bulls-bike.cz
fiyonk.net
infopokrovsk.ru
okzhetpes.kz
petsdream.ru
PoliceControl.info
proarte.net.pl
provegas.ru
sultan-kazino-qazaqstan.kz
underscorejs.ru
Top UK Slot Sites
Casibom
Гама казино
betify
Azlogos
  • Qaydalar
  • Kimlər var

Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu 1651940310 Nshot 20220507 201640187 Bir söz oyunbazının kino fantaziyaları 17aheds Knee Superjumbo Sənət və siyasətin qarşıdurması: 'Ahedin dizi' və estetik zəiflik
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Her an bahis yapmak isteyenler için Bettilt uygulaması hazırlandı.

Online casino oyunlarında yüksek RTP oranları sunan bahsegel kazandırıyor.

Slotlarda kullanılan semboller genellikle tema ile bağlantılıdır; bahsegel giriş bu görselleri kaliteli şekilde sunar.

Güvenilir ödeme yöntemleri, hızlı destek sistemi ve yüksek kazanç oranlarıyla bettilt giriş kullanıcılarına benzersiz bir deneyim yaşatıyor.

Bahis severler için en geniş spor kategorilerini sunan bettilt eğlencenin merkezindedir.

Zeynəbin pulunu verin!

Elmir Mirzəyev Elmir Mirzəyev
Mövqe
07 İyun 2019
Oxuma vaxtı:5 dəqiqəyə oxunur
Elmir 680x325
Paylaş

Dünya ağlını çoxdan itirib. Bu əbədi həqiqət hamıya aydındır. Amma son zamanlar çox əndirəbadi, ilginc hadisələr, xəbərlər çıxır ortalığa. Misal üçün uzağa niyə gedək, götürək elə Euronews.com dərgisindəki ilginc «Germany ‘still pays UK and Belgian pensioners who served in Hitler’s SS’» (Almaniya hələ də Hitler SS-ində yetkili olmuş Böyük Britaniya və Belçikalı təqaüdçülərə gizlincə ödənişlər edir) məqaləsini.

Yazıdakı məsələlər sadəcə inanılmazdır. Deməli İkinci Dünya müharibəsi dövründə Hitler rejimi ilə əməkdaşlığa razılıq vermiş hazırkı onlarla təqaüdçü hələ də o anlaşmaya görə Almaniyadan gizli ödənişlər alır. Bu insanları yalnız bu ölkələrdəki alman səfirləri tanıyırmış və Hitler dayıdan gələn “müavinəti” adamlara gizlincə nağd pulla ödəyirlərmiş.

Bir daha təkrar edirik, söhbət burda ölkərin işğalından sonra sadiqlik və itaət andı vermiş, SS-də xidmət edəcəklərinə imza atmış Belçika və Böyük Britaniya vətəndaşlarından gedir. “Müavinət” məbləğləri ayda 435-dən 1275 avroya qədər imiş, halbuki RTBF dərgisinin məlumatına görə, deportasiya edilmiş və müharibə dövründə məcburi əməyə məruz qalanlara Almaniya ayda cəmi 50 avro ödəyir.

Belçikalı millət vəkilləri bununla bağlı hökumətləni “öz ölkələrinin və Almaniya da daxil olmaqla Avropa təsisçiləri tərəfindən götürülən bütün öhdəliklərin, yəni tarixi və sosial ədalətin, eyni zamanda mənəvi öhdəliklərin bərpa edilməsinə” çağırıb.

Yazının sonunda qeyd edilir ki, bu müavinətlər Hitler tərəfindən verilmiş və 1945-ci il Potsdam Konfransında ləğv edilməyən yeganə fərman idi.

İlginc məlumatdır, deyilmi? Əlbəttə, müstəsna.

Əslində bu məsələyə müxtəlif rakurslardan baxmaq olar. Müasir alman dövlətinin Hitlerlə hansı əlaqəsi var? Əlbəttə ki, heç bir, doğrudan da bu belədir. Amma nədən yenə də bu ödənişləri etməyi üstün tutublar? Görünür burada da alman pedantlığı öz işini görüb, düşünülüb ki, əgər dövlət hansısa öhdəliyi öz üzərinə götürübsə, o zaman bunu hökmən sona qədər yerinə yetirmək gərəkdir, hətta bu legitimsizlik bahasına başa gəlsə belə.

Bu baxımdan, haqqında indi bəh-bəhlə danışılan keçmiş sovetlərin almanlara çatmasına əlbəttə hələ çox var. Niyə? Çünki öhdəliklərini yerinə yetirmirlər.

Ən bariz nümunə? Buyurun – Azərbaycan və Ermənistan SSR xalq artisti, hər iki ölkədə hamının sevimlisi, əzizimiz, iki gözümüz Zeynəb Xanlarova.

Dəyərbilən partiya və hökümətimiz, ümumiyyətlə xalqımız Zeynəb xanımın qədrini hələ sağlığında bilmiş, ona bütün mümkün olan və olmayan mükafatları və fəxri adları vermişdir, bu öz yerində, bizim borcumuzdur ki, ruhumuzu oxşayan əbədiyaşar müğənnimizə belə dəyər verək.

İndi isə gələk məkrli qonşularımıza. 3 mart 1978-ci ildə Ermənistan və Azərbaycan SSR arasında mədəni əlaqələrinin inkişafı və böyük ifaçılıq istedadına görə Zeynəb Xanlarova Ermənistan SSR xalq artisti kimi yüksək ada layiq görülür. Deyilənə görə bu işdə Ermənistan SSR Kompartiyasının Mərkəzi Komitəsinin Birinci Katibi, yoldaş Karen Dəmirçiyanın da xüsusi əməyi olubmuş. O zamanlar Zeynəb xanımı Ermənistanda hamı tanıyırdı.

Doğrudur, o vaxtı biz də cavabsız qalmadıq, hər zaman qəlbi açıq, ürəyi geniş toplum olduğumuzu bu dəfə də sübut etdik, əvəzində 1982-ci ildə erməni əsilli müğənni xanım Nairui Allahverdyana da Azərbaycan SSR xalq artisti adını verdik, əlbəttə, başqa necə ola bilərdi ki? Bizə bir edənə, biz hər zaman iki edərik, ürəyimiz geniş, qəlbimiz hər zaman açıq olub.

Nə isə, nağıl dili yüyrək olar,  bu işdən 10 il keçməmiş mənfur qonşularımız bizə xəyanət etdilər, arxamızdan xəncərlə vurdular. Sonrakı hadisələr hamıya məlumdur. Şübhəsiz ki, o zamandan, yəni artıq 30 ildən çoxdur ki, onlar torpaqlarımızın işğalı, ərazilərimizin zəbtindən başqa Zeynəb xanımın halalca pullarına da erməni hərisliyi ilə göz dikiblər.

30 ildir Ermənistan SSR xalq artisti yüksək adını daşıyan Zeynəb Xanlarovanın halalca müavinəti verilmir! Bu nə dövlətdir canım? İşğalçı olmaqdan başqa, həm də oğru və yalançıdır. İndi ortaya çıxmış sülhpərvərlik söhbətləri ilə heç cür bir araya sığmır bu həyasızlıq. Belə olmaz, heç olmazsa almanlardan ibrət götürün, ay Astvats!

Bizim biganəliyimiz də burada öz acı rolunu oynamaqdadır, belə olmaz yoldaşlar! Dünya şöhrətli müğənnimizin 30 illik halalca müavinətini ən yüksək tribunalardan tələb etməliyik. Bu pul söhbəti deyil, ədalətin zəfər çalması məsələsidir!

Zeynəbin pulunu verin!

P.S. İşdir, əgər ağzıgöyçəklərdən kimsə desə ki, onda siz də Nairuinin pulunu verin, bu yersiz olacaq, çünki o xanım hələ 2000-ci ildə qondarma “Dağlıq Qarabağ Respublikası”nın xalq artisti adını qəbul edərək separatçılara qoşulub və bu səbəbdən bizdən heç bir şey gözləyə bilməz.

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
4bpq10e42793ce16c5n 800c450
.

Azərbaycan dəyərləri: Bizə vicdan lazımdır, yoxsa ədalət?

AzLogos
07 Sentyabr 2024
Seymur
Mövqe

Azərbaycan yazıçılarının nankorluğu haqqında

Seymur Baycan
13 Avqust 2024
1200px Corvus frugilegus Dartmoor, Devon, England
.

Azərbaycan təhsilinin “zağca” problematikasına dair

Sevda Sultanova
24 May 2024
Seymur baycan
Mövqe

Vəziyyətə uyğunlaşmaq haqqında

Seymur Baycan
07 Mart 2024
MyCollages (1)
Mövqe

Ölüvay gənclik haqqında

Seymur Baycan
13 Avqust 2024
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

136bet.com.br
aviator-game.mw
aviator.com.az
big-bass.co.uk
focuspcg.com
humanics-es.com
iuorao.ru
oren-sarmats.ru
spicybet.com.br
sweet-bonanza.com
aviator
pinco
allabouteng.com
auruhana2.kz
bsl.community
docwilloughbys.com
editorialabiertafaia.com
erkindik.kz
kabuki-bremen.de
minnaz.ru
prockomi.ru
saintvincenthome.org
aviator
pinco
136bet
top 10 online casino belgië
verde casino
seriöse online casinos österreich
norsk casino
pinco casino

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
aviator
pinco
nayora.org
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör