Azlogos
  • Qaydalar
  • Kimlər var

WhatsApp Image 2026 05 25 at 14.36.43 SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib Başlıq Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair 1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

To Be a Woman

Elmir Mirzəyev Elmir Mirzəyev
., Kültür
02 Sentyabr 2020
Oxuma vaxtı:4 dəqiqəyə oxunur
1
Paylaş

Yenə sosial şəbəkələr silkələnir, görəsən nə baş verir? Heç zad, Bakıda keçirilən “Maiden Tower. To Be a Woman” (“Qız Qalası. Qadın olmaq”) Beynəlxalq müasir incəsənət festivalında içveçli rəssam xanım, Göteborqlu Carolina Falkholt-un bir köhnə kombinatın üzərində yaratdığı tablo “ana-bacı” söhbətlərinə uyğun gəlməyib.

İnstallasiyanın baş tutduğu kombinat Rəssamlar İttifaqının tərk edilmiş sənət və istehsalat kompleksi idi, SSRİ dağılandan sonra müxtəlif ticarət müəssisələrinə icarəyə verilmişdi.

Qısası, əsərin üstünü mavi rənglə boyayıb, “abıra” gətiriblər. Əlbəttə, başqa necə ola bilərdi ki? «Əgübdü».

İşin ən maraqlı tərəfi odur ki, festivalın adından göründüyü kimi başlıca mövzu Azərbaycan qadınlarının seçki və başqa hüquqlar əldə etməsinin 100 illiyidir və qadınların cəmiyyətimizdə və ümumilikdə dünyada rolunu vurğulamağa hədəflənib. Belə bir hadisənin məhz bu tematikalı, qadın mövzulu festivalda baş verməsi də diqqətəlayiq haldır.

Rəsmi xəbərdə deyilirdi ki, “Qız Qalası. Qadın olmağ”ın təşkilatçı və iştirakçılarının ortaq məqsədi müasir incəsənət prizmasından gender bərabərliyi məsələlərinin inkişafına dair fikir və düşüncələrini əks etdirir, eləcə də dünya ictimaiyyətində qadınların güclənməsinin vacibliyi və bu mövzunun ən aktual suallarına cavab vermək məqsədi daşıyır. Eyni zamanda qeyd edilirdi ki, bu festival “İMAGINE-Avro Tolerantlıq” Festivalı və “FANTAZİYA” Mədəni irs Festivalından sonra ölkəmizdəki Avropa Birliyi nümayəndəliyi tərəfindən maliyyələşdirilən və Avropa dəyərlərini və prinsiplərini təbliğ edən üçüncü böyük festivaldır.

Rəsmi xəbərlərdə o da deyilirdi ki, xanım Falkholt-un əsərinin təsvir edildiyi divar, Bakının 3-cü mikrorayonunda bir “novostroyka” bina ilə üzbəüz imiş. Və məhz onun sakinlərinin polisə çoxsaylı şikayətlərindən sonra “aidiyyəti qurumlar” tərəfindən bu public-art ilə bağlı həmin tədbir görülüb, qanunçuluq da bunu tələb edirmiş. 

Nə gözəl, nə pakizə. Təki ədalət hər zaman zəfər çalsın. Vallah.

Ən maraqlı məsələ isə budur ki, Carolina Falkholt öz ölkəsində də, dünyada da skandal installyasiyaları ilə məşhurdur. Hələ 5 il bundan öncə öz ölkəsinin Nyköping şəhərində bir məktəbin divarında çəkdiyi qraffitiyə görə skandal qopubmuş, amma o zaman həmin orta məktəbin müdiri Harke Steenbergen, vaginanın təsvir olunduğu qraffitinin qorunmasına tərəf olmuşdu.

Bir il öncə isə rəssam xanım paytaxt Stokholmda bir binanın divarı boyu böyük bir penis qraffitisi ilə gündəmə gəlmişdi. O zaman installyasiyanın yerləşdiyi binanın məxsus olduğu marketinq şirkətinin rəhbəri Camilla Klint “bizimlə qonşuluqda yaşayanların fikirlərinə hörmətlə yanaşmalıyıq” desə də, incəsənət qurumu olan Kollektivet Livet yaradıcılığın azad olduğunu bəyan etmiş, bununla da diskussiya bitmişdi.

Bizdə baş verən hadisə ilə bağlı isə xatirimə Bosniyanın paytaxtı Sarayevoda bir zamanlar italiyalı rəssam Francesco Perilli tərəfindən quraşdırılmış “The multicultural man will build the world” (Multikultural insan dünyanı qurur) monumenti düşdü.

Bu monumentin çox sadə bir konsepti var – sülh göyərçinləri ilə əhatə olunmuş 8 meridiandan ibarət qlobusun mərkəzində duran insan fiqurundan ibarətdir. Bu əsər İtaliya hökumətinin o zamanlar faciələr üzərindən yeni yaranmış Bosniya-Hersoqovina respublikasına hədiyyəsi idi.

Heykəltaraşın ideyasına görə, bu “yeni dünyanın qurucusu” çağdaş Bosniyanı ifadə edərək üç dinin – islam, katolizim və ortodoks nümayəndələrinin gələcəkdə sivil və politkorrekt birgəyaşayışın rəmzi olmalı idi.

Amma deyir sən saydığını say, gör fələk nə sayır. Əsər Sarayevonun Azadlıq meydanında quraşdırılandan bir az sonra, öz işini ziyarət etməyə gələn rəssam şok keçiribmiş – qlobusun ortasındakı “lüt kişi”yə yerli müsəlmanlar tuman geydirmişdilər. Yəni incəsənəti “əgüb” prizmasından qiymətləndirən icma və məkan kimi, biz heç yeni deyilik bu işdə. O da ki, ola qadın azadlığı mövzusu, To Be a Woman söhbəti. Övrət və arvad sözlərinin etimologiyasına baş vursunlar öncə.

Arxaik cəmiyyətlərdə yaşayan arxaik insanları Seymur Baycan demiş – yığıb 1-ci sinifə aparmaq lazımdır.

Nəsə, təsəllimiz budur ki, biz tək deyilik, çox yerdə abır-həyalı insanlar var. Əfqanıstanda lap çoxdu, Pakistanda da heç vaxt ola bilməzdi bu, Səudiyyədə adamın başını kəsərdilər, İranda isə krandan asardılar.

Hələ biz “toya getməliyik” bunların içində.

 

1 - 5
- +
1 (2)
I JBLDu G w
65908198 2889266517767086 8652194253282670534 n
Sarajevo7
Vagina

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

Unnamed
Kültür

Ramina Saadatxan beynəlxalq VIMA 2026 sərgisində

AzLogos
01 İyun 2026
WhatsApp Image 2026 05 25 at 14.36.43
.

SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib

AzLogos
25 May 2026
Başlıq
.

Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair

Elmir Mirzəyev
25 Aprel 2026
1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör