Azlogos
  • Kimlər var
  • Bizi tanı

Bakirə intiharlar Xocalı qətliamı haqqında hər şey Qaralar üçün İsrail "Kitabi-Dədə Qorqud"un ilk azərbaycanlı araşdırıcısını niyə güllələdilər? Rəqəmsal konslager Liberalların çirkin siması
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • Artlogos
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Əzbərçilik təhsil imitasiyası kimi

Elmir MirzəyevElmir Mirzəyev
Mövqe
12 Yanvar 2019

Son illər hafizəm çox korlaşıb, hər şeyi unuduram. Çağdaş dünyadakı mediamaniyadan doğmuş total huşsuzluq, fikir dağınıqlığını nəzərdə tutmuram, o zatən hamıda var artıq. Mənimki daha dərindir, mühazirə zamanı bəstəkarların adını unuda bilərəm, söhbət əsnasında hansısa tarixi şəxsiyyətin ismini xatırlamaq üçün xüsusi səy göstərməli oluram, həmsöhbətimi o fiqurun yaşamı haqda tələsik məlumatlandırmalı oluram ki, mənə tez yardım edə bilsin, çox zaman da məcbur google həzrətlərinə müraciət etmək gərək olur.

Deyirlər hafizəni stimullaşdırmaq üçün gündə bir şeir əzbərləmək gərəkdir, beynin işinə də yaxşıca kömək edir. Yəqin doğrudan da belədir, beyin də bizim əsasən reflekslərlə çalışan orqanizmimizin bir hissəsidir axı. Amma bu çalışmanın beyni inkişaf etdirəcəyinə əsla əmin deyiləm, çünki refleksiv varlıq olduğumuz üçün təcrübəm bunu emosional qatlarda çox kip bloklayır.

Təhsilin hansı dildə verilə biləcəyi, “azsektor vs russektor” söhbətləri bitmir bizim toplumda. Dünən məndən xeyli yaşlı intellektual bir insanla yazışdıq, o məhz bu anlamda “orta çağlar qayıda bilər” sözlərini işlətdi. Məşhur lətifədə deyildiyi kimi – çetindür.

Problem çox zırpıdır, əlbəttə. Maraqlıdır ki, bu mübahisədə hətta ən atəşli “azsektor”-çular belə etiraf edir ki, burada təhsilin səviyyəsi qarşı tərəfdən aşağıdır. Hər halda əksini iddia edənə rastlamamışam, bəlkə də var belələri. Olsa da statistik səhv civarında olacaq. Qısası “azsektor”-çular çılpaq həqiqətdən qaçmır, lakin onlar hesab edir ki, ölkədə başqa dildə təhsilin mövcudluğu milli təhlükəsizliyimizi təhdid edir və assimilyasiya, aşağı səviyyəli təhsildən daha təhlükəlidir. Başqa, daha yeni arqumentləri varsa, lütfən şərh edin, biz də bilək.

Əgər belədirsə, bəlkə bir anlıq illərdir gedən mübahisəni kənar edib, Azərbaycan bölməsində təhsilin hansı səbəblər ucbatından aşağı səviyyədə olmasını təhlil edək?

Səbəblər əlbəttə ki, çoxdur, cavabı da asan və birmənalı deyil, amma icazənizlə məsələnin bir vacib aspektini subyektiv bucağımdan mən deyim.

Orta məktəbi də, sonra musiqi kollecini də, konservatoriya və aspiranturanı da öz dilimizdə oxumuş birisi kimi tam legitim deyə bilərəm ki, Azərbaycan bölümünün ən böyük bəlası əzbərçilikdir.

Orta məktəbdə uşaq idik, çox da anlamırdıq, Bismark Prussiyasının lüteran əxlaqından doğulub Rus İmperiyasına əxz edilən, sonra isə sovet-kommunist nehrəsində o ki, var çalxalanıb üstəgəl total savadsızlığımız içində yoğrulmuş təhsilə köklənmişdik, müəllimlərimiz nə deyirdi, onu da edirdik. Yəni həmin məktəbdəki dərslər, demək olar ki, müstəsna olaraq əzbərləmədən, muştradan keçirdi. Muştra sözü sizi qorxutmasın, almandan bizə “çerez rus” kifayət qədər söz keçib, olub tam bizimki — müştük, abzas, şlaqbaum və s. — bu da qatılsın onlara, ciddi intizam altında hər əzaba qatlanıb məşq etmək, nümunəvi sayılan üsulların çox-çox təkrarlanması ilə nizamlanan təhsil sistemi anlamını verir.

Qısası orada hər işimiz əzbərdən keçirdi, uşaqlarda hansısa yaradıcı təfəkkürün formalaşdırılması cəhdindən danışmaq belə əbəsdir. Onda belə idi, indi bilmirəm, bəlkə dəyişib? Mübahisələrə səthi göz atmaq kifayətdir ki, anlayasan — yox, dəyişməyib.

Hərçənd ki, o zamandan bütün dünya kəllə-mayallaq dəyişib. O zaman bir baba var idi dərsliklərdə — Lenin babanı deyirəm, — indi o dəyişib Heydər baba olub. O zaman siyasi coğrafiya necə idi, indi necə — yaxşısı budur ki, danışmayaq bu haqda. Əşşi siyasi xəritə cəhənnəm, Poincaré teoremini isbat edib, hələ üstündən bir milyonluq mükafatdan da imtina etmiş Qriqori Perelman riyaziyyatı da, fizikanı da, hələ desən psixologiyanı, lap o “İnsan” adlanan fənni də böyrü üstə qoydu. Allahın planetləri də bu zaman ərzində dəyişdi, bizim vaxtda 9 dənə idi, indi olub 8!

Yaxşı, daha niyə əzbərləyirdik bütün bunları, niyə muştra edirdiniz bizi 1871-ci ildəki Fransa-Prussiya müharibəsinin əsgərləri kimi?!

Şəxsən mənim üçün vəziyyət Musiqi Kolleci və Konservatoriyadakı təhsil illərində tədricən dəyişdi. Anlamağa başlamışdım yavaş-yavaş bu sistemin boşluğunu. “Azsektor”-çu kimi burda da həmin sistemin tərkib hissəsi idim, amma artıq aydın idi ki, mənasız işdir. Çünki burada musiqiçilər yetişməli idi, əzbərçilər yox. Öz ixtisasının, alətinin, qısası musiqinin vurğunu olan bəzi tələbələr ümumtəhsil dərslərinə gəlməz, gələndə də həmin fənnlərlə maraqlanmaz, olurdu ki, günə 8-10 saat siniflərdə məşq edər, pauzalarda xəyal kimi koridorlarda dolaşar, bununla da həmin fənnləri tədris edən müəllimləri cinləndirərdilər.

Amma onlar nahaq cinlənirdi, çünki bizim “azsektor”-dakı çoxluq yenə də nümunəvi-əzbərçi idi. Müəllimlər bizə həmin tələbələri örnək gətirir, “filankəsə bax, gözünə su ver” deyib, nümunə göstərirdi. Adətən həmin əzbərçiləri konsertlərdə kimsə görməzdi, nə ifaçı, nə dinləyici qismində. Kənardan baxan bunların nə ilə desən məşğul olduğunu deyə bilərdi, bircə musiqiçiyə, ümumiyyətlə humanitar sahənin insanına əsla bənzəmirdilər.

Bir nümunəvi xanım vardı, bütün dərsləri əzbərləyirmiş, rus dili müəlliməmiz də onu o ki, var tərifləyib “nə olsun ki, ixtisasdan 4 alıb, əvəzinə bütün dərsləri yaxşı oxuyur” demişdi. Heç anlamamışdı ki, bununla o qızı nə günə qoyub. O yaşda iddialı gənclər üçün ixtisasdan 4 nədi, dünyada birinci mənən deyib, günlərlə dəlicəsinə məşq zamanı idi.

O zaman aramızda kifayət qədər əlaçı vardı, musiqiçi kimi isə tam boz. Bitirəndən, imtahanı verib “beş” alandan sonra hamısı birdəfəlik yoxa çıxdı. Bəlkə də musiqi sahəsində çalışırlar haradasa, bilmirəm.

Amma bunların içində də musiqiçi kimi yox, sırf tipaj kimi maraqlıları olurdu. Personaj kimi Azərbaycan kinosunun ağlayaraq yolunu gözlədiyi ən yağlılarından biri “pətorka Nağı” olardı. Nağı əlaçı idi, tar ixtisası üzrə daxil olmuşdu Asəf Zeynallı adına Kollecə. İfaçılığını deyə bilmərəm, amma bütün müəllimlərin sevimlisi idi. Ləqəbi isə rus sektorunda oxuyan qızlarla ünsiyyətə girmək üçün onlara qiymət dəftərçəsini yelləyib mantra kimi “ü mena vsə pətorka, pətorka” ifadəsini təkrar etməsi səbəbindən yaranmışdı. Müstəqillikdən sonra eşitdim ki, vasmoyun bazarında alver edir.

Əslində əzbərçilik bir imitasiyadır, göstəridir. Yəni simulacre — əsli olmayan surətdir. Əsli ona görə yoxdur ki, mexaniki işdir, yaradıcılıq aspekti olmazsa, bir növ “pavlov iti” olmaqdır, çox tezliklə də, az qala dərs bitən kimi unudulur.

Məqalədəki misallar lütfən yanlış təsfir edilməsin. Orta məktəbdə dərs deyən müəllimlərimizin işi çox fədakar işdir, bunu anlayır və onlara dərin minnətdarlığımı bildirirəm.

Amma KVN tamaşalarından birində Heydər Əliyevin qarşısında peyda olan balaca, bərkdən şeir anqıran uşaqların obrazı var ha — o boş yerdən yaranmayıb, yoxluqdan götürülməyib. O uşaqlar reallıqdır, əzbərçi “azsektor” təhsilinin çox parlaq ifadəsidir həmin o uşaq obrazları.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

_117157217_sevilatakiiyeva
.

Bakirə intiharlar

27 Fevral 2021
t_23d99902bbd248dcbacb7ba37354a96f_name_mgt_scaled
.

Rəqəmsal konslager

25 Fevral 2021
IMG-20180618-WA0012
.

Liberalların çirkin siması

23 Fevral 2021
sev-2
.

Azərbaycanlı oxucunun şüur defisiti

22 Fevral 2021
“Oğurlanan” Qərbin qaytarılması
.

“Oğurlanan” Qərbin qaytarılması

22 Fevral 2021
im-143485
Mövqe

İmtina mədəniyyəti nədir?

22 Fevral 2021

Redaktorun seçimi

Genləri “qayçılayan” CRISPR/Cas9 nədir?

Bilmədiyini bilməyənlər

Arkadaşlar, azeriler psikopat

Qaraguruha qarşı Psevdointellektual söhbət

Erməni ilə məsələmiz

Belarus və Azərbaycanı fərqləndirən cəhət təhsildir?

Cin atına minmək

Qonşu Rusiyada “Yeni gənc nazir” təcrübəsi

Posthumanizm dövründə sevgi

Hər şey yaxşıdırmı?

Feminizm haqqında hər şey

«Primakov söhbəti»nə sözardı

Nitsşenin “Güc Arzusu”, Dekadensiya, İmmoralizm və Nihilizm

Azərbaycanda orta sinif varmı?

İŞİD-in doğuşu

“Cekin tikdiyi ev” – Lars von Trierin son xuliqanlığı

Cerald Koen: Mən niyə kapitalizmin əleyhinəyəm?

Pislər qələbə çalmaq üzrədir. Onları kim dayandıracaq?

“Daşnak” Armine Adibekyana cavab

Facebook düşüncələri

Dəlixanada keçən 40 il: yapon rəssamı Yayoi Kusama dünyanı necə dəli elədi

“Dəyərli bəy” erasının sonu

Deyingənlik – ümummilli depressiya

Milli riyakarlığımız və Kleopatra

Dil resurs kimi

Sülh necə olacaq?

İsanı Qolqofaya aparanlar

Allahsız kosmos

Vivian Maierin Amerikası

Samirə Mahmalbafın kinosu: ağzına noxta bağlanan adam

Əzbərçilik təhsil imitasiyası kimi

Elmir MirzəyevElmir Mirzəyev
Mövqe
12 Yanvar 2019

Son illər hafizəm çox korlaşıb, hər şeyi unuduram. Çağdaş dünyadakı mediamaniyadan doğmuş total huşsuzluq, fikir dağınıqlığını nəzərdə tutmuram, o zatən hamıda var artıq. Mənimki daha dərindir, mühazirə zamanı bəstəkarların adını unuda bilərəm, söhbət əsnasında hansısa tarixi şəxsiyyətin ismini xatırlamaq üçün xüsusi səy göstərməli oluram, həmsöhbətimi o fiqurun yaşamı haqda tələsik məlumatlandırmalı oluram ki, mənə tez yardım edə bilsin, çox zaman da məcbur google həzrətlərinə müraciət etmək gərək olur.

Deyirlər hafizəni stimullaşdırmaq üçün gündə bir şeir əzbərləmək gərəkdir, beynin işinə də yaxşıca kömək edir. Yəqin doğrudan da belədir, beyin də bizim əsasən reflekslərlə çalışan orqanizmimizin bir hissəsidir axı. Amma bu çalışmanın beyni inkişaf etdirəcəyinə əsla əmin deyiləm, çünki refleksiv varlıq olduğumuz üçün təcrübəm bunu emosional qatlarda çox kip bloklayır.

Təhsilin hansı dildə verilə biləcəyi, “azsektor vs russektor” söhbətləri bitmir bizim toplumda. Dünən məndən xeyli yaşlı intellektual bir insanla yazışdıq, o məhz bu anlamda “orta çağlar qayıda bilər” sözlərini işlətdi. Məşhur lətifədə deyildiyi kimi – çetindür.

Problem çox zırpıdır, əlbəttə. Maraqlıdır ki, bu mübahisədə hətta ən atəşli “azsektor”-çular belə etiraf edir ki, burada təhsilin səviyyəsi qarşı tərəfdən aşağıdır. Hər halda əksini iddia edənə rastlamamışam, bəlkə də var belələri. Olsa da statistik səhv civarında olacaq. Qısası “azsektor”-çular çılpaq həqiqətdən qaçmır, lakin onlar hesab edir ki, ölkədə başqa dildə təhsilin mövcudluğu milli təhlükəsizliyimizi təhdid edir və assimilyasiya, aşağı səviyyəli təhsildən daha təhlükəlidir. Başqa, daha yeni arqumentləri varsa, lütfən şərh edin, biz də bilək.

Əgər belədirsə, bəlkə bir anlıq illərdir gedən mübahisəni kənar edib, Azərbaycan bölməsində təhsilin hansı səbəblər ucbatından aşağı səviyyədə olmasını təhlil edək?

Səbəblər əlbəttə ki, çoxdur, cavabı da asan və birmənalı deyil, amma icazənizlə məsələnin bir vacib aspektini subyektiv bucağımdan mən deyim.

Orta məktəbi də, sonra musiqi kollecini də, konservatoriya və aspiranturanı da öz dilimizdə oxumuş birisi kimi tam legitim deyə bilərəm ki, Azərbaycan bölümünün ən böyük bəlası əzbərçilikdir.

Orta məktəbdə uşaq idik, çox da anlamırdıq, Bismark Prussiyasının lüteran əxlaqından doğulub Rus İmperiyasına əxz edilən, sonra isə sovet-kommunist nehrəsində o ki, var çalxalanıb üstəgəl total savadsızlığımız içində yoğrulmuş təhsilə köklənmişdik, müəllimlərimiz nə deyirdi, onu da edirdik. Yəni həmin məktəbdəki dərslər, demək olar ki, müstəsna olaraq əzbərləmədən, muştradan keçirdi. Muştra sözü sizi qorxutmasın, almandan bizə “çerez rus” kifayət qədər söz keçib, olub tam bizimki — müştük, abzas, şlaqbaum və s. — bu da qatılsın onlara, ciddi intizam altında hər əzaba qatlanıb məşq etmək, nümunəvi sayılan üsulların çox-çox təkrarlanması ilə nizamlanan təhsil sistemi anlamını verir.

Qısası orada hər işimiz əzbərdən keçirdi, uşaqlarda hansısa yaradıcı təfəkkürün formalaşdırılması cəhdindən danışmaq belə əbəsdir. Onda belə idi, indi bilmirəm, bəlkə dəyişib? Mübahisələrə səthi göz atmaq kifayətdir ki, anlayasan — yox, dəyişməyib.

Hərçənd ki, o zamandan bütün dünya kəllə-mayallaq dəyişib. O zaman bir baba var idi dərsliklərdə — Lenin babanı deyirəm, — indi o dəyişib Heydər baba olub. O zaman siyasi coğrafiya necə idi, indi necə — yaxşısı budur ki, danışmayaq bu haqda. Əşşi siyasi xəritə cəhənnəm, Poincaré teoremini isbat edib, hələ üstündən bir milyonluq mükafatdan da imtina etmiş Qriqori Perelman riyaziyyatı da, fizikanı da, hələ desən psixologiyanı, lap o “İnsan” adlanan fənni də böyrü üstə qoydu. Allahın planetləri də bu zaman ərzində dəyişdi, bizim vaxtda 9 dənə idi, indi olub 8!

Yaxşı, daha niyə əzbərləyirdik bütün bunları, niyə muştra edirdiniz bizi 1871-ci ildəki Fransa-Prussiya müharibəsinin əsgərləri kimi?!

Şəxsən mənim üçün vəziyyət Musiqi Kolleci və Konservatoriyadakı təhsil illərində tədricən dəyişdi. Anlamağa başlamışdım yavaş-yavaş bu sistemin boşluğunu. “Azsektor”-çu kimi burda da həmin sistemin tərkib hissəsi idim, amma artıq aydın idi ki, mənasız işdir. Çünki burada musiqiçilər yetişməli idi, əzbərçilər yox. Öz ixtisasının, alətinin, qısası musiqinin vurğunu olan bəzi tələbələr ümumtəhsil dərslərinə gəlməz, gələndə də həmin fənnlərlə maraqlanmaz, olurdu ki, günə 8-10 saat siniflərdə məşq edər, pauzalarda xəyal kimi koridorlarda dolaşar, bununla da həmin fənnləri tədris edən müəllimləri cinləndirərdilər.

Amma onlar nahaq cinlənirdi, çünki bizim “azsektor”-dakı çoxluq yenə də nümunəvi-əzbərçi idi. Müəllimlər bizə həmin tələbələri örnək gətirir, “filankəsə bax, gözünə su ver” deyib, nümunə göstərirdi. Adətən həmin əzbərçiləri konsertlərdə kimsə görməzdi, nə ifaçı, nə dinləyici qismində. Kənardan baxan bunların nə ilə desən məşğul olduğunu deyə bilərdi, bircə musiqiçiyə, ümumiyyətlə humanitar sahənin insanına əsla bənzəmirdilər.

Bir nümunəvi xanım vardı, bütün dərsləri əzbərləyirmiş, rus dili müəlliməmiz də onu o ki, var tərifləyib “nə olsun ki, ixtisasdan 4 alıb, əvəzinə bütün dərsləri yaxşı oxuyur” demişdi. Heç anlamamışdı ki, bununla o qızı nə günə qoyub. O yaşda iddialı gənclər üçün ixtisasdan 4 nədi, dünyada birinci mənən deyib, günlərlə dəlicəsinə məşq zamanı idi.

O zaman aramızda kifayət qədər əlaçı vardı, musiqiçi kimi isə tam boz. Bitirəndən, imtahanı verib “beş” alandan sonra hamısı birdəfəlik yoxa çıxdı. Bəlkə də musiqi sahəsində çalışırlar haradasa, bilmirəm.

Amma bunların içində də musiqiçi kimi yox, sırf tipaj kimi maraqlıları olurdu. Personaj kimi Azərbaycan kinosunun ağlayaraq yolunu gözlədiyi ən yağlılarından biri “pətorka Nağı” olardı. Nağı əlaçı idi, tar ixtisası üzrə daxil olmuşdu Asəf Zeynallı adına Kollecə. İfaçılığını deyə bilmərəm, amma bütün müəllimlərin sevimlisi idi. Ləqəbi isə rus sektorunda oxuyan qızlarla ünsiyyətə girmək üçün onlara qiymət dəftərçəsini yelləyib mantra kimi “ü mena vsə pətorka, pətorka” ifadəsini təkrar etməsi səbəbindən yaranmışdı. Müstəqillikdən sonra eşitdim ki, vasmoyun bazarında alver edir.

Əslində əzbərçilik bir imitasiyadır, göstəridir. Yəni simulacre — əsli olmayan surətdir. Əsli ona görə yoxdur ki, mexaniki işdir, yaradıcılıq aspekti olmazsa, bir növ “pavlov iti” olmaqdır, çox tezliklə də, az qala dərs bitən kimi unudulur.

Məqalədəki misallar lütfən yanlış təsfir edilməsin. Orta məktəbdə dərs deyən müəllimlərimizin işi çox fədakar işdir, bunu anlayır və onlara dərin minnətdarlığımı bildirirəm.

Amma KVN tamaşalarından birində Heydər Əliyevin qarşısında peyda olan balaca, bərkdən şeir anqıran uşaqların obrazı var ha — o boş yerdən yaranmayıb, yoxluqdan götürülməyib. O uşaqlar reallıqdır, əzbərçi “azsektor” təhsilinin çox parlaq ifadəsidir həmin o uşaq obrazları.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

_117157217_sevilatakiiyeva
.

Bakirə intiharlar

27 Fevral 2021
t_23d99902bbd248dcbacb7ba37354a96f_name_mgt_scaled
.

Rəqəmsal konslager

25 Fevral 2021
IMG-20180618-WA0012
.

Liberalların çirkin siması

23 Fevral 2021
sev-2
.

Azərbaycanlı oxucunun şüur defisiti

22 Fevral 2021
“Oğurlanan” Qərbin qaytarılması
.

“Oğurlanan” Qərbin qaytarılması

22 Fevral 2021
im-143485
Mövqe

İmtina mədəniyyəti nədir?

22 Fevral 2021
FacebookYoutubeInstagramTwitter

az-ag

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • Artlogos

Redaksiya

Təsisçi: Prof. Məsud Aşina

Baş redaktor: Ələkbər Əliyev

Şef redaktor: Elmir Mirzəyev

Redaktor: Aygün Aslanlı, Sevda Sultanova

Texniki direktor: Camal Əli

İncəsənət: Emin Əliyev

Elm: Hacı Hacıyev

Tarix: Tural Həmid

İqtisadiyyat: Dünya Sakit

Foto: Abbas Atilay

Qrafika: Gündüz Ağayev

Dizayn: Sahil Qənbərli

Tərcüməçilər: Rəvan Quluzadə, Fəxri Qocayev

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

GöndərCancel