bulls-bike.cz
fiyonk.net
infopokrovsk.ru
okzhetpes.kz
petsdream.ru
PoliceControl.info
proarte.net.pl
provegas.ru
sultan-kazino-qazaqstan.kz
underscorejs.ru
Top UK Slot Sites
Casibom
Гама казино
betify
Azlogos
  • Qaydalar
  • Kimlər var

1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu 1651940310 Nshot 20220507 201640187 Bir söz oyunbazının kino fantaziyaları
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Canlı rulet yayınlarında gecikme olmaması, Casinomhub yükle tarafından sağlanan güçlü altyapının bir göstergesidir.

Yeni üyelere verilen avantajlı kampanyalar arasında casinomhub giriş fırsatları dikkat çekiyor.

Bahis dünyasında yenilikçi çözümler sunan bettilt farkını hissettiriyor.

Kumarhane eğlencesini dijital dünyaya taşıyan bettilt giriş çeşitliliği artıyor.

Türkiye’de şans oyunlarını yalnızca Milli Piyango ve Spor Toto düzenleyebilirken, bettilt giriş uluslararası lisansla faaliyet gösterir.

Adres değişikliklerine çözüm sunan pinco kullanıcılar için önem taşıyor.

Bahis severlerin güvenle oynadığı adres bettilt olarak bilinir.

Gerçek casino atmosferini hissetmek isteyenler bettilt seçeneklerine yöneliyor.

Her oyuncu güven içinde bahis yapabilmek için bettilt altyapısına ihtiyaç duyuyor.

İnternet üzerinden daha kolay erişim için bettilt giriş sayfası kullanılıyor.

Bahis dünyasında kullanıcıların %63’ü en çok futbol bahislerinden kazanç elde ettiğini belirtmiştir; bu, bahsegel giriş’in sunduğu güçlü oranlarla uyumludur.

Kullanıcılarına güvenli ortam sağlayan altyapısıyla bahsegel sektörde ön plandadır.

Rulet, poker ve slot makineleri gibi seçeneklerle dolu Bettilt giriş bölümü farklı deneyimler yaşatıyor.

Her an bahis yapmak isteyenler için Bettilt uygulaması hazırlandı.

Online casino oyunlarında yüksek RTP oranları sunan bahsegel kazandırıyor.

Slotlarda kullanılan semboller genellikle tema ile bağlantılıdır; bahsegel giriş bu görselleri kaliteli şekilde sunar.

Güvenilir ödeme yöntemleri, hızlı destek sistemi ve yüksek kazanç oranlarıyla bettilt giriş kullanıcılarına benzersiz bir deneyim yaşatıyor.

Bahis severler için en geniş spor kategorilerini sunan bettilt eğlencenin merkezindedir.

Elvin Adıgözəl: “Türkmənistana çevrilmir ölkə”

AzLogos AzLogos
., İntervü
20 Dekabr 2019
Oxuma vaxtı:11 dəqiqəyə oxunur
2002
Paylaş

Təxminən, on-on beş gün əvvəl bir qrup kinematoqrafçı Mədəniyyət nazirliyi, prezident aparatı və aidiyyatı olan başqa qurumlara müraciət göndərərək Myanmar, Qana, Efiopiya kimi ölkələrin kino sisteminin Azərbaycanda da tətbiq olunmasını təklif ediblər. Müraciətin ideya müəllifi, rejissor Elvin Adıgözəl ilə sözügedən sistem və onun kinomuza yararlı olub-olmayacağı barədə danışmışıq.   

– Elvin, Efiopiya, Myanmar, Qana və müraciətdə adı çəkilən digər ölkələrdə tətbiq olunan konsepsiyanın mahiyyəti nədən ibarətdir?

– Əslində, bu konsepsiya həm də illər əvvəl Avropa ölkələrində tətbiq olunmuş proqramın bir parçasıdır. Proqramın mahiyyəti isə bundan ibarətdir: kino industriyası olmayan ölkədə azbüdcəli və ya büdcəsiz filmlərin müəllifləri bir platforma yaradırlar. Bu, əsasən, iki tələbdən ibarət olan və kino mühitinə canlanma gətirəcək super effektiv bir proqramdır. Bizdəki kimi, adını çəkdiyimiz ölkələrdə də dövlət, uzun müddət kino sahəsində islahatlar aparmaqda çətinlik çəkib, yaxud illərlə müzakirə gedib, amma real bir nəticə olmayıb. Kino adamları da başa düşüblər ki, hökumətin çoxlu bəndlərdən ibarət islahat proqramını təsdiq edib, həyata keçirməsi illər çəkə bilər, islahatlar ola da bilər, olmaya da. Buna görə də, onlar, bir neçə konkret bənddən ibarət, əsas mahiyyəti bürokratiyasız kino çəkilişləri üçün icazə üsulunun sadələşdirilməsi və filmlərini göstərib pul qazana biləcəkləri kiçik kinoteatrların yarandılması olan tələblər irəli sürdülər. Onların tələblərində başqa bəndlər də var, amma biz hətta əlavə bəndləri də yazmamışıq. Hamısını ümumiləşdirib iki əsas təklifdən ibarət bir müraciət hazırlamışıq. Ki, həyata keçirmək asan olsun. Bizim müraciətimiz, təkliflərimiz yerli kinodakı platformasızlığın bitməsi üçün başlanğıc rolunu oynayır. Nəticədə ölkədə film çəkilişləri epizodik xarakter daşımaqdan çıxıb kütləviləşə, kəmiyyət artımı isə yavaş-yavaş keyfiyyət artımına keçə bilər.

– Özlərində – yəni sözügedən ölkələrdə bu proqram nə qədər uğurlu olub?

– Efiopiya illərdir, Eritreya ilə müharibə şəraitindədir. İndi Eritreyada heç nə yoxdur, amma Efiopiyada kino adamları filmlər çəkir, kiçik kinoteatrlarda göstərib pul qazanırlar. Artıq Efiopiyada, Qanada, Çad Respublikasında və digər Afrika ölkələrində insanlar təkcə televizora baxmırlar, eyni zamanda işdən çıxanda kinoteatra da gedirlər. Məsələn, Çad Respublikasının dünyada tanınan məşhur kino adamları var, hətta Kannda da olublar. Kino istehsalı prosesi bürokratiyadan qurtulanda, kino adamları sərbəst işləyəndə xarici dövlətlər də həmin ölkəyə intelektuallıq olduğuna görə hörmət bəsləyir. Türkmənistana çevrilmir ölkə. Ən əsası, bu gün həmin ölkələrdə heç bir festivala getməyən, azbüdcəli bir hekayəsi olan filmə belə, yerli sponsordan pul tapmaq mümkün olur. Niyə? Çünki həmin filmlərin göstəriləcəyi platforma var. Halbuki bu gün Azərbaycanda yerli sponsorlar üçün, hətta adicə öz cibindən pul vermək imkanı olan adamlar üçün belə, kino ancaq ticarət mərkəzlərinin salonlarında, efirlərdə göstərilən “bozbaş” komediyalardan, tanınmışların bahalı kommersiya filmlərindən ibarətdir. Azbüdcəli, fərqli kino anlayışı onlar üçün mövcud deyil, çünki belə filmlər üçün kinoteatrlar yoxdur. Əgər uyğun kinoteatr və biletdən cüzi də olsa, pul qazanmaq imkanı yaransa, əl kamerası ilə belə, fərqli film çəkib satmaq istəyən kino adamları olacaq və müəyyən dəyişiklik başlayacaq.

– Biz Efiopiya, Myanmar deyəndə onların, inkişaf baxımından özümüzdən bir pillə aşağı ölkələr olduğunu nəzərdə tuturuq. Ancaq indi onların kino siyasətinin Azərbaycanda tətbiq olunmasını istəyirik. Təbii ki, bu, çoxlarına nonsens təsiri bağışlayır. O qədər inkişaf etmiş ölkələr, onların, uzun illərin sınağından keçmiş uğurlu kino proqramları var ki?! Niyə Afrika ölkələrinin kino proqramını layiq görürük özümüzə?

– Biz ölkəmizin real vəziyyətini qəbul etməli və çıxış yolları axtaran kino adamları olmalıyıq. Həqiqət budur ki, bizim ölkədə Mədəniyyət nazirliyi illərdir, nəticəsiz müzakirələr, islahat söhbəti aparır. Hələ də bütün dünyada standarta çevrilmiş adi film layihəsinin təqdimatından – pitçinq anlayışından xəbərsizdilər və sovet üsulu ilə ssenari qəbulu elan edirlər. Mədəniyyət nazirliyinin ixtiyarında təkcə “Nizami” Kino Mərkəzi qalıb, digər kinoteatrlarımızı ya otelə çeviriblər, ya da telefon dükanına. Hələ də regionlarda çəkiliş eləyəndə icra hakimiyyətləri, polis rəisləri kino adamlarına “get, prezident aparatından icazə al” adı ilə əngəl yaradırlar, ya da birbaşa qəbula gedirik, haldan-hala düşüb xahiş-minnətlə icazə almağa çalışırıq. Hələ də ölkəmizdə müəllif kinosu çəkənlər, kinostudiyanın onlara “film verməsi” söhbətini aparırlar, halabuki dünyada belə anlayış çoxdan yoxdur. Hələ də insanlarımız kino deyəndə TV-dəki serialları misal çəkirlər, ya da illər əvvəl çəkilmiş filmləri xatırladırlar və sair və ilaxır. Bütün bunlar bizim ölkənin reallığıdır. Çıxış yolu isə kino sistemini formalaşdırmaqda olan ölkələrdən nümunə götürməkdir. Bu gün Myanmarda bir neçə kinofestival fəaliyyət göstərir, İsveçrədəki Lokarno festivalı Myanmarı layihə qəbulu siyahasında əsas ölkələrin sırasına daxil edib. Hər il Myanmardan bir neçə rejissor prodüserləri ilə birlikdə film çəkmək üçün xarici fondlardan pul alır. O ki qaldı digər qınağa, inkişaf etmiş ölkələrdə bizdəki problemlər yoxdur. Odur ki, sırf inkişaf etmiş ölkərin kino proqramının tətbiqi üçün gərək ölkəmiz təzədən qurulsun. Reallıqdan uzaq məsələlərdən danışmaq ömürdən günlərin əbəs yerə getməsidir.

– Bu proqramın, prezidentin sərəncamına baxmayaraq, cəmi iki-üç bəndi həyata keçirilmiş  “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair on illik proqram”dan, yaxud digər konsepsiyalardan üstünlüyü nədir?

– Bu proqram bəsitdir və tətbiqi asandır. Çəkiliş icazəsi üçün məktub göndərilməsi və onun surətinin prodüserdə olması kifayət eləyir. Beləcə, inkişaf etmiş ölkələrdəki kimi bizdə də nə məmurlar, nə də mühafizə orqanları çəkilişlərə mane olmayacaq. Həm də müəllif kinomuzu göstərib bilet satışından qeyd etdiyimiz faizlə pul qazanmaqla kino mühiti formalaşdıracağıq. Hamıya bəlli olan kinonun inkişafı haqqında proqramdan, ya da digər konsepsiyalardan fərqi isə odur ki, hər bir addım və dəyişiklik kiçik, amma vacib məsələlərdən başlayır. Ki, o da bu proqramda var. O, kino adamlarının xırda, amma çox vacib probleminin həllinə yönəlib. Ancaq bu, o demək deyil ki, vəssalam, bununla problemlər bitəcək. Hamı bilir ki, istədiyimiz kimi kino mühiti yaratmaqdan ötrü hələ çox şey eləmək lazımdır. Yenə deyirəm: Biz sadəcə prosesi hərəkətə gətirmək, kino mühitini canlandırmaq üçün vacib olan ilkin şərtləri sadə şəkildə göstərmişik.

– Elvin, müraciət sosial şəbəkələrdə, mətbuatda yayılandan sonra Hüseyn Mehdiyev, Vaqif Azəryar kimi yaşlı nəsil kinematoqrafçılarımız onu hazırlayanları və imzalayanları problemə ümumi yox, fraqmentar baxmaqda təqsirləndirdilər. Hətta Hüseyn müəllim bu müraciətin “kinomuzu pis günə qoyan məmurların sifarişi” olduğunu yazmışdı.

– Hüseyn Mehdiyevlə illər əvvəl Tbilisi Beynəlxalq Film Festivalında tanış olmuşam. Elə orda ona Azərbaycanda müasir kino sisteminin olmasının vacibliyini, faciəvi vəziyyətdə olduğumuzu demişdim. O vaxtdan illər keçib. Mən fikrimdən, yolumdan dönmüş olsaydım, Bakıda evim, altımda maşınım olardı, Goranboyda nənəmin evində yaşamazdım. Ən azından, filmlərimi bahalı büdcə ilə çəkərdim. Əgər yolumdan və kino sevgimdən dönsəydim… Müraciətimizin məğzi və istəyi bürokratiyaya qarşıdır, kinonu məmur sistemindən, məmur müdaxiləsindən xilas eləməkdir. Bu səbəbdən də onu “məmur sifarişi” adlandırmaq sadəcə absurddur. Çox güman ki, Hüseyn Mehdiyev bu müraciətin sadəcə yuxarılarda müzakirəsi heç cür bitməyən ümumi kino proqramının əlavəsi olduğunu düşünüb, xətrinə dəyib, əsəbiləşib və belə əsassız ifadə işlədib. Əslində yaşlı, cavan kinematoqrafçı anlayışı olmamalıdır, yalnız bu ölkədə normal kino sisteminin, dövlətin asanlıqla tətbiq edə biləcəyi modelin olmasını, həqiqətən islahat aparılmasını istəyən, tələb eləyən kino adamları olmalıdır. Başa düşmək lazımdır ki, hazırda Azərbaycanda kino sahəsində ən tez dəyişikliyə necə nail olmaq olar. Əks halda uzun-uzun bəndlərdən ibarət, bir dəfə də olsun, dövlət tərəfindən baxılmayan konsepsiyalarla illər keçər və heç nə dəyişməyə bilər.

– Yadımdadır ki, bu mövzu ilə bağlı söhbətlərimizin birində bir həmkarımız “polis müdaxilə eləyir, çəkirsən kənara, 10-20 manat verirsən, həll olunur”, “kinotear yoxdur, amma film göstərməyə o qədər başqa yer var ki! Heç kim də mane olmur” demişdi. Yeri gəlmişkən, sən də keçən həftə “Qaranlıqdan reportaj” filminin təqdimatını ADO teatrında keçirdin. Baxmayaraq ki, ora kinoteatr deyil, amma xeyli tamaşaçı gəlmişdi və maraqlı müzakirə də oldu. Yəni müraciətdə qoyulan tələblərin belə bəsit həlləri varmış. Onda niyə bu qədər ciddiləşdiririk? Rəsmi orqanlara müraciət və s.

– Birincisi, polisi kənara çəkib pul verməkdən danışanlar, bu ölkənin bataqlıqda qalmasına səbəb olanlarla bənzər düşüncədədilər. Kino adamlarının polisə rüşvət verməyi kinematoqrafçı adına ayıbdır. Polisin işi mühafizə etməkdir, kino adamının işi kino çəkmək. Onların arasında sadəcə “Siz kimsiniz?” və “Buyurun, bu bizim icazə məktubunun surəti, bu da bizim şəxsiyyət vəsiqəmiz” janrında dialoq ola bilər. Sonra da “Sağ ol! Sağ ol!” və polis uzaqlaşıb gedər, film də çəkilər. Kino hər şey haqqındadır, kino insan haqqındadır və insanlar üçündür. Polis də kinoteatra gedib kinoya baxmalıdır. Çəkiliş heyətindən pul alan, ya da kabinetində kino adamlarını sorğuya çəkən polis, ölkə üçün biabırçılıqdan başqa heç nə ola bilməz. O ki qaldı kinoteatr məsələsinə: ADO kinoteatr deyil, teatrdır. “Qaranlıqdan reportaj”, adoçuların kiçik imkanlarla düzəltdikləri balaca səhnəyə qoyulmuş proyektorla göstərildi. 60-70 nəfər gəlmişdi, çoxu ayaq üstə qaldı, film bitəndən sonra da hamımız evimizə cibi boş qayıtdıq. Kinoteatr isə bilet satışı, tamaşaçının filmə rahat səs sistemi ilə baxması deməkdir. Kinoteatr – kino adamlarının istənilən an bir yerə yığışmasını təmin edən, xaricdən qonaq dəvət edərək “bax, bura müəllif kinosu göstərdiyimiz yerdir, bizim də platformamız var” deyə biləcəkləri məkandır. Yəni kino adamlarının filmlərini göstərəcəyi, biletdən pul qazanacağı, kino ab-havası yaşayacağı məkan kinoteatr olmalıdır və “Nizami” kinoteatrında buna şərait yaradılmalıdır.

– Elvin, sən heç kimdən asılı deyilsən, heç kimə ağız açmadan, güzəştə getmədən – heç kim deyəndə məmur təbəqəsini nəzərdə tuturam – filmlərini çəkirsən, səninlə işləmək istəyən prodüserlər həmişə var, festivallara da gedirsən, gəzirsən. Azərbaycanda hansısa idarələrə məktub göndərmək, yerli kinonun təəssübkeşliyini eləmək nəyinə lazımdır?

– Məncə, bu, əla sualdır. İnsanların “Elvin Adıgözəlin marağı nədir axı, nə mənfəəti var?” sualına cavab vermək lazımdır. Bəli, mən heç kimdən asılı deyiləm, amma istədiyim yerdə çəkiliş eləyə bilmirəm. Düzdür, birgə işlədiyim prodüserlər bu problemi bacardıqları qədər həll edirlər, festivallara da gedirəm, filmlərimə baxıb mənimlə işləmək istəyən prodüserlər də tapılır. Amma Azərbaycan kinosu məndən ibarət deyil. Mənim məqsədim ölkəmin bütün kino adamları üçün bərabər şərtlərin yaradılmasında iştirak etməkdir. Bu mənim içimdəki dərin bir üsyandır, səssizliyə səs vermək istəyirəm. “Azərbaycandakı kino sistemi məni maraqlandırmır, bilmirəm, nə baş verir, heç kimi tanımıram” deyib şəxsiyyətsizlik etmirəm. Bəli, bu gün gənclər öz güclərinə qısametrajlı filmlər çəkib festivallara gedirlər, göndərirlər. Amma nə olsun? Nə olsun ki, İntiqam Hacılı prodüser kimi Marseldə, İradə Bağırzadə Lokarnoda olub? Nə olsun ki, Rüfət Həsənov tammetrajlı layihəsi ilə Sarayevo festivalında, ya başqa forumlarda uğurla iştirak eləyib, ya da başqa bir rejissorumuz sənədli filmiylə orda mükafat alıb, ya da Elçin Musaoğlunun dövlətin sifarişiylə çəkdiyi film Venesiya Festivalının ikinci bölməsində göstərilib? Və nəhayət, nə olsun ki, Elvin Adıgözəlin layihəsi ən vacib festivallardan biri sayılan Kann kinofestivalının “Latelier” bölməsinə qəbul olunub, bu yaxınlarda Busan festivalında iştirak eləyib? Bunların hamısı epizodik xarakter daşıyır və ölkəmizin kino sistemini dəyişdirə bilməz. Kimsə etiraz etmirsə, çıxış yolu tapmaq üçün mübarizə aparmırsa, özü bilər. Mən açıq mübarizə aparıram və məni dəstəkləyən dostlarıma güvənərək deyirəm ki, bu ölkədə kino anlayışını, kino sistemini dəyişəcəyik.

– Mədəniyyət nazirliyi artıq müraciətə cavab verib.

– Hə, təklif etdiyimiz proqramın müzakirəsi üçün görüşə dəvət eləyiblər. Biz də onlardan, görüşün açıq şəkildə və müraciətin təşəbbüskarlarından, ona imza atanlardan ibarət nümayəndə heyəti ilə keçirilməsini istəmişik. Cavab gözləyirik.

Söhbətləşdi: Aygün Aslanlı

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
488656195 122127540776763171 3687452932550618916 N
.

Vətən oğlu

Mirzə
17 Aprel 2025
1651940310 Nshot 20220507 201640187
.

Bir söz oyunbazının kino fantaziyaları

Sevda Sultanova
03 Noyabr 2024
17aheds Knee Superjumbo
.

Sənət və siyasətin qarşıdurması: ‘Ahedin dizi’ və estetik zəiflik

Sevda Sultanova
19 Sentyabr 2024
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

136bet.com.br
aviator-game.mw
aviator.com.az
big-bass.co.uk
focuspcg.com
humanics-es.com
iuorao.ru
oren-sarmats.ru
spicybet.com.br
sweet-bonanza.com
aviator
pinco
allabouteng.com
auruhana2.kz
bsl.community
docwilloughbys.com
editorialabiertafaia.com
erkindik.kz
kabuki-bremen.de
minnaz.ru
prockomi.ru
saintvincenthome.org
aviator
pinco
136bet
top 10 online casino belgië
verde casino
seriöse online casinos österreich
norsk casino
pinco casino

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
aviator
pinco
nayora.org
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör