Azlogos
  • Qaydalar
  • Kimlər var

IMG 20260326 WA0000 "Qəvvas". Zugzwang dövrünün sehrli teatrı WhatsApp Image 2026 05 25 at 14.36.43 SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib Başlıq Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair 1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Köpək dişi

Orxan Adıgözəl Orxan Adıgözəl
., Kültür
07 Mart 2020
Oxuma vaxtı:6 dəqiqəyə oxunur
Picture
Paylaş

Yunan rejissoru Yorgos Lanthimosun filmlərinin əcaib stili var. Onun filmləri yaxşı mənada bir-birindən fərqlənir. Həmin art hause janrında olan filmlərdə kreativ özünəməxsusluq olsa da eynixətli, tipik Lanthimossayağı üslub gözə dəymir. Bu paradoksun özü elə Lanthimosun şəxsi üslubunu formalaşdırıb. Ancaq onun filmlərində qabarıq şəkildə despotizm və mövcud idarəetməyə qarşı bir üsyan çalarları həmişə yer alır. Bu, bir növ yunan rejissorun “vizit kartı” da sayıla bilər.

Yorgos Lanthimos

Lanthimosun 2009-cu ildə çəkdiyi “Kynodontas” (“Köpək dişi”) filmi “xarici dildə ən yaxşı film” üzrə Oskar film nominasiyasının favoritlərindən olub. İnsan təxəyyülünün sərhədlərinin təsəvvürə gəlməyəcək qədər geniş olduğunu öz sənəti ilə nümayiş etdirən yunan rejissor bu filmində də qeyri-adi süjet xətti ilə diqqət çəkməyi bacarır.

“Köpək dişi” filmi şəhər kənarında yaşayan bir ailənin dramı barədədir. Ancaq bu heç də öyrəşdiyimiz dramatik xüsusiyyətlərlə dolu filmlərə bənzəmir. Belə ki, şəhərdən kənarda yaşayan ailədə ata və ana ilə birgə onların iki qızı və bir oğlan övladı olur. Övladların hər birinin yaşı hardasa 30-a yaxındır. Bir şey var ki, həmin uşaqlar heç vaxt yaşadıqları böyük hasarla örtülmüş evdən bayıra çıxmayıblar. Çünki valideynlər belə istəyir. Onlar ata və ananın totalitar nəzarətində həyat sürür, böyüyür, elmə yiyələnir, əylənir və valideynlərinin yaratdığı qaydalardan kənara çıxmırlar.

İnfantilləşmiş bu gənc övladlar sanırlar ki, başlarının üzərində səmada gördükləri təyyarələr oyuncaq, həyətlərinə girən pişik dünyanın ən təhlükəli canlısıdır. “Dəniz” sözü hansısa yumşaq divan, “zombi” çiçək növüdür. Beləliklə, evə süzgəcdən keçməyən heç bir informasiya daxil ola bilməz.

Patriarxal idarəetmənin rəmzi çox aşkardır – qaydalar məhz ata tərəfindən qoyulur. Köşkdən kənara ancaq ata öz avtomobili ilə çıxmaq ixtiyarındadır ki, o da ərzaq və lazımlı əşyaları almaq üçün gedib, gəlir.

Bir də evin oğlu üçün “sağlam gigyenik hədəf” naminə kənardan onun üçün gətirilən qadın var. Qadın pul müqabilində oğlanla sekslə məşğul olur və bundan evdəkilərin hər biri xəbərdardır. (Bu hal feministlərin ürəyincə olmayacaq).

Ailənin fərdlərini heç də həyatdan narazı, ya da özlərini həbsə məhkum olunmuş əhvalda görmək olmur. Hətta onlara “xoşbəxt ailə” də demək olar. Onlar gün ərzində müxtəlif oyunlar oynayır, əyləncəli rəqabət aktlarına təhrik edilir, müəyyən elmi ədəbiyyatı mütaliə edir, geniş basseyndə üzür və videokamera ilə öz əlamətdar günləri ilə bağlı videolar çəki baxırlar. Əlbəttə onlar “qaydaları pozduqda” fiziki şəkildə cəzalandırılırlar da.

Ata isə “ərzaq və müxtəlif lazımi əşyalar” gətirmək adı ilə evdən işə gedir və mütəmadi olaraq bundan yeganə məlumatlı ana ilə evdə gizlədilmiş şəhər telefonu ilə əlaqə saxlayır. Qadın ona evdəki hadisələr, “fövqaladə hallar” barədə hesabat verir və ya sadəcə xüsusi ehtiyacı olan ərzaqları almağı tapşırır.

Evin uşaqlarına bildirirlər ki, onların ancaq ağızlarındakı “köpək dişləri” düşdüyü təqdirdə evi tərk edə, daha doğrusu rahat şəkildə müstəqil şəxs kimi “tilsimdən” xilas olub hasarın o tərəfindəki həyətə və həyata atıla bilərlər.

Hər şey öz axarı ilə gedən bir vaxtda evin oğlunun seks təlabatını ödəyən gənc qadın, gizlicə evin böyük qızı ilə də intim yaxınlığa girir. Belə ki, həmin qadın intim xidmət üçün oğlanın bacısına müxtəlif adi kiçik “hədiyyələr” təklif edərək öz istəyini həyata keçirir. Bundan heç kim xəbərdar olmur, ta ki, bir gün evin böyük qızı hədiyyə olaraq qadından onda olan film videokasetlərini alanacan.

Beləliklə, böyük qız gizlicə həmin filmlərə baxır və “Rocky”, “Jaws” kimi Amerika filmləri onun zehnini “zəhərləyir” və “pozub, yoldan çıxarır.” Qızın davranışları dəyişir və “gizli işi” ifşa olunur. O, döyülərək cəzalanır. Həmçinin xəbərdar edilir ki, obiri bacı və qardaşı bu barədə heç nə bilməsin.

Daha sonra evə gələn yeganə “yad şəxs” sayılan seks işçisi qadın ilə də əlaqələr kəsilir. Dəhşət bundan sonra başlayır. Çünki evin oğluna intim tələbatını ödəmək üçün iki bacıdan birini seçmək təklif olunur.

Filmin marağını tam itirməmək üçün ardını gətirməyəcəm ki, baxmaq istəyənlərin həvəsi qaçmasın.

“Köpək dişi” filmini qarışıq emosiyalar yaşamadan izləmək olmur. Süjet xəttinin qeyri-adiliyi, sakit fonda içlərində üsyan edib “qışqıran” qəhrəmanların səssiz hayqırtıları insana absurd və neytral hisslər yaşadır. Neytral ona görə ki, izləyici olaraq filmə baxanda zehnin çoxlu təzadlı fikirlərlə əhatələnir.

Əlbəttə izləyici istənilən interpretasiyalar aparmaqda azaddır. Onsuz da bu hal çox fərdi şəkil alır və filmdəki hadisələr müxtəlif assosiasiyalar yaratma iqtidarındadır.

Fikir verdinizsə yuxarıda ailə üzvlərinin adı çəkilmədi. Elə filmdə də bu belə gedir: “kiçik bacı, böyük bacı, qardaş, ata və ana.” Təbii ki, ata, ananın öz adları var və onlar bunu bilirlər. Lakin övladlara ad qoyulmayıb və onlar bioloji mənsubiyyətləri ilə çağırılırlar. Dolayı yolla identifikasiya məsələsinə qarşı olan bu addım da elə total nəzarətin bir hissəsi kimi əlaqələndirilə bilər. Kiməsə ad verməklə və ya onu adsız şərti ad ilə səsləməklə bir növ həmin adam üzərində hakimiyyət əldə etmək olur.

Əslində belə götürəndə Lanthimos birbaşa siyasi alleqoriyaya və qabarıq absurdluğa qaçan rejissorlardan deyil. O, izləyiciyə maksimum sərbəstlik verir və müsahibələrində də bunu vurğulayır. Onun filmləri sosial və ya mənəvi mesajlar fışqıran ekran əsərləri sırasına daxil deyil. “Köpək dişi” də o filmlərdəndir.

Sonda qeyd etmək yerinə düşər ki, əsəbləri zəif olanlar fiziki və psixoloji şiddətdən bol, insest, diskriminasiya elementləri ilə dolu olan “Köpək dişi” filminə baxmasalar məsləhətdir.

https://www.youtube.com/watch?v=kuyFxZ5OHIM

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

IMG 20260326 WA0000
.

“Qəvvas”. Zugzwang dövrünün sehrli teatrı

Elmir Mirzəyev
16 İyun 2026
Unnamed
Kültür

Ramina Saadatxan beynəlxalq VIMA 2026 sərgisində

AzLogos
01 İyun 2026
WhatsApp Image 2026 05 25 at 14.36.43
.

SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib

AzLogos
25 May 2026
Başlıq
.

Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair

Elmir Mirzəyev
25 Aprel 2026
1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör