə yerləşir. Alp dağları pəncərədən əlini uzadıb toxuna biləcəyin, Cenevrə gölü isə təmiz suyundan zövq alacağın qədər yaxındır bu evə.

Çarli 1889-cu ilin 16 aprelində, sonralar “Böyük Diktator” filmində qaldırıb yerə çırpdığı Adolf Hitlerdən dörd gün əvvəl, Londonun yoxsul məhəllələrinin birində dünyaya göz açıb. Anası çox da məşhur olmayan teatrlarda səhnəyə çıxır və hər tamaşaya Çarlini də aparırdı. Çarli ilk dəfə səhnəyə çıxanda isə, cəmi beş yaşını yenicə doldurmuşdu.

Çarlinin uşaqlıq illəri ağır keçib, ilk əvvəl valideynlərin ayrılığı, sonra isə səhnələrə çıxmaqla ailəsini dolandıran anasının əbədi tutulan səsi bütün bunlara dözməyən qadının ruhi xəstəxanaya yerləşdirilməsi ilə sonlandı. Çarli ilə qardaşı küçələrə düşüb, yadların ümüdünə qaldılar.

***

17 yaşına çatanda artıq məşhur komediya ustası idi və Hollywooda dəvət olunmuşdu. Filmləri qısametrajlı, səssiz və ağ-qara idi. Yaşamış olduğu həyat hadisələrini, yoxsulluğu, ədalətsizliyi, işçi sinfininin dözülməz həyatını və bu kimi mövzuları dar pencək, gen şalvarda, əlində əsa insanları güldürərək anladırdı. Qısa filmlərində siyasi düşüncələrini də göstərməyə başladığı andan Amerikada sevilməyən insana döndü. Artıq media onun filmlərini deyil, uğursuz evliliklərini, vergi borclarını tirajlayırdı. Çarli üçün Amerika bitmişdi. 1952-ci ildə o, Amerikanı tərk etdi. 20 il sonra Amerikaya bir daha qayıdacaqdı – Oskar mükafatını almaq üçün. Onu rədd edən, ona daş atanlar bu dəfə onu ayaqüstdə alqışlayacaqdı…

1953-cü ildə Çarli Veveydəki, indi görəcəyiniz evə köçdü və ömrünün sonuna qədər orada yaşadı. Bu ev onun yalnız yaşadığı yer yox, həm də işlədiyi məkan oldu. O, bəzi filmlərini həyətindəki studiyasında çəkmişdi. Mən də sizə evvəlcə onun evini, sonra isə studiyasını göstərəcəm. Əvvəl isə, sırf yaddaşıınızda qalsın deyə, bəzi maraqlı detalları sadalamaq istəyirəm:

– İsrarla deyilənə görə, Azərbaycan kino sənətkarları Fransada səfərdə olarkən, burada Çarli görüşürlər. Görüş zamanı piano arxasına keçən Çarli “Cücələrim” mahnısını ifa etməyə başlayır: “Deməli siz, bu əsərin vətənindənsiniz. Məndən o bəxtəvər bəstəkara salam deyin”.

– Çarli dünyada aktyor kimi tanınsa da, həmçinin rejissior, yazar və bəstəkar idi, piano və kaman çalırdı. Günlərin bir günü Albert Einstein Kaliforniyada olarkən Çarli ilə görüşmək, tanış olmaq istəyir. Onlar görüşür və ilk görüşdən çox yaxşı dost olacaqlarına inanırlar. Axırda hər iki baş-başa verib uzun müddət kamanda ifa edirlər. 1931-ci ildə professor həyat yoldaşı ilə birlikdə Çarlinin “Böyük şəhərin işıqları” əsərinin Los-Angelesdəki premyerasına qatılır. 1933-cü ildə A. Einstein həyat yoldaşı ilə ABŞ-a köçdükdən sonra isə, Albertlə Çarlinin dostluqları daha da güclənir. Onların dostluğunu təsvir edən “Einstein=MChaplin2” düsturu indi Çaplinin evindəki hamam otağının divarındadır.

Çarlinin evini və studiyasını gəzərkən onun özünü, həyat yoldaşını və filmlərindəki qəhrəmanları da görəcəksiniz.

Çarlinin evində keçirdiyimiz gözəl günün sonunda bələdçi xanımlardan birinə, Çarlinin məzarını da görmək istədiyimizi dedik. Xanım bələdçi çox təəccübləndi. O, bizə məzarlığın yolunu tərif etdikdən sonra dedi: “Muzeyə gələn ziyarətçilər adatən onun və həyat yoldaşının məzarını görməyə həvəsli olmurlar.” Təəccübünün səbəbi bu imiş…

***

Əgər biz həyatdan, yaşamaqdan, dünyadan zövq ala biliriksə bu, “dünyanı daha gözəl etməyə çalışan insanlar” sayəsindədir. Eyni işi görməzlər, eyni taleni yaşamazlar, bəziləri sevilər, alqışlanar, bəziləri sevilməz, daşlanar, edam edilər. Amma onlar dünyanı daha gözəl etmək istəyən, yalnız özləri üçün deyil, həm də başqaları üçün yaşaya bilən insanlardır. Dünya yalnız onların çiyinlərindədir.

 

1 - 41
- +
1 min
2 min
3 min
4 min
5 min
6 min
7 min
8 min
9 min
10 min
11 min
12 min
13 min
14 min
15 min
16 min
17 min
18 min
19 min
20 min
21 min
28 min
22 min
23 min
24 min
25 min
26 min
27 min
29 min
30 min
31 min
32 min
33 min
34 min
35 min
36 min
37 min
38 min
39 min
40 min
41 min

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

IMG 20260326 WA0000
.

“Qəvvas”. Zugzwang dövrünün sehrli teatrı

Elmir Mirzəyev
16 İyun 2026
WhatsApp Image 2026 05 25 at 14.36.43
.

SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib

AzLogos
25 May 2026
Başlıq
.

Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair

Elmir Mirzəyev
25 Aprel 2026
1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör