Azlogos
  • Qaydalar
  • Kimlər var

IMG 20260326 WA0000 "Qəvvas". Zugzwang dövrünün sehrli teatrı WhatsApp Image 2026 05 25 at 14.36.43 SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib Başlıq Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair 1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Çağdaş Azərbaycan tarixinin iki qızıl deyimi

Elmir Mirzəyev Elmir Mirzəyev
., Mövqe
06 Noyabr 2019
Oxuma vaxtı:6 dəqiqəyə oxunur
RlAqo0sWM1h4pY7eut
Paylaş

İstər iqtidar, istər müxalifət düşərgəsində əlahiddə kimi xarakterizə edə biləcəyimiz hadisələr baş verir.

Hökumət cəbhəsində yaşanan, bəlkə də son 25 ilin ən mühüm hadisəsi, – uzun sürən tərəddüdlü proseslərin nəticəsində – Ramiz Mehdiyev kimi bir patriarxın əllərini 1993-dən bəri, dəmir kimi pərçimlədiyi idarəetmə sükanından çəkməsi oldu.

Kimsə razılaşmaya bilər, lakin bundan sonra, onun Azərbaycanda əsrin dörddə biri qədər zaman ərzində onun müəyyənləşdirdiyi siyasi idarəetmə vektorunun şəksiz dəyişəcəyi gözlənilir.

Bu fiqur, Azərbaycanda yalnız idarəetmənin modusunu, daxili və eyni zamanda xarici siyasətin başlıca vektorunu təyin etmirdi, ölkədəki bütün aparıcı kadrlar və siyasi olimpə yönələn liftlər məhz onun əlində idi. Onun razılığı olmadan heç bir böyük və əsaslı hadisə baş verə bilməzdi. Bu fiqur böyük bir köklü-köməcli ağacı xatırladır, qolları ölkənin hər bucağına kimi gedib çıxırdı.

İstənilən halda, bundan sonra ölkədə daha fərqli idarəetmə modeli qurulacaq – necə olacağı haqda gümanlarımı Apostrofun “Feodal pərakəndəlikdən mütləqiyyətə” adlı buraxılışında danışmışdım – bunun müsbət və ya mənfi olub-olmayacağının isə, özümüz şahidi olacağıq.

Müxalif düşərgəyə keçək. Dünən “Kral Artur” və cəngavərlərinin dəyirmi masasından kadrları çoxumuz görmüşük. Yaşları az olmayan bu insanlar nəyi təmsil edirdilər, kimi təmsil edirdilər, onların (həqiqi) məqsədi nədir? Həmin tədbirdə kimlərin iştirak etdiyini qeyd etməyinə dəyməz, tanış sifətlərdir, zaman-zaman görürsünüz və necə bir boşluq olduqlarını, son 25 ildə təcrübə etmişik.

Əslində, nəsə demək də əbəsdir, sosial şəbəkələrdə yayılmış fotolar istənilən sözdən daha təsirli ifadə edir hər şeyi. Sadəcə maraqlıdır, bu insanlar həqiqətənmi Azərbaycandakı proseslərə təsir edəcək, ölkənin gələcəyini müəyyənləşdirəcək qərarların qəbulunda kompetent olduqlarına inanırlar? Ölkənin indiki gəncliyi doğrudanmı bu insanlara ümid bağlamalı, çıxış yolunu onların göstərəcəyini düşünməlidir?

Kifayət qədər uzun bioqrafiyaya malik bu insanlar, bu dəfə adı üstündə – Əli İnsanov kimi bir şəxsiyyətin ətrafında birləşib harasa gedirlər. Bir zamanlar, ölkədə müxalif siyasətçi olmağın mümkünsüzlüyünü qeyd edən, müxalifətçilik artıq dissidentlik olmuşdur deyən Hikmət Hacızadə də, həmin məclisdə əyləşmişdi. Görən hansı düşüncələr onu ora aparıb, müəllim indi nə etmək fikrindədir?

Deyilə biləcək bütün qəzəbli etirazlar indidən qulağımda səslənir, arqumentləri də gözəl bilirəm, amma gərək deyil xanımlar və cənablar. Sizdən öncə eks-prezidentimiz, rəhmətlik Əbülfəz Elçibəy 3D formatında, xəyal kimi gəlib: “Fransadan xalq gətirməyəcəm ki” deyəcək.

