bulls-bike.cz
fiyonk.net
infopokrovsk.ru
okzhetpes.kz
petsdream.ru
PoliceControl.info
proarte.net.pl
provegas.ru
sultan-kazino-qazaqstan.kz
underscorejs.ru
Top UK Slot Sites
Casibom
Гама казино
betify
Azlogos
  • Qaydalar
  • Kimlər var

1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu 1651940310 Nshot 20220507 201640187 Bir söz oyunbazının kino fantaziyaları
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Canlı rulet yayınlarında gecikme olmaması, Casinomhub yükle tarafından sağlanan güçlü altyapının bir göstergesidir.

Yeni üyelere verilen avantajlı kampanyalar arasında casinomhub giriş fırsatları dikkat çekiyor.

Bahis dünyasında yenilikçi çözümler sunan bettilt farkını hissettiriyor.

Kumarhane eğlencesini dijital dünyaya taşıyan bettilt giriş çeşitliliği artıyor.

Türkiye’de şans oyunlarını yalnızca Milli Piyango ve Spor Toto düzenleyebilirken, bettilt giriş uluslararası lisansla faaliyet gösterir.

Adres değişikliklerine çözüm sunan pinco kullanıcılar için önem taşıyor.

Bahis severlerin güvenle oynadığı adres bettilt olarak bilinir.

Gerçek casino atmosferini hissetmek isteyenler bettilt seçeneklerine yöneliyor.

Her oyuncu güven içinde bahis yapabilmek için bettilt altyapısına ihtiyaç duyuyor.

İnternet üzerinden daha kolay erişim için bettilt giriş sayfası kullanılıyor.

Bahis dünyasında kullanıcıların %63’ü en çok futbol bahislerinden kazanç elde ettiğini belirtmiştir; bu, bahsegel giriş’in sunduğu güçlü oranlarla uyumludur.

Kullanıcılarına güvenli ortam sağlayan altyapısıyla bahsegel sektörde ön plandadır.

Rulet, poker ve slot makineleri gibi seçeneklerle dolu Bettilt giriş bölümü farklı deneyimler yaşatıyor.

Her an bahis yapmak isteyenler için Bettilt uygulaması hazırlandı.

Online casino oyunlarında yüksek RTP oranları sunan bahsegel kazandırıyor.

Slotlarda kullanılan semboller genellikle tema ile bağlantılıdır; bahsegel giriş bu görselleri kaliteli şekilde sunar.

Güvenilir ödeme yöntemleri, hızlı destek sistemi ve yüksek kazanç oranlarıyla bettilt giriş kullanıcılarına benzersiz bir deneyim yaşatıyor.

Bahis severler için en geniş spor kategorilerini sunan bettilt eğlencenin merkezindedir.

Bayrağımızın rəngləri

Elmir Mirzəyev Elmir Mirzəyev
., Sərbəst
12 Noyabr 2019
Oxuma vaxtı:7 dəqiqəyə oxunur
27344772305 6c597c7816 b
Paylaş

Azərbaycanda artıq illərdir ki, 9 noyabr Milli Bayraq Günü kimi qeyd edilir.

Nədən məhz bu tarix bayram günü elan edilib? Çünki bayrağımız hazırkı üç rəngini 101 il öncə, Azərbaycanın Demokratik Cumhuriyyətinin elan edildiyi 1918-ci ildə, məhz noyabrın 9-da, Rəsulzadənin başçılığı ilə Milli Şuranın verdiyi qərar nəticəsində alıb.

Qurucu atalarımızın bu qərarı çox müdrik və yerində verilmiş bir qərar idi.

Hamıya məlum olduğu kimi, Azərbaycanın ilk bayrağı (beşguşəli ulduz yerinə səkkizguşəli ulduzu saymasaq) Osmanlı bayrağının eynisi – qırmızı rəngin üzərində ay-ulduz – olub. O zaman bu, tamamilə təbii alınmışdı, çünki bizim od tutub yanan regionda Osmanlıdan başqa, heç bir real müttəfiqimiz yox idi. Azərbaycan dövləti  olduqca kritik bir anda elan edildi – biz buna hazır idik, ya yox, bu haqda çox danışılıb, çox deyilib, mən isə fikirlərimi keçən il, “100 illik Cümhuriyyət – zərurət, yoxsa təsadüf?” adlı silsilə yazılarımda vermişəm, maraqlananlar baxa bilər.

Qeyd etmişdim ki, XIX əsrin 2-ci yarısında və xüsusən XX əsrin əvvəllərində dünyada baş vermiş energetik inqilabın böyük dalğası Azərbaycana gəlib çatmış, modernizasiya bu və ya digər şəkildə, istər-istəməz cəmiyyətə daxil olmuş, məhz bu illərdə başlanmış böyük maarifçi hərəkat və tədrici siyasi formalaşma paralel getsələr də, ayrıca müstəqil bir dövlət yaratmaq üçün bunlar əsla yetərli deyildi. Və şübhəsiz ki, I Dünya Müharibəsinə qədərki dövrdə müstəqil bir dövlət quracağımızı xəyal edəcək bir qüvvə nə bizdə, nə də Qafqazdakı – siyasi-kültür tərəqqisi yolunda, bir çox məsələlərdə bizdən (xeyli) öndə gedən – qonşularımızda vardı.

Lakin tarixin dolambacları belə gətirdi və Qafqaz xalqlarına, dövlət qurmaq kimi bir şans tanındı. Əvvəl Qafqaz Seymi şəklində (dövlətə çevrilməsinə hələ çox vardı) birləşmiş əsas üç etnos, sonra Brest danışıqları və baş tutmuş sülh nəticəsində ayrıca dövlətlər qurdular. Almanların təhriki və dəstəyi ilə ilk öncə, böyük tərəddüdlərdən sonra Gürcüstan, iki gün sonra isə Ermənistan və Azərbaycan respublikaları elan edildi.

Elan edilən zaman paytaxtı işğal altında olan bir dövlət, Osmanlıdan başqa heç bir qüvvəyə söykənə bilməzdi. Brest sülhünün şərtlərinə görə ona çatası hissəni almağa cəhd edən Osmanlının da strateji maraqları, bu yeni elan edilmiş dövlətlə üst-üstə düşürdü. Nəticədə biz, qüdrətli müttəfiqmizin yardımı ilə paytaxtı qısa zamanda azad edə bildik. Özü-özlüyündə, bütün bunlar Osmanlı kimi böyük bir imperiyanın bizi dərhal tanıyacağına, əsla dəlalət etmirdi. Amma tarix yenə də qəribə oyununu oynadı və Bakının azad edilməsinin üstündən bir ay keçməmiş Osmanlı imperiyası müharibədə məğlubiyyətə uğradı və ordusunu geri çəkməli oldu – sanki tale bizim dövlətin intişarını öz əllərində bizə gətirirdi. Beləcə, 30 oktyabr 1918-ci il tarixində Osmanlı imperiyası ilə qalib Antanta arasında bağlanmış Mudros sülh müqaviləsinin şərtlərinə uyğun olaraq, Osmanlı öz qoşunlarını Azərbaycandan çəkməli oldu.

İngilislərin Bakıya gəlişi ilə təbii ki, şəhərin mərkəzində dalğalanan “osmanlı bayrağı” endiriləcəkdi. Buna görə, qurucu atalarımız Osmanlı bayrağına bənzər qırmızı rəngli bayrağın yerinə yaşıl, qırmızı, mavi rənglərdən ibarət üçrəngli bayrağın yaradılması haqqında müvafiq qərar qəbul etdi. 17 noyabr 1918-ci il tarixində “Krüger”, “Tula” və “Evelina” adlı gəmilərdə hərbi qüvvələri ilə Bakıya daxil olmuş ingilis generalı Tomson, qaliblərin Azərbaycan hökumətini tanımadığını bildirdi. Azərbaycan hökuməti həmin dövrdə ağır vəziyyətdə idi, Bakını nəzarətə götürmüş Böyük Müharibənin qalibi olan müttəfiqlərlə hökmən kompromis tapılmalı, Azərbaycanın “türk komandanlığının intriqaları ilə təşəkkül tapmış bir hökumət” olmadığına onları inandırmaq, xalqın iradəsi ilə yaradılmış dövləti qəbul etmələrini təmin etmək gərək idi. Bayrağın hazırkı rənglərlə dəyişdirilməsi burada, demək olar ki, həlledici rol oynadı. Nəhayətdə qurucu atalarımız istədiklərinə nail oldular. Bunlar, tariximizin hamıya bəlli olan şərəfli səhifələridir.

Bayrağın mavi, qırmızı və yaşıl rənglərinin simvolikası, özündə kifayət qədər dərin bir konsepsiyanı ehtiva edir. Bu anlamda bayrağımız çox xüsusi və özəldir, ölkənin yaranış tarixini və birliyini özündə əks etdirir. Çünki dünyadakı bir çox bayraqlar böyük tarixi ideyaların təsiri nəticəsində yaranıb, həmin ideyaların rənglərini və simvollarını özündə daşıyır və əslində, sırf bir ölkəyə xüsusi hansısa aidiyyatı olan bayraqlar da, nadirdir. 

Əgər dünya xalqlarının bayraqları tarixinə və rənglərinə nəzər salsaq, buna əmin ola bilərik. Məsələn, slavyan xalqlarının bayraqlarına nəzər yetirsək, məlum olacaq ki, onlar əsasən, XIX əsrin ortalarında formalaşan panslavizm ideyaları əsasında hazırlanmış, çağdaş rus bayrağından təsirləniblər. Halbuki ağ, göy və qırmızı rəngləri ruslara I Pyotr Hollandiyadan gətirmişdi (sıranı dəyişərək). Nəticədə, bu gün çex, slovak, serb, xorvat, sloven bayraqları da, bu rəngləri daşımaqdadır.

Doğrudur, Bolqarıstanın və Polşanın bayraqları bir qədər fərqlidir, lakin onlarda da panslavizmin ağ və qırmızı rəngləri var.

Eynilə, ərəb bayraqlarında da hansı rəngin dominant olduğuna fikir versək, eyni mənzərənin şahidi olarıq. XX əsrdə, ingilis mandatı nəticəsində yaranmış ərəb dövlətləri də, panərəbizm ideyalarına əsaslanan qara, ağ, qırmızı və yaşıl rənglərdə bayraqlar yaradır. Ərəb dünyasına ötəri nəzər salsaq, buna əmin ola bilərik. Misir, İraq, Suriya, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Yəmən, Sudan, Liviya və s. ərəb ölkələrinin bayraqları məhz bu rənglərdən tərtib edilib.

Başqa bir regional birliyin, Skandinaviyanın bayraqlarına isə diqqət etsək görərik ki, onların bayraqlarının rənglərində fərqlər olsa da, forma və simvol (bütün bayrağı bölən xaç) anlamında eyniyyət var.

Bütün bu bayraqları birləşdirən cəhət isə, onların əks etdirdiyi ideyaların tamamilə qeyri-aktual olmasıdır. Hazırda, Rusiyanın Ukraynanı işğal etməsi fonunda panslavizm termininin özü ən böyük məzhəkə kimi səslənir. Avropada yerləşən slavyan dövlətlərinin isə, Rusiyaya azacıq da olsa simpatiyası yoxdur.

“Ərəb dünyası” adlanan anlayışın da tamamilə puç olduğunu, bu gün konstatasiya edə bilərik. Ən azından Suriyanın darmadağın olması fonunda, onun bombardıman altında məhv edilən əhalisi nicat üçün Türkiyə və Avropaya üz tutdu, ərəb dövlətləri onlara kömək üçün, heç bir şey etmədi. Məsələ bayraqlardakı rənglərlə bitmir.

Eynilə Skandinaviya ölkələrinin bayraqları üzərindəki kəsişən xaçlar da əsla aktual deyil, çünki bu dövlətlər inkişaf edərək çoxdan post-xristian mərhələsinə qədəm qoyublar, onlar artıq sırf xristianlığın dəyərlərinə əsaslanmır, bu ölkələrin cəmiyyətləri ümumbəşəri dəyərlərlə idarə edilir.  

Bizim bayrağımız 101 il öncə yaradılıb, cəmi il yarım sonra endirilsə də, onun rəmzləndirdiyi ölkə tamamilə məhv edilmədi, qurucu atalarımızın zəhməti hədər getmədi. Dövlət istənilən halda başqa bir formada yaşadıldı və nəhayət, 71 il sonra yenidən rəsmi bayraq qismində ölkənin Ali Məclisində qaldırıldı.

Onun üzərindəki rənglər isə 101 il əvvəl olduğu kimi, çağdaş dövrdə də ölkəni və xalqı birləşdirəcək potensialdadır.

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
488656195 122127540776763171 3687452932550618916 N
.

Vətən oğlu

Mirzə
17 Aprel 2025
1651940310 Nshot 20220507 201640187
.

Bir söz oyunbazının kino fantaziyaları

Sevda Sultanova
03 Noyabr 2024
17aheds Knee Superjumbo
.

Sənət və siyasətin qarşıdurması: ‘Ahedin dizi’ və estetik zəiflik

Sevda Sultanova
19 Sentyabr 2024
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

136bet.com.br
aviator-game.mw
aviator.com.az
big-bass.co.uk
focuspcg.com
humanics-es.com
iuorao.ru
oren-sarmats.ru
spicybet.com.br
sweet-bonanza.com
aviator
pinco
allabouteng.com
auruhana2.kz
bsl.community
docwilloughbys.com
editorialabiertafaia.com
erkindik.kz
kabuki-bremen.de
minnaz.ru
prockomi.ru
saintvincenthome.org
aviator
pinco
136bet
top 10 online casino belgië
verde casino
seriöse online casinos österreich
norsk casino
pinco casino

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
aviator
pinco
nayora.org
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör