Azlogos
  • Kimlər var
  • Bizi tanı

Ruanda soyqırımı və ABŞ, Fransa, Belçikanın qanlı əlləri Gürcü ədəbiyyatında azərbaycanlılar Şərqdən Qərbə. Söz və göz mədəniyyəti Allaha ən sadə və ən səmimi yalvarış məkanı Çağdaş kinematoqrafiyada əsas trendlər Etibar qazanmağın vacibliyi haqqında
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • Artlogos
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Rotşildlər Bakıya qayıdır?

Toğrul Maşallı Toğrul Maşallı
Bazar
23 Aprel 2019

Bir neçə gün əvvəl, bir sıra Azərbaycan KİV-ləri, Azərbaycan Mərkəzi Bankı ilə “Rothschild&Cie” Bankı arasında imzalanan əməkdaşlıq müqaviləsi barədə xəbəri çox vacib bir hadisə imiş kimi təqdim etdilər. Bu haqda hətta bir neçə analitik yazı da yazıldı. Bəzi ekspertlər bu müqaviləni az qala iqtisadiyyatımızın kiçik qələbəsi kimi qiymətləndirirdilər. Bu müqavilədə bir neçə maraqlı məqam var. Belə ki, Rotşild imperiyasının bir hissəsi olmasına baxmayaraq (Mitteran dövründə Rotşildlər bəzi çağırışlara cavab olaraq bu bankı yaratmışdılar), bu bank əsasən investisiya bankçılığı, aktivlərin və sərvətin idarə edilməsi ilə məşğuldur. Eyni zamanda son dövrlər bu bank şirkətlərin birləşməsi və özəl bankçılığa məsləhət xidmətlərində ixtisaslaşıb. 

Məlumata görə, bu bank Azərbaycan bank sektorunun cari vəziyyəti və sektora təsir edən əsas faktorlarları qiymətləndirəcək, maliyyə dayanıqlığının gücləndirilməsi və restrukturizasiya proseslərinin başa çatdırılması üçün zəruri tədbirlər üzrə tövsiyələr hazırlayacaq. Bankın ixtisaslaşdığı sahəni nəzərə alsaq, tövsiyələrin bankların birləşməsi ilə bağlı olacağını ehtimal etmək olar. Eyni zamanda onlar həm banklararası bazarın formalaşmasına, həm də milli valyutada mövcud olan maliyyə alət və bazarların gücləndirilməsinə dair tövsiyələr hazırlayacaqlar. Əslində bu sahə üzrə bir çox şirkətlər fəaliyyət göstərdiyi halda, nəyə görə məhz Rotşildlərin (imperiyanın formalaşmasında bu bank o qədər də böyük rol oynamayıb) seçilməsi sirr olaraq qalır. 

Maraqlıdır ki, vaxtilə Rotşildlərin Bakıya gəlməsi nəticəsində, yerli maliyyə bazarı canlanmışdı. Bu barədə, 1890-cu ildə nəşr olunan “Bakı quberniyasında zavod və fabriklərin təsviri” adlı işdə qeyd olunur. Müəllif qeyd edir ki, “Rotşildin Bakı neft sənayeçiləri sırasına daxil olması bir çoxları tərəfindən səbirsizliklə gözlənilirdi”. Onların fikrincə Rotşildin Bakı neft sənayesinə gəlişi şəhəri canlandıracaqdı. Müəllif xəbər verir ki, o zaman Bakıda sahibkarlar arasında “pulsuzluq” hiss olunurdu (yeri gəlmişkən, o zaman bir müddətlik neft qiymətləri aşağı düşmüşdü) və məhz Rotşildin kapitalı kömək edə bilərdi. Yeri gəlmişkən, onun kapitalı Bakı neft sənayesi üçün böyük imkanlar açdı, amma bu barədə bir qədər sonra. 

İlk dəfə Rotşildlər Bakıda 1883-cü ildə ya da 136 il əvvəl peyda olublar. Qeyd etdiyimiz kimi, onların buraya gəlişi Bakı nefti ilə bağlı idi. 1870-ci illərin iqtisadi böhranlarından sonra bir çox iri şirkətlər tədricən yeni bazarlara daxil olmağa başladılar. Rotşildlər də (maraqlıdır ki, bu ailənin iki bölməsi: həm Vyana, həm Paris) neftə artan tələbatı görərək, neft bazarına daxil olmağa qərar verdilər. Bu dövrdə Xorvatiyanın indiki ərazisində, Rijeka şəhərində neft-emalı zavodunun tikintisinə başladılar. Eyni zamanda dünya və yerli bazarda ABŞ-nin Standard Oil şirkəti ilə rəqabət aparmaq üçün, onlar daha ucuz neft axtarışına çıxdılar. Heç də təsadüfi deyil ki, Bakı neft sənayeçiləri də kapital axtarırdılar. Amma ilkin olaraq kapital heç də neft üçün yox, neftin nəqli üçün lazım idi. 

1872-ci ildə Tiflis-Poti dəmir yolu fəaliyyətə başladı. Bu dəmiryolunun sahibləri arasında bir neçə neft milyonçusu var idi. Artıq o dövrdə, Bakıda neft sənayesi böyük templə inkişaf etsə də, neftin başqa bölgələrə və ölkələrə çatdırılması ilə bağlı problemlər yaşanırdı. İki neft-mədən sahibi A. Bunq və S. Palaşkovski dəmiryolunu genişləndirməyə qərar verdilər. Amma neft qiymətlərinin aşağı düşməsi və eyni zamanda daxili problemlər ucbatından, onlar müflisləşmə riski ilə üzləşdilər. Palaşkovski də Rotşild ailəsinə müraciət etmək qərarına gəldi.

Vaxtilə Rotşild Tiflis-Poti dəmir yolunun tikintisi üçün 50 milyon rubl borc verməyə hazır olsa da, Rusiya hökuməti şərtlərlə razılaşmadı və bu işdə yalnız maliyyə maraqlarını güdən Rotşild işi dayandırdı. Zaqafqaziya dəmiryolu sonradan fəaliyyətə başlasa da, ciddi inkişaf edə bilmədi. Bunun üçün əlavə vəsait tələb olunurdu. 

Qısa sürən danışıqlardan sonra, Rotşild ailəsi bu layihəyə 10 milyon dollar sərmayə yatırmağa razı oldu. Nəticədə, əgər razılaşdırma və digər proseslərlə birlikdə Tiflisdən Poti və Kutaisiyə yolun tikintisinə 12 illik müddət tələb olunurdusa (1865-1877), hər iki tərəfə – Bakı və Batuma uzadılmasına isə 6 il lazım oldu. 

1883-cü ildə Bakı-Batum dəmiryolu açıldı. İlkin dövrdə, Rotşildlər fəaliyyətlərini aparmaq üçün Bakıda özlərinə bünövrə yaradır, kiçik neft-mədən sahiblərinə kreditlər verərək, özlərindən asılı vəziyyətə salırdılar. Neft qiymətlərində ciddi dəyişikliklər baş verdiyinə görə, bir çoxları kreditləri ödəməkdə problemlər ilə üzləşirdi. Problemlərin həlli kimi, onların torpağı Rotşildlərə keçirdi. Maraqlıdır ki, 1882-ci ildə Rusiyada yahudilərə torpaq almaq və icarəyə verməklə bağlı müvəqətti qaydalar tətbiq olunmağa başlasa da, bu qaydalar, yahudi olmaqlarına baxmayaraq Rotşildlərə heç də mane olmadı. Hətta Bakı neft sənayesinin “kralı” olan Nobel qardaşları da onlarla mübarizədə aciz idilər. Dəmiryolunun inşası bitdikdən sonra isə Rotşidlər bazarı bu cür böldülər – dəniz və Volqa Nobellərə qaldı, dəmiryolu Rotşildlərə keçdi.

Onlar əvvəlcə “Batum neft sənayesi və ticarət cəmiyyəti” çərçivəsində, Bunq və Palaşkovskiyə ilə birlikdə, fəaliyyət göstərirdilər. Sonradan bu iki sahibkardan bütün aktivlərini satın alaraq, “Xəzər–Qara dəniz neft sənayesi və ticarət cəmiyyəti”-ni yaratdılar. Uzun müddət keçmədi ki, bu şirkət dövriyyəsinə görə Bakıda ikinci yerə yiyələndi. 

Bakı neft bazarına yiyələnmək üçün onlar maraqlı üsullardan istifadə edirdilər. İlk əvvəl, başa düşüləndir ki, Nobel qardaşları ilə neft hasilatında mübarizə aparmaq çətin idi. Düzdür, ilkin dövrdə, onlar bir çox neft mədəni əldə etmişdilər (bu fəaliyyət 1912-ci ilə kimi davam etmişdi). Amma bu, bir qədər çətin və daha çox vəsait tələb edən proses idi. Neft ixracatını artırmaq üçün, onlar başqa üsuldan istifadə etdilər. Belə ki, o zaman Rusiyada adi krediti illik 20% ilə götürmək mümkün idisə, Rotşildlər bu krediti neft istehsalçılarına 6% ilə təklif edirdilər. Sadəcə bir şərt irəli sürürdülər. Şərtə görə, bütün hasil olunan neft Rotşildlərə satılmalı idi. Nəticə etibarilə, Bakıdan ixrac olunan neftin 26%-i Rotşildin payına, Nobellərə isə 18%-i qalmışdı. Əgər 1880-ci illərin əvvəlində Bakı 2-3 milyon pud neft ixrac edirdisə, 1890-cı ildə artıq illik 30 milyon pud neft ixrac olunurdu (əlbəttə, burada digər amillərin də rolu böyükdür).

Nəticə etibarilə, Rotşildlərin neft nəqli və satışı biznesi o qədər geniş vüsət aldı ki, onlar bu fəaliyyət üçün ayrı şirkət – “Mazut”-u yaratdılar. Gələcəkdə bu şirkət Bakı-Batum kerosin borusunun fəaliyyətində iştirak edəcək, Bakı şəhəri üzrə ən iri boru sahibinə çevriləcəkdi. Bununla kifayətlənməyərək, Rotşildlər bu iki şirkət üzərindən digər fəaliyyət sahələrinə də yönəldilər. Onlar dəmir yoluna vaqonlar icarəyə verir, neft avadanlığı və elektrik enerjisi istehsalı ilə məşğul olurdular. 

Hər bir əhəmiyyətli Bakı varlısı kimi, Rotşildlərin şirkəti də Bakının memarlığında və mədəniyyətində iz qoyub. 1899-cu ildə indiki Nizami və Murtuza Muxtarov küçələrinin kəsişməsində yerləşən Baş prokurorluğun binası məhz Xəzər–Qara dəniz neft sənayesi və ticarət cəmiyyətinin baş ofisi kimi istifadəyə verilmişdi. Eyni zamanda bu şirkətin fəaliyyəti ilə bağlı olaraq Bakıda anadan olmuş yeganə Nobel laureatı L. Landaunun atası Bakıya gəlmişdir. D.L. Landau məhz Xəzər–Qara dəniz neft sənayesi və ticarət cəmiyyətinin mədənlərini idarə edirdi. Bunun nəticəsi olaraq, L. Landau Bakıda anadan olmuşdur. 

1912-ci ildə isə Rotşildlər Bakıda olan aktivlərin böyük hissəsini (Xəzər–Qara dəniz neft sənayesi və ticarət cəmiyyəti və Mazut şirkətlərinin 80%-ni) Royal Dutch Shell şirkətinə 28 milyon rubla (təxmini indiki 649 milyon manata) satdılar. Bununla da, Rotşildlərin Bakıdakı 29 illik birinci dövrü bitdi. Vaxtilə onlar Bakı neft bazarında canlanmaya səbəb oldular. Tarixin təkrarını gözləyəkmi? 

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

bank12
.

Dünya Bankının dörd il əvvəlki təklifi niyə göydə qalıb?

23 Fevral 2021
5d2d00c1a31058950192c079
.

Canavarlar və Dovşanlar: Çində ideal əməkdaş tərbiyəsi

19 Fevral 2021
02
.

Çinin “kəmər” tələsi: sağ çıxmaq üçün nə etməli?

17 Fevral 2021
1031661453
.

Tarif Şurası. Bir etimadsızlıq hekayəsi

11 Fevral 2021
1503675573_55cfe14d50817_osize969x565q71h033761
.

Su – artan qiymət, dəyişməyən keyfiyyət

01 Fevral 2021
image1170x530cropped
.

Ruandanın iqtisadi uğuru

29 Yanvar 2021

Redaktorun seçimi

Ziddiyyətlər ölkəsi

Tövbə qapısı

Putinin 10 məğlubiyyəti

Qadın və orqazm

Stalin: qısa bioqrafiya

Millətimin gic-gici gülüşü

Gürcüstan ictimai yerlərdə İslam dininə aid qadın geyimlərini qadağan edir

Mənfəətpərəstlikdən xoşbəxtliyə

Xalqın, yoxsa kütlənin hakimiyyəti? Demokratiyadan xaosa bir addım

ONA.az, DİN və seqreqasiyaya dair

Dil, iqtisadiyyatımızın bünövrəsi kimi

İbrət dərsləri olmayan tarix

Avropada qadına şiddət varmı? Norveç təcrübəsi.

Quş bazarı

İŞİD, yoxsa İslam dövləti?

Kinoya sevgilərlə

Söyülmək və öyülmək arasında

Dövlət borcu: 100 il əvvəl və bu gün

Bizim dövrün dəliləri

Azərbaycanda sahibkar olmağın yeni kriteriyaları

Vaksinasiya əleyhdarlarının axmaqlığı

Erix Fromm. «Psixoanaliz və din» kitabından seçmələr.

Jazzman ölümləri

XXI əsrdə solun yeni üzü: Akselerasionizm

190 manatın fəlsəfəsi

Azərbaycan nefti – 1965-ci ildə

Millətçilik, kollektiv narsissizm və erməni məsələsi

Rusiyanın pomidor siyasəti: siyasi embarqo, yoxsa…

Prezidentin twitter siyasəti

Azərbaycanın ilk inqilabçıları

Rotşildlər Bakıya qayıdır?

Toğrul Maşallı Toğrul Maşallı
Bazar
23 Aprel 2019

Bir neçə gün əvvəl, bir sıra Azərbaycan KİV-ləri, Azərbaycan Mərkəzi Bankı ilə “Rothschild&Cie” Bankı arasında imzalanan əməkdaşlıq müqaviləsi barədə xəbəri çox vacib bir hadisə imiş kimi təqdim etdilər. Bu haqda hətta bir neçə analitik yazı da yazıldı. Bəzi ekspertlər bu müqaviləni az qala iqtisadiyyatımızın kiçik qələbəsi kimi qiymətləndirirdilər. Bu müqavilədə bir neçə maraqlı məqam var. Belə ki, Rotşild imperiyasının bir hissəsi olmasına baxmayaraq (Mitteran dövründə Rotşildlər bəzi çağırışlara cavab olaraq bu bankı yaratmışdılar), bu bank əsasən investisiya bankçılığı, aktivlərin və sərvətin idarə edilməsi ilə məşğuldur. Eyni zamanda son dövrlər bu bank şirkətlərin birləşməsi və özəl bankçılığa məsləhət xidmətlərində ixtisaslaşıb. 

Məlumata görə, bu bank Azərbaycan bank sektorunun cari vəziyyəti və sektora təsir edən əsas faktorlarları qiymətləndirəcək, maliyyə dayanıqlığının gücləndirilməsi və restrukturizasiya proseslərinin başa çatdırılması üçün zəruri tədbirlər üzrə tövsiyələr hazırlayacaq. Bankın ixtisaslaşdığı sahəni nəzərə alsaq, tövsiyələrin bankların birləşməsi ilə bağlı olacağını ehtimal etmək olar. Eyni zamanda onlar həm banklararası bazarın formalaşmasına, həm də milli valyutada mövcud olan maliyyə alət və bazarların gücləndirilməsinə dair tövsiyələr hazırlayacaqlar. Əslində bu sahə üzrə bir çox şirkətlər fəaliyyət göstərdiyi halda, nəyə görə məhz Rotşildlərin (imperiyanın formalaşmasında bu bank o qədər də böyük rol oynamayıb) seçilməsi sirr olaraq qalır. 

Maraqlıdır ki, vaxtilə Rotşildlərin Bakıya gəlməsi nəticəsində, yerli maliyyə bazarı canlanmışdı. Bu barədə, 1890-cu ildə nəşr olunan “Bakı quberniyasında zavod və fabriklərin təsviri” adlı işdə qeyd olunur. Müəllif qeyd edir ki, “Rotşildin Bakı neft sənayeçiləri sırasına daxil olması bir çoxları tərəfindən səbirsizliklə gözlənilirdi”. Onların fikrincə Rotşildin Bakı neft sənayesinə gəlişi şəhəri canlandıracaqdı. Müəllif xəbər verir ki, o zaman Bakıda sahibkarlar arasında “pulsuzluq” hiss olunurdu (yeri gəlmişkən, o zaman bir müddətlik neft qiymətləri aşağı düşmüşdü) və məhz Rotşildin kapitalı kömək edə bilərdi. Yeri gəlmişkən, onun kapitalı Bakı neft sənayesi üçün böyük imkanlar açdı, amma bu barədə bir qədər sonra. 

İlk dəfə Rotşildlər Bakıda 1883-cü ildə ya da 136 il əvvəl peyda olublar. Qeyd etdiyimiz kimi, onların buraya gəlişi Bakı nefti ilə bağlı idi. 1870-ci illərin iqtisadi böhranlarından sonra bir çox iri şirkətlər tədricən yeni bazarlara daxil olmağa başladılar. Rotşildlər də (maraqlıdır ki, bu ailənin iki bölməsi: həm Vyana, həm Paris) neftə artan tələbatı görərək, neft bazarına daxil olmağa qərar verdilər. Bu dövrdə Xorvatiyanın indiki ərazisində, Rijeka şəhərində neft-emalı zavodunun tikintisinə başladılar. Eyni zamanda dünya və yerli bazarda ABŞ-nin Standard Oil şirkəti ilə rəqabət aparmaq üçün, onlar daha ucuz neft axtarışına çıxdılar. Heç də təsadüfi deyil ki, Bakı neft sənayeçiləri də kapital axtarırdılar. Amma ilkin olaraq kapital heç də neft üçün yox, neftin nəqli üçün lazım idi. 

1872-ci ildə Tiflis-Poti dəmir yolu fəaliyyətə başladı. Bu dəmiryolunun sahibləri arasında bir neçə neft milyonçusu var idi. Artıq o dövrdə, Bakıda neft sənayesi böyük templə inkişaf etsə də, neftin başqa bölgələrə və ölkələrə çatdırılması ilə bağlı problemlər yaşanırdı. İki neft-mədən sahibi A. Bunq və S. Palaşkovski dəmiryolunu genişləndirməyə qərar verdilər. Amma neft qiymətlərinin aşağı düşməsi və eyni zamanda daxili problemlər ucbatından, onlar müflisləşmə riski ilə üzləşdilər. Palaşkovski də Rotşild ailəsinə müraciət etmək qərarına gəldi.

Vaxtilə Rotşild Tiflis-Poti dəmir yolunun tikintisi üçün 50 milyon rubl borc verməyə hazır olsa da, Rusiya hökuməti şərtlərlə razılaşmadı və bu işdə yalnız maliyyə maraqlarını güdən Rotşild işi dayandırdı. Zaqafqaziya dəmiryolu sonradan fəaliyyətə başlasa da, ciddi inkişaf edə bilmədi. Bunun üçün əlavə vəsait tələb olunurdu. 

Qısa sürən danışıqlardan sonra, Rotşild ailəsi bu layihəyə 10 milyon dollar sərmayə yatırmağa razı oldu. Nəticədə, əgər razılaşdırma və digər proseslərlə birlikdə Tiflisdən Poti və Kutaisiyə yolun tikintisinə 12 illik müddət tələb olunurdusa (1865-1877), hər iki tərəfə – Bakı və Batuma uzadılmasına isə 6 il lazım oldu. 

1883-cü ildə Bakı-Batum dəmiryolu açıldı. İlkin dövrdə, Rotşildlər fəaliyyətlərini aparmaq üçün Bakıda özlərinə bünövrə yaradır, kiçik neft-mədən sahiblərinə kreditlər verərək, özlərindən asılı vəziyyətə salırdılar. Neft qiymətlərində ciddi dəyişikliklər baş verdiyinə görə, bir çoxları kreditləri ödəməkdə problemlər ilə üzləşirdi. Problemlərin həlli kimi, onların torpağı Rotşildlərə keçirdi. Maraqlıdır ki, 1882-ci ildə Rusiyada yahudilərə torpaq almaq və icarəyə verməklə bağlı müvəqətti qaydalar tətbiq olunmağa başlasa da, bu qaydalar, yahudi olmaqlarına baxmayaraq Rotşildlərə heç də mane olmadı. Hətta Bakı neft sənayesinin “kralı” olan Nobel qardaşları da onlarla mübarizədə aciz idilər. Dəmiryolunun inşası bitdikdən sonra isə Rotşidlər bazarı bu cür böldülər – dəniz və Volqa Nobellərə qaldı, dəmiryolu Rotşildlərə keçdi.

Onlar əvvəlcə “Batum neft sənayesi və ticarət cəmiyyəti” çərçivəsində, Bunq və Palaşkovskiyə ilə birlikdə, fəaliyyət göstərirdilər. Sonradan bu iki sahibkardan bütün aktivlərini satın alaraq, “Xəzər–Qara dəniz neft sənayesi və ticarət cəmiyyəti”-ni yaratdılar. Uzun müddət keçmədi ki, bu şirkət dövriyyəsinə görə Bakıda ikinci yerə yiyələndi. 

Bakı neft bazarına yiyələnmək üçün onlar maraqlı üsullardan istifadə edirdilər. İlk əvvəl, başa düşüləndir ki, Nobel qardaşları ilə neft hasilatında mübarizə aparmaq çətin idi. Düzdür, ilkin dövrdə, onlar bir çox neft mədəni əldə etmişdilər (bu fəaliyyət 1912-ci ilə kimi davam etmişdi). Amma bu, bir qədər çətin və daha çox vəsait tələb edən proses idi. Neft ixracatını artırmaq üçün, onlar başqa üsuldan istifadə etdilər. Belə ki, o zaman Rusiyada adi krediti illik 20% ilə götürmək mümkün idisə, Rotşildlər bu krediti neft istehsalçılarına 6% ilə təklif edirdilər. Sadəcə bir şərt irəli sürürdülər. Şərtə görə, bütün hasil olunan neft Rotşildlərə satılmalı idi. Nəticə etibarilə, Bakıdan ixrac olunan neftin 26%-i Rotşildin payına, Nobellərə isə 18%-i qalmışdı. Əgər 1880-ci illərin əvvəlində Bakı 2-3 milyon pud neft ixrac edirdisə, 1890-cı ildə artıq illik 30 milyon pud neft ixrac olunurdu (əlbəttə, burada digər amillərin də rolu böyükdür).

Nəticə etibarilə, Rotşildlərin neft nəqli və satışı biznesi o qədər geniş vüsət aldı ki, onlar bu fəaliyyət üçün ayrı şirkət – “Mazut”-u yaratdılar. Gələcəkdə bu şirkət Bakı-Batum kerosin borusunun fəaliyyətində iştirak edəcək, Bakı şəhəri üzrə ən iri boru sahibinə çevriləcəkdi. Bununla kifayətlənməyərək, Rotşildlər bu iki şirkət üzərindən digər fəaliyyət sahələrinə də yönəldilər. Onlar dəmir yoluna vaqonlar icarəyə verir, neft avadanlığı və elektrik enerjisi istehsalı ilə məşğul olurdular. 

Hər bir əhəmiyyətli Bakı varlısı kimi, Rotşildlərin şirkəti də Bakının memarlığında və mədəniyyətində iz qoyub. 1899-cu ildə indiki Nizami və Murtuza Muxtarov küçələrinin kəsişməsində yerləşən Baş prokurorluğun binası məhz Xəzər–Qara dəniz neft sənayesi və ticarət cəmiyyətinin baş ofisi kimi istifadəyə verilmişdi. Eyni zamanda bu şirkətin fəaliyyəti ilə bağlı olaraq Bakıda anadan olmuş yeganə Nobel laureatı L. Landaunun atası Bakıya gəlmişdir. D.L. Landau məhz Xəzər–Qara dəniz neft sənayesi və ticarət cəmiyyətinin mədənlərini idarə edirdi. Bunun nəticəsi olaraq, L. Landau Bakıda anadan olmuşdur. 

1912-ci ildə isə Rotşildlər Bakıda olan aktivlərin böyük hissəsini (Xəzər–Qara dəniz neft sənayesi və ticarət cəmiyyəti və Mazut şirkətlərinin 80%-ni) Royal Dutch Shell şirkətinə 28 milyon rubla (təxmini indiki 649 milyon manata) satdılar. Bununla da, Rotşildlərin Bakıdakı 29 illik birinci dövrü bitdi. Vaxtilə onlar Bakı neft bazarında canlanmaya səbəb oldular. Tarixin təkrarını gözləyəkmi? 

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

bank12
.

Dünya Bankının dörd il əvvəlki təklifi niyə göydə qalıb?

23 Fevral 2021
5d2d00c1a31058950192c079
.

Canavarlar və Dovşanlar: Çində ideal əməkdaş tərbiyəsi

19 Fevral 2021
02
.

Çinin “kəmər” tələsi: sağ çıxmaq üçün nə etməli?

17 Fevral 2021
1031661453
.

Tarif Şurası. Bir etimadsızlıq hekayəsi

11 Fevral 2021
1503675573_55cfe14d50817_osize969x565q71h033761
.

Su – artan qiymət, dəyişməyən keyfiyyət

01 Fevral 2021
image1170x530cropped
.

Ruandanın iqtisadi uğuru

29 Yanvar 2021
Facebook Youtube Instagram Twitter

az-ag

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • Artlogos

Redaksiya

Təsisçi: Prof. Məsud Aşina

Baş redaktor: Ələkbər Əliyev

Şef redaktor: Elmir Mirzəyev

Redaktor: Aygün Aslanlı, Sevda Sultanova

Texniki direktor: Camal Əli

İncəsənət: Emin Əliyev

Elm: Hacı Hacıyev

Tarix: Tural Həmid

İqtisadiyyat: Dünya Sakit

Foto: Abbas Atilay

Qrafika: Gündüz Ağayev

Dizayn: Sahil Qənbərli

Tərcüməçilər: Rəvan Quluzadə, Fəxri Qocayev

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

Göndər Cancel