Azlogos
  • Qaydalar
  • Kimlər var

IMG 20260326 WA0000 "Qəvvas". Zugzwang dövrünün sehrli teatrı WhatsApp Image 2026 05 25 at 14.36.43 SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib Başlıq Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair 1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Nümayiş sezonu – iqtidarın sınaq günləri

Mirzə Mirzə
., Mövqe
07 İyun 2020
Oxuma vaxtı:4 dəqiqəyə oxunur
72650672 503171206902837 6113927877621710848 n
Paylaş

Azərbaycan xalqının müdrik bir kəlamı var: “İnsanın özünə etdiyi pisliyi, heç kim edə bilməz”. Son günlərin hadisələri göstərdi ki, özünə ən böyük pisliyi hökumət elədi. «Niyə»si mənim üçün müəmmadır – kimsə öz ayağına güllə sıxırsa, allah bilir ağlından nələr keçir, bunu niyə edir?

«Necə»sini isə hamımız gördük – iki fərqli (Milli Şura və vətəndaş cəmiyyəti) mitinqə cəhddə yaşananları soyuq başla analiz etməyin zamanıdır.

19 oktyabrda ənənəvi müxalifətin aksiyasının olacağı ilə bağlı məlumatlı idim. Lakin, irimiqyaslı bir hadisə gözləmirdim, düşünürdüm ki, BŞİH qarşısında keçirilən piketdə olduğu kimi, uzağı 50-60 nəfərin polislə kiçik bir toqquşması olacaq, bununla da hamı dağılaşacaq. Rəsmi propaqandamız «müxalifətin sosial bazası yoxdur», «bütün resusrları tükənib» deyirsə, hər halda sosial bazadan məhrum adamların üstünə «top-tüfəng»lə getməz.

Tamam, aydın məsələdir ki, kütləvi hadisələr, üstəlik Azərbaycan kimi ölkədə, qar topu kimi böyüməyə meylli olur. Propaqanda başqa, reallıqda isə polis tədbir almalıdır. Bəs, gənc aksionist-performansist Qiyas İbrahimovun anasının polis bölməsinə aparılmasıdamı «tədbir»dir? Nəmənə tədbirdir bu belə?

Bakı şəhərinin mərkəzində komendant saatı elan edilmişdi(?!) Nəqliyyat vasitələrinin hərəkəti dayandırılmışdı. Sonra, birdən-birə “Purge Night” filminin mənzərələri yaşandı. Polislər mitinq iştirakçısı olan, olmayan; şüar səsləndirən və səsləndirməyən, hətta kənardan tamaşa edən vətəndaşlara dəyənək, təpik, yumruq ilə zərbələr endirir, onları təhqir edirdi. Mitinqə aidiyyatı olmayan adamlar da bu mənzərələr qarşısında nifrət dilinə keçir, polisin ünvanına təhqirlər səsləndirirdi. Fövqəladə hallarda azərbaycanlıların vətəndaş jurnalistikası, həmrəyliyi aktiv hala gəlir. Dediyim kimi, sadə vətəndaşların «çujoy poxmel» döyülməsi, hər bir kəsi narahat etmişdi, coşdurmuşdu.

O gün dövlət və dövlətçilikmi müdafiə olunurdu? Düzmü başa düşmüşəm? Daha çox dövlətə olan inamın sarsıdılması əməliyyatına oxşayırdı. Bu mitinqdə yaşananlar o qədər sual doğurur ki, nə desən ehtimalogiya olacaq. Dəqiq olan bir şey var – on beş nəfərin bir nəfəri huşu gedənə qədər döyməsi, sonra necə gəldi maşına atması, adamda bir sual yaradır: bu homo-erectuslar danışa, düşünə, sevə bilirmi? Bir mitinqin qarşısını almaqdan ötrü, bütün şəhəri iflic vəziyyətə salmağa ehtiyac yox idi. Mitinqə cəhdi rüşeymdə boğmaq necə olur – polis bunu yaxşı bilir. Biz də onu yaxşı bilirik ki, bəzən kritik kütlənin toplaşmasını gözləyə, sonra nümayişkəranə çırpa da bilər polis. Vəziyyətdən, instruksiyadan asılıdır. Cənab prezident demişkən – çox dərinə getmək istəmirəm.

Qayıdaq vətəndaşlarımıza. Əcəb şeydir, apolitik kütlənin böyük əksəriyyətini siyasiləşdirən özləri, sonra bundan narahat olan da özləri. Dəyərli bəy erasının sonu yazımda təsvir etdiyim adamlarla özümü həmrəy hiss etməyim xoşuma gəlmir. Dəyərli bəyləri babat qiymətə mindirdi hökumət. Bir-biri ilə konfliktdə olan solçularla dəyərli bəylərin, qısa da olsa ittifaqına nail oldu hökumət. Hökumətimiz olduqca psixodelik hökumətdir. Əlbəttə ki, şou ilə, şiddətlə alçaldılan retroqradlarla həmrəy hiss edəcəm özümü. Hətta rəisi tərəfindən qapazlanan polislə də həmrəyəm, çünki şiddət ona qarşı da yolverilməzdir. Bəsdirin bir-birinizlə təpik, qapaz, söyüş dili ilə danışdınız, pis çuşkalar.  

Görünən odur ki, hökumətin kadr sıxıntısı var, yoxsa «Qadına şiddətə son» aksiyasını da göz görə-görə «uduzmazdı». Nə olardı ki, daha çox qadın qoşulsaydı bu yürüşə, hər təbəqədən, hər ideolojidən, hər dindən? Bunlar ki, siyasi məzmunlu aksiyalar deyil, onlara qarşı niyə öküzlük edirsiniz? Mənə çox maraqlıdır – görəsən «Qadına şiddətə son» aksiyasının dağıdılmasını islahatlarda israrlı olan İlham Əliyevə necə izah edirlər? Yoxsa izah etmirlər? Bu aksiyada Sənay Yağmur da var idi. Sənay, hər iki qaragüruh cəbhədən şiddət görüb. Yəni immuniteti sizin hər növ şiddətinizə qarşı peyvəndlidir.

Ölkədə baş verən prosesləri küyə getmədən analiz edən, hər şeyi nəzərə alan, hesabını götürən gənclik var. Zamanın ruhu nəyi tələb edirsə, o cür yaşayan və arzulayan yeni nəsil. Onsuz da bu ölkəni gec-tez biz idarə edəcəyik. Hər şey çox yaxşı olacaq.

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

IMG 20260326 WA0000
.

“Qəvvas”. Zugzwang dövrünün sehrli teatrı

Elmir Mirzəyev
16 İyun 2026
WhatsApp Image 2026 05 25 at 14.36.43
.

SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib

AzLogos
25 May 2026
Başlıq
.

Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair

Elmir Mirzəyev
25 Aprel 2026
1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör