bulls-bike.cz
fiyonk.net
infopokrovsk.ru
okzhetpes.kz
petsdream.ru
PoliceControl.info
proarte.net.pl
provegas.ru
sultan-kazino-qazaqstan.kz
underscorejs.ru
Top UK Slot Sites
Casibom
Гама казино
betify
Azlogos
  • Qaydalar
  • Kimlər var

1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu 1651940310 Nshot 20220507 201640187 Bir söz oyunbazının kino fantaziyaları
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Canlı rulet yayınlarında gecikme olmaması, Casinomhub yükle tarafından sağlanan güçlü altyapının bir göstergesidir.

Yeni üyelere verilen avantajlı kampanyalar arasında casinomhub giriş fırsatları dikkat çekiyor.

Bahis dünyasında yenilikçi çözümler sunan bettilt farkını hissettiriyor.

Kumarhane eğlencesini dijital dünyaya taşıyan bettilt giriş çeşitliliği artıyor.

Türkiye’de şans oyunlarını yalnızca Milli Piyango ve Spor Toto düzenleyebilirken, bettilt giriş uluslararası lisansla faaliyet gösterir.

Adres değişikliklerine çözüm sunan pinco kullanıcılar için önem taşıyor.

Bahis severlerin güvenle oynadığı adres bettilt olarak bilinir.

Gerçek casino atmosferini hissetmek isteyenler bettilt seçeneklerine yöneliyor.

Her oyuncu güven içinde bahis yapabilmek için bettilt altyapısına ihtiyaç duyuyor.

İnternet üzerinden daha kolay erişim için bettilt giriş sayfası kullanılıyor.

Bahis dünyasında kullanıcıların %63’ü en çok futbol bahislerinden kazanç elde ettiğini belirtmiştir; bu, bahsegel giriş’in sunduğu güçlü oranlarla uyumludur.

Kullanıcılarına güvenli ortam sağlayan altyapısıyla bahsegel sektörde ön plandadır.

Rulet, poker ve slot makineleri gibi seçeneklerle dolu Bettilt giriş bölümü farklı deneyimler yaşatıyor.

Her an bahis yapmak isteyenler için Bettilt uygulaması hazırlandı.

Online casino oyunlarında yüksek RTP oranları sunan bahsegel kazandırıyor.

Slotlarda kullanılan semboller genellikle tema ile bağlantılıdır; bahsegel giriş bu görselleri kaliteli şekilde sunar.

Güvenilir ödeme yöntemleri, hızlı destek sistemi ve yüksek kazanç oranlarıyla bettilt giriş kullanıcılarına benzersiz bir deneyim yaşatıyor.

Bahis severler için en geniş spor kategorilerini sunan bettilt eğlencenin merkezindedir.

Rəna Əfəndi təqdim edir – “Heç bilmirəm evim hələ də dururmu…”

Rəna Əfəndi Rəna Əfəndi
07 Fevral 2021

AzLogos, fotoqraf Rəna Əfəndinin National Geographic üçün işğaldan azad edilmiş Qarabağdan yazdığı esse və çəkdiyi fotoları təqdim edir. 

“I Qarabağ müharibəsi Cənubi Qafqazda bir milyondan çox insanın evindən didərgin düşməsinə səbəb olmuşdu. Bəs ikincidən sonra onların qayıdacaq yerləri qalıbmı?”

Bildschirmfoto 2021-02-07 um 13.22.13

İradə Quliyeva deyir: “Biz hər şeyi geridə qoyub gəlmişdik. Hətta pullarımızı və sənədlərimiz də. Biz bura bir də qayıda bilməyəcəyimizin fərqinə varmırdıq”.

İradə və ailəsi Azərbaycanın qərbində yerləşən Ağdam rayonunun Qasımlı kəndini 1992-ci ildə tərk ediblər.

Cənubi Qafqazın qonşu ölkələri – Azərbaycan və Ermənistan, uzun müddətdir ki, Azərbaycan Sovet Respublikası dövründə muxtariyyət almış Dağlıq Qarabağ regionu ilə bağlı münaqişə aparırlar. Əhalisi etnik cəhətdən müxtəlif millətlərdən təşkil olunmuş Qarabağın erməni əhalisi elə sözügedən dövrdən Ermənistan SSR-ə qoşulmağa can atırdı. Böyük SSRİ dağılandan sonra isə iki müstəqil ölkə olan Azərbaycanla Ermənistan arasındakı münaqişə müharibəyə çevrildi. 

Bildschirmfoto 2021-02-07 um 12.34.29

Beləliklə, uzun illərdir, hər iki millətin birgə yaşayışını təmin edən sülhün pozulması, hər iki tərəfin törətdiyi dəhşətli aktlar bir milyondan çox insanın evindən didərgin düşməsi ilə nəticələndi. İradə və həyat yoldaşı İmran kəndlərindən didərgin olmazdan əvvəl yaşadıqları ərazidən sadəcə 16 km cənubda yerləşən Xocalıdan qaçqın düşmüş pərişan ailələrə sığınacaq kimi öz evlərini açmışdılar.

“Onlar ayaqyalın şəkildə və qan içində bizim qapımızda göründülər, -İmran xatırlayır. – Hətta uşaqlardan biri artıq nəfəs almırdı, çünki donmuşdu.”

Birləşmiş Erməni hərbi qüvvələri kişi, qadın, uşaq demədən şəhərdən qaçan sivil insanlara atəş açır, onları qovurdular. Bu hadisələr sonradan “Human Rights Watch” və digər beynəlxalq təşkilatlar tərəfindən soyqırım kimi qəbul edildi. Yüzlərlə insan qaçıb sığındıqları meşələrdə soyuqdan donaraq öldü.

“Xocalı soyqırımı törədiləndə artıq bilirdik ki, bizi də eyni tale gözləyir”, – İmran deyir.

Erməni qüvvələri Ağdam rayonu və Qarabağ ərazisi də daxil olmaqla Azərbaycanın 7 rayonunu işğal edəndə bir milyondan çox azərbaycanlı, o cümlədən Quliyevlər ailəsi öz evlərini itirdilər. Ailə Azərbaycanın paytaxtı Bakı şəhərinin ətrafındakı köhnə SSRİ sanatoriyalarından birində sığınacaq tapdı. Onlar 30 ilə yaxın öz evlərini yenidən görmək ümidi ilə yaşayıblar.

İllər sonra, 2020-ci il noyabrın 20-də İradə televizorun ekranını böyük bir sevinclə öpdü. Azərbaycan ordusu Ağdamı geri almışdı. Azərbaycan, sentyabr ayında əvvəllərində azərbaycanlıların yaşadıqları əraziləri azad etmək üçün hərbi əməliyyatlar başlatmışdı. II Qarabağ Müharibəsi adlanan bu savaş, dünyanı qorxuya salan pandemiyanın ölkəni ağuşuna aldığı vaxtlarda 44 gün davam etdi. 44 günün sonunda Rusiyanın vasitəçiliyi ilə sülh müqaviləsi imzalandı. “Sanki sinəmdən ağır bir güllə çıxardılar”, – İradə yaşadığı hissləri belə ifadə edir.

30 ildən sonra ilk dəfə idi ki, azərbaycanlı köçkünlər itirdikləri torpaqlarına geri qayıda biləcəkdilər. Lakin sonradan məlum oldu ki, onların burada həmişəlik yaşaya bilmələri üçün hələ uzun müddət lazımdır. Daha pisi isə o idi ki, hətta döyüşlər olmayan ərazilərdə belə, insanların yaşamasını təmin edən hər şey məhv edilmişdi. Buna baxmayaraq, Quliyevlər ailəsi öz köhnə evlərini görmək istəyirdilər. Bu yolda mən də onlara yoldaşlıq etdim.

Mübahisəli ərazilər

Bildschirmfoto 2021-02-07 um 12.34.33

Sovetlər Birliyinin çöküşünün ardından etnik baxımdan daha çox ermənilər tərəfindən mənimsənilmiş, lakin beynəlxalq aləmdə Azərbaycan əraziləri kimi tanınan Qarabağda hakimiyyəti ələ keçirmək üçün Ermənistan və Azərbaycan arasında münaqişələr alovlandı. Erməni hərbi qüvvələri Qarabağda hakimiyyəti 1988-ci ildən 2020-ci il sentyabrın 27-də başlayan müharibəyə qədər əlində saxlaya bildi.2020-ci ilin noyabr ayında Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya vasitəçiliyi ilə atəşkəsə razı oldu. Azərbaycan müharibə dövründə azad etdiyi torpaqları saxlayacaq, Ermənistan isə 1990-cı ildə ələ keçirdiyi ətraf rayonları təhvil verəcəkdi.

“Yer üzündəki ən gözəl məkan” 

Biz, Bakıdan Ağdamın 222 km şərqinə qədər birlikdə səyahət etdik. İradə səyahət üçün bir qədər həssas idi, amma oğlu Rəşad, onun həyat yoldaşı və 2 qızı bu səyahətdə İmrana qoşuldular. Rəşad valideynləri ilə Ağdamı tərk edəndə 12 yaşında olub. Onun öz övladları Bakıda doğulublar və atalarının yurdunu ancaq televizorda görüblər. 9 yaşlı Fidan hamıdan çox həyacanlanırdı.

“Ağdam Yer üzündə gördüyüm ən gözəl yerdir”, – o, həyacanla deyir. – Bunu mənim atam deyib və mən bilirəm ki, o düz deyir.”

Fidan əlində ekranı cızıq olan köhnə tablet tutmuşdu, ailəsinin bu səyahətini lentə almağı planlayırdı. 

5 saatlıq yoldan sonra biz, iki qoşunun 1994-cü il atəşkəsinə qədər vuruşduğu köhnə sərhəd xəttinə çatdıq. Məhv olmuş asfalt örtüyünün ətrafı tikanlı məftillərlə əhatələnmiş və burada yenidən tələlər qurulmuşdu. Qorumaq üçün vəzifələndirilmiş insanlar sahəni addımbaaddım sürünərək yoxlayırdı. “Minalanmış əraziləri təmizləmək 10 il çəkə bilər, – yerli nəzarətçi Xaliq Zülfüqarov deyir. -Biz hələ də hansı ərazilərin minalandığını, hansıların təmiz olduğunu dəqiq bilmirik. Ona görə də bütün ərazini təhlükəli ərazi elan etmişik.”

Bildschirmfoto 2021-02-07 um 12.34.35

Ailənin həyəcan və intizarı bir zamanlar 40 000 insanın yaşadığı Ağdama girəndə bir andaca dərin səssizliklə əvəz olundu. Məscid salamat qalmış yeganə tikili idi. Ötən 30 il ərzində bütün tikililər sistemli şəkildə dağıdılmış, talan edilmiş və viranə qoyulmuşdu. Rəşad və həyat yoldaşı gözətçilərin pıçıltısı, minatəmizləyənlərin aradabir gələn danışıqlarından başqa heç nəyin pozmağa cürət etmədiyi dərin və bir qədər qorxuducu səssizliyə bürünmüş mərkəzi meydanda selfi çəkdilər. 

Digər şəhərdə mən, tarixi məscid sayılan çəmbərin içinə addımladım və açıq səmaya baxdım. Dam və minarələr getmişdi. Döşəmə isə nazik saman qatları altında gizlənmişdi. Oradan yandırılmış təmiz saman və peyin iyi gəlirdi. Məscid anbar kimi istifadə edilmişdi. 

Şəhər meydanında, Köhnə Dünyadan qalan çinar ağaclarının böyüdüyü yerdə hərbi yoxlanışı dayandırdıq. Məmurlar bizi mina olub-olmadığı yoxlanılmamış ərazilərə buraxmaq istəmirdilər. İmran özünü müdafiə edirdi:

“Mən bu qədər yolu evimi görməyə gəlmişəm, axı?! Mən yaşa dolmuşam, bilmirəm, nə qədər ömrüm qalıb, təkrar belə bir şans qazanana yaşayacam, ya yox. Evimi görmədən ölmək istəmirəm.”

Daha yuxarı vəzifədəkilərlə bir neçə telefon danışığından sonra bizə icazə verdilər. Hətta asfaltdan çıxma və ya müəyyən edilmiş ərazilərdən uzaqlaşma təhlükəsinə qarşı eskort da təyin etdilər. 

Dağıntılar və xatirələr

Qasımlı kəndinin ucqar ərazisində yerləşən ailə qəbirstanlığının yaxınlığında dayandıq. İmranın ailə üzvləri çox uzun zaman öncə burada dəfn edilmişdilər. İmran və Rəşad ancaq yolun kənarından baxa bildilər, onlara yaxınlaşmağa və hörmətlərini çatdırmağa icazə verilmirdi. 

Kəndin kənarındakı bəzi evlərin divarları qalırdı, amma böyük əksəriyyətinin pəncərələri və damları yox idi, bir çoxunun divarlarnda yanıq izləri vardı. Bura 1993-cü ildə gəlib, mənimsədikləri evlərdən 2020-ci ildə – Azərbaycana təhvil vermə vaxtı çıxar bir çox erməni fermerləri onları yandırmışdılar. Üç budaqdan sallanan, yetişmiş narların göründüyü bağın kənarında tərk edilmiş viranə maşınlar qalmışdı. Tarlada bir cüt at otlayırdı və qurumuş həyətdə bir it keşik çəkirdi. 

Azərbaycan ordusu ilə birlikdə Ağdama daxil olan bələdçimiz xatırlayır: “Biz bura gələndə burada bir erməni cütlük var idi. Bizdən xahiş etdilər ki, onlara hazırlaşmaq və əşyalarını götürmək üçün bir az da vaxt verək. Biz gözləyirdik ki, onlar əşyalarla birlikdə çıxacaqlar, amma onlar evdən 2 qutu narla çıxdılar. Özləri ilə apardıqları tək şey bu idi.”

Bildschirmfoto 2021-02-07 um 12.34.38Qasımlı kəndi Ağdamı dumanlı balkonlar və pəncərələrlə yansıdırdı. Mən dağıntının başqa bir növü ilə tanış olmağa başlamışdım. Bu şəhər də digərləri kimi qəsdən dağıdılmış, viranə qoyulmuşdu.

İmran və ailəsinə heç nə əvvəlki kimi gəlmirdi, amma onlar müəyyən topoqrafiyanın köməyilə köhnı evlərini tapdılar. Biz İmranın çox yaxşı xatırladığı körpüdən keçdik. Şəhərə daxil olanda İmran bir bulaq axtarmağa başladı və tapdı. Bulaq hələ də yolların kəsişməsində qalırdı.

“Bu bizim evimizdir, – o, sarmaşıqların arasındakı bir divarı göstərərək dedi. – Hiroşima kimidir.”

Bələdçi bizə minaları və yoldan kənara çıxmağın təhlükəli olduğunu, buna görə də evə yaxınlaşmağa icazə verilmədiyini xatırlatdı. Ailə, uzaqdan evlərindən qalan şeyin şəkillərini çəkdi. 

İmran oğlunu qonşuluğa apardı: “Bu sənin bibinin evindən qalandır, ata tərəfdən əmimoğlunun evidir».

O, sürətlə və dayanmadan danışırdı. Sanki onun xəyalında dağılmış evin divarları hələ də orada idi. 

Boş küçələrdə var-gəl edən Rəşad ətrafı lentə almağı dayandıra bilmirdi. Belə görünürdü ki, o, gördüklərindən şoka düşməsin deyə telefonunun kamerasını qalxan kimi istifadə edirdi. “Bu mənim bir neçə dəfə yıxıldığım tut ağacıdır və…. Ata, bax, bizim qara qayamız… Hələ də burdadır!” Rəşad həyacanla dağıntıların arasındakı kreslo şəklində olan qayanı sanki kəşf edirdi: “Bu da mənim üstündən suya tullandığım körpü, yadında?”

Rəşad sevincək şəkildə danışır, qanı qaralmış atasını şənləndirməyə çalışırdı. Qoca səssizcə gəzişirdi, acı reallıqlar öz sözünü deməyə başlayandan sonra onun əvvəlki istəyi yoxa çıxmışdı. “Mən narahat idim, ona görə də zarafat edirdim. Atamın ağlamasına və stres keçirməsinə əngəl olmağa çalışırdım. Atam çox ürəyiyumşaq və kövrəkdir”, -Rəşad izah edir. – Evimiz həmişəki kimi deyildi, amma mənim bütün uşaqlıq xatirələrim heç vaxt getməmiş kimi ağlımda canlanırdı.”

Bildschirmfoto 2021-02-07 um 12.34.36Rəşad ailəsinə aid olan bağdan bir nar dərərək qızı Günelə verdi. “İndi babamızın tarlasından ilk meyvəmizi yeyək.” O, narı ikiyə ayırdı. Qız tünd qırmızı rəngli narın yarısını götürdü. Axşamüstü batan günəşin qızılı şüaları şəhəri qucaqlayanda ailə, həvəssiz də olsa, Bakıya yola düşmək üçün maşına mindi. 

Geri qayıtmaq üçün çox tezdir

Mən Quliyevlərlə xudahafizləşəndən sonra yenicə geri qaytarılmış ərazilərə tərəf yollandım və öz evlərini axtaran başqa bir ailəyə qoşuldum.

Rayonlardan ən böyüyü olan Kəlbəcərə gedən Murov dağından keçən yol da digəri kimi xain yol idi. 1993-cü ildə erməni qüvvələri buranı ələ keçirəndə sivillər həmin yolla qaçmışdılar. Minlərlə insan dondurucu soyuqda günlərlə yol getmiş, bir çoxu soyuğa dözə bilməmişdi. İndi isə həmin soyuqda minatəmizləyənlər titrəyirdilər. 

Dağların digər tərəfində Kəlbəcərin dağıntıları azalırdı. Hərbi çadırın arxasındakı dağılmış evini tapanda Mübariz Mikayılov göz yaşlarını saxlaya bilmədi. “Elə bil balacalaşıb, mən xatırladığımdan daha balaca görünür”, – o deyirdi.

Onun uşaqlıq dostu Ceyhun da öz evlərini tapmışdı. Onun evi dağıdılmamışdı, deyəsən, kimsə 1993-cü ildən burada məskunlaşmışdı, hətta pilləkənlərin istiqamətini belə dəyişmişdi. Amma ermənilər noyabrda buranı təhvil verməli olanda evi yandırmışdılar.

Bildschirmfoto 2021-02-07 um 12.34.39Bu qəddar və uzun çəkən müharibədə, təqribən, 3000 azərbaycanlı əsgər həlak olmuş, 750 000-dən çox insan qaçqın düşmüşdü. “Bizə çox əziyyətlər çəkdiriblər, onlar bizim şərəfimizi bərpa etdilər”, – azad edilmiş rayonlardan biri olan Qubadlının sakini deyir. O, Bakıda pis şəraitdə yaşamağa məcbur qalan başqa qaçqınlarla birlikdə tərk edilmiş xəstəxanada yaşayır.

Məcburi köçkünlərin bir çoxu, xüsusilə, qocalar, ata-baba yurdlarına qayıtmaq üçün çox həvəslidirlər. Amma əraziləri onlar üçün yaşanacaq hala salmaq üçün daha bir 10 illik lazım ola bilər. “Buradakı hava ilə nəfəs almaq olmur, – köhnə daxmada yaşayan Mülayim İsmayılova deyir. – Qubadlıda hər şeyim vardı, öz evim, ərazim vardı. İnəklərim vardı, hər səhər təmiz süd içirdim. Burada isə südü pulla almalıyam, bu, nə cür həyatdı belə?”

“Biz çox xoşbəxtik ki, torpaqlarımızı geri aldıq, amma bunu qeyd edə bilmirik. Çünki o torpaqlara qardaşlarımızın qanı tökülüb”, – onun övladı Fəzahir əlavə edir.

Sovet vaxtı Mingəçevirdə turist düşərgəsi kimi fəaliyyət göstərən yerdə bu gün məcburi köçkünlər məskunlaşıblar. Mən Günay Həmidova ilə görüşdüm. O, duldur, iki uşağı var. Günay valideynləri ilə birlikdə bir zamanlar düşərgənin yeməkxanası olan yerdə yaşayıb. Evləndikdə ailə, otağı plastiklə ikiyə bölüb. “Bura qışda da, yayda da soyuq olur”, – atası şikayətlənir. Ondan evinə, Ağdama qayıtmaq istəyib-istəmədiyini soruşanda çiyinlərini çəkdi. “Biz ancaq dövlətimiz şəhərlərimizi bərpa edəndən sonra qayıda bilərik. Mən heç bilmirəm, evim hələ də ordadır, ya yox.”- Günay köks ötürdü. 

Bildschirmfoto 2021-02-07 um 12.34.44Sentyabrda müharibə başlayanda Günay həyat yoldaşına yaxın olmaq üçün uşaqları ilə birlikdə cəbhə yaxınlığına köçüb. Bundan 5 gün sonra isə həyat yoldaşı qəlpə yarasından şəhid olub. İndi onun 3 yaşlı balaca oğlu tez-tez atasının qonaq otağından asılmış şəklinə baxıb atasını soruşur.

“Mən ona şəkillə danışmasına icazə verirəm”, – Günya yoldaşının saatına toxunaraq deyir. – Bu dayandı, o… – göz yaşları axır, – saatı onun ölüm vaxtını göstərir. Mən ümid edirəm ki, bizim oğlumuz da böyüyəndə onun kimi cəsur olacaq və atası kimi orduda xidmət edəcək”, – Günay oğlunun saçlarını sığallayaraq deyir. 

Günaydan oğlunu da itirməkdən qorxub-qorxmadığını soruşanda cavab verir: “Qorxmuram, müharibə indi bitib”.

“I don’t even know if my home still exists”

National Geographic

 

Bütün fotolara bax 

 

1 - 27
- +
Bildschirmfoto 2021 02 07 um 12.34.10
Bildschirmfoto 2021 02 07 um 12.34.29
Bildschirmfoto 2021 02 07 um 12.34.41
Bildschirmfoto 2021 02 07 um 12.34.43
Bildschirmfoto 2021 02 07 um 12.34.46
Bildschirmfoto 2021 02 07 um 12.34.48
Bildschirmfoto 2021 02 07 um 12.34.50
Bildschirmfoto 2021 02 07 um 12.34.53
Bildschirmfoto 2021 02 07 um 12.34.55
Bildschirmfoto 2021 02 07 um 12.34.57
Bildschirmfoto 2021 02 07 um 12.35.00
Bildschirmfoto 2021 02 07 um 12.35.02
Bildschirmfoto 2021 02 07 um 12.35.05
Bildschirmfoto 2021 02 07 um 12.35.07
Bildschirmfoto 2021 02 07 um 12.35.09
Bildschirmfoto 2021 02 07 um 12.35.12
Bildschirmfoto 2021 02 07 um 12.35.13
Bildschirmfoto 2021 02 07 um 12.35.16
Bildschirmfoto 2021 02 07 um 12.35.19
Bildschirmfoto 2021 02 07 um 12.35.21
Bildschirmfoto 2021 02 07 um 12.35.23
Bildschirmfoto 2021 02 07 um 12.34.33
Bildschirmfoto 2021 02 07 um 12.34.35
Bildschirmfoto 2021 02 07 um 12.34.36
Bildschirmfoto 2021 02 07 um 12.34.38
Bildschirmfoto 2021 02 07 um 12.34.39
Bildschirmfoto 2021 02 07 um 12.34.44
PaylaşTweetGöndərPaylaşScan
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

136bet.com.br
aviator-game.mw
aviator.com.az
big-bass.co.uk
focuspcg.com
humanics-es.com
iuorao.ru
oren-sarmats.ru
spicybet.com.br
sweet-bonanza.com
aviator
pinco
allabouteng.com
auruhana2.kz
bsl.community
docwilloughbys.com
editorialabiertafaia.com
erkindik.kz
kabuki-bremen.de
minnaz.ru
prockomi.ru
saintvincenthome.org
aviator
pinco
136bet
top 10 online casino belgië
verde casino
seriöse online casinos österreich
norsk casino
pinco casino

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
aviator
pinco
nayora.org
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör