Azlogos
  • Kimlər var
  • Bizi tanı

Bakirə intiharlar Xocalı qətliamı haqqında hər şey Qaralar üçün İsrail "Kitabi-Dədə Qorqud"un ilk azərbaycanlı araşdırıcısını niyə güllələdilər? Rəqəmsal konslager Liberalların çirkin siması
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • Artlogos
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

200 manatın problemi

Toğrul MaşallıToğrul Maşallı
Bazar
12 Fevral 2019

2005-ci ilin fevral ayının 7-də Azərbaycan Respublikası prezidenti “pul nişanların denominasiyası” haqqında fərman imzalayıb. Fərmana uyğun olaraq, 2006-ci il yanvarın 1-dən etibarən ölkəmizdə yeni pul nişanlarının istifadəsi başlanmışdı. Köhnə manatlar 5000:1 nisbəti ilə yeni manatlara dəyişdirilirdi. Müvafiq fərmana əsasən, Mərkəzi Bank qəpiklər ilə bərabər 6 yeni əskinas buraxmışdı: 1, 5, 10, 20, 50 və 100 manat. 12 il ərzində pul dövriyyəsində hər hansı ciddi dəyişiklik baş verməmişdi. 2018-ci ilin may ayında isə cəmiyyətə yeni nominallı – 200 manat – əskinas təqdim olundu. Çox keçməmiş bu əskinas dövriyyəyə buraxılmışdı.

Bir çox hallarda yeni əskinasların dövriyyəyə daxil edilməsi iqtisadiyyatda baş verən proseslər ilə sıx bağlıdır. Yeni əskinasın buraxılışı ya dövriyyəni tənzimləməyə, ya da həyata keçirilən əməliyyatları asanlaşdırmağa yönəlib. Xüsusən də nəzərə almaq lazımdır ki, 21-ci əsrdə nağdsız ödənişlərin artdığı dövrdə, yeni əskinasların buraxılışı ciddi əsaslandırma tələb edir. Bəzi hallarda onların buraxılışı labüddür. Misal üçün, ölkədə yüksək dərəcəli inflyasiya müşahidə olunanda, istehlakçılar xərcləri artır və bu da əskinasların dövriyyəsini artırır. Bir qədər tənzimləmək üçün, adətən yuxarı nominallı əskinaslar buraxılır (məsələn, Zimbabvedə mövcud olan 1 milyard dollarllıq əskinas).

Düzdür, Azərbaycanda hələ də nağd ödənişlər vacib yer tutur. Belə ki, POS-terminallar ilə əməliyyatların ümumi həcmi 2,4 milyard manat təşkil edir. Müqayisə üçün, bankomatlar vasitəsilə nağdlaşdırılan vəsaitin ümumi həcmi 13 milyarddır. Buna rəğmən, daha yüksək nominallı əskinasın buraxılması hər hansı prosesin nəticəsidir. Mərkəzi Bank isə bunu 100-manatlıqlara yüksək tələbat ilə izah etməyə çalışdı. Belə ki, Mərkəzi Bankın 2017-ci ilin nəticələrinə dair hesabatda qeyd edilib ki, iri nominallı pul nişanlarının (50 və 100 manat) xüsusi çəkisi 90%-i üstələyib və “beynəlxalq təcrübədə tədavüldə iri nominallı pul nişanlarının xüsusi çəkisi 75%-dən yuxarı olduqda mərkəzi banklar tərəfindən dövriyyəyə daha iri nominallı pul nişanlarının buraxılması nəzərdən keçirilir”. Ümumiyyətlə Azərbaycanda yeni əskinasların dövriyyəyə daxil edilməsi barədə şayшələr birinci devalvasiyadan sonra başladı. Uzun müddət ərzində Mərkəzi Bank bunu daim təkzib edirdi.

Nəticədə, iyun ayından etibarən Azərbaycanda dövriyyəyə 200 manatlıq əskinaslar buraxılıb. Yarım ildən çox keçməsinə baxmayaraq, əhalinin böyük hissəsi bu əskinaslara ya ümumiyyətlə rast gəlməyib, ya da nadir hallarda müşahidə edə bilib. Buna görə, əskinasların sayına dair məlumatlar ciddi maraq doğurur. Təəsüflər olsun ki, MB əskinaslara dair detallı məlumat vermir. Yalnız 200 manatlıq əskinaslara dair bir istisna edilmişdir. Bu barədə ilk məlumat dekabrın 12-də verilmişdi. Müvafiq dövrə olan məlumata görə, dövriyyədə təxmini 1 milyon ədəd 200 manatlıq əskinas var idi. Onların ümumi həcmi pul dövriyyəsinin 3% təşkil edirdi. Sayını biz hər hansı digər məlumat ilə müqayisə edə bilmirik (2018-ci ilin əvvəlinə dövriyyədə 400 milyona yaxın pul nişanı var idi), amma pul dövriyyəsində olan payına görə – bu çox aşağı göstəricidir.

200 manatlıqlara dair növbəti məlumat isə fevralın 1-i paylaşılıb. Müvafiq dövr ərzində pul kütləsinin 20% artmasına baxmayaraq, yeni əskinasların həcmi 2 dəfə artıb. Onların ümumi sayı 2 milyona, dövriyyədə payı isə 5% çatıb. Yenə də dövriyyədə payı çox aşağıdır. MB sədri E. Rüstəmov öz çıxışında bunun maraqlı izahını verib. İlk əvvəl nəzərə almaq lazımdır ki, bu əskinas bankomatlar vasitəsilə yayılmır (yalnız bank kassalarında əldə oluna bilən əskinasdır). Eyni zamanda əlavə edib ki: “Bu əskinas xaricdə böyük rezonans doğurub. Olduqca nəfis bir puldur. Banklar nə qədər istəsə, biz onlara verməyə hazırıq. Hər hansı bir faiz tutulmur”.

Başqa sözlə E. Rüstəmovun fikrincə dövriyyədə əskinasın yayılmamasının əsas səbəbləri iqtisadidir – MB heç bir məhdudiyyət yaratmır. Buna dair da o maraqlı mülahizələr paylaşıb. MB sədrinin izahına keçməzdən əvvəl, gəlin qonşu ölkələrdə olan vəziyyət ilə tanış olaq. Qonşular arasında Rusiya da 2017-ci ilin oktyabrında dövriyyəyə yeni əskinaslar buraxıb. Düzdür, onlar yuxarı nominala malik olan əskinaslar yox, sadəcə həyata keçirilən nağd əməliyyatları asanlaşdırmaq üçün, 200 və 2000 rublluq əskinaslar buraxıblar. Azərbaycan Mərkəzi Bankından fərqli olaraq, Rusiya Bankı əskinaslar ilə bağlı çox detallı məlumat paylaşır. Belə ki, onların məlumatına görə, 2019-cu il yanvarın 1-nə 200 və 2000 rubllar ümumi əskinasların sayında 2 və 4% təşkil edirlər. Dövriyyədə payları isə müvafiq olaraq 5% təşkil edir. Başqa tərəfdən bizim “200 manat”ı Rusiyada mövcud olan 5000 rublluq əskinas ilə müqayisə etmək daha düzgün olardı. Deməli, ümumi əskinasların sayında 5000 rublluq əskinasların sayı 24% təşkil edir (yuxarıda qeyd olunan məlumatları nəzərə alsaq, 0,5-1% arasında olduğunu deyə bilərik). Dövriyyəyə isə nəzərə saland – bu 75%-dir (bizdə 5%). Başqa sözlə ən yuxarı nominallı əskinaslarda iki ölkə arasında fərq 15 dəfədir. Düzdür, 5000 rubl artıq uzun müddətdir (2006-ci ildən) dövriyyədədir. Azərbaycanda isə normal şəraitdə 200 manatlıqlar da dövriyyədə nisbətən normal yerini tutmalı idi (10-15%). Xüsusən də, Azərbaycanda Rusiya ilə nisbətdə nağ dövriyyəsinin qat-qat yüksək olmasını nəzərə alsaq. Bunu E. Rüstəmov da bilir.

Mətbuat konfransı zamanı öz çıxışında o, qeyd edib ki, həmin əskinasdan daha çox istifadə oluna bilərdi: “Bunun da obyektiv səbəbləri var. Məsələn, kölgə iqtisadiyyatı. Əllərində olan nağd pulları dövriyyəyə çıxarmadıqları üçün dəyişə bilmirlər. Yoxsa bu gün bu pulun dövriyyəsi 10% ola bilərdi”. Müvafiq olaraq, “kölgə iqtisadiyyatı” nə qədər azalacaqsa, dövriyyədə olan 200 manatlığın həcmi bir o qədər artacaq. Başqa sözlə, onun sözlərinə görə, “Dövriyyədə nağd pulun istifadə edilməsi obyektiv olaraq məhdudlaşdırılıb”. Əks halda “200 manatlıqlara ciddi tələbat yaranardı”. Bununla birlikdə, o həmçinin daha bir maraqlı mülayizə irəli sürüb. Onun sözlərinə görə, “kölgə iqtisadiyyatı”nın əlindəki pul rəsmi dövriyyədən kənarda qalıb… Daha dəqiq bilmək istəsəniz, nağd pul kütləsi “kölgə iqtisadiyyatı”nın əlindədir. Banklarda onu dəyişə bilmirlər, çünki bu gün banklarda ciddi qaydalar və normativ sənədlər var. Ona görə də 200 manatlıqlar biz düşündüyümüzdən az sürətlə dövriyyəyə daxil olur. Bu gün kölgə iqtisadiyyatı olmasaydı, iri nominallar 10 dəfə daha sürətlə dövriyyəyə daxil olardı”.

Maraqlı məqam ondadır ki, kölgə iqtisadiyyatı da iqtisadiyyatın bir parçasıdır. Burada da pul hərəkətsiz qalmır. Bu pul bu və ya digər vasitələr ilə banklara və ya mağazalara çatır. Mağazalar və banklar öz nağd dövriyyəsində istifadə etdikləri əskinasların sayını azaltmaq istəsələr, o zaman 200 manatlıq əskinaslar çoxalar. Burada başa düşdüyümüz qədər, E. Rüstəmov kölgə iqtisadiyyatı və evdə saxlanılan yığımları çaşdırır.

Kölgə iqtisadiyyatında olan vəsait heç bir halda rəsmi dövriyyədən kənarda qala bilməz. Azərbaycanda manatın yeganə mənbəyi Mərkəzi Bankdır. Pul bankdan çıxsa belə, o hər bir halda Mərkəzi Bankın rəsmi dövriyyəsində qalır. Başqa tərəfdən, Azərbaycanda devalvasiyadan sonra manata inam ciddi olaraq sarsıldı və insanlar hər hansı yığımlarını evdə saxlasar belə, onu dollar və ya avro şəklində etməyə çalışırlar. Manat ilə pul saxlamaq bir qədər mənasız görsənir. Ona görə manatları adətən müxtəlif xərclərə yönəldirlər. Buna görə də həmçinin bütün manatlar yenidən bank sektoruna qayıdırlar. Əlbəttə ki, xarici valyutanın bir hissəsi ola bilər ki, Mərkəzi Bank nəzarətində olmayaraq, ölkəyə çatıb, amma ölkədən manatın çıxarılması bir qədər mənasızdır – sərhədlərdən o tərəfə demək olar ki, heç kimə lazım deyil. Ən yaxşı halda Gürcüstanda və Rusiyanın həmsərhəd bölgələrində manat dövriyyədə ola bilər. Amma bu dövriyyənin bərpası üçün və manatdan nəyinsə qazanılması üçün, onlar onu daim Azərbaycana göndərməlidirlər. Belə də, Rusiyada və Gürcüstanda manatı dövriyyədə onsuzda istifadə etmək olmayacaq. Yeri gəlmişkən, bunu E. Rüstəmov da öz çıxışında bir neçə dəfə qeyd edib ki. Belə ki, onun sözlərinə görə, aprel və avqust aylarında Azərbaycanın əsas ticarət tərəfdaşlarının valyutalarının ucuzlaşması baş vermişdir və nəticədə ölkədə müəyyən panika yaranmışdı. Panikanın nəticəsi olaraq, insanların xarici valyutaya tələbatı artdı. Başqa sözlə, problemlərə görə insanlar daha çox xarici valyutaya, nəinki yerli valyutaya inanırlar.

Yüksək həcmdə nağd əməliyyatların həyata keçirilməsini nəzərə alsaq, o zaman 200 manatlıq əskinaslara tələbat yüksək olmalıdır. Müəyyən qədər, E. Rüstəmov da düzgün suallar verir, “Bank sektorundan sifariş gəlmirsə, deməli iqtisadiyyatdan gəlmir. Ən böyük məsələ də budur ki, niyə gəlmir? Hesab edirəm ki, iqtisadiyyatın bu tələbatı var. Xüsusilə də nağd iqtisadiyyatdakı pul başlıca olaraq ödəniş funksiyasını yerinə yetirir. Ödəniş funksiyalarında isə daha iri nominallar tələb olunur, amma niyə bu tələb yoxdur haqqında bizim versiyalarımız var. Burada drammatik bir faciə yoxdur, amma daha çox iqtisadi səbəblər var. Bu, kölgə iqtisadiyyatı ilə əlaqədardır”. Amma nəyəsə görə cavabını kölgə iqtisadiyyatı ilə bağlamağa çalışır. Son zamanlar ümumiyyətlə bütün problemlərdə kölgə iqtisadiyyatını günahlandırmaq müəyyən qədər dəbə çevrilib. Bunu həm Vergilər Nazirliyi, həm Gömrük Komitəsi, həm digər qurumlar edir. Baxmayaraq ki, kölgə iqtisadiyyatı bir çox hallarda səbəb yox, nəticədir. Amma bu qurumlardan fərqli olaraq, Mərkəzi Bank pul dövriyyəsi ilə bağlıdır. Burada isə kölgə iqtisadiyyatı başqa anlam daşıyır (qeyri-leqal mübadilə ofisləri, sələmçilər və s.). Bu isə heç bir halda yuxarı nominallı pul əskinaslara tələbatı məhdudlaşdırmır. Əksinə olaraq, insanlar müəyyən qədər ciblərini boşaltmaq üçün, daha böyük maraq göstərəcəklər. Ona görə Mərkəzi Bank verdiyi sualları bir qədər başqa cür formallaşdırmalıdır: niyə insanların bunu etmir? Məhz o zaman həm düzgün cavab əldə olunar, həm də pul dövriyyəsini tənzimləmək mümkün olardı.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

bank12
.

Dünya Bankının dörd il əvvəlki təklifi niyə göydə qalıb?

23 Fevral 2021
5d2d00c1a31058950192c079
.

Canavarlar və Dovşanlar: Çində ideal əməkdaş tərbiyəsi

19 Fevral 2021
02
.

Çinin “kəmər” tələsi: sağ çıxmaq üçün nə etməli?

17 Fevral 2021
1031661453
.

Tarif Şurası. Bir etimadsızlıq hekayəsi

11 Fevral 2021
1503675573_55cfe14d50817_osize969x565q71h033761
.

Su – artan qiymət, dəyişməyən keyfiyyət

01 Fevral 2021
image1170x530cropped
.

Ruandanın iqtisadi uğuru

29 Yanvar 2021

Redaktorun seçimi

Güclü atanın zəif oğlu

Yalanımız silahımızdır

Sokratların Mamed oğulları

Dil resurs kimi

Mifologiyada cins kateqoriyası

H. Z. Tağıyevin əlli illik məişəti və cəmaətə xidməti

Azərbaycanın ilk inqilabçıları

Təkrar kəşf etmək

Günel Mövludla müsahibə (Frankfur Kitab Sərgisi)

Turistə necə pul xərclətməli?

Onurğa travmam

İntihar və azadlıq

Amerikanın Lermontovu

Prof. Məsud Aşina: “Çinlə bağlı problem daha dərindir”

AXC dövründə Azərbaycan siyasi sisteminə xarici təsirlər: neft amili

Qaynana obrazı

Degenerat deputat

“Dövlətin gələcəyi barədə” – Martin van Creveld

Kütlənin əleyhinə getmək haqda kiçik bir esse

33 yaşlı amerikalı Antarktidanı təkbaşına qət edib

İnsan ölməmişdən qabaq onun xatirələri ölür

Pandemiyanın qazananı…

Milliləşdirəbildiklərimizdənsinizmi?

Qazı alınan dünya

Elçibəy KQB arxivlərini niyə açmadı?

Bizdə niyə modern sənət yoxdur?

Soyuq incəsənət müharibəsi

Milli iclaslarımız

Koronavirus – sərbəstliyə və qaydaları pozmağa öyrəşənlərin məğlubiyyəti

Zamanın ilk ölçüsü, Ay təqvimi və aybaşı – 13 rəqəminin sirri

FacebookYoutubeInstagramTwitter

az-ag

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • Artlogos

Redaksiya

Təsisçi: Prof. Məsud Aşina

Baş redaktor: Ələkbər Əliyev

Şef redaktor: Elmir Mirzəyev

Redaktor: Aygün Aslanlı, Sevda Sultanova

Texniki direktor: Camal Əli

İncəsənət: Emin Əliyev

Elm: Hacı Hacıyev

Tarix: Tural Həmid

İqtisadiyyat: Dünya Sakit

Foto: Abbas Atilay

Qrafika: Gündüz Ağayev

Dizayn: Sahil Qənbərli

Tərcüməçilər: Rəvan Quluzadə, Fəxri Qocayev

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

GöndərCancel