Azlogos
  • Kimlər var
  • Bizi tanı

Homoseksuallıq və homofobiya. Made in Europa İnkubatordan çıxmışlar. “Sürü psixologiyası” nə üçün zərurətdir? Bakirə intiharlar Xocalı qətliamı haqqında hər şey Qaralar üçün İsrail Rəqəmsal konslager
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • Artlogos
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Yaradıcılıq, nağıl və simvollaşdırma

AzLogos AzLogos
., Kültür
27 Avqust 2019

Giriş

Psixoanaliz nöqteyi-nəzərindən həyatı iki cür yaşamaq olar – yaradaraq və ya uyğunlaşaraq[1]. Uyğunlaşaraq yaşayırıqsa dünya və dünyadakı bir çox şey bizim üçün tələbkar çərçivə rolunu oynayır. Həmin çərçivə insanı uyğunlaşmağa çağırır. Adətən, belə yaşamaq həyatın boş və mənasız olduğu hissini yaradır. Yəni bir mənada uyğunlaşma – xəstəliyə aparan yoldur. Gerçəkliyi daha rəngarəng çatdıran şey – yaradıcılıqdır. Yaradıcılıq insana daha dolğun hisslər verərək yaşamağa dəyər bir həyatın mövcudluğuna əminlik yarada bilir.

Beləliklə, iki cür həyat tərzi mövcuddur – yaradıcılıqda və yaradıcılıqdan kənarda. Bəs “yaradıcılıq” nədir? Bu, sadəcə, reqressiyadır[2]? Yoxsa destruktiv fantaziya ilə daxili obyektə dəymiş zənn edilən zərərin reparasiya (günah hissini dəf etmək üçün bərpa etmək) cəhdidir[3]? Hər halda Freyd[4] göstərir ki, yaradıcılıq aktları, o cümlədən nağıl və miflər, yuxu və simptomların qidalandığı eyni mənbədən qaynaqlanır; daxili münaqişədən. Yəni yaradıcılıq – gərginlikdən qurtulmaq cəhdidir. Bu baxımdan nağıl – təmin edilməmiş istəyin üzərində qurulmuş fantaziyanın illuzor məmnun edilməsidir.

Maraqlıdır ki, yaradıcılıq istedadı olanlar həyatlarının lap əvvəlindən digərlərindən belə simvolizasiya qabiliyyətləri ilə fərqlənirlər[5]. Belə insanların psixikası həyacandan qorunmaq üçün əsasən simvolun əmələ gəlməsində tələb olunan kondensasiya və yerdəyişmə kimi Eqonun müdafiə mexanizmlərindən[6] daha çox istifadə edir. Simvola çevrilə bilən məfhumlar (fizioloji funksiyalar, yaxın qohumlar, doğum, sevgi, ölüm və s.) yerdəyişmə nəticəsində bədəndən kənarda yerləşdirilir. Məsələn, bıçaq, tüfəng, çətir kimi fallik simvollar, “Cinsi aktın simvolu –  təyyarə ilə uçmaq”, həşəratlar (bacı və qardaşlar), qatarla getmək (ölmək) və s. və i.a. Simvolizasiya edilən şeylər sayca nə qədər məhduddursa, simvolların sayı bir o qədər çox və müxtəlif olur[7]. Məsələn, Freydin “Wolfman” keysində “şıçovul” “penis” simvolu kimi, “Little Hans” keysində isə “zürafə” “valideyn” simvolu kimi çıxış etmişdir. Belə müxtəliflik onunla izah olunur ki, simvolizasiya edilən şüursuzdur, yekun simvol isə əksinə, şüurludur[8].

Beləliklə daxili münaqişəni simvollara çevirən şair və ya rəssam heç vaxt oyrənmədiyi qədim bir dil bilir – simvolizasiya dilini. 

Yeri gəlmişkən, Qrimm qardaşlarının nağıllar toplusunun birinci nağılı[9] belə başlayır: “Qədim zamanlarda cadular sehrli qüvvəyə malik olanda…” İbtidai insana xas olan animistik düşüncənin[10] qalıqlarına günümüzdə də rast gəlmək olur. “Sağlam ol”, “nuş olsun”, “həmişə təmizlikdə”, “yorulmayasan”, “iraq olsun” və s. kimi.

Məlikməmməd nağılının psixoanalitik şərhi üçün ilkin cəhd

Az getdi, üz getdi, dərə təpə düz getdi…

(nağıl)

Biri var idi, biri yox idi. Nə yox idi?!

Rus folklorçusu Vladimir Propp “Nağılların Morfologiyası”nda qeyd edir ki, nağıllar adətən “evdən uzaqlaşma” ilə başlayır. O cümlədən, Azərbaycan nağıllarında da baş qəhrəmanın hekayəsi evdən, ailədən uzaqlaşmaqla başlayır. Yollara düşərkən bir çox sərgüzəştdən sağ çıxan qəhrəman tamamlanmış halda, yəni özündəki “yox”u taparaq evə qayıdır. 

Ən fundamental nağıllarda, rəvayətlərdə səyahət mövzusu ön plandadır. Hətta “hər böyük mətn səyahət üzərində qurulub” kimi cəsarətli iddia da edə bilərik. Əslində, Homerin “Odissey”iniseçərək quyu tək dərin görünə bilərdik, amma çox uzağa getməyib öz uşağımız Məlikməmmədin səyahətindən danışacağıq. Elə Homerin “Odissey”i ilə Məlikməmmədin nağılını birləşdirən şey də yolçuluqdur.

Bütün həngamə padşahın alma (alma nədir?) həsrətindən başlayır. Ümumiyyətlə, bu alma Adəmdən bəri bəşəriyyətin başına iş açır. Məlikməmməd almanı padşah olan atasına gətirmək üçün gedir. Almaların keşiyini çəkərkən qardaşları kimi yatmamaq üçün barmağını kəsib duz basır ki, onları oğurlamağa gələnlə üzləşsin. Bu məqamda div (div nədir?) ilə qarşılaşır və onu yaralayır. Almaların üzərinə örtük (örtük nədir?) çəkib atasına aparır və divi öldürmək üçün icazət təvəqqe edir. Qardaşları ilə birgə yola çıxaraq bir quyunun (quyu nədir?) başına çatır. Quyunun üzərindəki daşı götürmək ancaq Məlikməmmədə müəssər olur. Sıra ilə böyük və ortancıl qardaş quyuya düşəndə “yandım çək” nidaları ilə geri çıxırlar. Məlikməmməd yanmaqdan qorxmadığını quyuya düşməklə sübut edir. Quyunun sonunda onu gözləyən yol ilə gedərək qapılara çatır. Məlikməmməd qapıları bir-bir açaraq yeddinci otağa daxil olur. Burada bir qızın dizləri üstündə yatan divi görür. Qız Məlikməmmədi görcək deyir:

– Ey cavan, kimsən, nəkarəsən? Heyfsən, qaç gizlən! Div yaralanıb, acığı tutub. Ayılıb səni görsə, bir dəqiqə də sağ qoymaz.

Məlikməmməd səyahətboyu olduğu kimi heç kimə məhəl qoymur və div ilə döyüşə girir. Div ilə güc mübarizəsində qalib çıxa bilmir, ta ki divin canının kənarda, şüşə içindəki quşda (quş nədir?) olduğunu öyrənənə kimi. Bundan sonra o, divlərlə mübarizənin sirrinə vaqif olur. Digər otaqlara da beləcə daxil olaraq bir-bir divləri öldürüb qızları xilas edir. Qızların içində ən son xilas etdiyi gözələ aşiq olur. Bundan sonra quyunun yanına gələn Məlikməmməd qızları bir-bir çıxarır. Sonuncu qızı çıxardıqdan sonra sıra özünə çatanda qardaşları ipi kəsərək onu quyuda qoyurlar. Qardaşın ipi ilə quyudan çıxmazlar. Yəni Məlikməmmədin səyahəti hələ davam edəcək. Ağ qoç, qara qoç ( ağ qoç, qara qoç nədir?) deyə- deyə Məlikməmməd gedib çıxır qaranlıq dünyaya ( qaranlıq dünya nədir?). Yazı dili yüyrək olar. Xülasə, Məlikməmməd qaranlıq dünyada da rahat durmur, qabağına çıxan əjdahaları bir- bir öldürür. Zümrüd quşunun belində işıqlı dünyaya gəlib çıxır. Amma evə qayıtmağa tələsmir. Bir dərzi yanında şəyird olub xalq arasına qarışır. Dərzi vasitəsilə padşahdan, qardaşlarından xəbər alır. İmkan tapan kimi də qardaşlarından qisas alır. Atasına sağ olduğu xəbərini elə həmin dərzi ilə çatdırır. Nəhayət evinə qayıdan Məlikməmməd atası ilə görüşür, aşiq olduğu qız ilə evlənir, qırx gün qırx gecə toy çalınır. 

Göydən üç alma düşdü, biri sənin, qalanı ilə işin yoxdur. 

Ey oxucu, kimsən, nəkarəsən? Heyfsən, qaç gizlən. Çünki biz qaranlıq dünyaya; Məlikməmmədin altşüuruna gedirik. Səyahəti zəruri edən şey oğula qadağan olan və təkcə atasına caiz olan şey idi. Bu elə bir şeydir ki, oğul onu atasına bir pərdə altında aparır. Bu mənada, alma ataya aid, oğula qadağan olan bir obyektdir. Amma nə işdirsə, almalar yoxa çıxır və nağılboyu bir daha xatırlanmır. Hər halda, atasına həsrətində olduğu almaları örtük altında aparan Məlikməmməd zəruri səyahətinə başlayır. Analogiya aparsaq, atasını öldürüb anası ilə evlənəcəyini bir kahindən öyrənən Edip də səyahətə çıxmışdı. 

Öz altşüuruna enməyə çalışan, yəni səyahətə çıxan hər adamın qarşılaşacağı maneələrdən- psixoanalitiklər buna “müdafiə mexanizmləri” deyirlər- biri də yuxudur. Bu mənada Məlikməmməd yuxusuna haram qatmalı idi ki, altşüurundakı div ilə üzləşə bilsin. Digər qardaşlar yuxuları gəldiyi üçün yatmışdılar, yoxsa div ilə üzləşməmək üçün?! Məlikməmməd div ilə rastlaşıb yaralayandan sonra onun üzərinə getməyə qərar verir. Quyunun üzərindəki daşı da qaldırır, hələ bir yanmağa da razılıq verir. Quyudan sonra Məlikməmməd altşüurunun qatlarına enir, oradakı divlərin (fobiyalar) canlarının (səbəblər) yerini tapır. Divlərlə- fobiyalarla vuruşmaq əbəs işdir, onların canını tapmaq, səbəbləri açmaq lazımdır.  Divlərdən qurtulub qızları xilas edəndən sonra Məlikməmməd arzu obyektini (sevgili) tapır. Lakin hər arzu obyekti özündə illuziya elementi daşıyır. Bu illuziyadan qurtulub sağalmağın yolu qaranlıqlardan keçməklə mümkündür. Bunu Məlikməmməd ağ qoçun onu qara qoçun belinə atanda anlayır. Ağ qoçu ram etməkmi olar, qara qoçu minməmisənsə?! İşıqlı dünyaya qayıtmaq istəyərkən, qaranlıq dünyaya, şüuraltının ən dərin qatlarına gedən Məlikməmmədin yolu əjdahalarla kəsişir. O, əvvəldən xilas edicidir. Nəyi xilas edir? Almaları, qızları divdən, Zümrüd quşunun balalarını bir əjdahadan, padşahın qızını və ölkə əhalisini də başqa bir əjdahadan xilas edir.  Geri qayıdarkən “yox”u tapıb qayıdır. İndi burada dayanaq və nağıla başqa gözlərlə baxmaq üçün bir neçə sual qoyaq; bütün personajlar (ata və qardaşlardan tutmuş Zümrüd quşuna, qoca qarı və dərziyə kimi) Məlikməmmədin müxtəlif formaları və şəkildəyişmələri ola bilərmi? Nağıl alma həsrətində olan yaşlı birininmi, yoxsa evinə padşah kimi qayıdıb öz krallığını yaradan bir igidinmi nağılıdır? Məlikməmmədin nağılını başından axırına qədər bir fərdin özünün iç dünyasındakı tənha səyahətinin bir təsviri kimi mi oxumalıyıq? Biri var idi, biri yox idi. Nə yox idi?!

Fariz Səmədov, Fərid Kazımov və Zaur Rzalı

[1] Donald Winnicott. Playing and reality. 1971

[2] Heinz Hartmann. Ego psychology and the problem of adaptation. 1958

[3] Melanie Klein. The importance of symbol formation in the development of the ego. 1930

[4] Sigmund Freud. Creative writers and day-dreaming. 1908

[5] Phyllis Greenacre. The childhood of the artist. 1957

[6] Karl Abraham. Dreams and myths. 1913

[7] Ernst Jones. The theory of symbolism. 1948

[8] Otto Fenichel. The psychoanalytic theory of neurosis. 1946

[9] Brüder Grimm. Der Froschkönig oder der eiserne Heinrich. 1812

[10] Sigmund Freud. Totem and tabu. 1913

 

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

NSAC_gay_men
.

Homoseksuallıq və homofobiya. Made in Europa

01 Mart 2021
Kak-vse-1-1024x717
.

İnkubatordan çıxmışlar. “Sürü psixologiyası” nə üçün zərurətdir?

28 Fevral 2021
_117157217_sevilatakiiyeva
.

Bakirə intiharlar

27 Fevral 2021
172660_1fxvzwseap
Kültür

Sarabskinin döyülməklikləri

27 Fevral 2021
1308428334_993221_41
.

Xocalı qətliamı haqqında hər şey

26 Fevral 2021
Qaralar üçün İsrail
.

Qaralar üçün İsrail

26 Fevral 2021

Redaktorun seçimi

Kəşfiyyatın Maradonası – Markus Volf

Michael Reinhard Heß: “Elm adamı öz işi ilә cәmiyyәtә fayda vermәlidir”

Müharibədən sonra BİZ

Fürsətçiliyimiz taleyimizdir

Qlobal bərabərsizlik və Azərbaycan

“Cekin tikdiyi ev” – Lars von Trierin son xuliqanlığı

Deyingənlik – ümummilli depressiya

Porno narahat edəndə

İsanı Qolqofaya aparanlar

Krışanızdan muğayat olun

Çuşka akademizm, akademik çuşkalıq

Bolşevizmin talançı mahiyyəti

Vyetnam müharibəsi – qan və iqtisadiyyat

Biz – ermənilər, hamını bezdirmişik

Haut Königsbourg qalası – Abbas Atilay təqdim edir

300 Giethoornlu

Gecənin sonuna səyahət

Nikasın azərbaycanlı ürəyi

Türkiyə-Rusiya münasibətlərində Azərbaycanın yeri və rolu

“Müəyyən qədər” maliyyə sabitliyi

Dövlətə incəsənət lazımdırmı?

Mədəniyyətlərin qloballaşması: zərurət yoxsa özünüməhv?

Azərbaycanda ödənişsiz təhsil artımı hansı sahələri əhatə etməlidir?

Maastrixt kriteriyaları və Azərbaycan iqtisadiyyatı

Yeddi dəvə istərəm

Tarixin dolambacları

Çernobıl – tarixin ən dəhşətli texnogen fəlakəti

Bu xarabadan çıxıb getmək…

Zeynəbin pulunu verin!

Rusiya Liviyada necə güc faktoruna çevrildi?

Yaradıcılıq, nağıl və simvollaşdırma

AzLogos AzLogos
., Kültür
27 Avqust 2019

Giriş

Psixoanaliz nöqteyi-nəzərindən həyatı iki cür yaşamaq olar – yaradaraq və ya uyğunlaşaraq[1]. Uyğunlaşaraq yaşayırıqsa dünya və dünyadakı bir çox şey bizim üçün tələbkar çərçivə rolunu oynayır. Həmin çərçivə insanı uyğunlaşmağa çağırır. Adətən, belə yaşamaq həyatın boş və mənasız olduğu hissini yaradır. Yəni bir mənada uyğunlaşma – xəstəliyə aparan yoldur. Gerçəkliyi daha rəngarəng çatdıran şey – yaradıcılıqdır. Yaradıcılıq insana daha dolğun hisslər verərək yaşamağa dəyər bir həyatın mövcudluğuna əminlik yarada bilir.

Beləliklə, iki cür həyat tərzi mövcuddur – yaradıcılıqda və yaradıcılıqdan kənarda. Bəs “yaradıcılıq” nədir? Bu, sadəcə, reqressiyadır[2]? Yoxsa destruktiv fantaziya ilə daxili obyektə dəymiş zənn edilən zərərin reparasiya (günah hissini dəf etmək üçün bərpa etmək) cəhdidir[3]? Hər halda Freyd[4] göstərir ki, yaradıcılıq aktları, o cümlədən nağıl və miflər, yuxu və simptomların qidalandığı eyni mənbədən qaynaqlanır; daxili münaqişədən. Yəni yaradıcılıq – gərginlikdən qurtulmaq cəhdidir. Bu baxımdan nağıl – təmin edilməmiş istəyin üzərində qurulmuş fantaziyanın illuzor məmnun edilməsidir.

Maraqlıdır ki, yaradıcılıq istedadı olanlar həyatlarının lap əvvəlindən digərlərindən belə simvolizasiya qabiliyyətləri ilə fərqlənirlər[5]. Belə insanların psixikası həyacandan qorunmaq üçün əsasən simvolun əmələ gəlməsində tələb olunan kondensasiya və yerdəyişmə kimi Eqonun müdafiə mexanizmlərindən[6] daha çox istifadə edir. Simvola çevrilə bilən məfhumlar (fizioloji funksiyalar, yaxın qohumlar, doğum, sevgi, ölüm və s.) yerdəyişmə nəticəsində bədəndən kənarda yerləşdirilir. Məsələn, bıçaq, tüfəng, çətir kimi fallik simvollar, “Cinsi aktın simvolu –  təyyarə ilə uçmaq”, həşəratlar (bacı və qardaşlar), qatarla getmək (ölmək) və s. və i.a. Simvolizasiya edilən şeylər sayca nə qədər məhduddursa, simvolların sayı bir o qədər çox və müxtəlif olur[7]. Məsələn, Freydin “Wolfman” keysində “şıçovul” “penis” simvolu kimi, “Little Hans” keysində isə “zürafə” “valideyn” simvolu kimi çıxış etmişdir. Belə müxtəliflik onunla izah olunur ki, simvolizasiya edilən şüursuzdur, yekun simvol isə əksinə, şüurludur[8].

Beləliklə daxili münaqişəni simvollara çevirən şair və ya rəssam heç vaxt oyrənmədiyi qədim bir dil bilir – simvolizasiya dilini. 

Yeri gəlmişkən, Qrimm qardaşlarının nağıllar toplusunun birinci nağılı[9] belə başlayır: “Qədim zamanlarda cadular sehrli qüvvəyə malik olanda…” İbtidai insana xas olan animistik düşüncənin[10] qalıqlarına günümüzdə də rast gəlmək olur. “Sağlam ol”, “nuş olsun”, “həmişə təmizlikdə”, “yorulmayasan”, “iraq olsun” və s. kimi.

Məlikməmməd nağılının psixoanalitik şərhi üçün ilkin cəhd

Az getdi, üz getdi, dərə təpə düz getdi…

(nağıl)

Biri var idi, biri yox idi. Nə yox idi?!

Rus folklorçusu Vladimir Propp “Nağılların Morfologiyası”nda qeyd edir ki, nağıllar adətən “evdən uzaqlaşma” ilə başlayır. O cümlədən, Azərbaycan nağıllarında da baş qəhrəmanın hekayəsi evdən, ailədən uzaqlaşmaqla başlayır. Yollara düşərkən bir çox sərgüzəştdən sağ çıxan qəhrəman tamamlanmış halda, yəni özündəki “yox”u taparaq evə qayıdır. 

Ən fundamental nağıllarda, rəvayətlərdə səyahət mövzusu ön plandadır. Hətta “hər böyük mətn səyahət üzərində qurulub” kimi cəsarətli iddia da edə bilərik. Əslində, Homerin “Odissey”iniseçərək quyu tək dərin görünə bilərdik, amma çox uzağa getməyib öz uşağımız Məlikməmmədin səyahətindən danışacağıq. Elə Homerin “Odissey”i ilə Məlikməmmədin nağılını birləşdirən şey də yolçuluqdur.

Bütün həngamə padşahın alma (alma nədir?) həsrətindən başlayır. Ümumiyyətlə, bu alma Adəmdən bəri bəşəriyyətin başına iş açır. Məlikməmməd almanı padşah olan atasına gətirmək üçün gedir. Almaların keşiyini çəkərkən qardaşları kimi yatmamaq üçün barmağını kəsib duz basır ki, onları oğurlamağa gələnlə üzləşsin. Bu məqamda div (div nədir?) ilə qarşılaşır və onu yaralayır. Almaların üzərinə örtük (örtük nədir?) çəkib atasına aparır və divi öldürmək üçün icazət təvəqqe edir. Qardaşları ilə birgə yola çıxaraq bir quyunun (quyu nədir?) başına çatır. Quyunun üzərindəki daşı götürmək ancaq Məlikməmmədə müəssər olur. Sıra ilə böyük və ortancıl qardaş quyuya düşəndə “yandım çək” nidaları ilə geri çıxırlar. Məlikməmməd yanmaqdan qorxmadığını quyuya düşməklə sübut edir. Quyunun sonunda onu gözləyən yol ilə gedərək qapılara çatır. Məlikməmməd qapıları bir-bir açaraq yeddinci otağa daxil olur. Burada bir qızın dizləri üstündə yatan divi görür. Qız Məlikməmmədi görcək deyir:

– Ey cavan, kimsən, nəkarəsən? Heyfsən, qaç gizlən! Div yaralanıb, acığı tutub. Ayılıb səni görsə, bir dəqiqə də sağ qoymaz.

Məlikməmməd səyahətboyu olduğu kimi heç kimə məhəl qoymur və div ilə döyüşə girir. Div ilə güc mübarizəsində qalib çıxa bilmir, ta ki divin canının kənarda, şüşə içindəki quşda (quş nədir?) olduğunu öyrənənə kimi. Bundan sonra o, divlərlə mübarizənin sirrinə vaqif olur. Digər otaqlara da beləcə daxil olaraq bir-bir divləri öldürüb qızları xilas edir. Qızların içində ən son xilas etdiyi gözələ aşiq olur. Bundan sonra quyunun yanına gələn Məlikməmməd qızları bir-bir çıxarır. Sonuncu qızı çıxardıqdan sonra sıra özünə çatanda qardaşları ipi kəsərək onu quyuda qoyurlar. Qardaşın ipi ilə quyudan çıxmazlar. Yəni Məlikməmmədin səyahəti hələ davam edəcək. Ağ qoç, qara qoç ( ağ qoç, qara qoç nədir?) deyə- deyə Məlikməmməd gedib çıxır qaranlıq dünyaya ( qaranlıq dünya nədir?). Yazı dili yüyrək olar. Xülasə, Məlikməmməd qaranlıq dünyada da rahat durmur, qabağına çıxan əjdahaları bir- bir öldürür. Zümrüd quşunun belində işıqlı dünyaya gəlib çıxır. Amma evə qayıtmağa tələsmir. Bir dərzi yanında şəyird olub xalq arasına qarışır. Dərzi vasitəsilə padşahdan, qardaşlarından xəbər alır. İmkan tapan kimi də qardaşlarından qisas alır. Atasına sağ olduğu xəbərini elə həmin dərzi ilə çatdırır. Nəhayət evinə qayıdan Məlikməmməd atası ilə görüşür, aşiq olduğu qız ilə evlənir, qırx gün qırx gecə toy çalınır. 

Göydən üç alma düşdü, biri sənin, qalanı ilə işin yoxdur. 

Ey oxucu, kimsən, nəkarəsən? Heyfsən, qaç gizlən. Çünki biz qaranlıq dünyaya; Məlikməmmədin altşüuruna gedirik. Səyahəti zəruri edən şey oğula qadağan olan və təkcə atasına caiz olan şey idi. Bu elə bir şeydir ki, oğul onu atasına bir pərdə altında aparır. Bu mənada, alma ataya aid, oğula qadağan olan bir obyektdir. Amma nə işdirsə, almalar yoxa çıxır və nağılboyu bir daha xatırlanmır. Hər halda, atasına həsrətində olduğu almaları örtük altında aparan Məlikməmməd zəruri səyahətinə başlayır. Analogiya aparsaq, atasını öldürüb anası ilə evlənəcəyini bir kahindən öyrənən Edip də səyahətə çıxmışdı. 

Öz altşüuruna enməyə çalışan, yəni səyahətə çıxan hər adamın qarşılaşacağı maneələrdən- psixoanalitiklər buna “müdafiə mexanizmləri” deyirlər- biri də yuxudur. Bu mənada Məlikməmməd yuxusuna haram qatmalı idi ki, altşüurundakı div ilə üzləşə bilsin. Digər qardaşlar yuxuları gəldiyi üçün yatmışdılar, yoxsa div ilə üzləşməmək üçün?! Məlikməmməd div ilə rastlaşıb yaralayandan sonra onun üzərinə getməyə qərar verir. Quyunun üzərindəki daşı da qaldırır, hələ bir yanmağa da razılıq verir. Quyudan sonra Məlikməmməd altşüurunun qatlarına enir, oradakı divlərin (fobiyalar) canlarının (səbəblər) yerini tapır. Divlərlə- fobiyalarla vuruşmaq əbəs işdir, onların canını tapmaq, səbəbləri açmaq lazımdır.  Divlərdən qurtulub qızları xilas edəndən sonra Məlikməmməd arzu obyektini (sevgili) tapır. Lakin hər arzu obyekti özündə illuziya elementi daşıyır. Bu illuziyadan qurtulub sağalmağın yolu qaranlıqlardan keçməklə mümkündür. Bunu Məlikməmməd ağ qoçun onu qara qoçun belinə atanda anlayır. Ağ qoçu ram etməkmi olar, qara qoçu minməmisənsə?! İşıqlı dünyaya qayıtmaq istəyərkən, qaranlıq dünyaya, şüuraltının ən dərin qatlarına gedən Məlikməmmədin yolu əjdahalarla kəsişir. O, əvvəldən xilas edicidir. Nəyi xilas edir? Almaları, qızları divdən, Zümrüd quşunun balalarını bir əjdahadan, padşahın qızını və ölkə əhalisini də başqa bir əjdahadan xilas edir.  Geri qayıdarkən “yox”u tapıb qayıdır. İndi burada dayanaq və nağıla başqa gözlərlə baxmaq üçün bir neçə sual qoyaq; bütün personajlar (ata və qardaşlardan tutmuş Zümrüd quşuna, qoca qarı və dərziyə kimi) Məlikməmmədin müxtəlif formaları və şəkildəyişmələri ola bilərmi? Nağıl alma həsrətində olan yaşlı birininmi, yoxsa evinə padşah kimi qayıdıb öz krallığını yaradan bir igidinmi nağılıdır? Məlikməmmədin nağılını başından axırına qədər bir fərdin özünün iç dünyasındakı tənha səyahətinin bir təsviri kimi mi oxumalıyıq? Biri var idi, biri yox idi. Nə yox idi?!

Fariz Səmədov, Fərid Kazımov və Zaur Rzalı

[1] Donald Winnicott. Playing and reality. 1971

[2] Heinz Hartmann. Ego psychology and the problem of adaptation. 1958

[3] Melanie Klein. The importance of symbol formation in the development of the ego. 1930

[4] Sigmund Freud. Creative writers and day-dreaming. 1908

[5] Phyllis Greenacre. The childhood of the artist. 1957

[6] Karl Abraham. Dreams and myths. 1913

[7] Ernst Jones. The theory of symbolism. 1948

[8] Otto Fenichel. The psychoanalytic theory of neurosis. 1946

[9] Brüder Grimm. Der Froschkönig oder der eiserne Heinrich. 1812

[10] Sigmund Freud. Totem and tabu. 1913

 

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

NSAC_gay_men
.

Homoseksuallıq və homofobiya. Made in Europa

01 Mart 2021
Kak-vse-1-1024x717
.

İnkubatordan çıxmışlar. “Sürü psixologiyası” nə üçün zərurətdir?

28 Fevral 2021
_117157217_sevilatakiiyeva
.

Bakirə intiharlar

27 Fevral 2021
172660_1fxvzwseap
Kültür

Sarabskinin döyülməklikləri

27 Fevral 2021
1308428334_993221_41
.

Xocalı qətliamı haqqında hər şey

26 Fevral 2021
Qaralar üçün İsrail
.

Qaralar üçün İsrail

26 Fevral 2021
Facebook Youtube Instagram Twitter

az-ag

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • Artlogos

Redaksiya

Təsisçi: Prof. Məsud Aşina

Baş redaktor: Ələkbər Əliyev

Şef redaktor: Elmir Mirzəyev

Redaktor: Aygün Aslanlı, Sevda Sultanova

Texniki direktor: Camal Əli

İncəsənət: Emin Əliyev

Elm: Hacı Hacıyev

Tarix: Tural Həmid

İqtisadiyyat: Dünya Sakit

Foto: Abbas Atilay

Qrafika: Gündüz Ağayev

Dizayn: Sahil Qənbərli

Tərcüməçilər: Rəvan Quluzadə, Fəxri Qocayev

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

Göndər Cancel