Azlogos
  • Qaydalar
  • Kimlər var

Daşaltı əməliyyatı (1992) Xankəndinin (Kərkicahanın) işğalı (1992) Toksik pozitivlik Andrey Tarkovski pafosu və yaxud kinonun Xlestakovu Doğum evinin həyətində məni və itim Mumunu narahat edən ağır suallar barəsində Şeytan ayələri
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

1988-ci ildə Dağlıq Qarabağın iqtisadi əlaqələri

Toğrul Maşallı Toğrul Maşallı
., Bazar
20 Oktyabr 2020
maxresdefault

Xankəndi, 1988

Paylaş

Dağlıq Qarabağ münaqişəsi barədə danışarkən hesab olunur ki, onun aktiv fazası 1988-ci ilin fevralında başlayıb. Məhz 1988-ci ilin 13 fevralında Stepanakertdə (indi Xankəndi) Vilayət partiya komitəsinin binası qarşısında ilk mitinq keçirilir. Fevralın 20-də Dağlıq Qarabağın Vilayət Soveti Ermənistana birləşmək haqqında qərar çıxarır və SSRİ Ali Sovetinə göndərir. Bununla da münaqişənin əsası qoyulur.

Amma reallıqda münaqişə 1987-ci ildə artıq başlamışdı. Maraqlıdır ki, onun əsasını formal olaraq iqtisadi məsələlər qoymuşdu.

Ümumiyyətlə, iqtisadiyyat Dağlıq Qarabağ münaqişəsinin tarixində vacib rol oynayıb. Hətta müxtəlif söhbətlərin aktivləşdiyi 60-ci illərdə yerli erməni əhali daim məhz “iqtisadi diskriminasiya” məsələsini qaldırırdı. Təəccüblü deyil ki, 1987-ci ildə yaranan “Qarabağ komitəsi” məhz 1985-ci ildə Ermənistan SSR İqtisadiyyatın İnstitutunun əməkdaşı İqor Muradyanın ətrafında yaranmış çevrədən formalaşmışdı. Ümumiyyətlə, gələcəkdə münaqişədə aktiv rol oynayan şəxslər, əsasən, yerli müəssisələrin direktorları, müəssisə partiya komitəsi rəhbərləri olublar.

Eyni zamanda münaqişə barədə ilk açıqlama da iqtisadiyyatla bağlı idi. 1987-ci ilin noyabrında M.S.Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri A. Aqanbekyan Fransada səfərdə ikən yerli ermənilərin təşkil etdiyi tədbirdə sualların birinə cavab olaraq “Mən bir iqtisadçı kimi hesab edirəm ki, Qarabağ iqtisadi cəhətdən daha çox Ermənistana bağlıdır, nəinki Azərbaycana” demişdi.

Bu sözlər Fransa Kommunist Partiyasının “L’Humanité” qəzetində dərc olunmuşdu. Faktiki bu da artıq 1988-ci ilin fevralına hazırlıq idi. Əlbəttə ki, kommunist qəzetində dərc edilən məlumat gizli qala bilməzdi və müvafiq əks-səda yaranmışdı.

Məsələnin maraqlı tərəfi odur ki, Dağlıq Qarabağ iqtisadi olaraq Ermənistanla sıx bağlı deyildi. Odur ki, məhz iqtisadçı kimi bunu demək mənasız idi. 1988-ci ildə dərc olunan bütün məlumatlar göstərirdi ki, Dağlıq Qarabağ Muxtar Vilayəti iqtisadi baxımdan Azərbaycandan asılıdır. Hətta o zaman yerli aktivistlər bu asılılığı problem kimi görürdülər. Ermənistana birləşməyi təklif edənlər yazırdılar ki, yerli hökumət Ermənistanla əlaqələri çətinləşdirir (yol bərbad vəziyyətdə idi, iqtisadi əlaqələr Bakı tərəfindən təsdiqlənməliydi və s.).

Yəni yuxarıdakı fikirlər tam bir-birinin əksinə olan çıxışlar idi. Amma 80-ci illərin sonlarında faktları yoxlamaq heç kimi maraqlandırmırdı. Kimsə çıxış edib nəsə deyirdi və dedikləri fakt kimi qəbul olunurdu. Yeri gəlmişkən, DQMV-nin ixrac etdiyi məhsulların yalnız 0,3%-i Ermənistana gedirdi. İdxalda isə bu, 1,4% təşkil edirdi. Azərbaycanın payı 98% idi. Məhz sonuncu asılılığı həll etmək üçün (bölgədə bir çox müəssisələr yox idi), 1988-ci il martın 24-də SSRİ hökuməti vilayətə 400 milyon rubl vəsait ayırmışdı (rəsmi məzənnəyə görə 689 milyon dollar, qeyri-rəsmi məzənnəyə görə 100 milyon).

Bəs, ümumiyyətlə, vilayətin iqtisadiyyatı necə idi? Bunu müəyyən qədər təsvir etmək üçün biz 1988-ci ilə aid “Azərbaycan SSR-in Xalq Təsərrüfatı” adlı icmala müraciət etməliyik. Burada ayrıca olaraq bölgənin iqtisadiyyatının strukturu və s. təsvir olunub.

Rəsmi məlumata görə, 1989-cu ildə vilayətdə 188 min insan yaşayırdı. İldən-ilə doğulan uşaqların sayı azalır, ölüm sayı isə artırdı. Ümumyyətlə, vilayətin çox ciddi demoqrafik problemləri vardı. Bu, əsasən, erməni əhalisi arasında doğumun azalması ilə bağlıydı. Azərbaycan əhalisi isə daha sürətlə artırdı.

İqtisadi göstəricilərə gəldikdə isə, 1988-ci ildə sənaye istehsalının 1980-ci illə müqayisədə (yəni 8 ilə) 35% azaldığını görə bilərik. Hətta 1987-ci ilə nisbətdə 25% azalma qeydə alınmışdı. Təbii ki, bu da münaqişənin fəsadları idi. Amma ümumən bölgədə sənayedə azalma 1985-ci ildən sonra başlamışdı. Bunu yenidənqurma siyasətinin xüsusiyyəti kimi qəbul etmək olar. Belə ki, sözügedən dövrdə ölkə üzrə iqtisadi böhranın dərinləşməsi müşahidə olunurdu (Azərbaycan iqtisadiyyatı 2 ilə 0,7% artmışdı. Faktiki olaraq durğunluq yaranmışdı). Eyni zamanda qeyd etmək lazımdır ki, vilayətin sənayesi ölkə sənayesinin bir hissəsi idi. Yəni faktiki olaraq ölkə sənayesi həm yenidənqurmanın, həm də Dağlıq Qarabağ münaqişəsinin fəsadları ilə üz-üzə qalmışdı.

Sənayeyə yaxın daha bir göstərici əsas kapitalın işə salınması idi. Bu göstərici, ümumiyyətlə, 3 dəfə azalmışdı. Başqa sözlərlə, yeni müəssisələr faktiki işə salınmır, köhnə müəssisələrdə də yenilənmə ilə problemlər yaşanırdı.

Əsas sənaye məhsulları isə elektrik enerjisi idi. Belə ki, 1988-ci ildə 140,8 milyon kVt*s elektrik enerjisi istehsal olunmuşdu (qondarma “Dağlıq-Qarabağ Respublikası” bu gücü yalnız 2012-ci ildə müəyyən qədər bərpa edə bildi).

İkinci yerdə elektrotexnika müəssisəsi gəlirdi (məhz bu müəssisənin direktoru “Qarabağ komitəsi”nin yaradıcılarından biri idi). Sözügedən müəssisə 1988-ci ildə faktiki olaraq fəaliyyət göstərmirdi (aylarla tətil elan edirdi). Ona görə, 1988-ci ilə aid məlumat yoxdur. Amma 1987-ci ildə müəssisədə 1,1 milyon ədəd işıqlandırıcı avadanlıq istehsal edilmişdi.

Digər sahələr isə yüngül sənaye ilə bağlıdır. Amma 1988-ci ildə onlarda da problem müşahidə edilirdi, məsələn, ayaqqabı istehsalı 2 dəfə azalmışdı (4,5 milyon cütdən 2,2 milyona kimi). Bölgədə hətta çaxır istehsalı belə, 5 dəfə azalmışdı (1980-ci il ilə müqayisədə isə 14 dəfə).

Bəs azalmadan öncə Dağlıq Qarabağın bizim iqtisadiyyatda rolu nə qədər idi? Qeyd olunan sənaye sahələrini hesablasaq, 1987-ci il üçün (bu, nisbətən sabit il idi) vəziyyət belə idi: ölkə üzrə istehsal olunan işlənməmiş ipəyin 87%-i, ayaqqabıların 19%-i, əhəngin 12%-i, konyakın 7%-i, çaxır və elektrik enerjisinin isə 0,5%-i vilayətdə istehsal olunurdu. Yeri gəlmişkən, sözügedən bölgədə 2015-ci ildə yalnız elektrik enerjisinin istehsalı 1988-ci illə müqayisədə 2 dəfə artırılıb. Amma 1988-ci ildə vilayətdə Azərbaycan əhalisinin 2,6%-i yaşayırdı və müvafiq olaraq elektrik enerjisi Azərbaycanın digər ərazilərindən gəlirdi. Ümumiyyətlə, əgər müvafiq əhali, sənaye və s. qalsaydı, Dağlıq Qarabağ bölgəsi indi də elektrik enerjisi tələbatını öz hesabına təmin edə bilməzdi.

1988-ci ildə yeganə sabit qalan sahə kənd təsərrüfatı idi. O da aktiv döyüşlər zamanı çox ciddi zərər görəcəkdi. Bu dövrdə yalnız maldarlıqda problemlər müşahidə olunurdu. Maraqlıdır ki, 1970-ci ildə bölgədə 70 kolxoz və 13 sovxoz fəaliyyət göstərirdi. 1988-ci ildə onların sayı müvafiq olaraq 49 və 43 olmuşdu. 1970-ci illərdə həyata keçirilən islahatlar nəticəsində vilayətdə kolxozların sayı azaldılmışdı (kolxoz daha çox kollektiv müəssisə idi, sovxoz isə birbaşa dövlətə məxsus idi). Şəxsi torpaq qismində yalnız 1 min hektar istifadə olunurdu.

Əgər Azərbaycan SSR üzrə müqayisə aparsaq, DQMV ölkə ərazisinin 5%-ni, əhalisinin isə 2,6%-ni təşkil edirdi. Sənayedə payı 1,8%, kənd təsərrüfatında isə 3% idi. Aydındır ki, vilayət belə bir payla ayrıca müstəqil iqtisadiyyat qurmaq iqtidarında deyildi və əlbəttə ki, ətraf bölgələrdən asılı idi. Eyni zamanda yerli relyefi nəzərə alsaq, bu, mümkün də deyildi (kənd təsərrüfatının yalnız bəzi istiqamətləri üçün – su, elektrik enerjisi və s.- sərf edirdi). İqtisadi əlaqələrinə gəldikdə isə vilayətin relyefi yalnız Azərbaycanın digər bölgələri ilə münasibətlərin inkişafını mümkün edirdi və əlaqələrin kəsilməsi nəticəsində faktiki olaraq bölgədə iqtisadiyyat da “itdi”.

 

İstifadə olunmuş mənbələr

Мелик-Шахназаров А. Нагорный Карабах: факты против лжи. Москва. 2009.

Народное хозяйство Азербайджанской ССР в 1988 году. Статистический ежегодник. Баку. 1990.

Помпеев Ю. Кровавый омут Карабаха. Баку. 1992.

События в Нагорном Карабахе и вокруг него. По страницам газет. Баку. 1989.

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

426483665_0_109_1960_1212_1920x0_80_0_0_d8b01a5e17123799826b9e849a39517f
.

Daşaltı əməliyyatı (1992)

30 Yanvar 2023
panorama_goroda_1
.

Xankəndinin (Kərkicahanın) işğalı (1992)

22 Yanvar 2023
IiT-Avoiding-Toxic-Positivity-1
.

Toksik pozitivlik

16 Yanvar 2023
xE8E16Rud2TJ4JQo0DgCsxyiAVx76n_original
.

Andrey Tarkovski pafosu və yaxud kinonun Xlestakovu

16 Yanvar 2023
1599470667858_8S3E56PN
.

Doğum evinin həyətində məni və itim Mumunu narahat edən ağır suallar barəsində

30 Dekabr 2022
IMG-20221228-WA0082
.

Şeytan ayələri

30 Dekabr 2022
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

Göndər Cancel