bulls-bike.cz
fiyonk.net
infopokrovsk.ru
okzhetpes.kz
petsdream.ru
PoliceControl.info
proarte.net.pl
provegas.ru
sultan-kazino-qazaqstan.kz
underscorejs.ru
Top UK Slot Sites
Casibom
Гама казино
betify
Azlogos
  • Qaydalar
  • Kimlər var

1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu 1651940310 Nshot 20220507 201640187 Bir söz oyunbazının kino fantaziyaları
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Canlı rulet yayınlarında gecikme olmaması, Casinomhub yükle tarafından sağlanan güçlü altyapının bir göstergesidir.

Yeni üyelere verilen avantajlı kampanyalar arasında casinomhub giriş fırsatları dikkat çekiyor.

Bahis dünyasında yenilikçi çözümler sunan bettilt farkını hissettiriyor.

Kumarhane eğlencesini dijital dünyaya taşıyan bettilt giriş çeşitliliği artıyor.

Türkiye’de şans oyunlarını yalnızca Milli Piyango ve Spor Toto düzenleyebilirken, bettilt giriş uluslararası lisansla faaliyet gösterir.

Adres değişikliklerine çözüm sunan pinco kullanıcılar için önem taşıyor.

Bahis severlerin güvenle oynadığı adres bettilt olarak bilinir.

Gerçek casino atmosferini hissetmek isteyenler bettilt seçeneklerine yöneliyor.

Her oyuncu güven içinde bahis yapabilmek için bettilt altyapısına ihtiyaç duyuyor.

İnternet üzerinden daha kolay erişim için bettilt giriş sayfası kullanılıyor.

Bahis dünyasında kullanıcıların %63’ü en çok futbol bahislerinden kazanç elde ettiğini belirtmiştir; bu, bahsegel giriş’in sunduğu güçlü oranlarla uyumludur.

Kullanıcılarına güvenli ortam sağlayan altyapısıyla bahsegel sektörde ön plandadır.

Rulet, poker ve slot makineleri gibi seçeneklerle dolu Bettilt giriş bölümü farklı deneyimler yaşatıyor.

Her an bahis yapmak isteyenler için Bettilt uygulaması hazırlandı.

Online casino oyunlarında yüksek RTP oranları sunan bahsegel kazandırıyor.

Slotlarda kullanılan semboller genellikle tema ile bağlantılıdır; bahsegel giriş bu görselleri kaliteli şekilde sunar.

Güvenilir ödeme yöntemleri, hızlı destek sistemi ve yüksek kazanç oranlarıyla bettilt giriş kullanıcılarına benzersiz bir deneyim yaşatıyor.

Bahis severler için en geniş spor kategorilerini sunan bettilt eğlencenin merkezindedir.

Elman Rüstəmovun iqtisadi nəzəriyyəsi

Toğrul Maşallı Toğrul Maşallı
Bazar
20 Aprel 2020
Oxuma vaxtı:11 dəqiqəyə oxunur
Hesab etmirem ki dollar 2 manat 50 qepik olacaq elman rustemovdan
Paylaş

Son zamanlar hökumət və xalq arasında müəyyən mənada “dialoq” formalaşıb: bəzi tələblər qəbul olunur və yerinə yetirilir, bəzən isə hökumət nümayəndələri həyata keçirdikləri addımları əsaslandırmalı olurlar.

Bu sahədə xüsusi çanfəşanlığı hökumətin iqtisadi bloku nümayiş etdirir. Onlardan fərqlənməyərək, Mərkəzi Bankın sədri də həyata keçirdiyi siyasəti əsaslandırmaq üçün iqtisadi nəzəriyyəyə müraciət edir. Bunu biz 2018-ci ilin nəticələrinə həsr olunmuş Mərkəzi Bankın mətbuat konfransında müşahidə etdik. 

Mətbuat konfransının böyük hissəsi demək olar ki, iqtisadi nəzəriyyəyə həsr olunmuşdu. E. Rüstəmov real rəqəmlərdən az danışırdı, o əsasən baş verən proseslərə nəzəri yanaşmadan, müxtəlif nəzəri anlayışlara baxışlar barədə danışırdı. Bir saatdan çox davam edən mətbuat konfransı zamanı, E. Rüstəmov demək olar ki, bir çox iqtisadi anlayışlara dair öz fikirlərini irəli sürdü. Buna əsasən biz onun şəxsi iqtisadi baxışları barədə bir fikir formalaşdıra bilərik. Mərkəzi Bank ölkənin monetar siyasətini müəyyən etdiyini və bu siyasətdən ölkə iqtisadiyyatının asılı olduğunu nəzərə alsaq, qurum sədrinin nəzəri baxışları ölkə üçün vacib məqamdır.

Mətbuat konfransı zamanı ən çox istifadə edilən söz – institusionallıq idi. İstifadə etdiyi kontekstə əsasən onun iqtisadiyyatda institusional yanaşmanın tərəfdarı olması barədə qənaət sahibi olmağa əsas verir. Bir tərəfdən bu təəcüblü görünə bilər. Mərkəzi Bank qeyd etdiyimiz kimi monetar siyasətə cavabdehdir və onu idarə edənlər adətən monetarist olurlar. Düzdür institusional yanaşmanın məğzinə görə, Mərkəzi Bank da bir institutdur. Vaxtilə, nəzəriyyənin banilərindən biri sayılan və Ruzvelt komandasının üzvü olan, Uolton Hamilton institutu “qrupların vərdişlərində və xalqların ənənələrində həkk olunmuş düşüncə tərzi və hərəkətlər” kimi izah edib. Onun nöqteyi-nəzərinə görə, institutlar köhnə proseduraları təsbit edir, ümumi razılaşmanı, cəmiyyətdə formalaşan həmrəyliyi əks etdirir. İnstitut dedikdə, ənənələr, korporasiyalar, həmkarlar ittifaqları, dövlət, insan haqqları, istehlakçı haqqları və s. başa düşülür.

Amma indiki halda Mərkəzi Bank əsasən pul bazası və pul dövriyyəsi ilə bağlı məsələləri həll edir. Misal üçün, inflyasiya səviyyəsinin aşağı salınması üçün bizim Mərkəzi Bank pul bazasının məhdudlaşdırılması ilə məşğul idi. Birbaşa olaraq pul dövriyyəsini tənzimləyirdi (həm digər valyutalara qarşı məzənnələri) və bununla da müəyyən qədər həm qiymət artımının qarşısını alırdı, həm də inflyasiyanı lazımi səviyyədə saxlayırdı. Bu monetarist yanaşmadır. İnstitusional yanaşma da inflyasiya səviyyəsinin idarə edilməsini nəzərdə tutur, amma bunu heç də monetarist üsullar ilə etməyə həvəsli deyil.

Belə ki, institusionalistlərə görə, cəmiyyətin inkişafına yalnız iqtisadi amillər yox, həmçinin cəmiyyətdə mövcud olan müxtəlif formal və qeyri-formal münasibətlər təsir edir. Buraya müxtəlif cəmiyyətdaxili münasibətlər, mövcud qanunvericilik və digər amillər daxildir. Bu halda Mərkəzi Bank (MB) yalnız monetar üsullardan yox, həmçinin bütün cəmiyyəti nəzərə alaraq, müxtəlif digər yollardan da istifadə etməli idi. Belə ki, pul bazasınının məhdudlaşdırılması nəticəsində (2014-cü ildə 11,9 milyard idi, 2018-ci ilin sonunda 10,3 milyard), həm kredit, həm təsərrüfat fəaliyyəti bahalaşır. Eyni zamanda bankların fəaliyyətində də bir çox məhdudiyyətlər tətbiq olunmağa başladı. Nəticə etibarilə iqtisadiyyatda çətinliklər müşahidə olunmağa başladı, amma MB öz məqsədini yerinə yetirdi: bank fəaliyyətini müəyyən qədər tənzimləyib, normal göstəricilərə yiyələnməyə imkan verdi. Başqa sözlə bank sahəsini “sağlamlaşdırdı”. Bunun nəticəsində digər sahələrdə isə problemlər yaşanır. Bu institusional yanaşmadan çox uzaqdır. Hətta bu alətlərdən istifadə etdiyi təqdirdə, MB valyuta və kredit bazarının inkişafı üçün də addımlar atsaydı, müəyyən qədər institusionallığı görmək olardı. Amma bu da edilmədi – Azərbaycanda yeganə valyuta mənbəyi dövlətdir, kreditlər isə bahadır. Beləliklə, institusional sözünü çox işlətməyinə baxmayaraq, reallıqda MB tipik monetarist siyasət yürüdür.

Monetarist siyasət isə dediyimiz kimi, əsasən pul ətrafında formalaşır. Əsas göstərici qismində pulun məzənnəsi, onun həcmi və dövriyyəsi qəbul olunur. Azərbaycanda manatın məzənnəsi bazar vasitəsilə yox, məhz MB tərəfindən müəyyən edilir. Ona görə, 2015-ci ili xatırlayaraq, cəmiyyətdə əsas suallardan biri devalvasiyadır: olacaq ya yox?

E. Rüstəmov bu suala maraqlı cavab verdi: “Ümumiyyətlə devalvasiya sözündən az istifadə edin. “Manatın məzənnəsi yumşalacaqmı? Manatın məzənnəsi çevikləşəcəkmi? Nə qədər ola biləcək. Bəlkə belə suallar bir az professional görsənir. Digər terminlərə isə istərdim, ekspertlərimiz metodoloji aydınlıq gətirsinlər. Ümumiyyətlə çevik məzənnə, üzmə və devalvasiya arasındakı öz çıxışlarında buna bir aydınlq gətirsinlər:  Devalvasiya nədir? Çevik məzənnə nədir? Üzmə nədir? Dəyişmə nədir? Hər hansı bir diapazonda. Bunlar müxtəlif şeylərdir”.

Cavabın maraqlı olmasının səbəbi, E. Rüstəmovdan devalvasiya barədə soruşulması, onun isə məsələni “çevikləşmək” ya da “yumşalmağa” yönləndirməsidir. Əslində bu anlayışlar metodoloji aydınlıq tələb etmir. Sadəcə eyni iqtisadi prosesin müxtəlif tərəfləridir. Belə ki, devalvasiya MB tərəfindən milli valyutanın idarə edilməsində istifadə olunan alətidir. Devalvasiya nəticəsində milli valyutanın digər valyutalara (ya da qızıla) nisbətdə dəyəri azalır. Bu azalma müxtəlif həcmdə ola bilər (həm 100%, həm 0,1%). Sadəcə bu MB tərəfindən istifadə olunan alətdir.

Devalvasiya özü-özünə baş vermir. Bazar şəraitində isə devalvasiya valyuta bazarında hər bir valyutanın dəyəri tələb və təklif əsasında formalaşdığına görə mümkün deyil. MB bazara yalnız digər alətləri (uçot dərəcəsi, valyuta ehtiyatları, istiqrazlar və s.) istifadə edərək müdaxilə edə bilər, birbaşa olaraq valyutanın məzənnəsini müəyyən edə bilmir. Ona görə, devalvasiyanın olub-olmayacağını məhz E. Rüstəmovdan soruşmaq lazımdır. Müvafiq qərarı MB verir. Bizdə valyuta və ya banklararası valyuta bazarının olmaması nəticəsində, manat ilə bütün qərarlar MB-dən asılıdır. Bu halda hətta dediyi “yumşalma” da baş verə bilməz. “Məzənnə yumşalması” sadəcə mülayim şəkildə ifadə olunan “ucuzlaşma” anlayışıdır. Bizim şəraitdə bu mümkün deyil. Burada hər bir halda, məzənnənin ucuzlaşması MB tərəfindən həyata keçirildiyinə görə devalvasiya adlandırılacaq.

E. Rüstəmov daha bir anlayış – “manatın çevikləşməsi” – istifadə etdi. Bu birbaşa olaraq devalvasiyaya aid deyil, amma eyni prosesin nəticəsidir. Belə ki, bazarda olan pul dövriyyəsi əsasən Fişer tənliyi vasitəsilə hesablanır:

Burada, m – pul kütləsidir, P – əmtəə və xidmətlərin qiymət indeksidir, Q – buraxılan məhsulun ümumi həcmi və V pul dövriyyəsinin sürətidir. Pul dövriyyəsinin sürəti də müvafiq valyutanın çevikləşməsinin göstəricidir. Manatın çevikləşməsinə dair mülahizələri isə biz bu tənliyə əsasən irəli sürə bilərik. Devalvasiya nəticəsində eyni əskinasın daha çox istifadə olunduğuna görə, sürəti artır. Bunun baş verməməsi üçün, dövriyyəyə əlavə əskinaslar buraxılır. Əlavə əskinasların buraxılması isə inflyasiya ilə nəticələnir. Dövriyyənin azaldılması məqsədilə, MB pul kütləsinin həcmini azaldır və nəticədə satışlar da azalır. Azərbaycanda pulun dövretmə sürəti 5,45-dir (yəni 1 əskinas MB-a qayıdana kimi orta olaraq 5,45 dəfə dövr edir). Bu halda çevikləşmə barədə danışıla bilməz (göstərici dünya üzrə orta göstəricilərə yaxındır) və bu birbaşa olaraq devalvasiya ilə bağlı deyil. Məzənnənin yumşalması devalvasiya olmayan bazarda mümkündür, çevikləşmə isə nəticədir və alət olaraq çıxış etmir. Başqa sözlə, devalvasiyanın sinonimi yoxdur. E. Rüstəmov istəmədiyi təqdirdə də, bu sözdən istifadə etməli olacaq. Düzdür vaxtilə istifadə olunan böhran sözü indi artıq “resessiya” ilə əvəz olunub. Ola bilər gələcəkdə devalvasiya üçün də əlavə anlayış yaranacaq.

Devalvasiya barədə danışarkən, E. Rüstəmov bu vəziyyətə təsir edən amilləri qeyd edib. Onun fikrincə bu amillərin sırasına:

1. Uçot dərəcəsi – “bizim bu gün qəbul etdiyimiz qərar ən yaxşı cavabdır. Mərkəzi Bank uçot dərəcəsini 0,5 bənd azaldılması haqqında qərar qəbul edib. Əgər biz iqtisadi sabitlik, milli valyuta üçün hər hansı ciddi risklərin gücləndiyini görmüş olsaydıq heç vaxt belə bir qərar qəbul etməzdik”;

2. Tədiyyə balansının profisiti – “bizim bütün proqnozlarımız makroiqtisadi sabitliyə əsaslanır. Ötən il tədiyyə balansına profisit qeydə alınıb”;

3. Dövlət Neft Fondunun aktivləri – “Dövlət Neft Fondunun aktivləri 3 mlrd. dollar artıb”;

4. Dövlət Neft Fondunun dövlət büdcəsinə transferti – “neft qiymətlərindən asılı olmayaraq, Dövlət Neft Fondunun Azərbaycan maliyyə bazarına transferti 6,8 mlrd. dollar təşkil edəcək”.

Onun fikrincə “buna görə də 2019-cu ildə devalvasiyadan danışmaq ciddi deyil… Yeni büdcə qaydaları manatın məzənnəsini sabit saxlamaq imkanı verir”. Maraqlıdır ki, 4 amildən 3-ü birbaşa neft ilə bağlıdır. Birinci amil Azərbaycanın daxili bazarı ilə bağlıdır. Belə ki, mətbuat konfransından əvvəl, MB uçot dərəcəsinin faizini 0,5% azaldıb. Mətbuat konfransı zamanı E. Rüstəmov da qeyd edib ki, MB tərəfindən həyata keçirilən yenidənmaliyyəşdirilmə əməliyyatların (uçot faizi məhz bu əməliyyatlara aiddir) bazarda payı çox aşağıdır. Belə ki, rəsmi statistikaya görə, 2018-ci ilin sonuna bu əməliyyatların həcmi 726,6 milyon manat təşkil edib. Hətta MB tərəfindən buraxılan qısamüddətli notlar üzrə əməliyyatları həcmi 1 milyardı keçib. Müqayisə üçün, iqtisadiyyatda cəmi kredit qoyuluşlarının ümumi həcmi 13 milyard, depozit bazası isə 21,9 milyard manat təşkil edib. Bazara təsir etməyən bir mənbənin sabitliyə heç bir aidiyyəti ola bilməz.

Qalan 3 amil isə birbaşa neftdən asılıdır. Belə ki, Dövlət Gömrük Komitəsinin məlumatına görə 2018-ci ildə ixrac olunan neftin 1 tonu 532 dollara satılıb. 2017-ci ildə müvafiq göstərici 393 dollar təşkil edib. Başqa sözlə bu mənbə üzrə ölkə gəlirləri 35% artıb. Müvafiq olaraq, ölkəyə daxil olan və ölkədən çıxarılan valyuta münasibətlərini əks etdirən tədiyyə balansı, 2018-ci ilin nəticələrinə görə profisitli olmalıdır. İkinci amil Azərbaycanın neft gəlirlərinin toplandığı fond – Dövlət Neft Fondu – ilə bağlıdır. Neft qiymətinin artımı nəticəsində 2018-ci ilin yanvar-sentyabr aylarında ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı 13,4 milyard manat qazanıb (2018-ci ilin nəticələri barədə məlumat hələm yoxdur), bu isə 2017-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 68% çoxdur. Əlbəttə ki, bunun nəticəsində onların aktivləri artacaq. Üçüncü amil isə sadəcə Azərbaycan Respublikasının dövlət büdcəsinə dair qanun ilə bağlıdır. Son zamanlar isə bu qanun ilin ortasında dəyişdirilir və bu heç də sabitliyin göstəricisi deyil. 

Beləliklə, devalvasiya olmaması üçün əsas kimi gətirilən səbəblərdən heç biri bizdən asılı deyil. Bütün amillər dünya bazarından asılıdır. Düzdür, həm E. Rüstəmov, həm Enegetika nazirliyi, həm də ARDNF rəhbərliyi 60-70 dollar qiyməti “konsensus” qərar hesab edirlər. Amma bu konsensus qərar hansı müddətə hesablanıb? Hətta 2018-ci ildə biz neft bazarında ciddi dəyişikliklər görmüşük. Belə ki, 2018-ci ilin yanvar ayında Brent markalı neftin orta qiyməti 68,89 dollar təşkil edirdi. İl ərzində 82 dollara çatmışdı, amma 2018-ci ilin dekabr ayının sonunda qiymət 53,8 dollar təşkil edirdi. 2019-cu ildə 53,8 dollardan başladı və ayın sonuna 61,08 çatdı. Elə ciddi dəyişikliklər baş verir ki, neftin qiymətini əvvəlcədən proqnozlaşdırmaq çətin olur. Bununla, yeri gəlmişkən, ARDNF rəhbəri də razıdır və ona görə, 2019-cu ildə vəsaitlərini qızıla yatırmaq niyyətindədilər. İndi birdən neftin qiyməti aşağı düşsə, tədiyyə balansının profisiti və ARDNF-in gəlirləri dərhal azalsa, deməli devalvasiya üçün əsas yaranacaq…

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

Qarabag
.

Dağlıq Qarabağın iqtisadi vəziyyətinin müqayisəsi: DQMV, “DQR”, indiki və gələcək perspektivlər

Şəhla Cəlilzadə
16 İyun 2021
Bank12
.

Dünya Bankının dörd il əvvəlki təklifi niyə göydə qalıb?

Dünya Sakit
23 Fevral 2021
5d2d00c1a31058950192c079
.

Canavarlar və Dovşanlar: Çində ideal əməkdaş tərbiyəsi

AzLogos
19 Fevral 2021
02
.

Çinin “kəmər” tələsi: sağ çıxmaq üçün nə etməli?

Dünya Sakit
17 Fevral 2021
1031661453
.

Tarif Şurası. Bir etimadsızlıq hekayəsi

Dünya Sakit
11 Fevral 2021
1503675573 55cfe14d50817 osize969x565q71h033761
.

Su – artan qiymət, dəyişməyən keyfiyyət

Dünya Sakit
01 Fevral 2021
Image1170x530cropped
.

Ruandanın iqtisadi uğuru

AzLogos
29 Yanvar 2021
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

136bet.com.br
aviator-game.mw
aviator.com.az
big-bass.co.uk
focuspcg.com
humanics-es.com
iuorao.ru
oren-sarmats.ru
spicybet.com.br
sweet-bonanza.com
aviator
pinco
allabouteng.com
auruhana2.kz
bsl.community
docwilloughbys.com
editorialabiertafaia.com
erkindik.kz
kabuki-bremen.de
minnaz.ru
prockomi.ru
saintvincenthome.org
aviator
pinco
136bet
top 10 online casino belgië
verde casino
seriöse online casinos österreich
norsk casino
pinco casino

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
aviator
pinco
nayora.org
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör