Azlogos
  • Kimlər var
  • Bizi tanı

Ruanda soyqırımı və ABŞ, Fransa, Belçikanın qanlı əlləri Gürcü ədəbiyyatında azərbaycanlılar Şərqdən Qərbə. Söz və göz mədəniyyəti Allaha ən sadə və ən səmimi yalvarış məkanı Çağdaş kinematoqrafiyada əsas trendlər Etibar qazanmağın vacibliyi haqqında
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • Artlogos
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Yuxulu kalaçililər

AzLogos AzLogos
Elm
05 İyun 2019

Kalaçi kəndinin sakinləri qəfildən 7 günlük yuxuya gedirlər. Oyananda isə onlar heç bir şey xatırlamırlar.

Qazaxıstanda, Kalaçi kəndində, yerli sakinlər mütəmadi olaraq gözlənilmədən 6-7 günlük yuxuya gedirlər. Bu yuxu halları dalğalarla baş verir və ilk belə hal  həkimlər tərəfindən 2013-cü ildə müşahidə edilib.

Belə uzun müddətli yuxuya gedən ilk yerli qadın 50 yaşlı sağıcı Mariya Felk olub. Bu yuxu epidemiyasına təkcə Kalaçi kəndinin sakinləri məruz qalmırlar,  bəzən yaxınlarını ziyarət etmək üçün buraya gələnlərin də yuxu sarıdan “bəxti gətirir”.

Bir gün 30 yaşlı Aleksey Qom öz doğma xalasını ziyarət etməyə gəlir. Nəticədə… Bu da onun söylədkləri: “Səhər işləmək istədim, noutbuku açdım, ancaq birdən sanki, kimsə düyməmi sıxdı və məni söndürdü. Təxminən 30 saat yatdım – əvvəllər belə bir hal yaşamamışam, amma məni müayinə edən həkim məndə heç bir anormallıq aşkar etmədi».

İlk olaraq, həkimlər belə gözlənilməz yuxunun səbəbinin qəbul edilən keyfiyyətsiz spirtli içkinin olduğunu irəli sürdülər. Amma onlar bu versiyadan tez imtina etdilər, çünki yuxuya getmiş ilk altı nəfər spirtli içkiyə heç toxunmayanlar idi.

Sonra kəndə torpaqda, suda və havada müxtəlif növ çirklənmə və radiasiyanın olmasını öyrənməyə başlayan müxtəlif mütəxəssislər gəldi. Demək olar ki, 7000 nümunə alındı, ancaq onlar belə, yerli əhalidə nə baş verdiyini izah edə bilmədilər.

Rayon xəstəxanasının baş həkimi Esil Kabdraşit Almaqambetov: “Bu hal həmişə eyni baş verir – zəiflik, ləng reaksiyalar, sonra kəskin yuxuya dalma. Pasientlər oyandıqda heç bir şey xatırlamırlar.”

Həkim tibb alimlərinin bu qəribə vəziyyətin səbəbini və təbiətini izah edə bilmədiyini və gözlənilməz yuxu xəstələrinin tibbi sənədlərində onların diaqnozunu zəhərli ensefalopatiya kimi  göstərdiyini etiraf edir. Amma təbii ki, bu heç də dəqiq deyil, sadəcə bir fərziyyədir.

Doğrudur, bu fenomeni özlərinə xas yolla izah etməyə çalışan alimlər var. Məsələn, Tomsk Politexnik Universitetinin Geoekologiya və Geokimya kafedrasının professoru Leonid Rixvanov insanların radiasiya səbəbindən deyil, uran mədənindən radonun buxarlanmasına görə uzun müddətli  yuxuya düşdüyünü fərz edir.

Bu versiya mövcud olmaq hüququna malikdir, lakin bu fenomenin təbiəti ilə bağlı yekun nəticələr çıxarmaq hələ çox tezdir.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

avtos
.

Siz gicdıllaqsınız?

02 Mart 2021
Kak-vse-1-1024x717
.

İnkubatordan çıxmışlar. “Sürü psixologiyası” nə üçün zərurətdir?

28 Fevral 2021
universe-1044107_1920-e1551264326156
.

Kosmik yanılmalar. Kainat haqda elmin xətaları

14 Fevral 2021
Treetops of Dense Tropical Rainforest With Morning Fog Located N
.

Antroposen. İstinad nöqtəsi. Meşələrin dünyası

13 Fevral 2021
big-data-gobiernos-América-Latina-Caribe-movilidad-privacidad-COVID-19-coronavirus-min
.

Big Data – yeni əsrin texnologiyası

09 Fevral 2021
rawImage
Elm

Zaman nədir?

07 Fevral 2021

Redaktorun seçimi

Ölü evdən qeydlər

Dəyməz

Tesla-dan yeni, inqilabi ötürücü

Azərbaycan uşaqları

Onurğa travmam

Norrköping – Abbas Atilaydan

Landşaft memarlığında bitkilər

İlqar İbrahimoğlu: “Şəxsiyyətə pərəstiş inkişafa aparmır”

Repçi və Bandotdel

Hərislik öz yerində, amma biz dürüstük

Serjant Pərviz Hüseynovun bəyanatı

Həqiqət, elm fəlsəfəsi və elmi təfəkkür üzərinə qeydlər

Koronavirusdan sonra da qapalı məktəb

“Bakirə intiharlar” və identiklik sorağında

Flora Kərimovanın sidik terapiyası

Maslow Piramidi

Səhv göndərilən peyklər sayəsində nəzəriyyə sübuta yetirildi

Əbədi siyasi məhbusluq

“Qrupdan çıxmasaq, faciə olmayacaq”

Qaynana obrazı

Azərbaycan vaksin gözləyərkən

Azlogos-da Çe Gevara davası. Günel Mövlud Ələkbər Əliyevə qarşı

Seçkilər və doğrulmayan ümidlər

Zamanı bitmiş mantralar

Tural Abbaslı: “Mənim üçün iki cins var – kişi və qadın, vəssalam”

Təhlükəsizlik – Apostrof təqdim edir

Təbiətin ölüm maşını

Əl çirki, yoxsa rüşvət və borc bataqlığı?

Ermənilər kimdir?

Azərbaycanlılar həqiqətənmi memuar yazmır?

Yuxulu kalaçililər

AzLogos AzLogos
Elm
05 İyun 2019

Kalaçi kəndinin sakinləri qəfildən 7 günlük yuxuya gedirlər. Oyananda isə onlar heç bir şey xatırlamırlar.

Qazaxıstanda, Kalaçi kəndində, yerli sakinlər mütəmadi olaraq gözlənilmədən 6-7 günlük yuxuya gedirlər. Bu yuxu halları dalğalarla baş verir və ilk belə hal  həkimlər tərəfindən 2013-cü ildə müşahidə edilib.

Belə uzun müddətli yuxuya gedən ilk yerli qadın 50 yaşlı sağıcı Mariya Felk olub. Bu yuxu epidemiyasına təkcə Kalaçi kəndinin sakinləri məruz qalmırlar,  bəzən yaxınlarını ziyarət etmək üçün buraya gələnlərin də yuxu sarıdan “bəxti gətirir”.

Bir gün 30 yaşlı Aleksey Qom öz doğma xalasını ziyarət etməyə gəlir. Nəticədə… Bu da onun söylədkləri: “Səhər işləmək istədim, noutbuku açdım, ancaq birdən sanki, kimsə düyməmi sıxdı və məni söndürdü. Təxminən 30 saat yatdım – əvvəllər belə bir hal yaşamamışam, amma məni müayinə edən həkim məndə heç bir anormallıq aşkar etmədi».

İlk olaraq, həkimlər belə gözlənilməz yuxunun səbəbinin qəbul edilən keyfiyyətsiz spirtli içkinin olduğunu irəli sürdülər. Amma onlar bu versiyadan tez imtina etdilər, çünki yuxuya getmiş ilk altı nəfər spirtli içkiyə heç toxunmayanlar idi.

Sonra kəndə torpaqda, suda və havada müxtəlif növ çirklənmə və radiasiyanın olmasını öyrənməyə başlayan müxtəlif mütəxəssislər gəldi. Demək olar ki, 7000 nümunə alındı, ancaq onlar belə, yerli əhalidə nə baş verdiyini izah edə bilmədilər.

Rayon xəstəxanasının baş həkimi Esil Kabdraşit Almaqambetov: “Bu hal həmişə eyni baş verir – zəiflik, ləng reaksiyalar, sonra kəskin yuxuya dalma. Pasientlər oyandıqda heç bir şey xatırlamırlar.”

Həkim tibb alimlərinin bu qəribə vəziyyətin səbəbini və təbiətini izah edə bilmədiyini və gözlənilməz yuxu xəstələrinin tibbi sənədlərində onların diaqnozunu zəhərli ensefalopatiya kimi  göstərdiyini etiraf edir. Amma təbii ki, bu heç də dəqiq deyil, sadəcə bir fərziyyədir.

Doğrudur, bu fenomeni özlərinə xas yolla izah etməyə çalışan alimlər var. Məsələn, Tomsk Politexnik Universitetinin Geoekologiya və Geokimya kafedrasının professoru Leonid Rixvanov insanların radiasiya səbəbindən deyil, uran mədənindən radonun buxarlanmasına görə uzun müddətli  yuxuya düşdüyünü fərz edir.

Bu versiya mövcud olmaq hüququna malikdir, lakin bu fenomenin təbiəti ilə bağlı yekun nəticələr çıxarmaq hələ çox tezdir.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

avtos
.

Siz gicdıllaqsınız?

02 Mart 2021
Kak-vse-1-1024x717
.

İnkubatordan çıxmışlar. “Sürü psixologiyası” nə üçün zərurətdir?

28 Fevral 2021
universe-1044107_1920-e1551264326156
.

Kosmik yanılmalar. Kainat haqda elmin xətaları

14 Fevral 2021
Treetops of Dense Tropical Rainforest With Morning Fog Located N
.

Antroposen. İstinad nöqtəsi. Meşələrin dünyası

13 Fevral 2021
big-data-gobiernos-América-Latina-Caribe-movilidad-privacidad-COVID-19-coronavirus-min
.

Big Data – yeni əsrin texnologiyası

09 Fevral 2021
rawImage
Elm

Zaman nədir?

07 Fevral 2021
Facebook Youtube Instagram Twitter

az-ag

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • Artlogos

Redaksiya

Təsisçi: Prof. Məsud Aşina

Baş redaktor: Ələkbər Əliyev

Şef redaktor: Elmir Mirzəyev

Redaktor: Aygün Aslanlı, Sevda Sultanova

Texniki direktor: Camal Əli

İncəsənət: Emin Əliyev

Elm: Hacı Hacıyev

Tarix: Tural Həmid

İqtisadiyyat: Dünya Sakit

Foto: Abbas Atilay

Qrafika: Gündüz Ağayev

Dizayn: Sahil Qənbərli

Tərcüməçilər: Rəvan Quluzadə, Fəxri Qocayev

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

Göndər Cancel