Zənnimcə, əgər çağdaş Azərbaycan tarixinin 1-ci və daima aktual, qızıl ifadəsi budursa, 2-ci qızıl ifadə Erkin Qədirliyə məxsusdur: “Tələsən yerimiz yoxdur.”

Erkin bu ifadəni dilinə gətirəndə, eynən Elçibəy kimi, tamam başqa konteksdə işlətmişdi, başqa məsələyə nəzərən deyirdi, amma onun sözlərini həmin fikirdən çıxarıb gülüş, rişxənd, istehza hədəfinə çevirdilər. Buna baxmayaraq, həmin frazanın taleyi Qandinin dediyi kimi oldu – əvvəl ona fikir verən yox idi, sonra kiminsə nəzərinə çarpdı, konteksdən çıxarıb gülmək üçün yaydı, ətrafda hır düşdü, sanki bunlar bu saat inqilab edəcəkdi, yoldaş Trotski Gevara ilə bir yerdə xortlayıb gəlmişdilər, hazır dayanmışdılar, vot-votdadıyılar, birdən Erkin gəldi, “tələsən yerimiz yoxdur” dedi, vəssalam yoldaşlar, inqilab təxirə salınır.

Erkin əvvəl çalışırdı anlatsın, şərhlər verirdi ki, yox, o fikri başqa cür deyib, konteksti tamam fərqli olub və s., amma sonra boş verdi, əvəzində şən gülüşlər səngidi (davam edən trollar qalır əlbəttə, öz işləridi), fraza ətrafında mübahisə başladı. Xalq, yoxsa hakimiyyət mövzusuna bir daha rəvac verən ifadə xeyli adamı hiddətləndirdi, necə yəni tələsən yerimiz yoxdur, bu nə danışır?

Mübahisə uzun çəkdi, zatən indi də bitməyib, amma həmin ifadənin növbəti mərhələsi üfüqlərdə artıq görünməkdədir – bir müddət sonra elə bir mərhələ gələcək ki, bu ifadə ilə hamı barışacaq və müəllifin haqlılığı cəmiyyət tərəfindən tam təsdiqlənəcəq.    

Zaman göstərdi ki, istər hakimiyyət öz astagəl kadr dəyişikliyində, idarəetmədəki ehtiyatlı reformlarında, istərsə də müxalifət özünün “stabil”, zaman-zaman adı fərqli, lakin mahiyyəti tamamilə eyni olan, imitasiya formatlarında birşəşmələri və ayrılmalarında – Erkinin dediyi prinsipi rəhbər tuturlar. 

Qısası, gördüyünüz heç nəyə təəccüblənməyin, “Fransadan xalq gətirməyəcəm ki.”

Azərbaycanda baş verən proseslərdə bir saniyənin içində hansısa nəticələri gözləməyin, həqiqətən də başqa dövlətlərin hərdən 800, hərdən 500, bəzən 300 ilə keçdiyi prosesləri bir an içində keçə bilməyəcəyik, cəmiyyətin transformasiyası həqiqətən də uzun bir yoldur, Musa peyğəmbərin xalqı 40 il səhrada gəzdirməsi də boşuna bir əfsanə deyilmiş, qısası “Tələsən yerimiz yoxdur.”

Cəmiyyətimiz barədə fərqli zamanlarda, çox fərqli şəxsiyyətlər tərəfindən dilə gətirilən bu iki deyim əslində məntiqi bir surətdə bir-birini tamamlayır, son 30 illik tariximizi düşünərkən, eyni zamanda gündəmdə rastlaşdığımız-üzləşdiyimiz hadisələri görərkən, gəldiyimiz qənaətləri də cilalayaraq bütövləşdirir: “Fransadan xalq gətirməyəcəm ki, tələsən yerimiz yoxdur.”

P.S. Əlbəttə ki, bunlara ümummilli lider Heydər Əliyevin “Körpü yolun bir hissəsidir” deyimini də həvəslə əlavə edərdim, lakin əfsus ki, onun deyildiyi-yazıldığı səhih mənbə məlum olmadığı üçün, bunu etmirəm.

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

IMG 20260326 WA0000
.

“Qəvvas”. Zugzwang dövrünün sehrli teatrı

Elmir Mirzəyev
16 İyun 2026
WhatsApp Image 2026 05 25 at 14.36.43
.

SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib

AzLogos
25 May 2026
Başlıq
.

Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair

Elmir Mirzəyev
25 Aprel 2026
1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör