Azlogos
  • Kimlər var
  • Bizi tanı

Dünyanın xərçəng xəritəsi Koronavirus isteriyasına son verin. Azərbaycanı açın Dünyanın uşaqları Ülkücü məktəblərinin Azərbaycanda işi nə? Sahil Qənbərli: "Heydər Əliyev Mərkəzi radikal qərar idi" Homolar niyə danışmağa başladılar?
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Yad Azərbaycan

Mirzə Mirzə
Mövqe
30 Mart 2020

Yaxşı yadındaydı, yaşayırdı, özü də indiki kimi yox, tamamilə ayrı cür. Bu isə özgə adamın bədənidir, heç özü də bilmir, onun ruhu bu bədənə nə vaxt girdi.

Qoderzi Çoxeli, “Küknarlara məktub” 

Bəşərin bugünki ümumi mənzərəsi – planeti alt-üst edən virusdan evlərində gizlənən milyardlarla insandır. Artıq cəmiyyət bir məfhum kimi təcrid cəmiyyətinə transformasiya olunub. Mən isə düşündüm ki, görəsən izolyasiya bitəndən, virus yerli-dibli yox olandan sonra bir-birinin seçiminə müdaxilə etməyi həyatının təməl vəzifəsi sayan qonaqlı-qaralı, ekstra-ekstrovert azərbaycanlılar bir-birinə yadlaşacaqmı? Virus bizə bir-birimizi rahat buraxmaqda bir stimul, kömək ola biləcəkmi? Bu sualların şüurumu zəbt etdiyi karantin günlərində Alber Kamyunun “Yad” povestini bir daha oxudum. 

Kimdir yad? 

Oxşar xüsusiyyətlər, kollektiv şüura əsaslanan dinlər, ideologiyalar insanları birləşdirir, nəticədə qruplar yaranır. Cəmiyyət də belədir – öz qayda-qanun-qadağaları oturuşmuş nəhəng icma. İyerarxiyanın başında ağsaqqal-ağbirçək monstrı (bizim reallığımızda) dayanır və öz iti gözləri ilə qəliblərə sığmayan qeyri-formalları scan edir. Məqsəd onları yaxalayıb imha etməkdir. Çox zaman da buna nail olurlar. 

Çoxlarının oxuduğu və yaxşı bildiyi kimi “Yad” povesti cəmiyyətdə yaşaya-yaşaya cəmiyyətin bütün institutlarına yadlaşmış fərdin hekayətini nəql edir. “Yad” etdiklərindən çox, edə bilmədiklərinə görə sərt mühakimə edilir. Paralellər istər-istəməz yaranır, onlardan qaçış yoxdur.  

Bizim cəmiyyəti düşünürəm, müqayisə edirəm və öz-özümə sual verirəm: bir “yad”a mövcudluq haqqı tanıdımı bunlar? Siyasi səhnəni zəbt etmiş (guya bundan yaxşısına qadirik?) iqtidarlı-müxalifətli absurd teatrının alıcısı, tamaşaçısı olmayan, milli-mənəvi dəyərlər toplusuna qoz qoymayan, daxili dünyasına qapanmış, təkcə bu dünyadan güc alan bir YAD üçün sizin bu düşük cəmiyyətinizdə yaşamaq asandır elə bilirsiniz?

Yenə də çox dərin mövzulara girməyək, üzdə, səthdə qalaq. Söhbəti endirək sıradan introvertin Azərbaycanda taleyi problematikasına. Azərbaycanda “yad” olmaq bəribaşdan uğursuz aktdır axı. İntrovertə qarşı bizim dəcəl millətimizin söz arsenalında “adamayovuşmaz” kimi bir stiqma var. Sənin bəri başdan “başını buraxsalar”, fikir verməsələr hesab elə ki, bəxtin gətirib. Axı bəziləri çox təkid edir ki, onları dinləyəsən, əgər dinləməsən inciyirlər, “səbət götündən gilas tökülmür” deyirlər.

Tökülmürmüw gilas, bawa düwürsünüz?

Azacıq düşünəndə görürsən ki, əslində adamlar haqlıdır sənin arqumentlərinə gülməkdə, haqsız olan sənsən. Siz allah baxın görün bir yadın nə gülməli səbəbləri var: Düşünmək, işləmək, yaratmaq üçün tək qalmağa məhkumam. Ona görə çox mümkündür ki, diqqətimi hansısa başqa, yeni sahə çəkə bilər, artıq əvvəlki qədər sənə enerji sərf edə bilmərəm, nəhayət eqoizmim qabarar, səndən uzaqlaşmağa məcbur olaram…

Gülməli deyil? Ya da adamlara deyə bilərsənmi ki, sizinlə hər dəfə məhəllədə ayaqüstü, saatlarla dayanıb dünyanı idarə edən ailələr haqqında müzakirələr apara bilmərəm. Kül olsun o ailənin başına ki, onun haqqında məhəllədə şəp-şəpili ceyil danışır. Bəs qohumlarla nə edək? Hər addımımı məşvərət qurub qərara bağlamaq fetişindən əziyyət çəkən qohumlarla? Nəhayət 10 milyon ilə həmrəy olmaq, öpüşmək, qucaqlaşmaq istəmədiyimi, dini bayramlarınızda mənə atdığınız çiçəkli mesajlardan narahat olduğumu, gəlirim-gedərimlə bağlı verilən suallardan əzab çəkdiyimi deyə bilərəmmi belə rahat?

İndi də dövran elə gətirib ki, hər şeyi mənalandırmaq istəyən (bəlkə də səhv edən) “yad”ların nələr çəkdiyini anlamaqdan ötrü gözəl fürsət yaranıb. Qaxılın evlərinizdə və özünüz, yaşadığınız cəmiyyət, onun əxlaq kodeksi, “dünyanın ədaləti”, dəyərləri, azadlıq, inancınız haqda təfəkkürə dalın. Öz məninizlə başbaşa qalmaqdan ötrü göydə axtaracağınız fürsət yerdə özü sizi tapıb.

Yəni karantin günləri mənimkimilər üçün göydəndüşmədir. Daim dingildəyən, dünyanın düz vaxtı darıxanlar üçünsə əzabdır. Təklif edirəm ki, bu əzabı özünüdərk imkanına çevirəsiniz. Pis şey deyirəm? “Yad”lara empatiya qurun, lap bunun axırında özünüz “yad”laşsanız, hətta depressiya düşsəniz də. O kəslər ki, eqolarını yalnız kütlə içərisində təmin edə bilirdi, maraq dairələri sırf başqalarının şəxsi həyatına müdaxilə idi, alqışa, tərifə, auditoriyaya ehtiyac duyurdular, mənasız yeyib-içib dava salır, ya da gic-gic danışırdılar toylarda, dost-qardaş məclislərində, teatr tamaşası kimi yol qəzası videolarına zövqlə baxırdılar – bax, onlar üçün meydan daralamayıb, onlar üçün meydan yox olub. Küçədə tüğyan edən virus, dörd divar, bezdirmiş Facebook, son məvaciblə alınan ərzaq və bəlkə də heç vaxt baş çəkmədiyin, yaxud baş çəkməkdən ehtiyat etdiyin daxili dünyan.

Kədərli və maraqlı. 

Mümkündürmü bu karantin günlərində bio-kütlədən qopmalar, sıralarımızın genişlənməsi baş versin? Bundan zərrə qədər şübhə etmirəm. Bio-kütlədən kimlərsə mütləq əlinə Turgenyevin “Atalar və oğulları”nı, Remarkın “Zəfər Tağı”nı alacaq, bəlkə də Orxan Pamukun “Yeni həyat”daki personajı kimi bir kitabla həyatları dəyişəcək. Ya da səs kirliliyindən indiyəcən öz səsini eşidə bilməyənlər özlərində bir qabiliyyət kəşf edəcək?  Yaradıcılıq üçün, açıq olmaq üçün təklikdən konstruktiv istifadə etmək lazımdır. Evdə tək qalmaq qorxusu çox axmaq və əxlaqsız qorxudur.

Düzdür, bu karantin, bu təcrid uzun da çəkə bilər. Əlbəttə özü ilə uzun müddət təkbətək qalanların hamısında daxili hesablaşma və təfəkkür yağ kimi getməyəcək, kimlərsə bu təfəkkür nəticəsində öz həyatlarında, hərəkətlərində səbəb-nəticə, məntiqəuyğunluq olmadığını fərq edəcək, absurdla üzləşəcək, yəni məyusluğa qapılacaq və sonda məyusluq özünü üsyanda ifadə edəcək. Üsyan öncə bu absurda qarşı olacaq və ondan sonra müvazinəti itirmədən adam balası kimi yaşamaq istəyirsənsə oxuyacaqsan, öyrənəcəksən, araşdıracaqsan.

Üsyanda olan insan öz əlləri ilə, zəhmətlə qurub-yaratdığı bütlərini aramla aşırtmağa başlayır. Haqqı dərk edib vicdan əzabı çəkir. Ölüm haqda düşünür. Ölkə, cəmiyyət və özü ilə bağlı fantastik ümidlərindən arınaraq yaşamağı öyrənir.

Bəziləri üçün proses dözülməz hal alacaq, sınacaqlar. Bəzilərinin isə islah olunmaq imkanı yaranır (məhbus həyatının karantinlə ortaq cəhətləri hər halda var).

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

20191018-lkuecueler-jpge62f54-image
.

Ülkücü məktəblərinin Azərbaycanda işi nə?

21 Yanvar 2021
12
.

20 Yanvara gedən yol

19 Yanvar 2021
1204191351041dp
Mövqe

Azərbaycanlıların şəxsi məlumatları

18 Yanvar 2021
567
Mövqe

Tənqid trendi

18 Yanvar 2021
bff788fb822295cd80b2656d1b04af1d
.

Ara Papyan: “Azərbaycan xərcləri bizə yükləyəcək”

17 Yanvar 2021
_rotator
.

Hökumətin trolları və primitiv media siyasətinə dair

17 Yanvar 2021

Redaktorun seçimi

“Anna Karenina” və kişilər haqqında

Azərbaycanda ispan qripinin izləri

İnternet blokadasında itirdiklərimiz – qazandıqlarımızdır

“Dövlətin gələcəyi barədə” – Martin van Creveld

Rüstəm İbrahimbəyov – Uğurlu məğlubiyyət (İkinci hissə)

“Toy serialının” barıt qoxusu

Dr. Vasif İsmayıl: “Kişilərin ən böyük dərdi penis ölçüsüdür”

Balalarımız yox, bəlalarımız

Azlogos-da Çe Gevara davası. Günel Mövlud Ələkbər Əliyevə qarşı

Seymur Baycan – “Mənim mübarizəm-6”

Cerald Koen: Mən niyə kapitalizmin əleyhinəyəm?

Xanəndənin taleyi

Nümayiş sezonu – iqtidarın sınaq günləri

Cəfər Cabbarlının ölümü – 1

Müasir meymunlar da təkamül edir – Bir qrup meymun Daş dövrünə keçib (Video)

Maskirovka

Azərbaycan müəllimi müqəddəsdir?

SoNoR… 20 il bundan əvvəlki konsert

Səidə Haqverdiyeva: “Qoxu gəlsə də burnunu tutmursan”

Şimali Koreyanın rasional xarici siyasəti

Satanizm və sairə

Azərbaycanlılar həqiqətənmi memuar yazmır?

Mənfəətpərəstlikdən xoşbəxtliyə

XXI əsrdə ölümün anlamı və biz niyə ondan qorxuruq?

Kayfda olan adamın fikirləri

Azərbaycan oxucusu nə istəyir?

Xərçəng haqqında 5 mif

Azərbaycan kürdləri

Məmələrin azadlığı barədə

“Salaam Cinema”

Yad Azərbaycan

Mirzə Mirzə
Mövqe
30 Mart 2020

Yaxşı yadındaydı, yaşayırdı, özü də indiki kimi yox, tamamilə ayrı cür. Bu isə özgə adamın bədənidir, heç özü də bilmir, onun ruhu bu bədənə nə vaxt girdi.

Qoderzi Çoxeli, “Küknarlara məktub” 

Bəşərin bugünki ümumi mənzərəsi – planeti alt-üst edən virusdan evlərində gizlənən milyardlarla insandır. Artıq cəmiyyət bir məfhum kimi təcrid cəmiyyətinə transformasiya olunub. Mən isə düşündüm ki, görəsən izolyasiya bitəndən, virus yerli-dibli yox olandan sonra bir-birinin seçiminə müdaxilə etməyi həyatının təməl vəzifəsi sayan qonaqlı-qaralı, ekstra-ekstrovert azərbaycanlılar bir-birinə yadlaşacaqmı? Virus bizə bir-birimizi rahat buraxmaqda bir stimul, kömək ola biləcəkmi? Bu sualların şüurumu zəbt etdiyi karantin günlərində Alber Kamyunun “Yad” povestini bir daha oxudum. 

Kimdir yad? 

Oxşar xüsusiyyətlər, kollektiv şüura əsaslanan dinlər, ideologiyalar insanları birləşdirir, nəticədə qruplar yaranır. Cəmiyyət də belədir – öz qayda-qanun-qadağaları oturuşmuş nəhəng icma. İyerarxiyanın başında ağsaqqal-ağbirçək monstrı (bizim reallığımızda) dayanır və öz iti gözləri ilə qəliblərə sığmayan qeyri-formalları scan edir. Məqsəd onları yaxalayıb imha etməkdir. Çox zaman da buna nail olurlar. 

Çoxlarının oxuduğu və yaxşı bildiyi kimi “Yad” povesti cəmiyyətdə yaşaya-yaşaya cəmiyyətin bütün institutlarına yadlaşmış fərdin hekayətini nəql edir. “Yad” etdiklərindən çox, edə bilmədiklərinə görə sərt mühakimə edilir. Paralellər istər-istəməz yaranır, onlardan qaçış yoxdur.  

Bizim cəmiyyəti düşünürəm, müqayisə edirəm və öz-özümə sual verirəm: bir “yad”a mövcudluq haqqı tanıdımı bunlar? Siyasi səhnəni zəbt etmiş (guya bundan yaxşısına qadirik?) iqtidarlı-müxalifətli absurd teatrının alıcısı, tamaşaçısı olmayan, milli-mənəvi dəyərlər toplusuna qoz qoymayan, daxili dünyasına qapanmış, təkcə bu dünyadan güc alan bir YAD üçün sizin bu düşük cəmiyyətinizdə yaşamaq asandır elə bilirsiniz?

Yenə də çox dərin mövzulara girməyək, üzdə, səthdə qalaq. Söhbəti endirək sıradan introvertin Azərbaycanda taleyi problematikasına. Azərbaycanda “yad” olmaq bəribaşdan uğursuz aktdır axı. İntrovertə qarşı bizim dəcəl millətimizin söz arsenalında “adamayovuşmaz” kimi bir stiqma var. Sənin bəri başdan “başını buraxsalar”, fikir verməsələr hesab elə ki, bəxtin gətirib. Axı bəziləri çox təkid edir ki, onları dinləyəsən, əgər dinləməsən inciyirlər, “səbət götündən gilas tökülmür” deyirlər.

Tökülmürmüw gilas, bawa düwürsünüz?

Azacıq düşünəndə görürsən ki, əslində adamlar haqlıdır sənin arqumentlərinə gülməkdə, haqsız olan sənsən. Siz allah baxın görün bir yadın nə gülməli səbəbləri var: Düşünmək, işləmək, yaratmaq üçün tək qalmağa məhkumam. Ona görə çox mümkündür ki, diqqətimi hansısa başqa, yeni sahə çəkə bilər, artıq əvvəlki qədər sənə enerji sərf edə bilmərəm, nəhayət eqoizmim qabarar, səndən uzaqlaşmağa məcbur olaram…

Gülməli deyil? Ya da adamlara deyə bilərsənmi ki, sizinlə hər dəfə məhəllədə ayaqüstü, saatlarla dayanıb dünyanı idarə edən ailələr haqqında müzakirələr apara bilmərəm. Kül olsun o ailənin başına ki, onun haqqında məhəllədə şəp-şəpili ceyil danışır. Bəs qohumlarla nə edək? Hər addımımı məşvərət qurub qərara bağlamaq fetişindən əziyyət çəkən qohumlarla? Nəhayət 10 milyon ilə həmrəy olmaq, öpüşmək, qucaqlaşmaq istəmədiyimi, dini bayramlarınızda mənə atdığınız çiçəkli mesajlardan narahat olduğumu, gəlirim-gedərimlə bağlı verilən suallardan əzab çəkdiyimi deyə bilərəmmi belə rahat?

İndi də dövran elə gətirib ki, hər şeyi mənalandırmaq istəyən (bəlkə də səhv edən) “yad”ların nələr çəkdiyini anlamaqdan ötrü gözəl fürsət yaranıb. Qaxılın evlərinizdə və özünüz, yaşadığınız cəmiyyət, onun əxlaq kodeksi, “dünyanın ədaləti”, dəyərləri, azadlıq, inancınız haqda təfəkkürə dalın. Öz məninizlə başbaşa qalmaqdan ötrü göydə axtaracağınız fürsət yerdə özü sizi tapıb.

Yəni karantin günləri mənimkimilər üçün göydəndüşmədir. Daim dingildəyən, dünyanın düz vaxtı darıxanlar üçünsə əzabdır. Təklif edirəm ki, bu əzabı özünüdərk imkanına çevirəsiniz. Pis şey deyirəm? “Yad”lara empatiya qurun, lap bunun axırında özünüz “yad”laşsanız, hətta depressiya düşsəniz də. O kəslər ki, eqolarını yalnız kütlə içərisində təmin edə bilirdi, maraq dairələri sırf başqalarının şəxsi həyatına müdaxilə idi, alqışa, tərifə, auditoriyaya ehtiyac duyurdular, mənasız yeyib-içib dava salır, ya da gic-gic danışırdılar toylarda, dost-qardaş məclislərində, teatr tamaşası kimi yol qəzası videolarına zövqlə baxırdılar – bax, onlar üçün meydan daralamayıb, onlar üçün meydan yox olub. Küçədə tüğyan edən virus, dörd divar, bezdirmiş Facebook, son məvaciblə alınan ərzaq və bəlkə də heç vaxt baş çəkmədiyin, yaxud baş çəkməkdən ehtiyat etdiyin daxili dünyan.

Kədərli və maraqlı. 

Mümkündürmü bu karantin günlərində bio-kütlədən qopmalar, sıralarımızın genişlənməsi baş versin? Bundan zərrə qədər şübhə etmirəm. Bio-kütlədən kimlərsə mütləq əlinə Turgenyevin “Atalar və oğulları”nı, Remarkın “Zəfər Tağı”nı alacaq, bəlkə də Orxan Pamukun “Yeni həyat”daki personajı kimi bir kitabla həyatları dəyişəcək. Ya da səs kirliliyindən indiyəcən öz səsini eşidə bilməyənlər özlərində bir qabiliyyət kəşf edəcək?  Yaradıcılıq üçün, açıq olmaq üçün təklikdən konstruktiv istifadə etmək lazımdır. Evdə tək qalmaq qorxusu çox axmaq və əxlaqsız qorxudur.

Düzdür, bu karantin, bu təcrid uzun da çəkə bilər. Əlbəttə özü ilə uzun müddət təkbətək qalanların hamısında daxili hesablaşma və təfəkkür yağ kimi getməyəcək, kimlərsə bu təfəkkür nəticəsində öz həyatlarında, hərəkətlərində səbəb-nəticə, məntiqəuyğunluq olmadığını fərq edəcək, absurdla üzləşəcək, yəni məyusluğa qapılacaq və sonda məyusluq özünü üsyanda ifadə edəcək. Üsyan öncə bu absurda qarşı olacaq və ondan sonra müvazinəti itirmədən adam balası kimi yaşamaq istəyirsənsə oxuyacaqsan, öyrənəcəksən, araşdıracaqsan.

Üsyanda olan insan öz əlləri ilə, zəhmətlə qurub-yaratdığı bütlərini aramla aşırtmağa başlayır. Haqqı dərk edib vicdan əzabı çəkir. Ölüm haqda düşünür. Ölkə, cəmiyyət və özü ilə bağlı fantastik ümidlərindən arınaraq yaşamağı öyrənir.

Bəziləri üçün proses dözülməz hal alacaq, sınacaqlar. Bəzilərinin isə islah olunmaq imkanı yaranır (məhbus həyatının karantinlə ortaq cəhətləri hər halda var).

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

20191018-lkuecueler-jpge62f54-image
.

Ülkücü məktəblərinin Azərbaycanda işi nə?

21 Yanvar 2021
12
.

20 Yanvara gedən yol

19 Yanvar 2021
1204191351041dp
Mövqe

Azərbaycanlıların şəxsi məlumatları

18 Yanvar 2021
567
Mövqe

Tənqid trendi

18 Yanvar 2021
bff788fb822295cd80b2656d1b04af1d
.

Ara Papyan: “Azərbaycan xərcləri bizə yükləyəcək”

17 Yanvar 2021
_rotator
.

Hökumətin trolları və primitiv media siyasətinə dair

17 Yanvar 2021

Facebook Youtube Instagram Twitter

az-ag

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video

Redaksiya

Təsisçi: Prof. Məsud Aşina

Baş redaktor: Ələkbər Əliyev

Şef redaktor: Elmir Mirzəyev

Redaktor: Aygün Aslanlı

Texniki direktor: Camal Əli

Kino: Sevda Sultanova

İncəsənət: Emin Əliyev

Elm: Hacı Hacıyev

Tarix: Tural Həmid

İqtisadiyyat: Dünya Sakit

Foto: Abbas Atilay

Qrafika: Gündüz Ağayev

Dizayn: Sahil Qənbərli

Tərcüməçilər: Rəvan Quluzadə, Fəxri Qocayev

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

Nəticə yoxdur
Bütün nəticələri gör
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

Göndər Cancel