Azlogos
  • Kimlər var
  • Bizi tanı

Covid-19 və konspirasiya nəzəriyyələri. Fake-news ehtiyacımız Biz sivilizasiyaya tüpürmüşük S. Baycan: "Azərbaycanlıların dərdi toydur". Ə. Novruzov: "Allah yarasa yeyənlərin bəlasını versin" Homoseksuallıq və homofobiya. Made in Europa İnkubatordan çıxmışlar. “Sürü psixologiyası” nə üçün zərurətdir? Bakirə intiharlar
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • Artlogos
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Ət yeməyən gəlin

Günel Mövlud Günel Mövlud
., Sərbəst
06 May 2019

Bu söhbət niyə, hardan yadıma düşdü, bilmirəm. Onu bilirəm ki, o vaxt gülə-gülə, zarafat edə-edə baxdığım bir şeyə indi münasibətimin dəyişdiyini gördüm. İndi, bu hadisəni xatırlayanda, heç gülməyim gəlmədi. Əksinə, özümü çox pis hiss elədim.

Aradan bəlkə 25 ildən çox bir vaxt keçib. O vaxt qohumlarımdan bir kişi başqa rayondan olan bir qızla evləndi. Ailəmizə düşən qız mehriban, təmizkar, ünsiyyətdə problemsiz bir insan idi. Amma elə səhəri gün ailəni sarsıdan bir məlumat ortaya çıxdı: qız ət yemirdi. Ət, balıq, toyuq, heç nə. Bütün ailə şok oldu. Bu, indiyə qədər nə ailəmizdə, nə kəndimizdə heç kimin nəinki yaşamadığı, heç ömründə eşitmədiyi bir şey idi. Necə ola bilərdi ki, insan ət yeməsin? Ət yemirsə, niyə yemir? Necə yemir? Ət yemirsə, bəs nə yeyir?

Ailəmizdəki qadınlar ilk olaraq, qızın ət yeməməsinin onun ailəsində, nəslində, ulu nənələrindən kiminsə «gəzəyən» olması ilə bir əlaqənin olub-olmamasını müəyyən etmək üçün kəşfiyyata başladılar. Uzun-uzadı bir kəşfiyyat aparıldı. Açığı, onların müraciət etdikləri mənbələr də bu mövzuda ekspertlik etməkdə çətinlik çəkirdilər, çünki dediyim kimi, insanın ət yeməməsi nadir, görünməmiş, hətta hiddətləndirici bir iş olsa da, bu halı məişət əxlaqsızlığı ilə bağlamaq üçün heç bir vasitə tapa və ya tapmaya bilmir, bir növ, maestro Elmir Mirzəyev demişkən, koqnitiv dissonans yaşayırdılar.

Kişilər üzə vurmasa da, gəlinin ət yeməməsi onları da bərk narahat edir, elə hey ailənin qadın üzvlərini bir küncə qısnayıb, gəlindən ət  yeməməsinin səbəbini öyrənməyi, bu problemi ən qısa müddətdə həll etməyi tələb edirdilər.

Bu yerdə haqlı olaraq, soruşa bilərsiniz ki, axı bir insanın ət yeməməyinin kimə nə ziyanı ola bilər və kimin nə borcuna qalıb ki, başqası ət yeyir ya yox. Nə deyim? Çoxunuz şəhər uşağısınız, kənd həyatından kinoya baxıb, kitablar oxusanız da, kənd yerində insanların arasındakı münasibətlərdən anlayışınız elə də çox deyil. O münasibətləri dolğun ifadə etmək üçün mən burda dastanlar yazmalı, Şəhrizad kimi sizə minbir gecə nağıl danışmalıyam. Yenə də, tam izah edə bilməyəcəm. Bircə bunu deyim, hesabınızı götürün ki, bir dəfə bizim kənddə bir ağsaqqal qonşusunu qızı velosiped sürüb deyə, az qala bıçaqlamışdı. Səbəb də bu idi ki, indiyə qədər kənddə kimin qızı velosiped sürüb ki, sənin qızın da sürür. Əyalət yerlərində günü bu gün də istənilən yenilik düşməncəsinə qarşılanır, hoyduya götürülür, lağa qoyulur, yenilik gətirən adam intihar həddinə çatdırılır.

Yəni, bizim gəlinbacının da əsas problemi o idi ki, kəndə təzə söhbət gətirmişdi, hamı ət yediyi halda, o ət yemirdi. İkincisi də, kənd yerində, qadın elə-belə adam deyil, qadın həm də tövlə təmizləməli, yayda ot tayası vurmalı, yer belləməli, inək sağmalı, külfətin paltarını əllə yumalı (o vaxtlar paltaryuyan maşın biz tərəflərdə hələ lüks idi və heç kimdə yox idi) idi. Bütün bu işləri görəcək adamda gərək enli bilək, qalın baldır olsun ki, bu ağır işlərin öhdəsindən gəlsin. Bəs, ət yeməyən adamda bu güc, bu bilək olacaqdımı? Bunu qohumlarım bilmir və düşünürdülər ki, hər ehtimala qarşı işlərini möhkəm tutub, gəlini birtəhər ətə alışdırsınlar.

O vaxtlar “vegetarian” sözünü bizim tərəflərdə heç kim bilmirdi. O allahın fağırı gəlin özü də. Onun ət yeməməyi heyvanlara rəhmi gəldiyindən deyildi, sadəcə orqanizmi qəbul eləmirdi, ətdən iyrənirdi. Uşaqlıqdan ət yeməmişdi. İndi, ərə gəldiyi evdə onun özünə heç bir problem yaratmayan bir şey, bütün qohumların probleminə çevrilmişdi.

Nəsə, ay ötdü il dolandı. Aradan bir il keçdi və bu müddətdə gəlin hamilə qalmadı. Həkimlər filan onun heç bir probleminin olmadığını desə də, uşaq olmurdu və heç kimin ağlına gəlmirdi ki, problemi bir də gəlinin ərində axtarsınlar. Hamı o dəqiqə problemin kökünü tapdı – gəlin ona görə doğa bilmir ki, ət yemir.

Bütün qohumlar gəlinə ət yedizdirmək üçün gərgin, alovlu bir mübarizəyə başladılar. Kimisi onun yeməyinə gizli ət qatır, kimisə ət yeməzsə, ərinin onu boşayacağı ilə şantaj edir, kimisi yalvarır, kimisi zorla ağzına ət dürtürdu. Yazıq gəlin, hər dəfə bu fiziki, psixoloji, mənəvi basqılara dayana bilməyib, bir tikə ət yeyir, o dəqiqə də gedib qaytarır, sonra iyrəndiyindən günlərlə özünə gələ bilmirdi.

Bu mübarizə bir neçə il davam elədi. Həkimlər bir yandan gəlinin bədəninə iynə və dərman, evdəkilər ağzına ət dürtür, yazıq qadını haldan hala salırdılar. Dördüncü ilin tamamında, ailə onun qarşısında konkret tələb qoydu. Ya ət yeyəcək və uşaq doğacaq, ya da onu boşatdırıb, oğullarına totuq-motuq, bozbaşı dolmaya, dolmanı kəllə-paçaya qatıb yeyən adam balası kimi bir qız alacaqlar. Qadın özü başladı ət yeməyə. Günlərlə göz yaşları qusuntusuna qarışırdı. Amma özünü məcbur edirdi. Birtəhər, ət yeməyi öyrəndi. Heç bir həzz almadan, iyrənə-iyrənə birtəhər yeyirdi.

O ərəfədə, ağlına gəlmişdi ki, ərini də həkimə aparsın. Və problemin əslində ərində olduğu üzə çıxmışdı. Cütlüyün birlikdə ilk müalicəsindən sonra gəlin hamilə qalmışdı.

İşin ən pis tərəfi də bu idi ki, qohumların “nəzəriyyəsi” təsdiqlənmişdi. Gəlin ət yeməyə başlamış və uşaq doğmuşdu.

İndi o qadının halı ilə maraqlandım. Əsəbləri xəstədir. Hücrəyə çəkilib, nə ərini, nə uşaqlarını danışdırmır. Evdən çıxmır. Heç bir sosial həyatı yoxdur. Telefon belə işlətmir.

Ət yemir deyə, bir insanı məhv ediblər.

P.S. Yazıya seçilən fotonun mövzuya dəxli yoxdur. Heç olmalı da deyil.

Günel Mövlud

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

Britigan_COVIDConspiracy_38x24cm-1320x834
.

Covid-19 və konspirasiya nəzəriyyələri. Fake-news ehtiyacımız

01 Mart 2021
Estestvennyi---poryadok-1-1024x766
.

Biz sivilizasiyaya tüpürmüşük

01 Mart 2021
MyCollages (2)
.

S. Baycan: “Azərbaycanlıların dərdi toydur”. Ə. Novruzov: “Allah yarasa yeyənlərin bəlasını versin”

01 Mart 2021
NSAC_gay_men
.

Homoseksuallıq və homofobiya. Made in Europa

01 Mart 2021
Kak-vse-1-1024x717
.

İnkubatordan çıxmışlar. “Sürü psixologiyası” nə üçün zərurətdir?

28 Fevral 2021
_117157217_sevilatakiiyeva
.

Bakirə intiharlar

27 Fevral 2021

Redaktorun seçimi

Bu xarabadan çıxıb getmək…

AFFA rəhbərliyi konkret nə istəyir?

Diasporanın gücü

90-ların “korona”sız uşaqlığı

Əkrəm Əylisli – «AYB-nin türkmənbaşısı Anara»

Cins, cinsi özünüdərk, cinsi meyl

Dənizdə itmək

Azərbaycanın kino bazarı

Azərbaycanlı identifikasiyası: siyasi kimlik və milli ideya

Səfər Mehdiyevin monopoliya faizləri

Qarabağ və ədalətsizlik

Empatiya. Necə yaranır və nə üçün lazımdır?

Aygün Aslanlı: “Sevda Sultanova baş ifritədir”

1875-ci ilin yayı

Yalan demə, heç kim ölmək istəmir…

Firudin Allahverdinin Qars səfəri (I hissə)

Əcaib, soyuq, nəhəng – Rusiya

I Dünya Müharibəsi: səbəbləri və nəticələri

Strasburq l’Inclusive-də bir azərbaycanlı

Luis Bunüel-dən amansız səmimiyyətlə dolu xatirələr (III hissə)

“Azərkosmos” 24 mln. dollar gəlir götürüb

Abbas Atilay – Futbolsuz ölkənin final macərası

InSight-ın ilk “selfiesi”

Azərbaycanlılar koronoavirusa niyə inanmır?

Yemişsatan arvadın əhvalatı

Qadınlar kişilərdən güclü olsaydı…

Seksdən niyə yorulduq?

Dramatürkiyə – ümummilli dramamız

Leonardo da Vinçinin əlyazmaları hamıya əlçatan oldu

Mədəniyyətlərin qloballaşması: zərurət yoxsa özünüməhv?

Ət yeməyən gəlin

Günel Mövlud Günel Mövlud
., Sərbəst
06 May 2019

Bu söhbət niyə, hardan yadıma düşdü, bilmirəm. Onu bilirəm ki, o vaxt gülə-gülə, zarafat edə-edə baxdığım bir şeyə indi münasibətimin dəyişdiyini gördüm. İndi, bu hadisəni xatırlayanda, heç gülməyim gəlmədi. Əksinə, özümü çox pis hiss elədim.

Aradan bəlkə 25 ildən çox bir vaxt keçib. O vaxt qohumlarımdan bir kişi başqa rayondan olan bir qızla evləndi. Ailəmizə düşən qız mehriban, təmizkar, ünsiyyətdə problemsiz bir insan idi. Amma elə səhəri gün ailəni sarsıdan bir məlumat ortaya çıxdı: qız ət yemirdi. Ət, balıq, toyuq, heç nə. Bütün ailə şok oldu. Bu, indiyə qədər nə ailəmizdə, nə kəndimizdə heç kimin nəinki yaşamadığı, heç ömründə eşitmədiyi bir şey idi. Necə ola bilərdi ki, insan ət yeməsin? Ət yemirsə, niyə yemir? Necə yemir? Ət yemirsə, bəs nə yeyir?

Ailəmizdəki qadınlar ilk olaraq, qızın ət yeməməsinin onun ailəsində, nəslində, ulu nənələrindən kiminsə «gəzəyən» olması ilə bir əlaqənin olub-olmamasını müəyyən etmək üçün kəşfiyyata başladılar. Uzun-uzadı bir kəşfiyyat aparıldı. Açığı, onların müraciət etdikləri mənbələr də bu mövzuda ekspertlik etməkdə çətinlik çəkirdilər, çünki dediyim kimi, insanın ət yeməməsi nadir, görünməmiş, hətta hiddətləndirici bir iş olsa da, bu halı məişət əxlaqsızlığı ilə bağlamaq üçün heç bir vasitə tapa və ya tapmaya bilmir, bir növ, maestro Elmir Mirzəyev demişkən, koqnitiv dissonans yaşayırdılar.

Kişilər üzə vurmasa da, gəlinin ət yeməməsi onları da bərk narahat edir, elə hey ailənin qadın üzvlərini bir küncə qısnayıb, gəlindən ət  yeməməsinin səbəbini öyrənməyi, bu problemi ən qısa müddətdə həll etməyi tələb edirdilər.

Bu yerdə haqlı olaraq, soruşa bilərsiniz ki, axı bir insanın ət yeməməyinin kimə nə ziyanı ola bilər və kimin nə borcuna qalıb ki, başqası ət yeyir ya yox. Nə deyim? Çoxunuz şəhər uşağısınız, kənd həyatından kinoya baxıb, kitablar oxusanız da, kənd yerində insanların arasındakı münasibətlərdən anlayışınız elə də çox deyil. O münasibətləri dolğun ifadə etmək üçün mən burda dastanlar yazmalı, Şəhrizad kimi sizə minbir gecə nağıl danışmalıyam. Yenə də, tam izah edə bilməyəcəm. Bircə bunu deyim, hesabınızı götürün ki, bir dəfə bizim kənddə bir ağsaqqal qonşusunu qızı velosiped sürüb deyə, az qala bıçaqlamışdı. Səbəb də bu idi ki, indiyə qədər kənddə kimin qızı velosiped sürüb ki, sənin qızın da sürür. Əyalət yerlərində günü bu gün də istənilən yenilik düşməncəsinə qarşılanır, hoyduya götürülür, lağa qoyulur, yenilik gətirən adam intihar həddinə çatdırılır.

Yəni, bizim gəlinbacının da əsas problemi o idi ki, kəndə təzə söhbət gətirmişdi, hamı ət yediyi halda, o ət yemirdi. İkincisi də, kənd yerində, qadın elə-belə adam deyil, qadın həm də tövlə təmizləməli, yayda ot tayası vurmalı, yer belləməli, inək sağmalı, külfətin paltarını əllə yumalı (o vaxtlar paltaryuyan maşın biz tərəflərdə hələ lüks idi və heç kimdə yox idi) idi. Bütün bu işləri görəcək adamda gərək enli bilək, qalın baldır olsun ki, bu ağır işlərin öhdəsindən gəlsin. Bəs, ət yeməyən adamda bu güc, bu bilək olacaqdımı? Bunu qohumlarım bilmir və düşünürdülər ki, hər ehtimala qarşı işlərini möhkəm tutub, gəlini birtəhər ətə alışdırsınlar.

O vaxtlar “vegetarian” sözünü bizim tərəflərdə heç kim bilmirdi. O allahın fağırı gəlin özü də. Onun ət yeməməyi heyvanlara rəhmi gəldiyindən deyildi, sadəcə orqanizmi qəbul eləmirdi, ətdən iyrənirdi. Uşaqlıqdan ət yeməmişdi. İndi, ərə gəldiyi evdə onun özünə heç bir problem yaratmayan bir şey, bütün qohumların probleminə çevrilmişdi.

Nəsə, ay ötdü il dolandı. Aradan bir il keçdi və bu müddətdə gəlin hamilə qalmadı. Həkimlər filan onun heç bir probleminin olmadığını desə də, uşaq olmurdu və heç kimin ağlına gəlmirdi ki, problemi bir də gəlinin ərində axtarsınlar. Hamı o dəqiqə problemin kökünü tapdı – gəlin ona görə doğa bilmir ki, ət yemir.

Bütün qohumlar gəlinə ət yedizdirmək üçün gərgin, alovlu bir mübarizəyə başladılar. Kimisi onun yeməyinə gizli ət qatır, kimisə ət yeməzsə, ərinin onu boşayacağı ilə şantaj edir, kimisi yalvarır, kimisi zorla ağzına ət dürtürdu. Yazıq gəlin, hər dəfə bu fiziki, psixoloji, mənəvi basqılara dayana bilməyib, bir tikə ət yeyir, o dəqiqə də gedib qaytarır, sonra iyrəndiyindən günlərlə özünə gələ bilmirdi.

Bu mübarizə bir neçə il davam elədi. Həkimlər bir yandan gəlinin bədəninə iynə və dərman, evdəkilər ağzına ət dürtür, yazıq qadını haldan hala salırdılar. Dördüncü ilin tamamında, ailə onun qarşısında konkret tələb qoydu. Ya ət yeyəcək və uşaq doğacaq, ya da onu boşatdırıb, oğullarına totuq-motuq, bozbaşı dolmaya, dolmanı kəllə-paçaya qatıb yeyən adam balası kimi bir qız alacaqlar. Qadın özü başladı ət yeməyə. Günlərlə göz yaşları qusuntusuna qarışırdı. Amma özünü məcbur edirdi. Birtəhər, ət yeməyi öyrəndi. Heç bir həzz almadan, iyrənə-iyrənə birtəhər yeyirdi.

O ərəfədə, ağlına gəlmişdi ki, ərini də həkimə aparsın. Və problemin əslində ərində olduğu üzə çıxmışdı. Cütlüyün birlikdə ilk müalicəsindən sonra gəlin hamilə qalmışdı.

İşin ən pis tərəfi də bu idi ki, qohumların “nəzəriyyəsi” təsdiqlənmişdi. Gəlin ət yeməyə başlamış və uşaq doğmuşdu.

İndi o qadının halı ilə maraqlandım. Əsəbləri xəstədir. Hücrəyə çəkilib, nə ərini, nə uşaqlarını danışdırmır. Evdən çıxmır. Heç bir sosial həyatı yoxdur. Telefon belə işlətmir.

Ət yemir deyə, bir insanı məhv ediblər.

P.S. Yazıya seçilən fotonun mövzuya dəxli yoxdur. Heç olmalı da deyil.

Günel Mövlud

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

Britigan_COVIDConspiracy_38x24cm-1320x834
.

Covid-19 və konspirasiya nəzəriyyələri. Fake-news ehtiyacımız

01 Mart 2021
Estestvennyi---poryadok-1-1024x766
.

Biz sivilizasiyaya tüpürmüşük

01 Mart 2021
MyCollages (2)
.

S. Baycan: “Azərbaycanlıların dərdi toydur”. Ə. Novruzov: “Allah yarasa yeyənlərin bəlasını versin”

01 Mart 2021
NSAC_gay_men
.

Homoseksuallıq və homofobiya. Made in Europa

01 Mart 2021
Kak-vse-1-1024x717
.

İnkubatordan çıxmışlar. “Sürü psixologiyası” nə üçün zərurətdir?

28 Fevral 2021
_117157217_sevilatakiiyeva
.

Bakirə intiharlar

27 Fevral 2021
Facebook Youtube Instagram Twitter

az-ag

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • Artlogos

Redaksiya

Təsisçi: Prof. Məsud Aşina

Baş redaktor: Ələkbər Əliyev

Şef redaktor: Elmir Mirzəyev

Redaktor: Aygün Aslanlı, Sevda Sultanova

Texniki direktor: Camal Əli

İncəsənət: Emin Əliyev

Elm: Hacı Hacıyev

Tarix: Tural Həmid

İqtisadiyyat: Dünya Sakit

Foto: Abbas Atilay

Qrafika: Gündüz Ağayev

Dizayn: Sahil Qənbərli

Tərcüməçilər: Rəvan Quluzadə, Fəxri Qocayev

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

Göndər Cancel