Azlogos
  • Kimlər var
  • Bizi tanı

Xocalı qətliamı haqqında hər şey Qaralar üçün İsrail "Kitabi-Dədə Qorqud"un ilk azərbaycanlı araşdırıcısını niyə güllələdilər? Rəqəmsal konslager Liberalların çirkin siması Dünya Bankının dörd il əvvəlki təklifi niyə göydə qalıb?
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • Artlogos
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Yeddi dəvə istərəm

Elmir MirzəyevElmir Mirzəyev
Mövqe
24 Fevral 2019

Zaman ildırım sürəti ilə keçib gedir. Hadisələr bir-birini əvəzləyir. Rüstəm müəllimin gəlib çıxması köhnə xəbərdi, zatən bu xəbər elə 2013-dən köhnə idi, odur ki, bunun üstündə dayanmağa dəyməz. Hadı Rəcəbli müəllim də deyib ki, “Ailədə 2 nəfər işləyəndə 180 manatla dolanmaq olar”. Qüdrət Həsənquliyev isə Naxçıvanın xanına dil uzadıb. Ulu tanrılar, aləm qarışıb bir-birinə, #neleroluyor hashtağı qələt eləyər bu işlərin yanında.

Çeçenlərlə bizimkilərin Rusiyadakı “iki günlük müharibə”si də şükür, sülhlə bitdi. Daha aranı qızışdıranlar yoxdur. Amma bu konfliktdə gözlənilmədən zərər çəkmiş daha bir tərəf də varmış, o da “Leninqrad” qrupunun lideri Sergey Şnurov imiş.

İş burasındadır ki, Şnurov, instagramında Moskva restoranı Neolit ​​yaxınlığında baş verən bu kütləvi dava haqda yumoristik şeir yazmışdı. Şeirdə dava iştirakçılarını sənətçi “neokromanyonlar” adlandırdığı üçün bu post Instagram tərəfindən ban edilib.

İki qəbilə toqquşdu kafedə,

Atəşli “Neolit” adlı bir yerdə,

Yersiz gülüşləri kənar edəlim,

Ağappaq qar qızıl qana boyanıb. — Şnurun şeiri belə başlanırdı.

(Два племени столкнулись у кафешки,

С названьем говорящим «Неолит».

Отбросим в сторону нелепые насмешки,

Снег белый красной кровушкой полит.)

Bundan sonrakı hecalarda musiqiçi dava iştirakçılarını “neokromanyon” adlandırıb. Oxuculara xatırladaqki, Kromanyon üst paleolit dövrü insanlarının ümumiləşdirilmiş adıdır, yəni müasir insanın ilk əcdadlarından sayılır. Etimologiyası da 1868-ci ildə Fransanın bu dövrə aid ilk dəfə aşkar edilmiş Kromanyon (Cro-magnon) adamının qalıqlarının tapıldığı Kro-Manyon mağarasının adından götürülmüşdür. Kromanyon adamı 30 min il əvvələ qədərki bir dövrdə yaşadığı təxmin edilən irqdir.

Kromanyon adamı boyunun ucalığı, kəllə tağının hündürlüyü, üzünün enli olması və gözlərinin aşağı batıqlığı ilə xarakterizə olunur. Qübbə formasında kəllə sümüyünə, geniş alına malikdir. 1600 sm2-lik beyin həcmi müasir insanın orta beyin həcmindən çoxdur. Qalın qaş çıxıntıları var və kəllənin arxa hissəsində Neandertal adamının və Homo erectus’un xarakterik xüsusiyyəti olan sümük çıxıntısı var.

Soyuq qış günəşi qürub edirdi,

Biri başqasına dedi, yaxşı, gözlə bir.

Və indi, eynən nekromanyonlarda olduğu kimi

Tayfa başçıları həll edəcək talelərini. — görünür məhz bu sətirlərə görə Instagram şeiri ban etmişdi.

(Садилось зимнее негреющее Солнце,

Один сказал другому, — ну-ка, подожди.

И как случается у неокроманьонцев,

Теперь решают судьбу их вожди.)

Ciddi müharibə istərdi onlar,

Lakin tayfa elitası bağladı söhbəti,

Prezident hotelin VİP mağarasında. – Şnurovun şeiri belə bitirdi.

(Войну серьезную развязывать хотели,

Но племенная все замазала элита,

В вип-люкс-пещере Президент-отеля.)

Instagram bu şeiri blok edəndən sonra Şnurov öz fotosunu orada aşağıdakı şeirlə post edir və “ateist duyğularının təhqir edildiyini” elan edir:

Göz qırpımında əngəlləndi şeirim,

Neolit dövrü cazibəsindən.

Kədərlə oturmuşam, araq süzülüb,

Ateist duyğularının təhqir hissindən.

(Стишок мой заблокировали быстро,

О прелестях эпохи неолита.

Сижу грущу и стопочка налита,

Ведь чувства оскорбили атеиста.)

Nəsə, ümid edək ki, musiqiçi bu əzabı ilə barışa biləcək. Amma bu söhbətlərin fonunda Rusiyada daha əhəmiyyətli hadisələr baş verirdi. Bunlardan ən ciddisi İrkutsk vilayətində şamanların Xuxe Munxe Tengeri (“Əbədi mavi göylər”) təşkilatı Rusiyanın güdrəti naminə beş dəvə yandıraraq xüsusi ayin keçirməsi idi.

Dəvələri yandırmazdan əvvəl Rusiyanın Baş Şamanının (yəqin bizim Allahşükürün vəzifəsi kimi) müavini Artur Tsıbikov “Novaya qazeta”ya müsahibəsində deyib ki, şamanlar bunu ölkənin suverenliyi və patriotizm naminə edirlər. Şamanlar hesab edir ki, bu allahlara verilmiş ən gözəl qurbandır, özü də belə ayin tarixdə ilk dəfə keçirilib. Eşq olsun şamanlara, yenə də bizimkilər, vallah!

Bu söhbət insanı o qədər vəcdə gətirir ki, istəyirsən Rüstəm müəllim Behrudiyə deyəsən ki, bəlkə müəllifi olmadığı “Salam dar ağacı” şeirinin 2-ci hissəsini“Salam dəvə əti” kimi yazsın? Bir də gördün o şeirdən sonra bizdə də qeyrətə gələnlər oldu, anlaloji bir ayini də biz Azərbaycan üçün keçirək. Özü də utanmaq-zad lazım deyil, xilasımız üçün lap 7 dəvə də yandırmaq olar, Azərbaycan naminə heç nəyi əsirgəmək olmaz!

Doğrudur, Rusiyadakı yaramaz heyvansevərlər yenə səs-küy salmaq istədi oralarda, amma şaman məllim haman cavablarını verdi, dedi ki, bunu “heyvanlara hörmətlə” icra ediblər.

Qısası bu ayini şamanlar Anqarsk yaxınlığındakı bazalarında keçiriblər. Ayini keçirəndə heyvanların 500 nəfərlik kütlənin ortasından qaval səsləri altında keçiriblər. “Bu ayinin adı Uuse-dir, qışda, ən aclıq dövründə insanlar heyvanları istifadə edəndə buna Uuse deyirlər, amma hər şey çərçivədə olmalıdır, məsələn heyvanın qanının yerə tökülməsinə yol vermək olmaz. Heyf ki, müasir buryatlar köhnə ənənələri bilmir və hətta bunu barbarlıq adlandırırlar” – Tsibikov müəllim belə deyib.

Deyirəm biz bunu görən harada keçirə bilərik, bəlkə elə Coratda? Əşşi gül kimi Dəvəçi rayonumuz var idi, ləğv eləyib adını qoydular Şabran, lazım idi bizə bu? Tamam, Coratda da eləmək olar, doğrudu, şamanımız yoxdu, amma nə problemdi ki? Siyavuş Novruzovla elə adını çəkdiyimiz Hadı müəllim ikisi bir yerdə yandıra bilər o dəvələri. Qavallarda da ki, şükür allaha, nə qədər manıs və manısələrimiz var, göz dəyməsin, hamısı da şükür vətənpərvərlərdir, necə lazımdı ifa edərlər. 500 adam yerinə də, lap 5000 nəfər də çıxardarıq meydana, bir mitinqin camaatını, lazım olsa.

Amma yandıranda da elə yandırmaq lazımdı ki, nə şiş yansın, nə kabab. Əti də sonra camaatımıza verərik, dəvə qutabı eləsinlər, çox ləzzətli olur. Dəvə qutabı ilə gələcək Azərbaycanın xilası.

P.S. Yazını oxuyanların məni yenə – “rus təhsillidi bu, onlardan başqa heç nəynən maraxlanmır” – kimi ənənəvi ittihamından kənar olmaq üçün türk mətbuatını da açdım ki, bəlkə orada maraqlı, gözəgəlimli nəsə ola. Rastladığım ən ciddi söhbət “Kanunî’nin gönlünü fetheden Hürrem Sultan nerelidir?” başlıqlı yazı oldu. Vallah adamlar kosmosdadı, niyə narahat edək, rahat qoyun şu türkleri.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

t_23d99902bbd248dcbacb7ba37354a96f_name_mgt_scaled
.

Rəqəmsal konslager

25 Fevral 2021
IMG-20180618-WA0012
.

Liberalların çirkin siması

23 Fevral 2021
sev-2
.

Azərbaycanlı oxucunun şüur defisiti

22 Fevral 2021
“Oğurlanan” Qərbin qaytarılması
.

“Oğurlanan” Qərbin qaytarılması

22 Fevral 2021
im-143485
Mövqe

İmtina mədəniyyəti nədir?

22 Fevral 2021
Avropanın oğurlanması 2.0
.

Avropanın oğurlanması 2.0

21 Fevral 2021

Redaktorun seçimi

“Kapital”lı sərgüzəştlərim

Qadın bədəni

Führer hipnozu – Nasional-sosializmin anatomiyası

Biznesdə kitabların yazmadığı şeylər – II Hissə

Vaksinasiya söhbəti – vurmalımı, vurmamalımı?

Fotoqrafiyanın kəşfi: texnologiyadan müasir incəsənətə qədər

Əkrəm Əylisli – «AYB-nin türkmənbaşısı Anara»

Leviafan və Hippopotam – Apostrof

Empatiya. Necə yaranır və nə üçün lazımdır?

Londonda azərbaycanlı vəkil

Ənənə ilə yeniliyin toqquşması

Zeynəbin pulunu verin!

İnformasiya çatışmazlığı sindromu

“Əfsanəvi general” propaqandasının süqutu

“Ramiz Mehdiyev” ictimai təhtəlşüur kimi

İqtisadiyyat adətlərin dayağı kimi

To Be a Woman

Azərbaycanda niyə mesenatlar yoxdur?

Aşura sonrası tarixi qeydlər

Bədbəxtlər üçün motivasiya kitabları

Ərəblinskini H.Z.Tağıyev öldürtdürüb?

Xaricdən gələn mallar. Daha necə edək ki, əhaliyə pis olsun?

Azərbaycanda qadınların ilk səsverməsi

Qaldığımız evlər

Mehriban Əliyeva özü haqda

Harvarda necə qəbul olmaq olar?

Virusa yoluxmuş dünya iqtisadiyyatı: çıxış yolu varmı?

Eldarın milyonçu qohumları

“Gözəlliyə rəğbət” filminin təhlili

Daxili qəzəblə zahiri sakitlik arasındakı ziddiyyət haqqında

Yeddi dəvə istərəm

Elmir MirzəyevElmir Mirzəyev
Mövqe
24 Fevral 2019

Zaman ildırım sürəti ilə keçib gedir. Hadisələr bir-birini əvəzləyir. Rüstəm müəllimin gəlib çıxması köhnə xəbərdi, zatən bu xəbər elə 2013-dən köhnə idi, odur ki, bunun üstündə dayanmağa dəyməz. Hadı Rəcəbli müəllim də deyib ki, “Ailədə 2 nəfər işləyəndə 180 manatla dolanmaq olar”. Qüdrət Həsənquliyev isə Naxçıvanın xanına dil uzadıb. Ulu tanrılar, aləm qarışıb bir-birinə, #neleroluyor hashtağı qələt eləyər bu işlərin yanında.

Çeçenlərlə bizimkilərin Rusiyadakı “iki günlük müharibə”si də şükür, sülhlə bitdi. Daha aranı qızışdıranlar yoxdur. Amma bu konfliktdə gözlənilmədən zərər çəkmiş daha bir tərəf də varmış, o da “Leninqrad” qrupunun lideri Sergey Şnurov imiş.

İş burasındadır ki, Şnurov, instagramında Moskva restoranı Neolit ​​yaxınlığında baş verən bu kütləvi dava haqda yumoristik şeir yazmışdı. Şeirdə dava iştirakçılarını sənətçi “neokromanyonlar” adlandırdığı üçün bu post Instagram tərəfindən ban edilib.

İki qəbilə toqquşdu kafedə,

Atəşli “Neolit” adlı bir yerdə,

Yersiz gülüşləri kənar edəlim,

Ağappaq qar qızıl qana boyanıb. — Şnurun şeiri belə başlanırdı.

(Два племени столкнулись у кафешки,

С названьем говорящим «Неолит».

Отбросим в сторону нелепые насмешки,

Снег белый красной кровушкой полит.)

Bundan sonrakı hecalarda musiqiçi dava iştirakçılarını “neokromanyon” adlandırıb. Oxuculara xatırladaqki, Kromanyon üst paleolit dövrü insanlarının ümumiləşdirilmiş adıdır, yəni müasir insanın ilk əcdadlarından sayılır. Etimologiyası da 1868-ci ildə Fransanın bu dövrə aid ilk dəfə aşkar edilmiş Kromanyon (Cro-magnon) adamının qalıqlarının tapıldığı Kro-Manyon mağarasının adından götürülmüşdür. Kromanyon adamı 30 min il əvvələ qədərki bir dövrdə yaşadığı təxmin edilən irqdir.

Kromanyon adamı boyunun ucalığı, kəllə tağının hündürlüyü, üzünün enli olması və gözlərinin aşağı batıqlığı ilə xarakterizə olunur. Qübbə formasında kəllə sümüyünə, geniş alına malikdir. 1600 sm2-lik beyin həcmi müasir insanın orta beyin həcmindən çoxdur. Qalın qaş çıxıntıları var və kəllənin arxa hissəsində Neandertal adamının və Homo erectus’un xarakterik xüsusiyyəti olan sümük çıxıntısı var.

Soyuq qış günəşi qürub edirdi,

Biri başqasına dedi, yaxşı, gözlə bir.

Və indi, eynən nekromanyonlarda olduğu kimi

Tayfa başçıları həll edəcək talelərini. — görünür məhz bu sətirlərə görə Instagram şeiri ban etmişdi.

(Садилось зимнее негреющее Солнце,

Один сказал другому, — ну-ка, подожди.

И как случается у неокроманьонцев,

Теперь решают судьбу их вожди.)

Ciddi müharibə istərdi onlar,

Lakin tayfa elitası bağladı söhbəti,

Prezident hotelin VİP mağarasında. – Şnurovun şeiri belə bitirdi.

(Войну серьезную развязывать хотели,

Но племенная все замазала элита,

В вип-люкс-пещере Президент-отеля.)

Instagram bu şeiri blok edəndən sonra Şnurov öz fotosunu orada aşağıdakı şeirlə post edir və “ateist duyğularının təhqir edildiyini” elan edir:

Göz qırpımında əngəlləndi şeirim,

Neolit dövrü cazibəsindən.

Kədərlə oturmuşam, araq süzülüb,

Ateist duyğularının təhqir hissindən.

(Стишок мой заблокировали быстро,

О прелестях эпохи неолита.

Сижу грущу и стопочка налита,

Ведь чувства оскорбили атеиста.)

Nəsə, ümid edək ki, musiqiçi bu əzabı ilə barışa biləcək. Amma bu söhbətlərin fonunda Rusiyada daha əhəmiyyətli hadisələr baş verirdi. Bunlardan ən ciddisi İrkutsk vilayətində şamanların Xuxe Munxe Tengeri (“Əbədi mavi göylər”) təşkilatı Rusiyanın güdrəti naminə beş dəvə yandıraraq xüsusi ayin keçirməsi idi.

Dəvələri yandırmazdan əvvəl Rusiyanın Baş Şamanının (yəqin bizim Allahşükürün vəzifəsi kimi) müavini Artur Tsıbikov “Novaya qazeta”ya müsahibəsində deyib ki, şamanlar bunu ölkənin suverenliyi və patriotizm naminə edirlər. Şamanlar hesab edir ki, bu allahlara verilmiş ən gözəl qurbandır, özü də belə ayin tarixdə ilk dəfə keçirilib. Eşq olsun şamanlara, yenə də bizimkilər, vallah!

Bu söhbət insanı o qədər vəcdə gətirir ki, istəyirsən Rüstəm müəllim Behrudiyə deyəsən ki, bəlkə müəllifi olmadığı “Salam dar ağacı” şeirinin 2-ci hissəsini“Salam dəvə əti” kimi yazsın? Bir də gördün o şeirdən sonra bizdə də qeyrətə gələnlər oldu, anlaloji bir ayini də biz Azərbaycan üçün keçirək. Özü də utanmaq-zad lazım deyil, xilasımız üçün lap 7 dəvə də yandırmaq olar, Azərbaycan naminə heç nəyi əsirgəmək olmaz!

Doğrudur, Rusiyadakı yaramaz heyvansevərlər yenə səs-küy salmaq istədi oralarda, amma şaman məllim haman cavablarını verdi, dedi ki, bunu “heyvanlara hörmətlə” icra ediblər.

Qısası bu ayini şamanlar Anqarsk yaxınlığındakı bazalarında keçiriblər. Ayini keçirəndə heyvanların 500 nəfərlik kütlənin ortasından qaval səsləri altında keçiriblər. “Bu ayinin adı Uuse-dir, qışda, ən aclıq dövründə insanlar heyvanları istifadə edəndə buna Uuse deyirlər, amma hər şey çərçivədə olmalıdır, məsələn heyvanın qanının yerə tökülməsinə yol vermək olmaz. Heyf ki, müasir buryatlar köhnə ənənələri bilmir və hətta bunu barbarlıq adlandırırlar” – Tsibikov müəllim belə deyib.

Deyirəm biz bunu görən harada keçirə bilərik, bəlkə elə Coratda? Əşşi gül kimi Dəvəçi rayonumuz var idi, ləğv eləyib adını qoydular Şabran, lazım idi bizə bu? Tamam, Coratda da eləmək olar, doğrudu, şamanımız yoxdu, amma nə problemdi ki? Siyavuş Novruzovla elə adını çəkdiyimiz Hadı müəllim ikisi bir yerdə yandıra bilər o dəvələri. Qavallarda da ki, şükür allaha, nə qədər manıs və manısələrimiz var, göz dəyməsin, hamısı da şükür vətənpərvərlərdir, necə lazımdı ifa edərlər. 500 adam yerinə də, lap 5000 nəfər də çıxardarıq meydana, bir mitinqin camaatını, lazım olsa.

Amma yandıranda da elə yandırmaq lazımdı ki, nə şiş yansın, nə kabab. Əti də sonra camaatımıza verərik, dəvə qutabı eləsinlər, çox ləzzətli olur. Dəvə qutabı ilə gələcək Azərbaycanın xilası.

P.S. Yazını oxuyanların məni yenə – “rus təhsillidi bu, onlardan başqa heç nəynən maraxlanmır” – kimi ənənəvi ittihamından kənar olmaq üçün türk mətbuatını da açdım ki, bəlkə orada maraqlı, gözəgəlimli nəsə ola. Rastladığım ən ciddi söhbət “Kanunî’nin gönlünü fetheden Hürrem Sultan nerelidir?” başlıqlı yazı oldu. Vallah adamlar kosmosdadı, niyə narahat edək, rahat qoyun şu türkleri.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

t_23d99902bbd248dcbacb7ba37354a96f_name_mgt_scaled
.

Rəqəmsal konslager

25 Fevral 2021
IMG-20180618-WA0012
.

Liberalların çirkin siması

23 Fevral 2021
sev-2
.

Azərbaycanlı oxucunun şüur defisiti

22 Fevral 2021
“Oğurlanan” Qərbin qaytarılması
.

“Oğurlanan” Qərbin qaytarılması

22 Fevral 2021
im-143485
Mövqe

İmtina mədəniyyəti nədir?

22 Fevral 2021
Avropanın oğurlanması 2.0
.

Avropanın oğurlanması 2.0

21 Fevral 2021
FacebookYoutubeInstagramTwitter

az-ag

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • Artlogos

Redaksiya

Təsisçi: Prof. Məsud Aşina

Baş redaktor: Ələkbər Əliyev

Şef redaktor: Elmir Mirzəyev

Redaktor: Aygün Aslanlı, Sevda Sultanova

Texniki direktor: Camal Əli

İncəsənət: Emin Əliyev

Elm: Hacı Hacıyev

Tarix: Tural Həmid

İqtisadiyyat: Dünya Sakit

Foto: Abbas Atilay

Qrafika: Gündüz Ağayev

Dizayn: Sahil Qənbərli

Tərcüməçilər: Rəvan Quluzadə, Fəxri Qocayev

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

GöndərCancel