bulls-bike.cz
fiyonk.net
infopokrovsk.ru
okzhetpes.kz
petsdream.ru
PoliceControl.info
proarte.net.pl
provegas.ru
sultan-kazino-qazaqstan.kz
underscorejs.ru
Top UK Slot Sites
Casibom
Гама казино
betify
Azlogos
  • Qaydalar
  • Kimlər var

1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu 1651940310 Nshot 20220507 201640187 Bir söz oyunbazının kino fantaziyaları
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Canlı rulet yayınlarında gecikme olmaması, Casinomhub yükle tarafından sağlanan güçlü altyapının bir göstergesidir.

Yeni üyelere verilen avantajlı kampanyalar arasında casinomhub giriş fırsatları dikkat çekiyor.

Bahis dünyasında yenilikçi çözümler sunan bettilt farkını hissettiriyor.

Kumarhane eğlencesini dijital dünyaya taşıyan bettilt giriş çeşitliliği artıyor.

Türkiye’de şans oyunlarını yalnızca Milli Piyango ve Spor Toto düzenleyebilirken, bettilt giriş uluslararası lisansla faaliyet gösterir.

Adres değişikliklerine çözüm sunan pinco kullanıcılar için önem taşıyor.

Bahis severlerin güvenle oynadığı adres bettilt olarak bilinir.

Gerçek casino atmosferini hissetmek isteyenler bettilt seçeneklerine yöneliyor.

Her oyuncu güven içinde bahis yapabilmek için bettilt altyapısına ihtiyaç duyuyor.

İnternet üzerinden daha kolay erişim için bettilt giriş sayfası kullanılıyor.

Bahis dünyasında kullanıcıların %63’ü en çok futbol bahislerinden kazanç elde ettiğini belirtmiştir; bu, bahsegel giriş’in sunduğu güçlü oranlarla uyumludur.

Kullanıcılarına güvenli ortam sağlayan altyapısıyla bahsegel sektörde ön plandadır.

Rulet, poker ve slot makineleri gibi seçeneklerle dolu Bettilt giriş bölümü farklı deneyimler yaşatıyor.

Her an bahis yapmak isteyenler için Bettilt uygulaması hazırlandı.

Online casino oyunlarında yüksek RTP oranları sunan bahsegel kazandırıyor.

Slotlarda kullanılan semboller genellikle tema ile bağlantılıdır; bahsegel giriş bu görselleri kaliteli şekilde sunar.

Güvenilir ödeme yöntemleri, hızlı destek sistemi ve yüksek kazanç oranlarıyla bettilt giriş kullanıcılarına benzersiz bir deneyim yaşatıyor.

Bahis severler için en geniş spor kategorilerini sunan bettilt eğlencenin merkezindedir.

[vc_row vc_row_background=""][vc_column width="1/2"]

Ədəbiyyatın zərərləri haqqında

Seymur Baycan Seymur Baycan
., Sərbəst
10 May 2021
[/vc_column][vc_column width="1/2"]
2 format431541062442
[/vc_column][/vc_row][vc_row][vc_column]
Paylaş

Elə hesab edirəm ki, bir hadisəni yaşadıqdan nə qədər sonra yaza biləcəyimizi müəyyənləşdirən qayda yoxdur.

Ernest Heminquey

Viktor Hüqodan tutmuş ta Dostoyevskiyə, Kuprinə, Buninə qədər xeyli yazıçı əsərlərində, müasir dildə desək, seks işçilərinin tərəfini saxlayıblar, seks işçilərinin əməllərinə haqq qazandırıblar. Dostoyevski “Cinayət və cəza” əsərində lap şitini-şorunu çıxardıb. Raskolnikov Sonya Marmeladovanın qarşısında diz çökür və deyir ki, sən müqəddəssən, biz hamımız sənin qarşında günahkarıq zad… Səhnə yadımda təxminən belə qalıb. Dəqiqləşdirməyə bir qram da həvəs olmadı. Bu dəqiqə Dostoyevskidən bircə cümlə belə oxumağa halım yoxdur.

Yazıçıların əsərlərində seks işçilərinin tərəfini saxlamalarının, seks işçilərinin əməllərinə haqq qazandırmalarının səbəbləri haqqında düşünəndə adamın ağlına əsasən dörd səbəb gəlir:

Birincisi, yazıçıların seks işçilərinə rəğbəti, seks işçilərinə tərəfkeşlik etmələri İsa peyğəmbərdən, xüsusən İsa Peyğəmbərin “aranızda günahsız kimdirsə, daşı birinci o atsın”, “get, mən də səni ittiham edə bilmərəm” sözlərindən qaynaqlanır.

İkincisi, yazıçılar da başqaları kimi mütamadi olaraq seks işçilərinin xidmətlərindən istifadə ediblər və mümkündür ki, seks işçilərindən biri, ola bilsin hətta ikisi-üçü yazıçının yaddaşında yaxşı mənada müstəsna izlər buraxıb. Seks işçilərinin buraxdığı bu müstəsna izlər yaradıcılıq laboratoriyasından keçərək, əsərlərdə bu və ya digər formada bədii həllini tapıb.

Üçüncüsü, ədəbiyyat ümumiyyətlə insanın yanında dayanmalı, insanı müdafiə etməlidir. Necə ki, məsələn, Viktor Hüqo “Səfillər” əsərində insanın yanında dayanır, insanı müdafiə edir, seks işçisinin əməllərinə haqq qazandırır, ona rəğbətini bildirir, Kozettanın anasının (arvadın adı yadımdan çıxıb) qəhbəlik etməsinin günahını atır cəmiyyətin üstünə, birmənalı olaraq qadının əyri yollara düşməsində cəmiyyətin və sosial vəziyyətin, ehtiyacın, kasıblığın, idarəetmənin günahkar olduğunu vurğulayır. Vəziyyəti sadələşdirsək, üstəlik folklora müraciət etsək, Viktor Hüqo demək istəyir ki, kasıblıq qapıdan girəndə, əxlaq, məhəbbət bacadan çıxır.

Dördüncüsü, yazıçılar əsərlərində seks işçilərinin əməllərinə haqq qazandırmaqla, seks işçilərinin tərəfini saxlamaqla, sadəcə oxucuların rəğbətin, alqışların qazanmaq istəyirlər…

***

Dəqiq tarix yadımda qalmayıb. Dəyəsən 1994-cü, ola bilsin 1995- ci il idi. “Gənclik” stansiyasından açıq havaya çıxdım. Parkın içərisində yerləşən idman kompleksinə piyada getməliydim. Səhv etmirəmsə, əgər yaddaşım məni aldatmırsa, ora AZİ-nin idman kompleksi deyirdilər. Sual oluna bilər, axı sənin idman kompleksində nə itin azmışdı? Axı sən idman kompleksində nə vızqırdırdın?

Bu vacib suallara birbaşa cavab verəcəm. Boksa gedirdim… Amma boksda çox qərar tuta bilmədim. Nəsə boks məni açmadı. Boksdan sonra Aykidoya getdim. Aykidodan sonra bir az da ağır atletika ilə məşğul oldum. Bunlardan əlavə maraq göstərdiyim başqa sahələr də vardı. Hər şeyi qatıb qatışdırmışdım. Buna özünü axtarmaq adı da qoya bilərik. İndi boksla, aykidoyla, ağır atletikayla məşğul olmağım, hər səhər üç, bəzən altı kilometr qaçmağım mənə dəhşətli dərəcədə uzaq görünür. Bunlar hələ harasıdır, indi mənə dəhşətli dərəcədə uzaq, anlaşılmaz görünən daha əcaib hərəkətlərim olub.

HCXY.jpg_q50Universitetin birinci kursunda oxuyurdum. O zaman dama-dama pencəklə, qara şalvar geyinmək dəbdə idi. Qərara gəldim ki, mən də başımı başlara qoşub, dama-dama pencək tikdirməliyəm. Azadlıq prospektində yerləşən parça dükanından pencək tikdirmək üçün lazım olan qədər parça aldım. Sonra başladım yaxşı dərzi axtarmağa. Dost-tanışa yaxşı dərzi axtardığımı bildirdim. Sumqayıtda yaşayan bir dostum dedi ki, bizim məişət evində yaxşı, tanış bir dərzi var. Gədək pencəyi ona tikdirək. Dostum ustanı çox təriflədi. Nəticədə, pencək tikdirmək üçün dostuma qoşulub Sumqayıta getdim. Məişət evində işləyən dərziyə dostum məni təqdim etdi və dama-dama pencəyi həmin dərziyə tikdirdim. Nədənsə, məhz bu hadisə son vaxtlar, əsasən də ac olub, amma qarnıma yemək yeməyə ərindiyim anlarda tez-tez yadıma düşür. Oturub, daha doğrusu, meyit kimi uzanıb fikirləşirəm: ilahi, insan, insanın həvəsləri, məqsədləri, həyat ritmi, həyata baxışları necə dəyişir. Pencək tikdirməkdən ötrü mən Sumqayıta necə getmişəm? “20 Yanvar” stansiyasından necə çıxmışam, orada qarışqa kimi qaynaşan adamların arasından necə keçmişəm, Sumqayıta gedən avtobusa necə oturmuşam, sürücüyə pulu necə vermişəm, sürücüylə, avtobusdakı adamlarla hansı dildə danışmışam, Sumqayıtdan necə geri qayıtmışam? Yəqin ki, pencək tikdirməkdən ötürü azı iki-üç dəfə Sumqayıta gedib-gəlmişəm. Çünki, yadımdadır, usta məni çox yordu. Tamam zəhləmi tökdü. Bütün digər yaxşı ustalar kimi bu usta da məsuliyyətsiz adam idi. Məni çox get-gələ saldı. İndi acından bədənim tir-tir əsir, amma ayağa qalxıb qarnıma çörək yeməyə həvəsim olmur. O vaxt isə bir pencək tikdirməkdən ötrü allah bilir neçə dəfə Sumqayıta gedib-gəlmişəm. Bunu necə etmişəm, bunu necə bacarmışam? Bu həvəs, bu enerji məndə haradan imiş? Bu qədər də avaraçılıq, bu qədər də mənasızlıq, bu qədər də səviyyəsizlik olarmı?

Tomas Vulf deyirdi: “Bəzən təxəyyülün məhsulu insanın yaddaşında dərin bir həqiqət kimi kök salır”. Pencək tikdirmək üçün parçanı qoltuğuma vurub Sumqayıta getməyim indi mənə o qədər uzaq görünür ki, özüm-özümdən ciddi şəkildə şübhələnirəm. Bəlkə bütün bunlar təxəyyülün məhsuludur, bəlkə belə hadisə heç yerli-dibli olmayıb. Bu şübhələr bəzən o qədər artır ki, məni o vaxt dərziylə tanış edən dostumu axtarıb-tapmaq, hadisənin həqiqətən baş verib-verməməsini onun vasitəsilə dəqiqləşdirmək istəyirəm. Bu zaman daha bir problem (daha doğrusu qorxu) ortaya çıxır və bu problem (qorxu) məni bu istəyimdən qətiyyətlə çəkindirir. Bilirəm ki, hətta keçmiş dostumu axtarıb-tapsam belə, hadisənin həqiqətən baş verib-verməməsini onun vasitəsilə dəqiqləşdirmək istəsəm, söhbət çox uzanacaq.

Əvvəla, köhnə dostum ondan nə istədiyimi başa düşməyəcək. Nə istədiyimi ona başa salmaq çox çətin olacaq. Təsəvvür edin, azı iyirmi ildir görmədiyin adamın telefon nömrəsini axtarıb tapırsan. Qəfildən ona zəng vurursan. Özünü təqdim edirsən. Birbaşa mövzuya keçmək olmaz. Məcburən hal-əhval tutursan. Məcburən hal-əhval tutandan sonra ehtiyatla soruşursan ki, yadındadır, sən məni Sumqayıtda, məişət evində bir dərziylə tanış etmişdin. Bilmək istəyirəm, doğrudan belə hadisə olub? Sənin yadında qalıb belə bir hadisə? Öz aramızdr, bu suallardan sonra adam haqqında nə fikirləşərlər?

İkincisi, köhnə dostum mütləq soruşacaq ki, hardasan, neyləyirsən, haralarda itib-batmısan, evlənmisən, niyə evlənməmisən, allah qismət eləsin, uşaq, ailə yaxşı şeydir, mən evə gəlib uşaqla oynayanda bütün yorğunluğum bədənimdən çıxır, harda işləyirsən, birşey-mirşey çıxırmı… Gəl indi bütün bu ağır suallara cavab ver. Ona görə də Sumqayıta gedib pencək tikdirməyimin təxəyyül məhsulu olduğunu, yoxsa hadisənin həqiqətən real həyatda baş verdiyini, çətin də olsa özüm dəqiq müəyyənləşdirməliyəm.

Yox, hadisə həqiqətən real həyatda baş verib. Bir-iki detal dəqiq yadımdadır. Hətta Sumqayıtda tikdirdiyim dama-dama pencəkdə şəkillər də çəkdirmişəm. Şəkillərdən birində Respublika Sarayının qabağında dayanmışam. Əynimdə də yaşıl rəngli kaşemir palto. Dama-dama pencək bir az paltonun altından bayıra çıxıb. Çəkdirdiyim şəkillər də sübut edir ki, Sumqayıtda gedib pencək tikdirməyim həqiqətən real həyatda baş verib, bütün bunlar əsla və əsla təxəyyül məhsulu deyil. Sadəcə, Sumqayıta gedib pencək tikdirməyim indi mənə o qədər uzaq, o qədər mənasız görünür ki, bu hadisənin real həyatda baş verməsinə hec cür inana bilmirəm. Sözümün canı isə ondan ibarətdir ki, insanın həyat ritmi, həyata baxışları, həvəsləri, məqsədləri illər keçdikcə dəhşətli dərəcədə dəyişir və ona görə də uzaq keçmişlərdə baş verən bir çox hadisələrin həqiqətən baş verməsinə inanmaq olduqca çətinləşir. Özün-özündən şübhələnirsən, deyirsən ki, yox, ola bilməz, bütün bunlar yəqin ki, təxəyyülün çıxartdığı hoqqalardır…

Qayıdaq “Gənclik” stansiyasına. Deməli stansiyadan açıq havaya çıxmışam. Piyada parkın işərisində yerləşən idman kompleksinə, boks zalına, məşqə getməliyəm. Birdən ürəyim banan istədi. Mən əsla mövhumatçı adam deyiləm. Amma iki istiqamətdə məni mövhumatçı adam hesab etmək olar. Birincisi, tək səbirdən qorxuram. Bir iş haqqında fikirləşirəmsə, bu zaman bir adam tək səbir gətirirsə, vəssalam, əlim-qolum işdən soyuyur. Tək səbir həyatımın dəfələrlə istiqamətini dəyişib. Ciddi bir plan qurmuşam, bu plan haqqında fikirləşəndə, kimsə tək asqırııb, plandan vaz keçmişəm. Tək səbirdən it kimi qorxuram. Dəfələrlə tək səbir həyatımı cəhənnəmə döndərib. Bir gündə üç adamın tək asqırmağı ekzistensional qorxuların vücudumu bürüməsinə, günlərlə depressiyaya düşməyimə kifayət edir. Düşünürəm ki, bu qorxu mənə ana nənəmdən keçib. Ana nənəm tək səbirə nifrət edirdi. Evdən çıxmağa hazırlaşanda, kimsə tək asqırsaydı, qurtardı getdi, təpəsinə tapança sıxsaydın da o arvadı evdən bayıra çıxara bilməzdin. Hansı iş alınmırdısa, hansı iş baş tutmurdusa, atırdı tək səbirin üstünə. Məsələn, ağac bar vermirdi, o deyirdi ki, bu ağacı alanda, bu ağacı əkəndə kimsə tək asqırıb. Biz, yəni onun nəvələri həmişə cüt asqırmağa çalışırdıq. Məsələn, mən tək asqırırdım, məcbur qalıb yalandan birini də üstündən asqırırdım ki, arvad dilxor olmasın, əli-qolu işdən soyumasın. Amma onu asqırmaq məsələsində aldatmaq qeyri-mümkün idi. Hansı asqırağın təbii, hansının yalançı olduğunu o dəqiqə tuturdu…

Mövhumatçılığımda ikinci istiqamət ondan ibarətdir ki, əgər ürəyim bir nemət istədisə, mütləq ürəyim istəyən həmin neməti yeməliyəm. Yeməsəm başıma axmaq, pis bir hadisə gəlir. Lütfən bunu banal qarınqululuq kimi yozmayın. İlkin yeniyetmə vaxtlarımdan bu inanc beynimə həkk olunub. Ona görə də ürəyim banan istəyən kimi yaxınlaşdım meyvə-tərəvəz köşkünə. Məndən əvvəl köşkün qabağında bir qadın dayanmışdı. Qadın da nəsə alırdı. Bilmirəm satıcı qadına nə dedi, nə işarə verdi, nə göz-qaş etdi, nə qələt elədi, ta orasından xəbərim olmadı. Birdən qadın satıcıya dedi ki, “mənim ərim sənin kimilərinin arvadını fırladır“. Bu sözü eşidəndə çaşdım qaldım. Satıcı da heç nə demədi. Heç mıqq da eləyə bilmədi. Qadın sözünü deyib çıxıb getdi. O vaxtlar həyata nisbətən romantik baxışlarım vardı. Bir qadının dilindən elə sözlər eşitmək, ümumiyyətlə, banan almaq istədiyin bir vaxtda, gözləmədiyin halda elə bir səhnənin şahidi olmaq, mənim üçün heç xoş deyildi. Amma o səhnənin və sonralar oxuduqlarımın, eşitdiklərimin, gördüklərimin sayəsində bir həqiqəti dərindən dərk etdim. Hansısa kişinin hansısa qadını bişirməsi, yoldan çıxarması boş söhbətdir. İstənilən qadın istənilən kişiyə elə cavab verər ki, cavab kişinin yeddi qatından keçər. Cavab verməyibsə, deməli, cavab vermək istəməyib. Başqa cür ifadə etsək, qadının öz əməllərinə haqq qazandırmaq üçün “məni aldatdılar”, “məni yoldan çıxartdılar” janrında söylədiyi sözlər tamamilə cəfəngiyyatdır. Qadın özü istəməsə, heç kim onu aldada bilməz.

Gənclik dövrlərimdə təbrizlilər demişkən, şuluq yerlərdə kifayət qədər sülənmişəm. Şuluq yerlərin hər bir sakini öz vəziyyətinə, əməllərinə haqq qazandırmaq üçün nağıllar, əhvalatlar uydurur. Bunu kimsə aldadıb, bunu kimsə yoldan çıxardıb və sairə və ilaxır. Hətta elə sırtıq, həyasız tiplər olur ki, hər şeyi atır nakam, qarşılıqsız sevginin, xəyanətin üstünə. Guya bu kimisə dəhşət sevib, sonra sevgilisi buna xəyanət edib, bu da xəyanətə dözməyib, qəhbəlik eləmək qərarına gəlib. Bəs həqiqi səbəblər nələrdən ibarətdir? Həqiqi səbəblər çox sadədir. Şuluq yerlərin sakinləri, uğursuz madam bovarilər, uğursuz kerri bacılar aza qane olmaq istəməyiblər, naşükürlük ediblər, düşünüblər ki, daha yüksək şəraitə, daha yüksək adama layiqdirlər. Beləliklə tənbəllik, işləmək, zəhmət çəkmək istəməmək, aza qane olmamaq, naşükürlük etmək onları hərlədib-fırladıb şuluq yerlərin sakininə çevirib. Düşünüblər ki, onların qədri bilinmir, onlar daha yüksək həyat, qədirbilən adam axtarışına çıxmalıdırlar… Sonrası da məlum.

Bəzən şuluq yerlərin sakinləri arasında səmimi adama da rast gəlmək olur. Hansı ki, heç bir nağıl, əhvalat uydurmur, buraxdığı səhvi açıq etiraf edir. Nə bilim, bəlkə bunun özü də bir üslubdur. Səmimi təsir buraxan sakinlərdən birinin söhbəti xüsusən yadımda qalıb. Deyirdi ki, bu nə həyatdır belə, oturub gözləyirsən kimsə gəlib səni aparsın… İnan soğan çörək yeməyə hazıram, təki öz ailəm olsun.

Şübhəsiz, əxlaqsızlığın yayılmasında ehtiyac, kasıblıq müstəsna rol oynayır. Amma hər şeyi kasıblığın, ehtiyacın üstünə atmaq da doğru deyil. Bütün hallarda qadının öz bədənini pulla satmasına haqq qazandırmaq çətindir. Bu dəqiqə Azərbaycanda on minlərlə qadın övladlarına verməyə quru çörək tapmır. Bəyəm onların hamısı gedib bədənlərini satmalıdır?

[/vc_column][/vc_row][vc_row][vc_column]
[vc_column_text]

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

[/vc_column_text][vc_separator color="peacoc" border_width="2"][vc_column_text]

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun. [mc4wp_form id="5451"]

[/vc_column_text][/vc_column][/vc_row][vc_row][vc_column]

Oxumağa dəyər

1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

31 Avqust 2025
488656195 122127540776763171 3687452932550618916 N
.

Vətən oğlu

17 Aprel 2025
1651940310 Nshot 20220507 201640187
.

Bir söz oyunbazının kino fantaziyaları

03 Noyabr 2024
[/vc_column][/vc_row]
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

136bet.com.br
aviator-game.mw
aviator.com.az
big-bass.co.uk
focuspcg.com
humanics-es.com
iuorao.ru
oren-sarmats.ru
spicybet.com.br
sweet-bonanza.com
aviator
pinco
allabouteng.com
auruhana2.kz
bsl.community
docwilloughbys.com
editorialabiertafaia.com
erkindik.kz
kabuki-bremen.de
minnaz.ru
prockomi.ru
saintvincenthome.org
aviator
pinco
136bet
top 10 online casino belgië
verde casino
seriöse online casinos österreich
norsk casino
pinco casino

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
aviator
pinco
nayora.org
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör