Azlogos
  • Kimlər var
  • Bizi tanı

Topçubaşovun Aqaronyanla söhbətində bir qətlin anonsu "Soprano klanı". Möhtəşəm serial Yayı olmayan il Nədən qorxur və niyə stoaçılar kimi yaşamaq istəyirik? “Mənəvi üstünlüyün” gorbagor olması TS-Eliot Qismət. Tomas Eliotun poetikası
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • ArtLogos
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Ərdoğanın, yoxsa Əliyevin dəmir yumruğu?

AzLogos AzLogos
., Mövqe
12 Dekabr 2020

Bir ay əvvəl Cənubi Qafqazda sülh razılaşması bağlananda bir məsələ mübahisə doğurmuşdu: Türkiyə Rusiya ilə bərabərhüquqlu şəkildə sülhün zamini olacaq, ya yox? Rusiya deyirdi ki, yox, Türkiyə deyirdi ki, olacaq, hətta artıq elədir. Geridə qoyduğumuz ay göstərdi ki, Putin yanılıb, Ərdoğan haqlı imiş. Türkiyə Cənubi Qafqazda vəziyyətin zamininə çevrildi. Sadəcə bir sual var: o, sülhünmü zaminidir?

Mən, Türkiyə ilə Azərbaycanın bundan sonra istənilən an Ermənistanın axırına çıxa, yeni müharibə başlayandan 48 saat sonra Yerevana girə biləcəyindən ehtiyatlanan ermənilərin qorxularını qətiyyən bölüşmürəm. Nə Azərbaycan, nə də Türkiyə bunu etməyəcək. Onların maraqları dünya ictimaiyyəti ilə bağlıdır, Türkiyə NATO-nun üzvüdür. Ermənistana qarşı aqressiya nümayişi Türkiyəyə də, Azərbaycana da dünyadakı mövqeləri bahasına başa gələcək, onlar çıxdaş ölkələrə çevriləcəklər. Türkiyə də, Azərbaycan da buna yol verməyə hazır deyil və yol verməyəcək.

Çox güman ki, müharibənin qızğın mərhələsi uzun müddətlik bitib. Təbii, əgər Yerevandakı çılğın beyinlər Paşinyanı devirib revanş almaq istəməsələr… Bax, bu halda Ermənistan üçün son nəticə, həqiqətən, sürətli və bütünlüklə məhvedici ola bilər. Amma ermənilər həddindən artıq ağıllıdırlar, belə eksperimentə getməzlər. Ermənilər artıq başa düşüblər ki, heç kim onların əvəzinə döyüşməyəcək. Nə Rusiya, nə Fransa, nə Tramp, nə Bayden – heç kim.

Amma Türkiyə Azərbaycan uğrunda döyüşəcək. Bu, artıq aydın görünür. Bu gün Bakıda qələbə paradı keçirildi. Paradda həm Türkiyə, həm də Azərbaycan ordusunun hissələri öz milli bayraqları altında iştirak edirdilər. Paradı İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan qəbul edirdi. Hətta deyəsən, Ərdoğan Əliyevdən daha ötkəmdanışırdı və Ermənistanı “Azərbaycanın dəmir yumruğu” ilə hədələyirdi. Türkiyənin yox, məhz Azərbaycanın yumruğu ilə! Deməli, Türkiyə və Azərbaycanın yumruqları – bir vücuddakı iki əlin yumruqlarıdır. “İki dövlət-bir millət” – indi bu şüar Azərbaycanın da, Türkiyənin də hər yerində səslənir.

Rusiya Azərbaycanı itirdi. Valerian Zubovun Xəzər yürüşü, general Paskeviçin anneksiyaları ilə başlayan, bolşeviklərin Samuru keçməsiylə 1920-ci il aprelində bərpa olunan bu iki yüz illik dövr sona çatdı. Azərbaycan artıq Rusiyanın bir parçası deyil və Rusiyaya vassallıq etmir. 1918-20-ci illərdə- Vətəndaş müharibəsi zamanında olduğu kimi, o, yenidən Türkiyənin müttəfiqinə çevrildi. Lakin həmin dövrdə Türkiyə zəif idi, I Dünya Müharibəsində məğlubiyyətə məruz qalan Osmanlı imperiyası təzəcə süqut etmişdi. Mustafa Kamal Paşanın özünün Leninin və Kominternin köməyinə ehtiyacı vardı, Buna görə də, o, qızıl, silah, Qars, cənubi Tao-Klarceti krallığı və Ağrı dağı qarşılığında (Sürməli uyezdi) Azərbaycanı bolşeviklərə verməyə razı olmuşdu.

Amma indi Ərdoğan güclüdür. Onun ordusu, NATO ölkələri arasında gücünə görə ikinci yerdədir, o, Rusiyadan da, onun Atlantika müqaviləsindən də, paslı raketlərində də etibarlı şəkildə qorunur. Ərdoğan, daim Türkiyəyə lazım olan Qərblə münasibətləri qırmadan eyni zamanda iki imperiyanı dirçəldir – Sünni-islamçı Osmanlı imperiyasını; etnik pantürkçü imperiyanı. Sonuncu gənc türklərin – Ənvər paşanın, Tələt paşanın və onların ideoloqlarının, pantürkçülüyün nəzəriyyəçilərinin heç vaxt gerçəkləşməyən ən böyük xəyalı idi.

Bu yolda Ərdoğanın qarşısında bir neçə əngəl var. Onlardan ən güclüsü İrandır. İran hesab edir ki, şiə inancına və tarixə görə, Azərbaycan ona məxsus olmalıdır. İkinci əngəl – Səudiyə Ərəbistanı və ərəblərdir. Səudiyə Ərəbistanı da sünni islam dünyasının rəhbərliyinə iddialıdır. Ərəblər isə gənc türklərin kürdlər kimi onları da necə ikinci dərəcəli vətəndaşlara çevirdiklərini yaxşı xatırlayırlar. Üçüncü əngəl – vaxtilə türk xalqlarının, əsasən də, sünnilərin məskunlaşdığı bir çox əraziləri ələ keçirmiş Rusiyadır. İndi o xalqların hamısı Moskvaya yox, Ankaraya baxırlar – Şimali Qafqazda da, Volqaboyunda da, Orta Asiyada da. Uzaq Şərqdə isə Ərdoğanın iddialarının dördüncü düşməni – Sinszyanda türk-müsəlman uyğurların həyatını dözülməz edən kommunist Çin gözə dəyir.

Böyük ehtimalla, Ərdoğanın ambisiyaları əvvəl-axır onun boynunu qıracaq, amma bunun günü sabah olmayacağı dəqiqdir.

Hələlik isə o daha da güclənir və tam əsasla deyə bilərik ki, Putin dünya şahmat taxtasında Ərdoğana total şəkildə uduzub. Özü də bu məğlubiyyət indi-indi hiss olunmağa başlayır. Çünki Azərbaycanın arxasından Dağıstan, Çeçenistan, Qabarda, Adıgey, Krım boylanır… Bəli, həmin o Krım ki, Ərdoğan onu Rusiyanın tərkib hissəsi kimi tanımamışdı və heç vaxt tanımayacaq. Ona görə yox ki, o, beynəlxalq hüquq prinsiplərinə həddindən artıq sadiqdir. Ona görə ki, Krımın yerli əhalisi onunla eyni dildə danışır və Yekaterina ilə müharibələrə qədər Krım 350 il Osmanlı imperiyasının bir hissəsi olmuşdu.

NTV-nin jurnalistlərinin İstanbulda həbs olunması bir diktatorun digərinə göndərdiyi siqnal idi: bizim dostluğumuz bitdi, nüfuz, təsir uğrunda mübarizə başlayır. Moskvanın pomidorlu, sönük cavabı Bakını da, Ankaranı da sadəcə güldürür. Artıq masaya tərəvəz alverindən gələn gəlirlər yox, torpaqlar qoyulub. Odur ki, Ərdoğan Bakıda keçirilən paradda pomidorlara və digər meyvə-tərəvəzə sərt mesajla cavab verdi.

Kreml Qərbə qarşı yürütdüyü son dərəcə axmaq siyasətin bəhrəsini dərməyə başlayır. İqtisadi baxımdan deqradasiya edən, siyasi baxımdan qeyri-stabil olan, özünü inkişaf etmiş dünyadan qoparan, G7 və NATO-nun qapılarını çırpan müstəbid ölkə kimin nəyinə lazımdır? Bütün ölkələr ən güclü və ən inkişaf etmiş dövlətlərə yaxın olmaq istəyirlər. Ki, özləri də inkişaf edib güclənsinlər. Hətta çevik manevrlər edən Türkiyə belə, var-gücü ilə Atlantik demokratiya dünyası ilə müttəfiqliyini itirməməyə çalışır. Amma Putin çox asanlıqla, bir qədər də fövqəl dövlətlərin keçmişdə qalmış qarşıdurmalarına bəslədiyi nostaljik heyranlıqla Rusiyanı təcrid vəziyyətinə qaytardı, onu Çinin kiçik müttəfiqinə və sanksiyaların altında boğulan İranın tərəfdaşına çevirdi. O, Türkiyə ilə də dostlaşmaq istəyirdi, ancaq alınmadı. Ərdoğan kremlli tirandan qat-qat ağıllı oynayır.

Rusiya hazırkı vəziyyətdə heç kimə lazım deyil – nə Azərbaycana, nə Moldovaya, hətta Qırğızıstana da. Rusiya, imperiyanın tərkibindəki digər xalqlar üçün qərb sivilizasiyasına və mədəniyyətinə aparan körpü qismində dəyərli idi. Bu, gürcülərin də, ermənilərin də, azərbaycanlıların da itirdikləri azadlıqlarını qismən də olsa, kompensasiya edirdi. Amma bir halda ki Putin Rusiyası artıq özü o yolları axtarmır, onu sivil dünyayla birləşdirən körpüləri də çekistsayağı alışqanlıqla partladır, o zaman hər kəs Qərbə başqa yollar axtarmağa başlayır.

Putin yadından çıxarıb ki, kommunist siyasi bürosu imperiyanı yalnız zor gücünə öz ətrafında saxlayırdı. O güc yox oldu və bütün xalqlar Qərblə əlaqələr qurmağa cumdular. Yeri gəlmişkən, o “məşhur 90-cı illərdə” Rusiya özü də bunu edirdi. İndi isə hakimiyyəti ələ keçirmiş çekistlər sayəsində, Rusiya geriyə – yeni soyuq müharibədə özünütəcrid vəziyyətinə qayıdıb. Ancaq digər xalqlar onun ardınca getmək istəmirlər və geri qayıtmayacaqlar. Heç biri. Hətta Nazarbayev Qazaxıstanı, Əliyev Azərbaycanı da onun ardınca getmədi. İndi onlar – kimisi Türkiyə vasitəsilə, kimisi də Ərdoğanın ambisiyaları üzərindən keçərək – Qərbə gedəcəklər. Onların ardınca Rusiyanın vilayətləri də eyni şeyi təkrarlayacaq. Kremlin çürük təcridçiliyi onların nəyinə lazımdır?

Bakıda keçirilən parad Ermənistan üzərində qələbəni bayram etməkdən daha çox, yeni geosiyasi ittifaqın yaranmasını bayram etməkdir və bu ittifaqda artıq Rusiyaya yer yoxdur. “XX əsrin ən nəhəng fəlakəti – SSRİ-nin dağılması”na nostalgiyanın inkişafı xəttini seçmiş Putinin səhvi onu 15 ildən sonra çıxılmaz dalana saldı. Həmin o keçmiş SSRİ ölkələri bir-bir ondan uzaqlaşır. Sadəcə ona görə ki, ORA daha yaxşıdır, daha zəngin və daha perspektivlidir. Kimsə Azərbaycan kimi özünü Türkiyənin yanında yaxşı hiss edir, kimsə Moldova, Ukrayna, yeni Belorus kimi Avropanın yanında.

Rusiyaya bu prosesə liderlik etmək təklif olunmuşdu, onu G7-ə qəbul etmişdilər, NATO və Avropa İttifaqı ilə yaxınlaşma yolunu açmışdılar. Amma Putin Rusiyası Abxaziyanı, Dnestryanı bölgələri, Krımı dünya ictimaiyyətindən üstün tutdu və nəticədə həmişəlik dağılmış imperiyanın sınıq-salxaq təknəsiylə qaldı. Putin o imperiyanı bərpa etməyin xəyalını qururdu və Rusiyanın uğurlu gələcəyini bu xəyalətə qurban verdi.

Andrey Zubov

Rus tarixçisi, professor

Aravot

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

MyCollages (1)
.

Topçubaşovun Aqaronyanla söhbətində bir qətlin anonsu

26 Yanvar 2021
87004a2f815f4f80db100c7ee96b642d_ce_1625x1014x0x135_cropped_960x600
.

“Soprano klanı”. Möhtəşəm serial

25 Yanvar 2021
Ali Novruzov-680x325
.

Yayı olmayan il

25 Yanvar 2021
Hero.
.

Nədən qorxur və niyə stoaçılar kimi yaşamaq istəyirik?

25 Yanvar 2021
elmir-mirzeyev
Mövqe

“Əbədi tələbə” sindromu, sosial parazitizm fenomeni kimi

25 Yanvar 2021
IMG-20180618-WA0012
.

“Mənəvi üstünlüyün” gorbagor olması

24 Yanvar 2021

Redaktorun seçimi

Harvarda necə qəbul olmaq olar?

Çox əxlaqlı millətin söyüş arsenalına dair

Obraz qurbanı

Azərbaycansayağı ölüpərəstlik

Kərimlinin oynayan göz-qaşı və Qarabağ “dərdi”

Vətəndaş olmadan vətənpərvər olmaq

Milan Kunderanın “Sapdırılmış vəsiyyətlər”i

Bozluq və boşluq içindəki Azərbaycan kəndi…  

Qadınlar kişilərdən güclü olsaydı…

“Qasım Süleymanov” barometri

Üçüncü Reyxin «mavi» üzü

Qocalara yer varmı?

Radiasiya – çoxlarını qorxuya salan söz (info-animasiya)

Paşinyan parçalanmış elitanı bərpa etməyə çalışır

Klanlararası savaşda yeni mərhələ

Erməni dostluğu

Azərbaycanda hər şeyin müxtəsər tarixi

AFFA rəhbərliyi konkret nə istəyir?

Tarixin məşhur feministləri – Mariya Trubnikova

Kişi alimlərin özünüreklam məharəti

Qəhvə və parkinqi nə birləşdirir?

Koronavirus necə öldürür?

“Alma”-nı yenə oxumaq olacaq

Vaqif Mustafazadə və jazz haqqında miflər

Anderssonun “Sonsuzluq haqqında” yazdığı şeir

Üzeyir Hacıbəylinin analitik düşüncə tərzinə dair bəzi nümunələr

Psycho Meykhana Illustration Series

600 ildə dəyişən interyer

İnformasiya çatışmazlığı sindromu

Qardaş olub Hayastan-Azərbaycan?

Ərdoğanın, yoxsa Əliyevin dəmir yumruğu?

AzLogos AzLogos
., Mövqe
12 Dekabr 2020

Bir ay əvvəl Cənubi Qafqazda sülh razılaşması bağlananda bir məsələ mübahisə doğurmuşdu: Türkiyə Rusiya ilə bərabərhüquqlu şəkildə sülhün zamini olacaq, ya yox? Rusiya deyirdi ki, yox, Türkiyə deyirdi ki, olacaq, hətta artıq elədir. Geridə qoyduğumuz ay göstərdi ki, Putin yanılıb, Ərdoğan haqlı imiş. Türkiyə Cənubi Qafqazda vəziyyətin zamininə çevrildi. Sadəcə bir sual var: o, sülhünmü zaminidir?

Mən, Türkiyə ilə Azərbaycanın bundan sonra istənilən an Ermənistanın axırına çıxa, yeni müharibə başlayandan 48 saat sonra Yerevana girə biləcəyindən ehtiyatlanan ermənilərin qorxularını qətiyyən bölüşmürəm. Nə Azərbaycan, nə də Türkiyə bunu etməyəcək. Onların maraqları dünya ictimaiyyəti ilə bağlıdır, Türkiyə NATO-nun üzvüdür. Ermənistana qarşı aqressiya nümayişi Türkiyəyə də, Azərbaycana da dünyadakı mövqeləri bahasına başa gələcək, onlar çıxdaş ölkələrə çevriləcəklər. Türkiyə də, Azərbaycan da buna yol verməyə hazır deyil və yol verməyəcək.

Çox güman ki, müharibənin qızğın mərhələsi uzun müddətlik bitib. Təbii, əgər Yerevandakı çılğın beyinlər Paşinyanı devirib revanş almaq istəməsələr… Bax, bu halda Ermənistan üçün son nəticə, həqiqətən, sürətli və bütünlüklə məhvedici ola bilər. Amma ermənilər həddindən artıq ağıllıdırlar, belə eksperimentə getməzlər. Ermənilər artıq başa düşüblər ki, heç kim onların əvəzinə döyüşməyəcək. Nə Rusiya, nə Fransa, nə Tramp, nə Bayden – heç kim.

Amma Türkiyə Azərbaycan uğrunda döyüşəcək. Bu, artıq aydın görünür. Bu gün Bakıda qələbə paradı keçirildi. Paradda həm Türkiyə, həm də Azərbaycan ordusunun hissələri öz milli bayraqları altında iştirak edirdilər. Paradı İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan qəbul edirdi. Hətta deyəsən, Ərdoğan Əliyevdən daha ötkəmdanışırdı və Ermənistanı “Azərbaycanın dəmir yumruğu” ilə hədələyirdi. Türkiyənin yox, məhz Azərbaycanın yumruğu ilə! Deməli, Türkiyə və Azərbaycanın yumruqları – bir vücuddakı iki əlin yumruqlarıdır. “İki dövlət-bir millət” – indi bu şüar Azərbaycanın da, Türkiyənin də hər yerində səslənir.

Rusiya Azərbaycanı itirdi. Valerian Zubovun Xəzər yürüşü, general Paskeviçin anneksiyaları ilə başlayan, bolşeviklərin Samuru keçməsiylə 1920-ci il aprelində bərpa olunan bu iki yüz illik dövr sona çatdı. Azərbaycan artıq Rusiyanın bir parçası deyil və Rusiyaya vassallıq etmir. 1918-20-ci illərdə- Vətəndaş müharibəsi zamanında olduğu kimi, o, yenidən Türkiyənin müttəfiqinə çevrildi. Lakin həmin dövrdə Türkiyə zəif idi, I Dünya Müharibəsində məğlubiyyətə məruz qalan Osmanlı imperiyası təzəcə süqut etmişdi. Mustafa Kamal Paşanın özünün Leninin və Kominternin köməyinə ehtiyacı vardı, Buna görə də, o, qızıl, silah, Qars, cənubi Tao-Klarceti krallığı və Ağrı dağı qarşılığında (Sürməli uyezdi) Azərbaycanı bolşeviklərə verməyə razı olmuşdu.

Amma indi Ərdoğan güclüdür. Onun ordusu, NATO ölkələri arasında gücünə görə ikinci yerdədir, o, Rusiyadan da, onun Atlantika müqaviləsindən də, paslı raketlərində də etibarlı şəkildə qorunur. Ərdoğan, daim Türkiyəyə lazım olan Qərblə münasibətləri qırmadan eyni zamanda iki imperiyanı dirçəldir – Sünni-islamçı Osmanlı imperiyasını; etnik pantürkçü imperiyanı. Sonuncu gənc türklərin – Ənvər paşanın, Tələt paşanın və onların ideoloqlarının, pantürkçülüyün nəzəriyyəçilərinin heç vaxt gerçəkləşməyən ən böyük xəyalı idi.

Bu yolda Ərdoğanın qarşısında bir neçə əngəl var. Onlardan ən güclüsü İrandır. İran hesab edir ki, şiə inancına və tarixə görə, Azərbaycan ona məxsus olmalıdır. İkinci əngəl – Səudiyə Ərəbistanı və ərəblərdir. Səudiyə Ərəbistanı da sünni islam dünyasının rəhbərliyinə iddialıdır. Ərəblər isə gənc türklərin kürdlər kimi onları da necə ikinci dərəcəli vətəndaşlara çevirdiklərini yaxşı xatırlayırlar. Üçüncü əngəl – vaxtilə türk xalqlarının, əsasən də, sünnilərin məskunlaşdığı bir çox əraziləri ələ keçirmiş Rusiyadır. İndi o xalqların hamısı Moskvaya yox, Ankaraya baxırlar – Şimali Qafqazda da, Volqaboyunda da, Orta Asiyada da. Uzaq Şərqdə isə Ərdoğanın iddialarının dördüncü düşməni – Sinszyanda türk-müsəlman uyğurların həyatını dözülməz edən kommunist Çin gözə dəyir.

Böyük ehtimalla, Ərdoğanın ambisiyaları əvvəl-axır onun boynunu qıracaq, amma bunun günü sabah olmayacağı dəqiqdir.

Hələlik isə o daha da güclənir və tam əsasla deyə bilərik ki, Putin dünya şahmat taxtasında Ərdoğana total şəkildə uduzub. Özü də bu məğlubiyyət indi-indi hiss olunmağa başlayır. Çünki Azərbaycanın arxasından Dağıstan, Çeçenistan, Qabarda, Adıgey, Krım boylanır… Bəli, həmin o Krım ki, Ərdoğan onu Rusiyanın tərkib hissəsi kimi tanımamışdı və heç vaxt tanımayacaq. Ona görə yox ki, o, beynəlxalq hüquq prinsiplərinə həddindən artıq sadiqdir. Ona görə ki, Krımın yerli əhalisi onunla eyni dildə danışır və Yekaterina ilə müharibələrə qədər Krım 350 il Osmanlı imperiyasının bir hissəsi olmuşdu.

NTV-nin jurnalistlərinin İstanbulda həbs olunması bir diktatorun digərinə göndərdiyi siqnal idi: bizim dostluğumuz bitdi, nüfuz, təsir uğrunda mübarizə başlayır. Moskvanın pomidorlu, sönük cavabı Bakını da, Ankaranı da sadəcə güldürür. Artıq masaya tərəvəz alverindən gələn gəlirlər yox, torpaqlar qoyulub. Odur ki, Ərdoğan Bakıda keçirilən paradda pomidorlara və digər meyvə-tərəvəzə sərt mesajla cavab verdi.

Kreml Qərbə qarşı yürütdüyü son dərəcə axmaq siyasətin bəhrəsini dərməyə başlayır. İqtisadi baxımdan deqradasiya edən, siyasi baxımdan qeyri-stabil olan, özünü inkişaf etmiş dünyadan qoparan, G7 və NATO-nun qapılarını çırpan müstəbid ölkə kimin nəyinə lazımdır? Bütün ölkələr ən güclü və ən inkişaf etmiş dövlətlərə yaxın olmaq istəyirlər. Ki, özləri də inkişaf edib güclənsinlər. Hətta çevik manevrlər edən Türkiyə belə, var-gücü ilə Atlantik demokratiya dünyası ilə müttəfiqliyini itirməməyə çalışır. Amma Putin çox asanlıqla, bir qədər də fövqəl dövlətlərin keçmişdə qalmış qarşıdurmalarına bəslədiyi nostaljik heyranlıqla Rusiyanı təcrid vəziyyətinə qaytardı, onu Çinin kiçik müttəfiqinə və sanksiyaların altında boğulan İranın tərəfdaşına çevirdi. O, Türkiyə ilə də dostlaşmaq istəyirdi, ancaq alınmadı. Ərdoğan kremlli tirandan qat-qat ağıllı oynayır.

Rusiya hazırkı vəziyyətdə heç kimə lazım deyil – nə Azərbaycana, nə Moldovaya, hətta Qırğızıstana da. Rusiya, imperiyanın tərkibindəki digər xalqlar üçün qərb sivilizasiyasına və mədəniyyətinə aparan körpü qismində dəyərli idi. Bu, gürcülərin də, ermənilərin də, azərbaycanlıların da itirdikləri azadlıqlarını qismən də olsa, kompensasiya edirdi. Amma bir halda ki Putin Rusiyası artıq özü o yolları axtarmır, onu sivil dünyayla birləşdirən körpüləri də çekistsayağı alışqanlıqla partladır, o zaman hər kəs Qərbə başqa yollar axtarmağa başlayır.

Putin yadından çıxarıb ki, kommunist siyasi bürosu imperiyanı yalnız zor gücünə öz ətrafında saxlayırdı. O güc yox oldu və bütün xalqlar Qərblə əlaqələr qurmağa cumdular. Yeri gəlmişkən, o “məşhur 90-cı illərdə” Rusiya özü də bunu edirdi. İndi isə hakimiyyəti ələ keçirmiş çekistlər sayəsində, Rusiya geriyə – yeni soyuq müharibədə özünütəcrid vəziyyətinə qayıdıb. Ancaq digər xalqlar onun ardınca getmək istəmirlər və geri qayıtmayacaqlar. Heç biri. Hətta Nazarbayev Qazaxıstanı, Əliyev Azərbaycanı da onun ardınca getmədi. İndi onlar – kimisi Türkiyə vasitəsilə, kimisi də Ərdoğanın ambisiyaları üzərindən keçərək – Qərbə gedəcəklər. Onların ardınca Rusiyanın vilayətləri də eyni şeyi təkrarlayacaq. Kremlin çürük təcridçiliyi onların nəyinə lazımdır?

Bakıda keçirilən parad Ermənistan üzərində qələbəni bayram etməkdən daha çox, yeni geosiyasi ittifaqın yaranmasını bayram etməkdir və bu ittifaqda artıq Rusiyaya yer yoxdur. “XX əsrin ən nəhəng fəlakəti – SSRİ-nin dağılması”na nostalgiyanın inkişafı xəttini seçmiş Putinin səhvi onu 15 ildən sonra çıxılmaz dalana saldı. Həmin o keçmiş SSRİ ölkələri bir-bir ondan uzaqlaşır. Sadəcə ona görə ki, ORA daha yaxşıdır, daha zəngin və daha perspektivlidir. Kimsə Azərbaycan kimi özünü Türkiyənin yanında yaxşı hiss edir, kimsə Moldova, Ukrayna, yeni Belorus kimi Avropanın yanında.

Rusiyaya bu prosesə liderlik etmək təklif olunmuşdu, onu G7-ə qəbul etmişdilər, NATO və Avropa İttifaqı ilə yaxınlaşma yolunu açmışdılar. Amma Putin Rusiyası Abxaziyanı, Dnestryanı bölgələri, Krımı dünya ictimaiyyətindən üstün tutdu və nəticədə həmişəlik dağılmış imperiyanın sınıq-salxaq təknəsiylə qaldı. Putin o imperiyanı bərpa etməyin xəyalını qururdu və Rusiyanın uğurlu gələcəyini bu xəyalətə qurban verdi.

Andrey Zubov

Rus tarixçisi, professor

Aravot

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

MyCollages (1)
.

Topçubaşovun Aqaronyanla söhbətində bir qətlin anonsu

26 Yanvar 2021
87004a2f815f4f80db100c7ee96b642d_ce_1625x1014x0x135_cropped_960x600
.

“Soprano klanı”. Möhtəşəm serial

25 Yanvar 2021
Ali Novruzov-680x325
.

Yayı olmayan il

25 Yanvar 2021
Hero.
.

Nədən qorxur və niyə stoaçılar kimi yaşamaq istəyirik?

25 Yanvar 2021
elmir-mirzeyev
Mövqe

“Əbədi tələbə” sindromu, sosial parazitizm fenomeni kimi

25 Yanvar 2021
IMG-20180618-WA0012
.

“Mənəvi üstünlüyün” gorbagor olması

24 Yanvar 2021

Facebook Youtube Instagram Twitter

az-ag

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • ArtLogos

Redaksiya

Təsisçi: Prof. Məsud Aşina

Baş redaktor: Ələkbər Əliyev

Şef redaktor: Elmir Mirzəyev

Redaktor: Aygün Aslanlı

Texniki direktor: Camal Əli

Kino: Sevda Sultanova

İncəsənət: Emin Əliyev

Elm: Hacı Hacıyev

Tarix: Tural Həmid

İqtisadiyyat: Dünya Sakit

Foto: Abbas Atilay

Qrafika: Gündüz Ağayev

Dizayn: Sahil Qənbərli

Tərcüməçilər: Rəvan Quluzadə, Fəxri Qocayev

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

Nəticə yoxdur
Bütün nəticələri gör
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

Göndər Cancel