bulls-bike.cz
fiyonk.net
infopokrovsk.ru
okzhetpes.kz
petsdream.ru
PoliceControl.info
proarte.net.pl
provegas.ru
sultan-kazino-qazaqstan.kz
underscorejs.ru
Top UK Slot Sites
Casibom
Гама казино
betify
Azlogos
  • Qaydalar
  • Kimlər var

1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu 1651940310 Nshot 20220507 201640187 Bir söz oyunbazının kino fantaziyaları
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Canlı rulet yayınlarında gecikme olmaması, Casinomhub yükle tarafından sağlanan güçlü altyapının bir göstergesidir.

Yeni üyelere verilen avantajlı kampanyalar arasında casinomhub giriş fırsatları dikkat çekiyor.

Bahis dünyasında yenilikçi çözümler sunan bettilt farkını hissettiriyor.

Kumarhane eğlencesini dijital dünyaya taşıyan bettilt giriş çeşitliliği artıyor.

Türkiye’de şans oyunlarını yalnızca Milli Piyango ve Spor Toto düzenleyebilirken, bettilt giriş uluslararası lisansla faaliyet gösterir.

Adres değişikliklerine çözüm sunan pinco kullanıcılar için önem taşıyor.

Bahis severlerin güvenle oynadığı adres bettilt olarak bilinir.

Gerçek casino atmosferini hissetmek isteyenler bettilt seçeneklerine yöneliyor.

Her oyuncu güven içinde bahis yapabilmek için bettilt altyapısına ihtiyaç duyuyor.

İnternet üzerinden daha kolay erişim için bettilt giriş sayfası kullanılıyor.

Bahis dünyasında kullanıcıların %63’ü en çok futbol bahislerinden kazanç elde ettiğini belirtmiştir; bu, bahsegel giriş’in sunduğu güçlü oranlarla uyumludur.

Kullanıcılarına güvenli ortam sağlayan altyapısıyla bahsegel sektörde ön plandadır.

Rulet, poker ve slot makineleri gibi seçeneklerle dolu Bettilt giriş bölümü farklı deneyimler yaşatıyor.

Her an bahis yapmak isteyenler için Bettilt uygulaması hazırlandı.

Online casino oyunlarında yüksek RTP oranları sunan bahsegel kazandırıyor.

Slotlarda kullanılan semboller genellikle tema ile bağlantılıdır; bahsegel giriş bu görselleri kaliteli şekilde sunar.

Güvenilir ödeme yöntemleri, hızlı destek sistemi ve yüksek kazanç oranlarıyla bettilt giriş kullanıcılarına benzersiz bir deneyim yaşatıyor.

Bahis severler için en geniş spor kategorilerini sunan bettilt eğlencenin merkezindedir.

İslahatdan razı qalan Vergilər

Toğrul Maşallı Toğrul Maşallı
Bazar
19 Aprel 2020
Oxuma vaxtı:8 dəqiqəyə oxunur
Vergiler nazirliyi 696x392
Paylaş

Azərbaycanı son dövrlər bürümüş “islahat” nağılının bir qayəsi də əhali tərəfindən çox da sevilməyən dövlət qurumlarının imicini dəyişmək, yaxşılaşdırmaq idi. Müvafiq qurumları nisbətən insanlar üçün açıq etmək istəyirdilər. Düzdür, mövcud sistem çərçivəsində həmin qurumlar şəffaf fəaliyyət göstərə bilməsə də, azından bunun imitasiyası yaradılacaqdı. İmitasiya deyəndə, misal üçün, müxtəlif hüquq-mühafizə orqanlarının Facebook səhfələrinin yaradılması, saytlarının bir qədər yenilənməsi nəzərdə tutulurdu. Fəaliyyətin özünə gəldikdə isə, əvvəlkindən çox da fərqlənməyəcəkdi.

Belə qurumlar arasında vacib yerlərdən birini Vergilər nazirliyi (indi artıq İqtisadiyyat nazirliyi nəzdində Dövlət Vergi Xidməti) tuturdu. Müstəqilliyin ilk illərindən əhali ilə vergi xidməti arasında faktiki müharibə vəziyyətidir. Nə insanlar vergi strukturlarına, nə də vergi qurumları insanlara inanmaq istəyir. Nəticədə qeyri-müəyyən, qeyri-sağlam vəziyyət yaranır və “islahatlar” çərçivəsində vəziyyətin ən azı görünən üzünü dəyişdirməyə cəhd edirlər.

Alındımı? Ümumiyyətlə islahatlar vergi qurumunda hansı nəticəni verdi?

İlk əvvəl qeyd etmək lazımdır ki, devalvasiyadan sonra ən çox dəyişikliyə məruz qalan məhz Vergi Məcəlləsi oldu. Az qala hər il 100-200 arası dəyişiklik edilirdi. Bu isə bazarın normal fəaliyyətinə heç də yaxşı təsir etmirdi. Nəticədə, 2017-ci ilin sonunda vergilər nazirini dəyişdilər. Bununla da “yeni islahat”-lara qədəm qoyuldu.

İslahatların effektivliyini yoxlamaq üçün müxtəlif göstəricilərdən istifadə etmək olar, biz isə büdcə göstəricilərindən istifadə edəcəyik. Büdcə göstəriciləri deyəndə biz dövlət büdcəsindən ayrılmış vəsaitləri yox (təəssüflər olsun ki, bu məsələdə vergi sistemi olduğu kimi qeyri-şəffaf qaldı), vergilər nazirliyinin büdcədənkənar fondunu nəzərdə tuturuq. Azərbaycanda bir çox qurumların müxtəlif növ cərimə və maliyyə sanksiyası yığmaq imkanları var. Hökumətin də siyasətinə əsasən cərimə qismində yığılmış məbləğin bir hissəsi Mərkəzi icra hakimiyyəti orqanları əməkdaşlarının “həvəsləndirilməsi” üçün xərclənməlidir. Bu hissənin payı qurumlardan asılı olaraq fərqlənir. Vergi sistemində müvafiq quruma cərimələrin 50%-i keçir. Bu vəsaitləri də nazirlik özü istədiyi kimi xərcləyir. Dövlət büdcəsi vəsaitlərindən fərqli olaraq burada ən azı hesabatlılıq var. Ona görə bu hesabatlılığı nəzərə alaraq, yeni nazirin gəlməsindən bir il əvvəli (2017-ci il) ilə sonuncu ili (2019) müqayisə və islahatların təsirini müəyyən etmək olar.

İlk əvvəl qeyd etmək lazımdır ki, fondun gəlirləri bu illər ərzində ciddi olaraq artıb. 2019-cu ilin nəticələrinə görə fonda 183,3 milyon manat daxil olub. 2017-ci ildə müvafiq göstərici 105,7 milyon manat idi. Başqa sözlə cərimələrin həcmi 2 ilə 73,3% artıb. Heç büdcə gəlirləri bu artıma yaxın da deyil. İqtisadiyyat belə artsaydı, biz indi başqa Azərbaycanda yaşayardıq, amma hələ ki, yalnız cərimələr artır.

Bu vəsaitlər əsasən iki maddə üzrə xərclənir: əməkhaqqına həvəsləndirici əlavələr və qeyri-yaşayış binalarının tikintisi. Məlum oldu ki, 2019-cu ildə vergi işçilərinin əməkhaqqına 39,5 milyon manat həcmində əlavə ödənilib. 2017-ci ildə müvafiq göstərici 3,7 milyon təşkil etmişdi. Başqa sözlə əlavənin ümumi həcmi demək olar ki, 10 dəfə artıb. Hər işçiyə düşən əlavənin həcmi də 9 dəfə artıb. Əgər 2017-ci ilin nəticələrinə görə orta olaraq vergi işçisinin maaşına illik 1207 manat (ya da aylıq 100 manat) əlavə olunurdusa, 2019-cu ildə müvafiq göstərici 10 794 manat təşkil edib. Başqa sözlə vergi işçisi hər ay orta olaraq 899,5 manat əlavə pul alıb. Hətta bütün artımlardan sonra belə, ölkə üzrə orta aylıq əməkhaqqının 635 manat təşkil etdiyini nəzərə alsaq, bu, çöx yüksək maaş deməkdir (yeri gəlmişkən, işçilərin orta maaşı barədə məlumatımız yoxdur, amma xidməti və tədris heyətini hesablamasaq, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş qərara görə, vəzifə maaşları 475 manatdan başlayır). Yeri gəlmişkən, adətən “islahat”-lar və effektiviliyin artırılması nəticəsində iş yerlərinin sayı azalır. Amma əgər vaxtilə Vergilər nazirliyində 1759 əməkdaş var idisə, 2018-ci ilin dekabrında imzalanmış qərara görə ştat sayı 2969-ə kimi artırılmışdı. Əvvəllər artım bir neçə ildə bir dəfə 100-200 ştat sayı həcmində baş verirdisə, sonuncu dəfə (artıq yeni nazir dövründə) iş yerlərinin sayı 650 nəfər artırıldı. Maraqlıdır ki, ştat sayının ondan sonrakı artımı barədə məlumatımız yoxdur, amma maaşa əlavəni alan işçilərin sayı 3 657 nəfər təşkil edib. Əlavə işçilər kimlərdir – bəlli deyil. Ümumiyyətlə Vergilər nazirliyi ştatdankənar işçilərdən də istifadə edir. Hətta müvafiq işçilərə ödənilən əməkhaqqının həcmi 2017-ci il ilə müqayisədə 2,3 dəfə artıb. Amma onların sayı barədə heç bir məlumat verilmir.

Başqa sözlə vergi işçiləri açıq mənbələrə görə ən yaxşı təmin olunan dövlət işçiləri arasındadır. Onların sosial vəziyyəti heç də narahatlıq yaratmamalıdır. Hətta nazirlik öz işçilərinin nəqliyyatı barədə də fikirləşir. 2019-cu ildə 483 min manata 19 yeni avtomobil alınıb. 2020-ci ildə isə əlavə olaraq 500 min xərcləməyi planlaşdırırlar.

Ən böyük xərc maddəsi isə Vergilər nazirliyinin binasının tikintisidir. Maraqlıdır ki, bütün Bakı üzrə Vergilər nazirliyinin müxtəlif xidmət və bölmələrinin ofisləri mövcuddur. Yeni binanın tikintisi əslində ofislərin sayının azaldılmasına xidmət etməlidir. Amma buna əməl olunacaqmı – bəlli deyil. Buna baxmayaraq, 2019-cu ildə öz yeni binalarının tikintisinə 92,9 milyon manat xərcləyiblər. 2017-ci ildə müvafiq göstərici 38,5 milyon manat idi. 2018-ci ildə xərclənən vəsait barədə məlumatımız yoxdur. Amma ən azı binaya artıq 131 milyon manat xərclənib. Ümumiyyətlə öz şəraitlərinə dair xərclər artıb. Misal üçün, yumşaq inventar xərcləri 3 dəfə artıb, müxtəlif inventar və avadanlığın alınmasına isə 2-3 dəfə daha çox vəsait xərclənib. Hətta adət etdiyimiz “digər xərclər”, “sair xərclər” bölmələri üzrə xərclərin həcmi də 2-8 dəfə artıb. Adətən belə hadisələr “islahat”-dan əvvəl baş verirdi. Amma göründüyü kimi, islahatçılar da sair və digər xərcləri xoşlayırlar.

Ümumiyyətlə xərclər strukturundan görünür ki, vergi qurumunun və vergi işçilərinin vəziyyəti xeyli yaxşılaşıb. Həm rəsmi maaşları, həm də maaşa əlavə də ciddi olaraq artıb. İş şəraitləri ilə bağlı vəziyyət ciddi olaraq dəyişib: yeni ofislər götürülüb, yeni bina tikilir, yeni inventara xərclər artıb və s. Əmək Məcəlləsinə uyğun olaraq rahat iş şəraiti yaradılması cəhətindən Vergilər Nazirliyində demək olar ki, ciddi “islahat” həyata keçirilib. Halbuki tətbiq olunan islahatın əsas məqsədi kimi iqtisadi inkişaf göstərilirdi.

Məhz iqtisadi inkişafa nail olmaq neçə vaxtdır ki, mümkün olmur. Bütöv Azərbaycan oturub koronavirusun vəziyyətini izləyir və bir çox hallarda bu, heç də xəstələnib/xəstələnməmək məsələsi deyil. Koronavirus nəticəsində dünyanın ən böyük iqtisadiyyatlarından biri olan Çində istehlak azalıb və müvafiq olaraq neft qiyməti aşağı düşür. Bu isə Azərbaycan üçün çox ciddi fəsadlarla nəticələnə bilər. 2016-ci ildən bu yana həyata keçirilən “islahat”-lar nə alternativ iqtisadi mənbə gətirə bildi, nə də iqtisadiyyatın strukturunda hansısa dəyişikliyə nail oldu. Amma cərimələrin həcmi artdı, dövlət qurumları və orada çalışanlar daha yaxşı yaşamağa başladılar. Yoxsa “islahatlar”-ın məqsədi elə bu idi?

İstifadə olunmuş mənbələr

Azərbaycan Respublikası Vergilər Nazirliyinin ştat sayının artırılması və bununla bağlı maddi-texniki təminat məsələlərinin həlli haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı. URL: http://www.e-qanun.az/framework/42126

Azərbaycan Respublikasının vergi orqanları işçilərinin aylıq vəzifə maaşlarının təsdiq edilməsi və “Azərbaycan Respublikasının vergi orqanları işçilərinin aylıq vəzifə maaşları və “Azərbaycan Respublikasının vergi orqanları işçilərinin aylıq vəzifə maaşları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 4 fevral tarixli 32 nömrəli qərarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 30 mart tarixli 124 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı. URL: http://www.e-qanun.az/framework/43520

Azərbaycan Respublikası Vergilər Nazirliyi Satınalma Planı-2019. URL: https://etender.gov.az/procurement-plan/2172

Azərbaycan Respublikası Vergilər Nazirliyi Satınalma Planı-2020. URL: https://etender.gov.az/procurement-plan/2554

Vergi orqanlarının büdcədənkənar fonduna ayrılmış və xərclənmiş vəsait. URL: https://www.taxes.gov.az/az/page/vergi-orqanlarinin-budceden-kenar-fondu

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

Qarabag
.

Dağlıq Qarabağın iqtisadi vəziyyətinin müqayisəsi: DQMV, “DQR”, indiki və gələcək perspektivlər

Şəhla Cəlilzadə
16 İyun 2021
Bank12
.

Dünya Bankının dörd il əvvəlki təklifi niyə göydə qalıb?

Dünya Sakit
23 Fevral 2021
5d2d00c1a31058950192c079
.

Canavarlar və Dovşanlar: Çində ideal əməkdaş tərbiyəsi

AzLogos
19 Fevral 2021
02
.

Çinin “kəmər” tələsi: sağ çıxmaq üçün nə etməli?

Dünya Sakit
17 Fevral 2021
1031661453
.

Tarif Şurası. Bir etimadsızlıq hekayəsi

Dünya Sakit
11 Fevral 2021
1503675573 55cfe14d50817 osize969x565q71h033761
.

Su – artan qiymət, dəyişməyən keyfiyyət

Dünya Sakit
01 Fevral 2021
Image1170x530cropped
.

Ruandanın iqtisadi uğuru

AzLogos
29 Yanvar 2021
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

136bet.com.br
aviator-game.mw
aviator.com.az
big-bass.co.uk
focuspcg.com
humanics-es.com
iuorao.ru
oren-sarmats.ru
spicybet.com.br
sweet-bonanza.com
aviator
pinco
allabouteng.com
auruhana2.kz
bsl.community
docwilloughbys.com
editorialabiertafaia.com
erkindik.kz
kabuki-bremen.de
minnaz.ru
prockomi.ru
saintvincenthome.org
aviator
pinco
136bet
top 10 online casino belgië
verde casino
seriöse online casinos österreich
norsk casino
pinco casino

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
aviator
pinco
nayora.org
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör