bulls-bike.cz
fiyonk.net
infopokrovsk.ru
okzhetpes.kz
petsdream.ru
PoliceControl.info
proarte.net.pl
provegas.ru
sultan-kazino-qazaqstan.kz
underscorejs.ru
Top UK Slot Sites
Casibom
Гама казино
betify
Azlogos
  • Qaydalar
  • Kimlər var

1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu 1651940310 Nshot 20220507 201640187 Bir söz oyunbazının kino fantaziyaları
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Her an bahis yapmak isteyenler için Bettilt uygulaması hazırlandı.

Online casino oyunlarında yüksek RTP oranları sunan bahsegel kazandırıyor.

Slotlarda kullanılan semboller genellikle tema ile bağlantılıdır; bahsegel giriş bu görselleri kaliteli şekilde sunar.

Güvenilir ödeme yöntemleri, hızlı destek sistemi ve yüksek kazanç oranlarıyla bettilt giriş kullanıcılarına benzersiz bir deneyim yaşatıyor.

Bahis severler için en geniş spor kategorilerini sunan bettilt eğlencenin merkezindedir.

Statistika və təəssürat

Toğrul Maşallı Toğrul Maşallı
Bazar
19 Aprel 2020
Oxuma vaxtı:7 dəqiqəyə oxunur
Esine bu sozleri soyleyen yandi 2Oa
Paylaş

Məşhur Koreyalı iqtisadçı Ha-Joon Chang “İqtisadiyyat: istifadəçi təlimatı” (Economics: The User’s Guide, 2014) kitabında qeyd edir ki, “rəqəmləri çox böyük ehtiyatla interpretasiya etmək lazımdır”. O bu məqamı öz kitabında bir neçə dəfə qeyd edir. Azərbaycanda Dövlət Statistika Komitəsini (DSK) yalan rəqəmləri yerləşdirməkdə ittiham etmək faktiki olaraq adətə çevrilib. Lazım gəldi-gəlmədi hamı statistikanı, xüsusən də Azərbaycan statistikasını təsvir edərkən, Mark Twain-in müəllifi olduğu və zarafatyana yazılan ifadəsini – “yalanının üç növü vardır: yalan, ağ yalan və bir də statistika”-nı istifadə edirlər.

Bir çox hallarda DSK istəsə belə düzgün və tam reallığı əks etdirən statistikanı təqdim etmək imkanına malik deyil. Bu, bir sıra amil və səbəblər ilə bağlıdır. Hər şeyi nəzərə almaq çətindir. İnsan cəmiyyətində bir çox məsələlər insan xasiyyətindən, yanaşmasından və digər amillərdən asılıdır. Bütün amilləri nəzərə almaq heç kimə müvəffəq olmayıb və bu heç də statistikanın məqsədi deyil. Statistika bizə yalnız iqtisadi və ya sosial vəziyyət barədə ümumi təsviri verməlidir. Sadəcə Azərbaycanda bu ümumi təsvir nəyə görəsə reallıqdan uzaq olur. Yeri gəlmişkən, bu da bəzi hallarda DSK-nin günahı deyil.

Misal üçün, cəmiyyəti daim maraqlandıran məsələlərdən biri işsizlikdir. Bəzən insanlara elə gəlir ki, bu çox sadə hesablamadır: bütün əhalidən məşğul olanları çıxıb işsizlik rəqəmini əldə etmək olar. Amma bu halda işsiz sırasına 2 yaşlı uşaq və 110 yaşlı qoca da daxil olacaq. Onlar isə ümumiyyətlə əmək bazarında ya iştirak etmirlər, ya artıq çıxıblar. Yaxşı bəs məşğul insanları necə müəyyən etmək lazımdır? Kimsə avtomobil alıb, taksi sürür – o məşğul sayılırmı? Bütün bu məsələlər ilə bağlı bir sıra beynəlxalq metodologiya mövcuddur. Azərbaycan da bir çox ölkələr kimi vaxtilə fəhlə hüquqlarının müdafiəsi məqsədilə yaradılan Beynəlxalq Əmək Təşkilatının (BƏT) metodologiyasından istifadə edir. Misal üçün, bu metodologiyaya görə yalnız aktiv iş axtaran (xüsusən də son 4 həftə ərzində) şəxs işsiz hesab oluna bilər. Müəyyən müddət keçdisə, o artıq əmək bazarından çıxır və işsiz kateqoriyasına daxil edilmir.

Məşğul insan hesab olunmaq üçün isə hər hansı şəxs həftə ərzində ən azı 1 iş saatına görə pul almalıdır. Bu da çoxsaylı problemlərə gətirib çıxarır. Misal kimi, “Azərxalça” ASC-ni götürək. Bu şirkətin müəssisələri demək olar ki, 20-dən çox rayonda var və son zamanlar inkişaf nümunəsi qismində nümayiş olunur. Şirkətin verdiyi məlumatına görə, 2018-ci ilin dekabrın 31-nə, orada 1478 nəfər çalışırdı. Bu da 2017-ci ilin müvafiq göstəricisinə nisbətdə 691 nəfər çoxdur. Şirkət mövsümi iş ilə məşğul olmadığına görə, bu 691 nəfər rəsmi statistikada yeni daimi iş yeri kimi qeydə alınır. Başqa sözlə, xalça sahəsində 2018-ci ildə 691 yeni iş yeri açılıb. Bunu da DSK qəbul və dərc edir.

Detallara gəldikdə, görürsən ki, vəziyyət heç də asan deyil. Şirkətin maliyyə hesabatına görə, hər bir işçinin orta aylıq maaşı 28 manat təşkil edib (şirkət ümumi olaraq əmək haqqına 510 min manat xərcləyib). Bəllidir ki, heç bir şirkət, xüsusən də dövlət şirkəti, belə aşağı əmək haqqı ödəyə bilməzdi. Sadəcə işçilər ildə ya 1-2 ay çalışırlar, ya da işəmuzd olaraq maaş alırlar. Statistikanı isə il ərzində 52 saat çalışıb-çalışmaması maraqlandırır. Bu göstəriciyə yiyələnmək üçün çox da səy göstərmək lazım deyil. Başqa sözlə statistikada məşğulsan, amma reallıqda işsizsən. Düzdür, bu məsələləri DSK izləməlidir və müvafiq rəqəmləri düzəltməlidir (hətta bununla bağlı müvafiq əmsallar da tətbiq edilməlidir). Amma bu əlavə işdir. Məsələ, iqtisadçılardan başqa bununla heç kimin maraqlanmamasıdır, əhali onsuz da statistikaya inanmır. Bu səbəbdən, heç kim özünü əlavə işlə yükləmək istəmir.

Başqa tərəfdən, biz qeyd etdik ki, hər bir rəqəmi interpretasiya edəndə, bunu çox böyük ehtiyatla etmək lazımdır. DSK öz rəsmi saytında hər ayın ortasında “Azərbaycanda demoqrafik vəziyyət” adlı bir xəbər paylaşır. KİV-lər də hər ayın ortası bu kiçik məlumatdan (adı çox təmtəraqlı olmasına baxmayaraq, orada yalnız 10-12 rəqəm təqdim olunur, bu isə demoqrafik vəziyyəti tam təsvir etmir) ən azı iki xəbər hazırlayırlar: “Azərbaycan əhalisi … nəfərə çatıb” və “Azərbaycanda boşanmaların sayı artıb”. Əgər birinci xəbər sadəcə adi “copy-paste”-dən ibarətdirsə, ikinci xəbər artıq başlığında interpretasiyadır. Xəbərin özündə bəzən heç başlığına dair bir əsas da gətirilmir (artım barədə nəsə demək üçün, ən azı keçən ilin eyni dövrü ilə müqayisə etmək lazımdır. Bunu isə axtaran az jurnalist tapılar).

Nəticədə insanlar da sosial şəbəkələrdə və ya adi müzakirələrdə bu xəbərlərin təsiri altında “ailə institutu dağılır”, “ailələr dağılır”, “mənəviyyat pozulur” və s. tipli fikirlər irəli sürürlər. Ən maraqlısı odur ki, boşanma sayının artımı reallıqda ciddi olaraq müşahidə olunmur. Məsələ ondadır ki, insanlar hər hansı rəqəmlər haqqında danışarkən, onun mütləq (yəni dəqiq rəqəm) tərəfini qeyd edirlər. Misal üçün, əgər 1969-cu ildə 6695, 2018-ci ildə isə 14857 boşanma qeydə alınıbsa, deməli 2018-ci ildə boşanmaların sayı artıb. Amma reallıqda məsələ heç də belə sadə deyil. İlk əvvəl, rəsmi məlumata görə, indi Azərbaycan əhalisi 10 milyona çatıb. 1969-cu ildə isə əhalinin sayı 5 milyon idi. Yəni əhali sayının 2 dəfə artması, absolyut rəqəmlərin artmasına gətirib çıxartır. Ona görə, müqayisə edərkən, həm iqtisadçılar, həm statistika daha çox nisbi rəqəmləri (əlbəttə hər hansı istehsal sahəsi ilə bağlı deyilsə) müqayisə edir. Azərbaycanda nikah və boşanmaları əhalinin hər 1000 nəfərinə hesablayırlar.

Nəticədə tam başqa mənzərə yaranır. Məlum olur ki, Azərbaycanda boşanmaların ən yüksək səviyyəsi 1930-cu illərdə müşahidə olunub. Son illərin maksimumu isə 1990-cu ildə qeydə alınıb, və o göstəriciyə (yeri gəlmişkən, absolyut olaraq yalnız 2017-ci ildə o göstəriciyə çatmaq mümkün olub) hələ yavaş-yavaş yaxınlaşırıq. Hər iki şəkili müqayisə edərkən görürük ki, boşanmalar son 19 ildə artır, amma sabit olaraq ildən-ilə gah 7, gah da 10% cıvarında artım müşahidə olunur. Daha böyük problem boşanmalar ilə yox (onlar sadəcə görsənəndir. Sovet vaxtında mülkiyyət yox idi, ona görə məhkəməyə müraciət edən az idi. İndi isə mülkiyyət var və onun bölünməsi sadə razılaşma əsasında mümkün olmur), nikahlar ilə müşahidə olunur. Yəni tez-tez deyilən “hər 4 nikahdan 1-i boşanır” reallığı əks etdirmir. Əksinə nikahların səviyyəsi ildən-ilə azalır. Bunu 90-cı illərdə müşahidə edirik. Amma 90-cı illər bizdə qeyri-sabit iqtisadi vəziyyət ilə bağlıdır və sonradan 2000-ci illərdə artım başlayır. Amma göründüyü kimi 2014-cü ildən bəri nikahların sayı sabit olaraq azalır. Bunun səbəbi nədir? Buna “ailə institutunun məhvi” adı qoymaq çətindir. Ən azı ona görə ki, ailə institutu heç yaranmır. Yəni daha çox bunun səbəblərini araşdırmaq lazımdır, nəinki mifik “ailə institutunun məhvi” ilə mübarizə aparmaq.

Maraqlıdır ki, dövlət qurumları da bəzən KİV-lərdə süni yaradılan problem ilə mübarizə aparmağa başlayılar. Faktiki qapalı bir çevrə yaranır: KİV-lər problemi yaradır ya da qabardır, dövlət qurumu da problemin həlli ilə bağlı “siyasət” yürütməyə başlayır və bu siyasət əksinə problemlərin (korrupsiya və s.) yaranmasına gətirib çıxarır. Amma reallıq tam başqadır. Gördüyümüz kimi, faktiki olaraq boşanma səviyyəsi Azərbaycanda heç də normadan yüksək deyil. Düzdür indi daha aydın müşahidə olunan prosesdir, amma bu daha çox yaşadığımız cəmiyyətlə bağlıdır (xəbərlərin senzurası, Sovet dövründə boşanmalar barədə danışmamaq adəti və s.), nəinki reallıqla. Reallıq əksini deyir – adətən “mənəvi” və s. kimi epitetlərlə təsvir edilən 100 il əvvəlki dövrdə boşanmalar daha çox baş verib. Başqa sözlə, statistika, reallıq və KİV-lərin yaratdığı təəssürat bəzən heç də bir-birinə oxşamır.

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

Qarabag
.

Dağlıq Qarabağın iqtisadi vəziyyətinin müqayisəsi: DQMV, “DQR”, indiki və gələcək perspektivlər

Şəhla Cəlilzadə
16 İyun 2021
Bank12
.

Dünya Bankının dörd il əvvəlki təklifi niyə göydə qalıb?

Dünya Sakit
23 Fevral 2021
5d2d00c1a31058950192c079
.

Canavarlar və Dovşanlar: Çində ideal əməkdaş tərbiyəsi

AzLogos
19 Fevral 2021
02
.

Çinin “kəmər” tələsi: sağ çıxmaq üçün nə etməli?

Dünya Sakit
17 Fevral 2021
1031661453
.

Tarif Şurası. Bir etimadsızlıq hekayəsi

Dünya Sakit
11 Fevral 2021
1503675573 55cfe14d50817 osize969x565q71h033761
.

Su – artan qiymət, dəyişməyən keyfiyyət

Dünya Sakit
01 Fevral 2021
Image1170x530cropped
.

Ruandanın iqtisadi uğuru

AzLogos
29 Yanvar 2021
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

136bet.com.br
aviator-game.mw
aviator.com.az
big-bass.co.uk
focuspcg.com
humanics-es.com
iuorao.ru
oren-sarmats.ru
spicybet.com.br
sweet-bonanza.com
aviator
pinco
allabouteng.com
auruhana2.kz
bsl.community
docwilloughbys.com
editorialabiertafaia.com
erkindik.kz
kabuki-bremen.de
minnaz.ru
prockomi.ru
saintvincenthome.org
aviator
pinco
136bet
top 10 online casino belgië
verde casino
seriöse online casinos österreich
norsk casino
pinco casino

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
aviator
pinco
nayora.org
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör