Azlogos
  • Qaydalar
  • Kimlər var

Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu 1651940310 Nshot 20220507 201640187 Bir söz oyunbazının kino fantaziyaları 17aheds Knee Superjumbo Sənət və siyasətin qarşıdurması: 'Ahedin dizi' və estetik zəiflik
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Her an bahis yapmak isteyenler için Bettilt uygulaması hazırlandı.

Online casino oyunlarında yüksek RTP oranları sunan bahsegel kazandırıyor.

Slotlarda kullanılan semboller genellikle tema ile bağlantılıdır; bahsegel giriş bu görselleri kaliteli şekilde sunar.

Əfqanıstanın “Taliban” gerçəkliyi

AzLogos AzLogos
., Mövqe
22 Avqust 2021
Oxuma vaxtı:6 dəqiqəyə oxunur
3704
Paylaş

15 avqust 2021-ci ildə iki mülki Əfqanıstan vətəndaşının Amerika hərbi hava qüvvələrinin Kabilin Həmid Karzai hava limanından yüksələn təyyarəsindən düşdüyü səhnə Amerikan və dünya ictimaiyyətində əkiz qüllələrin vurulduğu 11 sentyabr mənzərəsi qədər ciddi rezonans doğurdu. 11 sentyabr terror aktı ABŞ təhlükəsizlik sisteminin keçilməzlik mifinə necə zərbə vurmuşdusa, son hadisə də Amerika “esteblişment”inin öz maraqları və hegemoniyasının davamı üçün partnyorlarını necə yarıyolda qoyduğunun təzahürü olmuşdur.

Eyni zamanda, bu hadisə Amerikan hegemoniyasının ən önəmli silahlarından olan Amerikan yumşaq gücünə də atılmış bir sillə idi. Ukrayna, Gürcüstan və Myanmarda prosesi yaxından izləyənlər üçün şübhə doğurmayan Amerikan eqoizmi Əfqanıstanda geniş dünya ictimaiyyəti tərəfindən bariz şəkildə görüldü. Bu gün Transatlantik və Avrasiya arasında sıxışıb qalan dövlətlərin siyasi fiqurları və siyasi proseslərin iştirakçıları üçün bu mənzərədən çıxarılacaq dərslər vardır.

Taliban SSRİ Əfqanıstan müharibəsində Amerika, Pakistan və Körfəz dəstəkli “mücahid” qruplaşmalardan sadəcə biri idi. Daha çox Əfqanıstan və Pakistan arasında dağılmış pəştunların dini və etnik səbəblərə görə dəstəklədiyi qruplaşma olan Taliban SSRİ-nin Əfqanıstandan çıxmasından sonra 1989-1996-cı illərdə Əfqanıstanda mərkəzi hakimiyyətin qurula bilməməsi, total ədalətsizlik və anarxiya vəziyyətindən istifadə edərək başta pəştunlar olmaqla əfqanların nisbi çoxluğunun dəstəyi ilə 1996-cı ildə ilk dəfə Kabili ələ keçirərək hakimiyyətə gəlmişdi. SSRİ-Əfqanıstan müharibəsinin keçmişini nəzərə alsaq Taliban digər cihadçı qruplarla arasına məsafə qoya, lokal bir gerçəklik olduğu halda qlobal radikal cihadçı qrup etiketini üzərindən ata bilməmişdir. Taliban radikal qrupdur, lakin qlobal deyil, lokal radikal qrupdur. Belə ki liderlərinin hamısı pəştun olmasına, qurulmasını və mövcudluğunu böyük əksəriyyətlə Pakistan dövlətinə borclu olmasına baxmayaraq, Pakistanda yaşayan pəştunlara belə məsafəlidir.

Yuxarıdakı paraqrafda da qeyd edildiyi kimi, Talibanı digər lokal İslami rejimlərdən ayıran əsas faktor qlobal cihadçı hərəkatlara müəyyən mənada ölkə içindəki leqitimliyini sarsacaq səbəbi və ölkədə yenidən bir vətəndaş müharibəsi çıxacağı qorxusu ilə silah doğrultmaması idi.

_119895213_e4107cff-2ff5-4493-a0b3-43889a4de48c

Yuxarıdakı paraqrafda da qeyd edildiyi kimi, Taliban lokal İslami rejim olsa da, qlobal cihadçı hərəkatlarla arasına məsafə qoya bilməməsinin əsas iki səbəbi var. Birinci səbəb, SSRİ-Əfqanıstan müharibəsi zamanı qlobal cihadçı hərəkatların, xüsusilə Əl Qaidənin müharibədə iştirakı və bunun cəmiyyət içində qarşılığının olmasıdır. Cihadçı qruplarla hər hansı bir ayrılığın yaranması Talibanın ölkə içindəki leqitimliyini sarsıda bilərdi. İkinci səbəb isə, Talibanın ideoloji olaraq fərqləndiyi bu cihadçı qruplarla konfrontasiyası ölkədə vətəndaş müharibəsini yenidən alovlandıra bilərdi, bu da dolaylı olaraq yenidən Talibanın leqitimliyini sual altına qoya bilərdi. Hər halda Taliban leqitimliyini nə demokratik vədlərdən, nə də ki demokratik “Qərb” bloku ilə ittifaqından alırdı. Bu tarixi seçim 2001-ci ildə oğul Buşun müttəfiqləri ilə Əfqanıstana hücumuna səbəb oldu. Taliban devrildi, Əfqanıstanda modern, Qərb dəyərlər sisteminə sayğılı dövlət inşa edildi. Savaş dərəbəyləri, narkobaronlar və qəbilə başçılarının dövləti ABŞ-ın 2 trilyon dollarının və ən modern silahlarının dəstəyi ilə cəmi 20 il hakimiyyətdə qala bildi. Kabildə bir neçə qız məktəbi və qadın hüquqlarını müdafiə edən təşkilat təsis edildi və bir sıra belə “proqressiv” addımlar atıldı. 2020-ci ilin fevral ayında Dohada- bu “proqressiv” dövlət tərəf müqabili belə hesab edilmədən- ABŞ və Taliban arasında Əfqanıstanda hakimiyyətin ötürülməsi müzakirə edildi. ABŞ təhlükəsizlik xidmətinin 6 ay müqavimət göstərəcəyini proqnozlaşdırdığı bu modern dövlət 10 gün ərzində ölkəni Talibana təslim etdi. ABŞ və müttəfiqləri tərəfindən dəstəklənən 350 minlik Əfqanıstan ordusu 20 ilin tək qazancı olan bir neçə qız məktəbi və qadın hüquqları təşkilatını qoruya bilmədi.

Bilinənin əksinə Taliban digər modern İslamçı qruplardan fərqli olaraq tədricən radikallaşmayan, Hənəfi məzhəbinin mahiyyəti etibarı ilə sərt bir qolu olan deobandi təriqətinə məxsus dogmatik bir qrupdur. Əl Qaidə, Hamas, Hizb ut-Tahrir kimi təşkilatlar, xüsusən 20-ci əsrin ortalarında sərt ərəb milliyətçiliyinin təzyiqi altında təkfiri ideologiyaya yönəldiyi halda deobandilər 19-cu əsrin ortalarından etibarən bu görüşə sahib idi (Zəruri bir qeyd: ümumiyyətlə radikal İslamçı hərəkatların bəsləndiyi mənbələr, tarix içində keçirdiyi transformasiya və lokal gerçəklikdən təsirlənib fərqli ideoloji xətt tutması geniş oxucu kütləsi üçün ümumiləşdirməyə və çaşqınlığa səbəb olur). Nəzərə alsaq ki, əfqan toplumu böyük əksəriyyət olaraq ənənəvi islami həyat tərzinə malikdir və pəştunlar Əfqanıstanda əhalinin 40 %-ini, sünni müsəlmanlar isə əhalinin 80-85 %-ini təşkil edir, Taliban kimi radikal sünni İslamçı bir qrupun belə bir xaotik vəziyyətdə hakimiyyəti öz əlində cəmləşdirməsi təəccüblü olmamalıdır. Bu gün dünya ictimaiyyəti və Əfqanıstanda vitrindəki bir sıra qadın təşkilatları üçün katastrofik təsiri olan son hadisələr aşağı-yuxarı Talibanla bənzər inançları bölüşən və eyni həyat tərzinə malik olan əhalinin böyük əksəriyyəti üçün gələcəyə ümidlə baxmağa fürsətdir. Təəccüblü deyil ki, insanoğlu tarix boyunca və hansı coğrafiyada yaşamasından asılı olmayaraq təhlükəsizliyi azadlıqdan üstün tutmuşdur. Qədim Mesopotomiya coğrafiyasında imperiyalar arasında baş verən çəkişmələrdən bu günkü Avropa cəmiyyətlərində miqrasiya probleminə verilən reflekslərə qədər eyni tendensiya müşahidə edilir.

afghanistan-01-AP-iwb-210819_1629382091361_hpMain_16x9_992

Qərb akademik çevrələrində zaman-zaman tənqid etdiyimiz sosioloji reallıqlarla xarici müdaxilənin təsirlərinin görməzdən gəlinməsi məsələsinə bu yazıda yol verməmək üçün bu mövzuya aydınlıq gətirmək zərurəti doğur. Belə ki, qərb akademiyası Amerikanın 2003-cü ildə İraqa müdaxiləsindən sonra ölkədə yaranan xaotik vəziyyəti sosioloji reallıqlarla əsaslandırmağa cəhd edir. Əsas arqumentləri isə budur: İraqda sünni azlıq əhalinin əksəriyyətini təşkil edən şiələr üzərində despotik hökmranlıq qurub. Bu despotizm regionda və dünyada təhlükəsizliyi təhdid edir, devrilməlidir. Rejim dəyişikliyi olduqdan sonra İraqda yaranan xaotik vəziyyətin Amerikanın müdaxiləsindən yox, regiondakı dini və etnik fərqliliklərdən yaranması iddia edilir. Verilən digər nümunə isə Suriyadır. Orada isə şiə azlıq sünni çoxluğa zülm edir. Bu zülmə dözməyən çoxluq silahlanıb üsyan edir, üsyançıları silahla təmin etmək, lojistik dəstək vermək, Suriya hökumətini sanksiyalarla zəiflətmək Suriya vətəndaş müharibəsində bir detal olaraq görülür. Əsas problem İraq və Suriyanın sosioloji reallığı ilə izah edilir. Bu çevrələrə görə, paradoksal olaraq, Əfqanıstan kimi dünyanın ən zəngin etnik mənsubiyyətli dövlətini isə heç bir sosial dəstəyi olmayan dərəbəylərinə və müharibə lordlarının formalaşdırdığı kukla dövlətə əmanət etmək olar.

Nəticə olaraq, Səudiyyə Ərəbistanı və İran kimi teokratik dövlətlərlə ikili münasibətlərində dəyərləri yox, jeopolitik reallıqları nəzərə alan dünya dövlətləri maraqları çərçivəsində Taliban gerçəkliyini də beynəlxalq sistem içində qəbul etməli olacaqlar. Xüsusilə Səudiyyə Ərəbistanı-ABŞ silah ticarətini nəzərə alsaq ehtimal olunandır ki bir neçə ildən sonra Taliban yerləşdiyi coğrafi mövqe səbəbi ilə ABŞ timsalında qərbin əsas partnyorlarından olacaq. Əfqanıstanda baş verən son hadisələr isə bizə bildiyimiz ancaq zaman-zaman idealist düşüncələrimiz səbəbi ilə unutduğumuz iki reallığı açıq şəkildə bəyan edir. Birincisi, dövlətlərin normları, dəyərləri olmur, maraqları olur. İkinci isə, bəşər övladı hər zaman təhlükəsizlik müqabilində azadlığından güzəştə gedir.

Bayram Əliyev, Toğrul Seyidbəyli

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
488656195 122127540776763171 3687452932550618916 N
.

Vətən oğlu

Mirzə
17 Aprel 2025
1651940310 Nshot 20220507 201640187
.

Bir söz oyunbazının kino fantaziyaları

Sevda Sultanova
03 Noyabr 2024
17aheds Knee Superjumbo
.

Sənət və siyasətin qarşıdurması: ‘Ahedin dizi’ və estetik zəiflik

Sevda Sultanova
19 Sentyabr 2024
4bpq10e42793ce16c5n 800c450
.

Azərbaycan dəyərləri: Bizə vicdan lazımdır, yoxsa ədalət?

AzLogos
07 Sentyabr 2024
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

136bet.com.br
aviator-game.mw
aviator.com.az
big-bass.co.uk
focuspcg.com
humanics-es.com
iuorao.ru
oren-sarmats.ru
spicybet.com.br
sweet-bonanza.com
aviator
pinco
allabouteng.com
auruhana2.kz
bsl.community
docwilloughbys.com
editorialabiertafaia.com
erkindik.kz
kabuki-bremen.de
minnaz.ru
prockomi.ru
saintvincenthome.org
aviator
pinco
136bet
top 10 online casino belgië
verde casino
seriöse online casinos österreich
norsk casino

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
aviator
pinco
nayora.org
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör