bulls-bike.cz
fiyonk.net
infopokrovsk.ru
okzhetpes.kz
petsdream.ru
PoliceControl.info
proarte.net.pl
provegas.ru
sultan-kazino-qazaqstan.kz
underscorejs.ru
Top UK Slot Sites
Casibom
Гама казино
betify
Azlogos
  • Qaydalar
  • Kimlər var

1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu 1651940310 Nshot 20220507 201640187 Bir söz oyunbazının kino fantaziyaları
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Canlı rulet yayınlarında gecikme olmaması, Casinomhub yükle tarafından sağlanan güçlü altyapının bir göstergesidir.

Yeni üyelere verilen avantajlı kampanyalar arasında casinomhub giriş fırsatları dikkat çekiyor.

Bahis dünyasında yenilikçi çözümler sunan bettilt farkını hissettiriyor.

Kumarhane eğlencesini dijital dünyaya taşıyan bettilt giriş çeşitliliği artıyor.

Türkiye’de şans oyunlarını yalnızca Milli Piyango ve Spor Toto düzenleyebilirken, bettilt giriş uluslararası lisansla faaliyet gösterir.

Adres değişikliklerine çözüm sunan pinco kullanıcılar için önem taşıyor.

Bahis severlerin güvenle oynadığı adres bettilt olarak bilinir.

Gerçek casino atmosferini hissetmek isteyenler bettilt seçeneklerine yöneliyor.

Her oyuncu güven içinde bahis yapabilmek için bettilt altyapısına ihtiyaç duyuyor.

İnternet üzerinden daha kolay erişim için bettilt giriş sayfası kullanılıyor.

Bahis dünyasında kullanıcıların %63’ü en çok futbol bahislerinden kazanç elde ettiğini belirtmiştir; bu, bahsegel giriş’in sunduğu güçlü oranlarla uyumludur.

Kullanıcılarına güvenli ortam sağlayan altyapısıyla bahsegel sektörde ön plandadır.

Rulet, poker ve slot makineleri gibi seçeneklerle dolu Bettilt giriş bölümü farklı deneyimler yaşatıyor.

Her an bahis yapmak isteyenler için Bettilt uygulaması hazırlandı.

Online casino oyunlarında yüksek RTP oranları sunan bahsegel kazandırıyor.

Slotlarda kullanılan semboller genellikle tema ile bağlantılıdır; bahsegel giriş bu görselleri kaliteli şekilde sunar.

Güvenilir ödeme yöntemleri, hızlı destek sistemi ve yüksek kazanç oranlarıyla bettilt giriş kullanıcılarına benzersiz bir deneyim yaşatıyor.

Bahis severler için en geniş spor kategorilerini sunan bettilt eğlencenin merkezindedir.

20 Yanvara gedən yol

Tural Həmid Tural Həmid
., Mövqe
21 Yanvar 2022
Oxuma vaxtı:11 dəqiqəyə oxunur
12
Paylaş

Qorbaçovun hakimiyyətə gəlməsi ilə SSRİ-də başlayan iqtisadi və siyasi liberallaşma Kommunist partiyası ilə rəqabətə girəbiləcək müxtəlif partiyaların ortaya çıxmasına səbəb oldu. Azərbaycanda bu partiyalardan ən güclüsü Azərbaycan Xalq Cəbhəsi idi. Bu partiyanın yaranması Dağlıq Qarabağdakı erməni millətçiliyinə qarşı əks reaksiya idi. Əvvəlcə 1988-1989-cu illərdə bu hərəkatda birləşən şəxslər erməni separatçılığına qarşı mübarizəni demokratik metodlarla davam etdirirdi. SSRİ Ali Şurası 1989-cu ilin yanvarında DQMV üzərində Azərbaycanın suverenliyini tanısa da qarşılıqlı zorakılıq AXC-nin populyarlığını qoruyub saxladı. (Daynes, 2004:337).

1989-cu ilin sonlarında ölkənin hər tərəfində mərkəzi hakimiyyətin zəifləməsi müxtəlif silahlı qrupların formalaşması ilə nəticələndi. Xüsusən DQMV-nin ərazi iddiası etdiyi qonşu Şaumyan və Getaşen rayonlarında silahlı toqquşmalar münaqişədə iştirak edən hər iki tərəfin aqressivləşməsinə gətirib çıxardı. Erməni tərəfinin hücumlarına cavab olaraq Xalq Cəbhəsi kütləvi aksiyalar təşkil etdi. Dekabrın ikinci yarısında artıq hakimiyyəti zorla devirməyə yönəlmiş irredentist çıxışlar başlandı.

İlk hadisələr Cəlilabadda başladı. Xalq Cəbhəsi fəalları dövlət sərhədini açmaq və Cənubi Azərbaycanla yenidən birləşmək şüarı ilə Cəlilabad-Astara yolunu bağladı. Yolu kəsmək üçün Cəlilabad ərazisində 200-dən çox avtomobil yığıldı. 29 dekabr 1989-cu ildə Daxili qoşunların əməliyyatı ilə yol yenidən açılsa da hadisələr səngimədi. Şəhər ərazisində AXC fəalları və əsgərlər arasında toqquşmalar yaşandı. Cəlilabadda iğtişaşlar nəticəsində 83 nəfər xəsarət aldı, 23 avtomobil isə yandırıldı. (Stolyarov, 2001:92). Bu hadisə hökumətlə müxalifət arasında ilk toqquşma kimi tarixə keçdi. Bu tarixdən etibarən AXC bütün ölkə ərazisində fəal olaraq hökumətə qarşı çıxmağa başladı. 31 dekabrda AXC fəalları Naxçıvan Muxtar Sovet Sosialist Respublikasında aktiv əməliyyatlara başladılar. SSRİ ilə İran arasındakı bütün sərhəd boyu sərhəd qurğularının kütləvi şəkildə sökülməsinə başlandı. Bu hadisə hazırda Azərbaycanda “Dünya azərbaycanlılarının həmrəyliyi” günü kimi qeyd edilir.

1990-cı ilin yanvarında azərbaycanlılarla ermənilər arasındakı münasibətlərdə gərginlik pik həddə çatdı. Hər iki tərəfdə formalaşdırılan qanunsuz silahlı dəstələr kütləvi zorakılığa və adam oğurluğuna başlayır. Bu ərəfədə 26 erməni və 51 azərbaycanlı girov götürüldü. Ermənistanda “Ermənistan Milli Ordusu” qrupları yaradıldı və Azərbaycanla sərhəd bölgələrə yerləşdirildi. Sərhəddə yerli əhalidən ibarət postlar yaradılmağa başlandı. Bu kimi silahlı mübarizə üçün hazırlıqlar Azərbaycanda da aparıldı. Burda Ermənistandan fərqli olaraq hədəf təkcə erməni tərəfi deyil, rəsmi hakimiyyət strukturları idi. Respublikanın bir sıra bölgələrində özünümüdafiə təşəbbüsü bəhanəsi ilə yerli əhaliyə ov silahları verilməyə başladı.

Hakimiyyətin güc yoluyla devrilməsi ilk olaraq Lənkəranda başlandı. Yanvarın 11-də AXCP nümayəndələri partiyanın rayon komitəsinin binasını, KQB-nin, rayon daxili işlər idarəsinin binasını, habelə Lənkərandakı poçt və telefon stansiyasını ələ keçirdilər. (Şnirelman, 2003:117). Azərbaycanın bütün bölgələrində bu formada aksiya təşkil etmək üçün teleqraf vasitəsi ilə çağırışlar edildi. Hadisə yerinə gələn Xalq Cəbhəsi liderlərinin Respublika Nazirlər Şurası sədrinin birinci müavini Artur Rəsizadə ilə apardığı danışıqlar uğursuz nəticələndi. Ölkədə başlanan vətəndaş müharibəsi vəziyyətini nəzərə alan Azərbaycan SSR Nazirlər Sovetinin sədri Mütəllibov yanvarın 11-də daxili qoşunların əlavə kontingentinin yaradılması xahişi ilə SSRİ Nazirlər Sovetinə və SSRİ Daxili İşlər Nazirliyinə müraciət etdi. Ancaq hadisələr nəzarətdən çıxırdı. Yanvarın 12-də Xanlar və Şaumyan rayonlarının sərhəddinə yaxın bir sıra kəndlərə silahlı hücumlar başlandı. Atışmada 3 nəfər öldü, 17 nəfər isə yaralandı. Həmin gün Bakıda anti-erməni nümayişləri başlandı. Bakının mərkəzi bazarında bir erməni izdiham tərəfindən döyülərək öldürüldü. (Stolyarov, 2001:93). Mingəçevir, Naxçıvan, Əli Bayramlı şəhərlərində, həmçinin Şərur, Tovuz, Biləsuvar və Masallı rayonlarında anti-erməni və hökumət əleyhinə mitinqlər keçirildi. Bu mitinqlərdə əsas tələb ermənilərin işdən dərhal çıxarılması, respublikanın ərazisindən qovulması və mənzillərinin ələ keçirilməsi idi.

Kritik hadisələr yanvarın 13-də yaşandı. Xalq Cəbhəsinin Lenin meydanında təşkil etdiyi icazəsiz aksiyaya 150 mindən çox adam toplaşdı. İzdihamda ermənilərə qarşı qisas çağırışları olan şüarlar səsləndi. Bəzi AXC fəalları izdiham içərisində Bakıdan çıxarılmayan erməni ailələrinin ünvanları olan bukletlər paylayırdı. İki azərbaycanlının ermənilər tərəfindən öldürülməsi barədə şayiələr isə vəziyyəti kəskinləşdirdi. Mitinqdən sonra 5 min nəfərlik aqressiv düşüncəli qrup Bakının müxtəlif ərazilərində kütləvi iğtişaşlar yaratdılar. Yanvarın 13-dən 18-dək davam edən poqromda 587 mənzil dağıdıldı, 56 nəfər öldü, 156 nəfər yaralandı (onlardan 48-i ağır idi). (Zhirokhov, 2012:291). 12 cəsəd tamamilə və ya qismən yandırılmışdı. Yanvarın 14-də 25-30 nəfərlik bir qrup axşam yaşlı Torosyan ailəsinin mənzilinə girdi. Ekstremistlər oradakı hər kəsi vəhşicəsinə döydülər, Torosyan ailəsini və qonşusu Arutyunovanı zorla evindən çıxardaraq benzinlə yandırıb öldürdülər.

Daxili İşlər Nazirliyinin orqanları aqressiv kütləni çox çətinliklə ram edə bilirdi. Hökumət dərhal ermənilərin şəhərdən təxliyəsinə başladı. Bu müddət ərzində Azərbaycandan 27 mindən çox erməni təxliyə edildi. (Brown, 1995:15). 16 min nəfər erməni Xəzər dənizi üzərindən, digərləri isə hava yolu ilə Bakıdan çıxarıldı. Bu poqrom AXC fəalları arasında parçalanma yaratdı. Leyla Yunusova və Zərdüşt Əlizadə Azərbaycan Xalq Cəbhəsinin radikal qanadının rəhbərlərini anti-erməni poqromlarında günahlandıraraq hərəkatdan ayrıldı. (De Waal, 2003:89). Daxili Qoşunların erməniləri təxliyə etməsinə Xalq Cəbhəsinin təşkil etdiyi süni maneələr problem yaradırdı. Qoşunların hərəkət etdiyi istiqamətlərdə yük maşınlarının və avtobusların süni tıxacları, qadın və uşaqların canlı maneələri istifadə edilirdi. 15 yanvarda SSRİ Ali Sovetinin Rəyasət Heyətinin qərarı ilə DQMV-nin ərazisində və Azərbaycanın bir sıra digər bölgələrində, eləcə də Ermənistanda fövqəladə vəziyyət elan edildi.

18-19 yanvar tarixlərində hökumətin və partiya rəhbərliyinin istefası tələbləri daha yüksək səslə səsləndi, Mərkəzi Komitə, Nazirlər Şurası və Respublika Silahlı Qüvvələri Rəyasət Heyətinin işçilərinə qarşı açıq formada təhdidlər səslənirdi. Ümumilikdə, yanvarın 1-dən 19-dək respublikada 1,5 milyon adamın iştirak etdiyi mitinqlər təşkil edilmişdi. Yanvarın 18-də Bakıda və ən azı respublikanın 7 rayonunda (Gəncə, Xanlar, Lənkəran, Astara, Cəlilabad, Şərur, Ordubad) hakimiyyət Xalq Cəbhəsinin əlinə keçdi. (Zhirokhov, 2012:291). Zərdüşt Əlizadə daha dəqiq, 27 rayonun adını qeyd edir.

Yanvarın 19-u respublikanın paytaxtında komendant saatı, küçə və meydanlarda milis patrul xidməti tətbiq edən Müdafiə Şurasının yaradılması elan edildi. İşçilərin kütləvi tətili və AXC tərəfinə keçməsi müəssisələrin və şəhər nəqliyyatının işini iflic etmişdi. KİV Xalq Cəbhəsi tərəfindən tamamilə nəzarət altına alınmış, radio və televiziya binası AXC tərəfindən ələ keçirilmişdi. AXC fəalları “Salyanski” kazarmasını ələ keçirə bilməsələr də yollara beton bloklar düzərək oranı blokadada saxlayırdı. Gərgin vəziyyətlə əlaqədar olaraq, Sov.İKP Mərkəzi Komitəsinin katibi Andrey Girenko, Sov.İKP MK Siyasi Bürosuna üzvlüyə namizəd Yevgeni Primakov, SSRİ Müdafiə Naziri marşal Dmitri Yazov, Quru Qoşunlarının Baş Komandanı, Müdafiə Ordusu Nazirinin müavini general Valentin Varennikov və digər yüksək vəzifəli şəxslər təcili olaraq Bakıya gəldi.

Andrey Girenko bu görüşü belə xatırlayır: “Elçibəy və Xalq Cəbhəsinin digər liderləri ilə görüşdük. Primakov və mən onları qəbul etdik. Bu görüşdə Vəzirovun vəziyyətə nəzarəti tamamilə itirdiyi mənə məlum oldu. Onlardan yollardakı və aerodromdakı barrikadaları sökməsini, insanları qoşunlarla təhlükəli toqquşmadan xilas etməsini xahiş etdim.” (De Waal, 2003:92). Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin ikinci katibi Viktor Polyaniçko Xalq Cəbhəsi sədrinin müavini Etibar Məmmədovla apardığı danışıqlar zamanı gecə yarısından etibarən qoşunların şəhərə daxil olacağını bildirdi. Etibar Məmmədovun cavabı isə qəti idi: “O zaman müqavimət göstərəcəyik”. (Babanov və Voyedvodskiy, 1992:38).

Bu kritik şəraitdə yanvarın 19-da SSRİ Ali Sovetinin Rəyasət Heyəti “Bakı şəhərində fövqəladə vəziyyət rejimi haqqında” fərman imzaladı, küçəyə çıxmaq qadağan edildi. Ancaq televiziya stansiyasında elektrik təchizatı bloku 19:30-da partladıldığına görə (Enerji bloku çox güman ki, AXC üzvləri tərəfindən partladılmışdı) şəhər sakinləri bu qərardan xəbər tutmadılar. Əksər Bakı əhalisi fövqəladə vəziyyət barədə yalnız səhər saat 5.30-da radiodakı elandan və helikopterlərdən səpələnmiş broşuralardan sonra xəbər tutdu. (De Waal, 2003:93).

O zaman artıq gec idi. 1990-cı il yanvarın 20-nə keçən gecə, gecə yarısından etibarən Sovet ordusu 5 istiqamətdən Bakıya girdi. Ordu tapşırığa uyğun olaraq, saat 00-00-da Bakıya girməli, barrikadaları aradan qaldırmalı və şəhərdə blokadada qalan 12 000 Daxili qoşun, 3600 Sovet əsgərini çıxartmalı, dövlət və hökumət binalarını AXC fəallarının əlindən almaq idi. Bununla əlaqədar Daxili İşlər Nazirliyinin əməkdaşları insanları evlərinə getməyə və fövqəladə vəziyyətə riayət etməyə çağırsalar da görülən tədbirlər istənilən nəticəni vermədi. AXC fəalları ordunun gəlişi ərəfəsində səsgücləndiricilər vasitəsi ilə hər kəsi küçəyə çıxmağa səslədi. (Chernyavskiy, 2002:43). Küçəyə çıxma qadağasının elan olunduğu şəhərə daxil olan ordu, onun qarşısını kəsməyə çalışan insanların AXC fəalları olduğunu yəqin edərək atəş açmağa başladı.

Sovet ordusu, odlu silahdan güclü müqavimətə Moskovski prospektində, Suvorov küçəsinin Tbiliski prospekti ilə kəsişməsində, Əlişir Nəvai və Çapaev küçələrinin kəsişməsində rast gəldi. Qoşunlara qarşı ən sərt müqavimət isə “Salyanski” kazarması yaxınlığındakı Tbiliski Prospektində baş verdi, burada atışmalar səhər saat 4.30-a qədər davam etdi. (Stolyarov, 2001:98). Hüquq-mühafizə qüvvələri ağır əşyalar, yanan maye şüşələri, müxtəlif silahlardan, o cümlədən avtomatik avtomatlardan atəşə tutuldu. Qoşunların daxil olduğu gecə atışma zonasına düşən dörd polis əməkdaşı öldürüldü (biri daha sonra öldü), dörd nəfər isə yaralandı. Azərbaycan Səhiyyə Nazirinin verdiyi açıqlamaya əsasən yanvarın 19-dan 20-dək 532 nəfər tibbi yardım almaq üçün Bakıdakı tibb müəssisələrinə müraciət etdi. İlk açıqlamalarda yanvarın 20-nə keçən gecə atışmalarda 69 nəfər mülki şəxsin həyatını itirdiyi bildirilirdi. Onların 62-si azərbaycanlı, 2-si yəhudi, 3-ü rus, 2-si isə tatar idi. 1 gün sonra bu məlumat dəqiqləşdirildi (112 ölü, 715 yaralı). (Makuyev, 1993:19). Hərçənd ordu 20 yanvar günü şəhərə tamamilə nəzarət etsə də atışmalar təkcə Bakıda yox, eləcə də Neftçala və Lənkəranda fevral ayına qədər davam etdi. Ordunun ən böyük itkisi “Salyanski” kazarması ərazisində qeyd alındı. AXC fəallarının şəhərdən təxliyə edilən hərbçilərin və ailə üzvlərinin olduğu kolona atəş açması nəticəsində 9 nəfər öldü. Beləcə, yanvarın 20-dən fevralın 11-dək Bakıda öldürülənlərin ümumi sayı 142 nəfər, yaralılar isə 498 nəfər təşkil edirdi. Atışmalarda Azərbaycan SSR Daxili işlər nazirliyi əsgərlərindən 8, SSRİ Daxili işlər nazirliyi əsgərlərindən 5, Sovet ordusundan isə 22 əsgər olmaqla ümumilikdə 35 nəfər həyatını itirir. (Zhirokhov, 2012:295). Hadisələr zamanı mülki əhalidən 397, ordudan isə 101 nəfər yaralanmışdı. AXC rəhbərliyində olan şəxslərdən heç biri bu atışmalar zamanı xəsarət almır. Hakimiyyəti ələ aldıqdan sonra onlar həbs olunaraq Lefortovo həbsxanasına göndərilir, qısa müddət sonra isə azadlığa buraxılırlar.

Bu hadisəyə dünyada baxış birtərəfli oldu. Bakıdakı hadisələrlə bağlı bütün dünya SSRİ hökümətinə dəstəyini bildirdi. ABŞ prezidenti Corc Herbert Buş, qoşunların Bakıya daxil olmasını Qorbaçovun “nizam-intizamın qorunması” üçün əsaslandırılmış zərurət hesab etdi. Türkiyənin Xarici işlər naziri Mesut Yılmaz hadisələri SSRİ-nin daxili işi kimi qiymətləndirdi. Türkiyə prezidenti Turqut Özal isə “Onlar şii, biz sünni, İran düşünsün” açıqlamasını verdi. Beləcə Azərbaycanda Sovet hakimiyyəti müvəqqəti olaraq yenidən quruldu.

Bir il sonra əbədi dağılmaq üçün.

İstifadə olunan ədəbiyyat

Владимир Дайнес, (2004), История России и мирового сообщества

Кирилл Столяров, (2001), Распад: от Нагорного Карабаха до Беловежской пущи

Виктор Шнирельман,(2003), Войны памйати: мифы , идентичность и политика в Закавказье

Михаил Жирохов , (2012), Семена распада: войны и конфликты на территории бывшего СССР

Cynthia G. Brown, (1995), Playing the “communal Card”: Communal Violence and Human Rights

Thomas de Waal, (2003), Black Garden: Armenia and Azerbaijan through Peace and War

Игорь Бабанов, Константин Воеводский, (1992), Карабахский кризис

Станислав Чернявский, (2002), Новый путь Азербайджана

Руман Макуев, (1993), Правоприменительная деятельность милиции

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
488656195 122127540776763171 3687452932550618916 N
.

Vətən oğlu

Mirzə
17 Aprel 2025
1651940310 Nshot 20220507 201640187
.

Bir söz oyunbazının kino fantaziyaları

Sevda Sultanova
03 Noyabr 2024
17aheds Knee Superjumbo
.

Sənət və siyasətin qarşıdurması: ‘Ahedin dizi’ və estetik zəiflik

Sevda Sultanova
19 Sentyabr 2024
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

136bet.com.br
aviator-game.mw
aviator.com.az
big-bass.co.uk
focuspcg.com
humanics-es.com
iuorao.ru
oren-sarmats.ru
spicybet.com.br
sweet-bonanza.com
aviator
pinco
allabouteng.com
auruhana2.kz
bsl.community
docwilloughbys.com
editorialabiertafaia.com
erkindik.kz
kabuki-bremen.de
minnaz.ru
prockomi.ru
saintvincenthome.org
aviator
pinco
136bet
top 10 online casino belgië
verde casino
seriöse online casinos österreich
norsk casino
pinco casino

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
aviator
pinco
nayora.org
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör