bulls-bike.cz
fiyonk.net
infopokrovsk.ru
okzhetpes.kz
petsdream.ru
PoliceControl.info
proarte.net.pl
provegas.ru
sultan-kazino-qazaqstan.kz
underscorejs.ru
Top UK Slot Sites
Casibom
Гама казино
betify
Azlogos
  • Qaydalar
  • Kimlər var

1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu 1651940310 Nshot 20220507 201640187 Bir söz oyunbazının kino fantaziyaları
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Her an bahis yapmak isteyenler için Bettilt uygulaması hazırlandı.

Online casino oyunlarında yüksek RTP oranları sunan bahsegel kazandırıyor.

Slotlarda kullanılan semboller genellikle tema ile bağlantılıdır; bahsegel giriş bu görselleri kaliteli şekilde sunar.

Güvenilir ödeme yöntemleri, hızlı destek sistemi ve yüksek kazanç oranlarıyla bettilt giriş kullanıcılarına benzersiz bir deneyim yaşatıyor.

Bahis severler için en geniş spor kategorilerini sunan bettilt eğlencenin merkezindedir.

Iphone və kapitalizmin tənqidi

Fərid Rüstəmzadə Fərid Rüstəmzadə
Bazar
20 Aprel 2020
Oxuma vaxtı:5 dəqiqəyə oxunur
M61DJ1TqVwLu0c5Cqt
Paylaş

Demək olar ki, hər «sol-sağ» və ya «sosializm-kapitalizm» mövzulu debat-müzakirələrdə, sağçıların belə bir ironik iradını eşitmək olur: “Əlindəki kapitalizmin yaratdığı Iphone-la Facebook-a girib kapitalizmi tənqid edirsən, ikiüzlüsən” və ya “kapitalizmi bəyənmirsən amma Iphone-nun var”. 

Bu arqument kapitalizm və azad bazar tərəfdarları tərəfindən mövcud sistemin hər hansı aspektini tənqid edən və bununla bərabər Iphone, ya da digər texnoloji avadanlıqlardan istifadə edən fərdləri ikiüzlü adlandırmaq üçün kifayət(!) edir. Sözügedən arqument Iphone və digər bütün məhsulların  kapitalist cəmiyyətdə istehsal olunduğu (və ya kapitalistlər tərəfindən) və sistemin tənqidçilərinin bu məhsullardan istifadə etməsinin, onların anti-kapitalist mövqeyi ilə təzad təşkil etdiyi iddiasına əsaslanır. Hərçənd, bu cür, yumşaq desək, sadəlövh arqument ciddiyə alınmaya da bilərdi, lakin son vaxtlar mənimlə şəxsi müzakirələrində xeyli insanın Iphone-a istinad etməsi, hətta Jordan Peterson kimi məşhur intellektualların bu səhvə düşməsi göstərir ki, bu yanaşmanın əsaslı tənqidə ehtiyacı var. Bu səbəbdən, “Iphone arqumentinin” əsassızlığı və məntiqsizliyini göstərmək üçün fərqli müstəvilərdə, bir neçə qısa müstəqil mülahizə yürüdəcəyəm. Bu mülahizələrdən hər hansı birinin doğruluğu “Iphone arqumentinin” yanlışlığını sübut etməyə kifayət edir.

İlk olaraq vurğulanmalıdır ki, kapitalizm, kommunizm, sosializm və ya hər hansı “izm” məhsul istehsal etmir, əmtənin ərsəyə gəlməsi işçilərin əməyi ilə mümkün olur. “İzm” isə daha çox onun necə bölüşdürüləcəyinə qərar verir. Lakin, gəlin əvvəlcə “Iphone”nun məhz kapitalizm, azad bazar münasibətləri sayəsində ortaya çıxdığını və hazırkı sistem xaricində onun mövcud ola bilməyəcəyini fərz edək (bu fərziyyənin niyə yanlış olduğuna isə sonra qayıdacağam) və təkzibimizə müqayisəli arqumentlə başlayaq. 

Iphone-dan istifadə etməyin onun istehsal və satış şərtlərini müəyyənn edən sistemi (kapitalizm) tənqid etməklə təzad təşkil etdiyini iddia etsək, istənilən sistem daxilində oxşar məntiqin tətbiqinin absurdluğunu görə bilərik. Məsələn, eyni məntiqlə mülahizə yürütsək, yaşadığımız cəmiyyətin inkişaf etməsini və ya dəyişdirilməsini müdafiə edən fərd də “cəmiyyətin inkişafını istəyirsən, amma bu cəmiyyətdə yaşayırsan” arqumentinə əsasən ikiüzlüdür. Quldarlıq dövründə mövcud quruluşun ədalətsiz olduğunu müdafiə edən qullar da eyni məntiqlə ikiüzlüdür. Qeyri-demokratik siyasi sistemin hakim olduğu ölkədə yaşayan vətəndaşın demokratiya uğrunda mübarizəsi də ikiüzlülükdür. Pulsuz dövlət məktəblərində təhsil alan SSR vətəndaşı yerli iqtisadi və sosial institutların işləyişini və korrupsiyanı tənqid edirsə, o da ikiüzlüdür. Və ya dövlətin sosial proqramlarından yararlanan, dövlət universitetlərində təhsil alan, dövlət subsidiylarından yararlanan istehsalın məhsullarından istifadə edən, ictimai nəqliyyatdan istifadə edən, parkda oturub dincələn, bir sözlə – dövlət və ictimai sektorun istənilən xidmət və məhsulundan yararlanan kapitalist, özəl sektor dəstəkçisi fərd də ikiüzlüdür. Beləliklə, sözügedən arqumentin məntiqinə əsasən istənilən sistem və cəmiyyət quruluşu daxilində yaşayan və həmin quruluşun müəyyən aspektlərinin inkişaf etdirilməsi gərəkdiyini düşünən hər kəs ikiüzlü adlandırılmalıdır. Bu məntiqin etibarsızlığı aydındır. 

İndi isə yuxarıda əsaslandığımız fərziyyənin yanlışlığını – Iphone-u bütünlüklə kapitalizmə və özəl sektora borclu olmağımız mifini aydınlaşdıraq. Bir daha vurğulanmalıdır ki, Iphone və ya hər hansı məhsulu istehsal edən kapitalizm deyil, onun istehsalında iştirak edən işçilərdir. Ən önəmlisi, Iphone-u bir smartfon edən hər bir texnologiya özünün kəşfini və maliyyəsini dövlətə borcludur. Apple şirkəti özünün ilkin dövrlərində ABŞ dövlətindən 500 000 dollar məbləğində dəstək əldə etmişdi. Iphone-nun istehsalında istifadə olunan bütün texnoloji yeniliklər: internet, GPS, sensor ekran və hətta səsli-aktivləşən cihaz Siri və başqa texnologiyalar dövlət maliyyəsi ilə ixtira edilmiş və inkişaf etdirilmişdir: İnternet ABŞ-ın Qabaqcıl Tətqiqat Layihələri Agentliyi (DARPA) tərəfindən, GPS ABŞ Hərbi Dəniz Qüvvələri, Sensor ekran isə ABŞ Hava Qüvvələri tərəfindən yaradılmış və maliyyələşdirilmişdir. Bəs bu kəşfləri mümkün edən dövlət sənayəsi necə maliyyələşdirilir? – Vətəndaşların vergiləri ilə. Bu halda, “Iphone arqumentini” bu şəkildə ifadə edə bilərik: “Vətəndaşların vergilərinin maliyyələşdirdiyi dövlət sektorunda kəşf olunan texnologiyalardan istifadə edərək işçilər tərəfindən istehsal olunan Iphone-un xidmətindən yararlandığın üçün kapitalizmi tənqid edə bilməzsən” – tənqidinin əsassızlığını bu cümlədə daha aydın görə bilirik. 

Beləliklə, kapitalist iqtisadi formasiyanı bütünlüklə və ya müəyyən komponentlərini tənqid etmək Iphone istifadə etməklə heç bir halda təzad təşkil etmir. Birincisi ona görə ki, arqumentin əsaslandığı məntiq etibarsızdır. İkincisi, bu məhsulu ərsəyə gətirən işçi əməyi və dövlət sektorunda yaradılan texnologiyalardır. Ümumilikdə, “ya mövcud sistem daxilindəki hər şeyi qəbul etməlisən, ya da hər şeyə qarşı çıxmalısan” düşüncəsi yanlış dixtomiyadır. Bu tipli uydurma moral qaydalar fərdlərin tənqid və sorğulama azadlığını məhdudlaşdırmağa və bizi ünvanlandırmağımız gərəkən əsas suallardan yayındırmağa xidmət edir. İçində yaşadığımız hər bir sistem və onun müdafiəçilərinin tənqidi daha yaxşı alternativ axtarışı yolunda zəruri prosesdir.

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

Qarabag
.

Dağlıq Qarabağın iqtisadi vəziyyətinin müqayisəsi: DQMV, “DQR”, indiki və gələcək perspektivlər

Şəhla Cəlilzadə
16 İyun 2021
Bank12
.

Dünya Bankının dörd il əvvəlki təklifi niyə göydə qalıb?

Dünya Sakit
23 Fevral 2021
5d2d00c1a31058950192c079
.

Canavarlar və Dovşanlar: Çində ideal əməkdaş tərbiyəsi

AzLogos
19 Fevral 2021
02
.

Çinin “kəmər” tələsi: sağ çıxmaq üçün nə etməli?

Dünya Sakit
17 Fevral 2021
1031661453
.

Tarif Şurası. Bir etimadsızlıq hekayəsi

Dünya Sakit
11 Fevral 2021
1503675573 55cfe14d50817 osize969x565q71h033761
.

Su – artan qiymət, dəyişməyən keyfiyyət

Dünya Sakit
01 Fevral 2021
Image1170x530cropped
.

Ruandanın iqtisadi uğuru

AzLogos
29 Yanvar 2021
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

136bet.com.br
aviator-game.mw
aviator.com.az
big-bass.co.uk
focuspcg.com
humanics-es.com
iuorao.ru
oren-sarmats.ru
spicybet.com.br
sweet-bonanza.com
aviator
pinco
allabouteng.com
auruhana2.kz
bsl.community
docwilloughbys.com
editorialabiertafaia.com
erkindik.kz
kabuki-bremen.de
minnaz.ru
prockomi.ru
saintvincenthome.org
aviator
pinco
136bet
top 10 online casino belgië
verde casino
seriöse online casinos österreich
norsk casino
pinco casino

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
aviator
pinco
nayora.org
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör